Azərbaycanın
dünyada nüfuzu getdikcə artır
Azərbaycanın dünya birliyinə inteqrasiyası,
yürüdülən xarici siyasətinin əsas prioritet
istiqamətlərindən biridir. Bu sahə hökumətin
yürütdüyü siyasətin ən çox diqqət
ayırdığı sahədir və Azərbaycanın
dünya birliyinə və beynəlxalq təşkilatlarla əməkdaşlığa
inteqrasiyası çoxvektorlu və proqmatik xarici siyasət
modeli üzərində qurulması da xüsusi diqqət
çəkir. Bura həm siyasi-iqtisadi, həm diplomatik , həm
də təhlükəsizlik və humanitar sahələr
daxildir və bu istiqamətdə daha çox əhatəli və
sistemli şəkildə siyasət həyata keçirilir və
ən çox da uğurlar əldə olunan sahələrdən
hesab olunur.
Bunu qəzetimizə politoloq Çingiz Şahbazi Azərbaycanın
dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla
əməkdaşlığını uğurla inkişaf
etdirməsi ilə bağlı deyib.
O, qeyd edib ki, Azərbaycan məhz bu siyasətin nəticəsidir
ki, artıq regional enerji mərkəzi və strateji tranzit
qovşağı kimi mövqeyini möhkəmləndirib.
Əlbəttə ki, bu istiqamətdə aparılan siyasət
mərhələli şəkildə həyata keçirilərək
uğurlar qazanıb və növbəti mərhələlərdə
əsas məqsəd iqtisadi və institusional modernləşmə
yolu ilə bu geosiyasi üstünlüyü davamlı
inkişaf modelinə çevirməkdir. Azərbaycan qlobal və
regional təşkilatlara üzv olmaqla, dünya birliyinə
inteqrasiya istiqamətində fəal iştirak edir. Bu gün Azərbaycan
bir çox beynəlxalq təşkilatların
üzvüdür və beynəlxalq platformalarda təmsil
olunur. Azərbaycanın bu istiqamətdə
yürütdüyü siyasət davam etməkdədir və
paytaxt Bakı və ölkənin digər şəhərləri,
beynəlxalq tədbirlərin keçirildiyi məkana
çevrilib. Bu əlbəttə ki, ilk növbədə
sabitliyin və təhlükəsizliyin və güvənin nəticəsində
baş verir. Azərbaycanın Qoşulmama Hərakatına sədirliyi,
ölkənin beynəlxalq imicini gücləndirdi. Bu Azərbaycanı
Cənub ölkələri ilə əlaqələrini dərinləşdirdi.
Türkiyə ilə strateji müttəfiqlik bəyannaməsi
imzalanıb və region ölkələri ilə əməkdaşlıq
daim diqqət mərkəzində yer alır. Bütün
bunlar Azərbaycan hökumətinin xarici siyasətinin prioritetlərindən
qaynaqlanır və balanslı xarici siyasətin istiqamətlərində
öz əksini tapıb. Türkiyə ilə “Bir millət,
iki dövlət” prinsipi əsasında qurulmuş münasibətlər,
Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirildi.
Türkiyə və Gürcüstan Azərbaycanın Avropaya
açılan qapısıdır və bu səbəbdən
Azərbaycan həmçinin Gürcüstanla bütün sahələrdə
dostluq və əməkdaşlıq əlaqələrini
genişləndirir. Bu ölkələrlə iqtisadi, logistik və
nəqliyyat sahələrində bir çox iri layihələr
həyata keçirilib və bu istiqamətdə işlər
daha da inkişaf etməkdədir: “Azərbaycan bu gün
regionda baş verən hadisələr fonunda Rusiya və
İranla balanslaşdırılmış siyasət
yürüdür və bu istiqamətdə Şimal-Cənub nəqliyyat
dəhlizi mühüm strateji layihə hesab olunur. Bütün
bunlar Azərbaycanı regionda tranzit və enerji
qovşağına çevirib və Azərbaycanın əhəmiyyətini
kifayət qədər artırıb. Bu gün Azərbaycan
heç vaxt olmadığı qədər ABŞ və
Avropanın Qərb strukturları ilə əməkdaşlıq
edir. Bu əməkdaşlıq xüsusilə də enerji və
nəqliyyat sahələrində daha çox təşəkkül
tapmaqdadır. 2022-ci ildən qaz ixracının
artırılması ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır və bu Avropa İttifaqı ilə
tərəfdaşlıq səviyyəsində əlaqələrini
genişləndirir. Bu gün Azərbaycan və ABŞ
arasında münasibətlər yenidən qurulur və əvvəlki
illərdən fərqli olaraq daha çox ölkələrin
qarşılıqlı inteqrasiyası ilə müşahidə
olunur. ABŞ-nin Cənubi Qafqazla və ümumiyyətlə,
regionla bağlı siyasətində Ermənistan və Azərbaycan
xüsusi diqqət mərkəzində yer alır. ABŞ və
Azərbaycan arasında təhlükəsizlik, enerji və
terrorla mübarizə sahəsində əməkdaşlıq
mövcuddur. Türk dünyasına Azərbaycanın
inteqrasiyası xüsusilə də Türk Dövlətləri
Təşkilatındakı yeri və rolu böyükdür.
Bu təşkilatın verdiyi imkanlar çərçivəsində
bu gün Azərbaycan Orta Asya ölkələri ilə siyasi
iqtisadi və mədəni əlaqələrini genişləndirir
və məhz bu platformada Azərbaycan Mərkəzi Asya ilə
əlaqələrini dərinləşdirir. Əlbəttə
ki, bunlarla paralel olaraq bu gün Azərbaycan Afrika və Cənub
Şərqi Asiya ölkələri ilə əlaqələrini
qurur və humanitar sahələrdə diplomatik səylər
göstərir. Həmçinin Qərb və Şərq
arasında Azərbaycanın əhəmiyyətini qeyd etmək
lazımdır. Azərbaycan bu gün körpü rolundadır
və enerji diplomatiyasında qazandığı
uğurları, nəqliyyat diplomatiyasında da təkrarlamaq
üçün əlindən gələni edir və bu onun
Orta güc statusunu yaxın gələcəkdə daha da əhəmiyyətli
dərəcədə artıracaq. Zəngəzur dəhlizi
perspektivlər arasında xüsusi yer tutur və bu dəhlizin
reallaşması nəticəsində Azərbaycan yeni imkanlar
qazanacaq. Bilirsiniz ki, Ermənistanla aramızda sülh
sazişinin imzalanması istiqamətində proseslər
uğurla başa çatıb və bütün kritik mərhələlər
keçilib. Ermənistanla əlaqəli bəzi məsələlər
öz həllini tapmalıdır və dərhal yekun sülh
müqaviləsinin imzalanması prosesi baş verəcəkdir.
Bunu Münhendə səfərdə olarkən ölkə
başçısı, jurnalistlərə verdiyi
açıqlamasında, bir daha bəyan etdi. Hesab edirəm ki,
sülh sazişi və Zəngəzur dəhlizinin
reallaşması Azərbaycanın gücünə güc
qatacaq və bu səbəbdən yaxın gələcəkdə
ölkəmizin dünya və region üçün əhəmiyyəti
daha artacaq”.
Ç.Şahbazi onu da qeyd edib ki, bunların
hamısı səbəbdir ki, bu gün Azərbaycanın beynəlxalq
aləmdə nüfuzunun və rolunun artırılması daha
çox müşahidə olunur və məhz Azərbaycanın
enerji siyasəti , coğrafi mövqeyi, çoxvektorlu xarici
siyasəti və regionda sabitlik təşəbbüsləri
üzərində dayanıqlığı onu bu istiqamətdə
regionun lider dövlətinə çevrə bilib. Azərbaycan
bu gün Avropanın enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində mühüm rol oynayır və
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində
Avropaya qaz ixracı və enerji təhlükəsizliyi ilə bağlı
ciddi töhvələr verir. Bu Azərbaycanın strateji əhəmiyyətini
artırır və yeni layihələrə zəmin
yaradır. Orta Dəhliz vasitəsilə bu gün Azərbaycan,
Çin, Mərkəzi Asya və Avropa arasında nəqliyyat
keçidi kimi də vacib tranzit ölkəsinə çevrilməkdədir.
Əlbəttə, əldə olunan uğurlar böyük
siyasi iradənin və cəsarətli mövqe nəticəsində
ərsəyə gətirilib və bu gün, Azərbaycan,
yürütdüyü siyasətini region və qlobal arenada
sabitlik, sülh və əməkdaşlıq prinsipləri əsasında
davam etdirir. Bu siyasət ölkəmizin ABŞ, Avropa Birliyi,
Türkiyə, İran və digər dövlətlərlə
əlaqələrini genişləndirir və Azərbaycan həm
Yaxın Şərq, həm də regionun digər
coğrafiyalarında vasitəçiliklə bağlı
diplomatiya rolunu gücləndirməyə
çalışır. Bu kontekstdə rəsmi Bakının
Suriya, İsrail və digər region dövlətləri ilə
münasibətləri və təmasları mövcuddur: “Azərbaycan
və ABŞ münasibətlərində yeni mərhələnin
başlandığını görürük. Beynəlxaq
anlaşmalar və strateji əməkdaşlıq əlaqələrinin
inkişafı istiqamətində, ABŞ və Azərbaycan
arasında strateji tərəfdaşlıq sənədi
imzalanıb. Bu da əməkdaşlığı iqtisadi, təhlükəsizlik,
enerji və texnologiya sahələrində genişləndirir və
heç şübhəsiz ki, bütün bunlar Azərbaycanı
dünyada və regionda daha sabit və etibarlı tərəfdaş
kimi təsvir edir. Əlbəttə ki, burda həmçinin
ölkənin diaspora siyasətini də qeyd etməmək
mümkün deyil. Bu istiqamətdə də əhəmiyyətli
dərəcədə işlər aparılıb və bu
gün dünyadakı azərbaycanlı icmalar vasitəsilə
beynəlxalq səviyyədə təsir mexanizmləri həyata
keçirilir və əlaqələrin möhkəmləndirilməsi
diqqət çəkən məqamlardan biridir. Bu ölkəmizin
diplomatik və mədəni strategiyasının bir hissəsi
halına gəlib. Azərbaycan prezidentinə təqdim olunan
beynəlxalq səviyyəli mükafatlar heç şübhəsiz
ki onun dünyada və regionda sülh istiqamətində
atdığı addımların göstəricisidir.
Bütün bunlarla yanaşı əlbəttə ki, çətinliklər
də var. Avropa Parlamenti və digər beynəlxalq
qurumların bəzi hesabatlarında Azərbaycan hökuməti
ilə bağlı haqlı və haqsız tənqidlər yer
alır. Əlbəttə ki, bu tənqidlər arasında qərəzli
mövqedən çıxış edənlərin məruzələri
daha çox yer aldığını qeyd etmək
lazımdır. Bu mətbuat azadlığı və insan
hüquqları sahəsində daha çox müşahidə
olunur və bu da Azərbaycanın artan nüfuzuna dair müsbət
rəylərə öz təsirini göstərir. Hesab edirəm
ki, ölkəmiz istər beynəlxalq aləmə inteqrasiya məsələsində
yürütdüyü xarici siyasətində , istərsə
də daxili auditoriyada olan çatışmazlıqları
aradan qaldırılması istiqamətində, beynəlxalq
normalara uyğunlaşmaq üçün
yürütdüyü siyasəti davam etdirəcək və
bunun üçün artıq zəmin yaradılıb və
yaxın gələcəkdə Azərbaycanda bu problemlərin
həlli istiqamətində daha ciddi addımlar atılacaq.
Bunun üçün ölkənin resursları və siyasi
kursu kifayət edir ki , sabahımız bu günümüzdən
daha yaxşı olsun”.
Cavid
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.9.