Kəskin hava dəyişiklyi: ciddi sağlamlıq
riskləri
Havaların kəskin dəyişməsi insanların
sağlamlığına birbaşa təsir göstərir və
xüsusilə meteohəssas insanlar, ürək-damar, oynaq və
digər xroniki xəstəlikləri olan şəxslər, eləcə
də kiçik yaşlı uşaqlar üçün ciddi
risklər yaradır. Temperatur, rütubət və təzyiqin
sürətlə dəyişməsi bu qrup insanlarda ürək
ritmində pozğunluqlar, təzyiq dalğalanmaları, immun
sistemin zəifləməsi və mövcud xəstəliklərin
ağırlaşması ilə nəticələnə bilər.
Uşaqların immun sistemi hələ tam
formalaşmadığı üçün ani hava dəyişiklikləri
onların xəstəliklərə qarşı müqavimətini
azaldır. Bu dövrdə virusların kəskin
yayıldığı şərait əlavə təhlükə
yaradır. Valideynlər və yaxın ətraf
uşaqların geyimlərinə, qidalanmasına və istirahətinə
xüsusi diqqət yetirməli, hər ehtimala qarşı əlavə
və ehtiyat geyim təmin etməlidir. Eyni zamanda risk qrupuna
daxil olan yaşlılar və meteohəssas insanlar da adekvat
geyim, balanslı qidalanma, kifayət qədər istirahət və
fiziki aktivlik vasitəsilə sağlamlıqlarını qorumağa
diqqət etməlidirlər.
Havanın sürətlə dəyişməsi
yalnız gündəlik fəaliyyətə deyil, həm də
orqanizmin immun sisteminə birbaşa təsir göstərir. Sadə
profilaktik tədbirlər – düzgün geyim, kifayət qədər
maye qəbulu, balanslı qidalanma və istirahət –
insanların sağlamlığını qorumağa, xəstəlik
riskini azaltmağa və immun sistemini gücləndirməyə
kömək edir. Ekspertlər xəbərdarlıq edirlər
ki, uşaqların həm açıq havada, həm də evdə
sağlam şəraitdə olması, valideynlərin və məsul
şəxslərin diqqəti bu riskləri minimuma endirə bilər.
Risk qrupları üçün hava xəbərdarlığı
Həkim ekspert Şahvələd Məmmədov “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, fevral ayından etibarən
havaların mövsüm normasından daha isti keçəcəyi
gözlənilir və bu tendensiya qlobal istiləşmə
prosesi ilə sıx əlaqəlidir.
Onun sözlərinə görə, dekabr-yanvar
aylarında ölkədə bir qədər soyuq hava
müşahidə edilsə də, havanın kəskin dəyişməsi
insan orqanizminə müxtəlif mənfi təsirlər
göstərə bilər: “Ən çox risk altında olan
qruplar 65 yaşdan yuxarı şəxslər və 5 yaşadək
uşaqlardır. 65 yaşdan yuxarı insanlar adətən
xroniki xəstəliklər, məsələn, şəkərli
diabet, ürək-damar xəstəlikləri və digər
uzunmüddətli sağlamlıq problemlərinə malik
olduqları üçün kəskin temperatur dəyişiklikləri
onların immun sisteminə mənfi təsir göstərə,
mövcud xəstəliklərin ağırlaşmasına və
ya oyanmasına səbəb ola bilər”.
O həmçinin vurğulayıb ki, anormal hava şəraiti
əsasən immun sisteminə təsir etdiyi üçün
orqanizmin ümumi sağlamlığına mənfi təsir
göstərir: “İnsanların immun sistemi zəiflədikdə,
müxtəlif xəstəliklərin aktivləşməsi
riski artır. Bu baxımdan xüsusilə risk
qruplarının, yəni yaşlıların və kiçik
uşaqların sağlamlıqlarına ciddi diqqət yetirməsi
vacibdir. Valideynlər və yaxın ətrafdakı şəxslər
bu qrupların geyiminə, qidalanmasına və istirahətinə
xüsusi diqqət göstərməli, mümkün qədər
kəskin temperatur dəyişikliklərindən
qorunmalarına şərait yaratmalıdırlar. Belə vəziyyətlərdə
sadə profilaktik tədbirlər – adekvat geyim, bol maye qəbulu,
balanslı qidalanma və kifayət qədər istirahət –
insan sağlamlığını qorumağa, immun sistemini
gücləndirməyə və xəstəlik risklərini
azaltmağa kömək edir.
Havanın sürətli dəyişməsi...
Həkim-pediatr Vaqif Qarayev vurğulayıb ki,
havaların kəskin dəyişməsi meteohəssas insanlar,
xüsusilə ürək-damar, oynaq və digər xroniki xəstəlikləri
olan şəxslər üçün ciddi sağlamlıq
riskləri yaradır: “Temperatur, rütubət və təzyiq
dəyişiklikləri bu qrup insanlarda ürək ritmində
pozğunluqlar, təzyiq dalğalanmaları və digər
sağlamlıq problemləri ilə nəticələnə
bilər. Kiçik yaşlı uşaqlar da havadakı kəskin
dəyişikliklərə qarşı daha həssasdır.
Uşaqların immun sistemi tam formalaşmadığı
üçün ani temperatur və rütubət dəyişiklikləri
onların xəstəliklərə qarşı müqavimətini
azaldır. Virusların kəskin yayıldığı indiki
dövrdə bu xüsusilə diqqət tələb edən məsələdir.
Valideynlər uşaqların geyimlərinə xüsusi diqqət
yetirməli, hər ehtimala qarşı əlavə və
ehtiyat geyimlər hazırlamalıdırlar. Gün ərzində
havanın bir neçə dəfə dəyişməsi
uşaqların gündəlik fəaliyyətinə və
sağlamlığına birbaşa təsir göstərir. Bu
tövsiyələr yalnız uşaqlar üçün deyil,
meteohəssas və həssas qrupdakı digər insanlar
üçün də vacibdir. Havanın kəskin dəyişməsinə
qarşı adekvat geyim, düzgün qidalanma, kifayət qədər
istirahət və fiziki aktivlik insan
sağlamlığını qorumağa, immun sistemini gücləndirməyə
və xəstəlik riskini azaltmağa kömək edir.
Valideynlər və məsul şəxslər bu məsələyə
diqqət yetirməli, uşaqların həm açıq
havada, həm də evdə sağlam şəraitdə
olmalarını təmin etməlidirlər”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.14.