Vətənə sevdalanan Elmar
Biləsuvar rayonu, Ağalıkənd kəndində
boya-başa çatan Elmar Şahin oğlu Mirzəyev həyatı
dərk edəndən ilahi bir sevgi ilə Vətəninə
bağlanıb. Elə onu ömrünün 25 ilində şəhidlik
zirvəsinə aparan bu bağlılıq olub.
Elmarın yurduna erməni dığaları
dadandığı üçün heç cür
rahatlıq tapa bilmirdi. Torpağına sahib durmaq, müqəddəsliyinə
tapındığı Vətəninə sipər olmaq arzusu
ilə orta məktəbi bitirib. Peşə seçiminə gələndə
isə hərb sənətini hər şeydən üstün
bilib. Vətənin ağır günündə bu sənətinin
daha çox vacibliyini yaxşı dərk edib. Odur ki, 2012-ci
ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə
daxil olub. Torpaqların azadlığını
düşünməklə layiqli bir hərbiçi olub
üçün dərslərə, təlimlərə ürəklə
yanaşıb, vacib olanları mükəmməl öyrənməyə
çalışıb. 2016-ci ildə məktəbi yüksək
səviyyədə başa vurub və leytenant hərbi rütbəsi
alıb. Birinci amalı yağıdan qisas almaq olan gənc
leytenant cəbhə bölgəsində doğma Azərbaycanın
keşiyində durub.
Çətinliklərə baxmayaraq, amma bütün
işlərində Vətən sevgisi ona uğur
qazandırıb. Fədakarlıq, mərdlik Elmarın həyat
fəlsəfəsinə dönüb. Yuxarı komandirlərin
tapşırıqlarını vicdanla, məsuliyyətlə
yerinə yetirib, əsgərlərinə düşmənə
nifrət, Vətənə, torpağa sevgi hisslərini
aşılayıb. Bir sözlə, Elmarın peşəsinə
məhəbbəti, hərbiçi qətiyyəti, nümunəvi
xidməti onu baş leytenant rütbəsinə qədər
ucaldıb və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley
medalına layiq görülüb. Bütün bunlarla
Elmarın Vətənlə döyünən ürəyindı
bir istəyi olub: erməni işğalçılardan əzəli
yurd yerimizi- Qarabağı azad etmək, sülh və
azadlıq rəmzi olan üç rəngli
bayrağımızı Şuşanın ən hündür
yerində sancmaq.
Bəli, 2020-ci ilin sentyabrında qeyrətli oğullar
kimi, onun da gözlədiyi gün gəlib yetişib. Vətən
öz doğma övladlarını çağıranda
baş leytenant Elmar müharibə ölüm-itim olsa da, dərhal
sevinclə, qürurla yağıya qarşı
döyüşə girib və hər qarış torpaqdan
ötrü son damla qanınadək vuruşmağı
özünə müqəddəs borc sayıb. Ən qaynar
nöqtələrdə, qeyri-bərabər döyüşlərdə
düşmənə çoxlu itkilər verib.
Murovdağın, Füzulinin, Xocavəndin azadlığı
uğrunda gedən vuruşlarda xüsusi igidlik göstərib.
Ən ağır saatlarda belə geri çəkilməyib.
Öndə olmaqla komandir olduğu döyüşçüləri
də qələbəyə aparıb.
Oktyabrın 15-si baş leytenantın son
döyüş günü olub. O, Vətən torpaqların
azadlığını düşünərək Füzuli
uğrunda gedən ölüm-dirim savaşlardan növbətisinə
qatılıb. Erməni dığalarına adəti üzrə
yenə qan uddurub. Mərdliyi, qəhrəmanlığı
döyüş yoldaşlarına nümunə olub. Qaldı
ki, özü də düşmən gülləsinə
tuş gəlib. Axır sözündə” Vətən “ –
deyib ədədi olaraq gözlərini yumub. Cismi torpağa
köçən zəfər şəhidin ruhu, ölməz
xatirəsi isə xalqın qəlbində özünə yer
edib. Həmçinin canından artıq sevdiyi Azərbaycanda əbədi
sevgi sahibi olmaqla dövlət tərəfindən də
ölümündən sonra “Vətən uğrunda”,
“İgidliyə görə”, Xocavəndin, Cəbrayılın,
Füzulinin, Kəlbəcərin azadlığı uğrunda
medallara layiq görülüb.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.15.