“Azərbaycan öz beynəlxalq sferasında
böyük dövlətdir"
Mötəzz Muhi Əbdülhəmid: “Prezident
İlham Əliyev müdrik bir siyasət həyata keçirir”
Mötəzz Muhi Əbdülhəmid (Mutaz Mohi
Abdulhamid) iraqlı tarixçi, İraq Respublika Strateji Tədqiqatlar
Mərkəzinin direktoru və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin
rəhbəridir. O, Azərbaycan-İraq əlaqələrinin
inkişafında, xüsusilə 20 Yanvar faciəsinin beynəlxalq
səviyyədə tanıdılması və Azərbaycanın
müstəqillik tarixinin öyrənilməsində fəal
iştirak edən tanınmış ictimai-siyasi xadimdir.
Qeyd edək ki, İraq-Azərbaycan Dostluq Cəmiyyəti
İraq və Azərbaycan arasında elmi, mədəni və
strateji əlaqələrin gücləndirilməsi istiqamətində
işlər aparır.
Mötəzz Muhi Əbdülhəmid həmçinin
İraq mətbuatında Azərbaycanın haqq işini, o
cümlədən Qarabağ münaqişəsi ilə
bağlı həqiqətləri müdafiə edən
yazıları ilə tanınır.
Bizimlə söhbətləşən Mötəzz
Muhi Əbdülhəmid dedi ki, onun marağı 2013-cü ildə
Azərbaycana ilk səfərindən əvvəl
başladı və gözəl ölkəniz haqqında bir
çox mühüm tarixi və siyasi sənədləri
oxudum: "İki dəfə Şuşada olmuşam.
İkinci dəfə isə Sidney konfransında Şuşa və
Əl-Cit KİV-lərinin 44 günlük müharibə
zamanı Ermənistandakı saxta xəbərlərlə
bağlı müzakirəsində, Bakıda keçirilən
bir neçə əhəmiyyətli tədbirlərdə
iştirak etmişəm, Bakıdakı Humanitar Elmlər
Akademiyası ilə elmi müqavilələr
bağlamışam. Bu haqda yazıb-yaratmağa davam edirəm,
müxtəlif institutlarda yazıçılarla, alimlərlə
çoxlu dostluqlarım var, hətta rəsmi şəxslərlə
də faydalı görüşlərim olub. Bəli, mən
Azərbaycanın haqlı davasının, onun tarixi
hüquqlarının müdafiəçisiyəm və bundan
sonra da Azərbaycanı müdafiə edəcəyəm. Mən
sizin xalqınızı, hökumətinizi və şanlı
xəritələrinizi sevirəm, Azərbaycan mənə
doğmadır, həmişə onun haqlı mövqeyini
müdafiə etmişəm. Azərbaycan xalqı mərd,
qonaqpərvərdir, həm də mübarizdir. 44 günlük
məlum müharibədə xalq öz qəhrəmanlığını
döyüş meydanında göstərdi. Mən bu
mübarizliyi, qəhrəmanlığı, zəngin tarixinizi
İraq mediasında dünya ictimaiyyətinə
çatdırmaqla şərəf duyuram".
O, həmçinin qeyd edib ki, İraq mətbuatında,
redaktor olduğu “Sədəqə” qəzetində Azərbaycanka
bağlı yüzlərlə məqaləsi çap olunub.
Azərbaycanla bağlı dərc olunan xəbərlər
çox faydalıdır. Ancaq çox nadir hallarda istifadə
olunur. Yəni, Azərbaycanla bağlı yazılara intensiv
rast gəlinmir.
Ona görə də cəmiyyətin orqanı olan
“Dostluq” qəzetini çıxarmaq qərarına gəlib:
"Mən Azərbaycanı, xalqını çox sevirəm,
bu haqda inam, sevgi və sədaqətlə yazıram. Və fəaliyyətimlə
fəxr edirəm. Azərbaycanla bağlı üç
kitabın müəllifiyəm - “Qarabağ: Qələbə,
hərbi və siyasi”, “Azərbaycanın ləl-cəvahiri
Şuşa” və “Qarabağ: Münaqişənin tarixi”.
İkinci kitabım Şuşa səfərimin təəssüratlarından
ibarətdir.
Prezidentin köməkçisinə “Azərbaycanın
ləl-cəvahiri Şuşa” kitabını hədiyyə
etmişəm. Bundan başqa kitablarımı Azərbaycan
Yazıçılar Birliyinin sədrinə də hədiyyə
etdim və ittifaqa üzv seçildim".
Onunla bir az siyasətdən də söhbətləşdik.
Dedi ki, Prezident İlham Əliyev müdrik və uzaqgörən
bir siyasət həyata keçirir. Bu, bütün dünya
dövlətlərinin çox gözəl və çox
hörmət etdiyi, sülh və sevgini yayan, təcavüzü,
işğalı, ölkələrin daxili işlərinə
qarışmağı rədd edən, ərəb və islam
ölkələri ilə möhkəm əlaqələr quran
siyasətdir. O, qeyd etdi ki, 44 günlük müharibə
davamlı sülhə doğru dönüş nöqtəsi
oldu. Faciələri bizdən danışan professor
vurğuladı ki, 20 Yanvar Azərbaycan milli kimliyinin
formalaşmasında mühüm dönüş nöqtəsidir:
"Mən Ermənistan konstitusiyasının maddələrini
dəyişdirmədən münaqişədən
qaçmaq, iki ölkə arasında sülhü qorumaq və
tələbələr arasında sərhədləri müəyyən
etmək üçün sülh yolu kimi Ermənistanın
üsullarını diqqətlə izləyirəm.
Azərbaycan öz beynəlxalq sferasında
böyük dövlətdir, xidmətlərinə, tarixi irsinə,
əsl sivilizasiyasına görə əksər ərəb və
islam ölkələrində insanların məhəbbətini
qazanıb və bununla fəxr edirik. Azərbaycanın müxtəlif
institutları, universitetləri ilə mədəni, ədəbi
əlaqələrimiz var. Mən döyüş
meydanlarında oldum, prezident Əliyevin döyüşlər
zamanı və qazanılan qələbədən sonra
çıxışlarını dinlədim. Azərbaycan
öz gücü ilə 30 il işğalda qalan torpaqlarını
azad etməklə tarix yazdı. Bu əbədidir".
Mötəzz Muhi Əbdülhəmid sonda dedi ki, Azərbaycanı,
xalqını, dövlətini hər zaman sevəcək. Onun
Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs
edən “Lider Heydər Əliyev: Xalqın və millətin
lideri” adlı dördüncü kitabım hazırda mətbəədədir,
tezliklə işıq üzü görəcək.
Cavid
Xalq Cəbhəsi.- 2026.-12 fevral (¹6).- S.14.