“Rəsmi
Bakının bu addımı təqdirəlayiqdir”
Konstantin Tasits: “Sülh müqaviləsinin parlament
seçkilərindən əvvəl qəbul edilməsi az
inandırıcıdır”
Cənubi Qafqazda vəziyyət digər bölgələrə
nisbətən sakit olsa da hələ həll olunmayan problemlər,
münaqişələr qalmaqdadır ki, bu da regionun
bütün sahələrdə inkişafına mənfi təsir
göstərir. Azərbaycanla Ermənistan arasında yekun
sülh sazişinin bağlanmaması, Rusiya ilə
Gürcüstan arasından məlum münaqişə bölgənin
sülh, əmin - amanlıq içində yaşamasına
maneə olan başlıca amillərdəndir. Düzdür,
Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla
sülh sazişini iyunun 7-də keçiriləcək parlament
seçkilərindən əvvəl imzalamaq istədiyini deyib.
O, bildirib ki, bu məsələ hökumətin gündəliyinə
daxil edilib.
Lakin ölkə konstitusiyasında Azərbaycana
qarşı torpaq iddiasının mövcudluğu və rəsmi
İrəvanın bu iddiadan əl çəkməsi ilə
bağlı referendumun keçirilməsi hələ daşa
dirənib.
Rusiya-Gürcüstan münasibətlərinə gəldikdə
isə tərəflər arasında gərginlik hələ də
qalmaqdadır. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk
Rusiya ilə Gürcüstan arasında Abxaziya vasitəsilə
dəmir yolu əlaqələrinin bərpası
ehtimalının nəzərdən keçirildiyini bəyan
etməsindən sonra Gürcüstan Baş naziri İrakli
Kobaxidze bildirib ki, Gürcüstan hakimiyyəti Rusiya ilə
münasibətlərin bərpası ilə bağlı
müzakirə aparmayıb.
"Əlaqələrin bərpası ilə
bağlı heç bir danışığımız
olmayıb. Bu məsələdə yeni bir şey olarsa,
ictimaiyyətə özümüz məlumat verəcəyik",
- Kobaxidze vurğulayıb. Digər tərəfdən
Avropanın Gürcüstanın daxili işlərinə
qarışmaq cəhdi də həm ölkə, həm də
rəsmi Moskvanın narazılığıa səbəb olu8b
ki, bu ölkə daxilində qarşıdurmaya səbəb
olub.
Hadisələrin bu istiqamətdə cərəyan etməsi
onu deməyə əsas verir ki, tərəflər xoşniyyətli
olsalar da bu niyyətlərin hansısa obyektiv və subyektiv səbəblərdən
həyata keçməsi mümkün olmur.
Cənubi Qafqaz üzrə ekspert Konstantin Tasits (Rusiya)
ilə müsahibəmiz də bu mövzuda oldu.
- Cənab Tasits, fevralın 1-də Azərbaycan üzərindən
Ermənistana daha bir yük göndərilib. Bu dəfə 1746
ton taxıl daşıyan 25 vaqon yola salınıb. Qeyd edək
ki, Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana 285
taxıl vaqonu (təxminən 19,9 min ton) daşınıb.
Bakının bu jestini necə qiymətləndirirsiniz?
- Üçüncü ölkənin Azərbaycandan
Ermənistana tranzitinə başlanması kommunikasiyaların
açılması istiqamətində ilk addımdır.
Davamlı və daha da genişlənərsə, bu,
şübhəsiz ki, müsbət tendensiyadır. Rəsmi
Bakının bu addımı təqdirəlayiqdir.
- Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın
qurulması sülh müqaviləsinin imzalanmasına və
eyni zamanda, regionun iqtisadi inkişafına necə təsir
göstərə bilər?
- Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın
qurulması tərəflər arasında etimadın bərpasına
və münaqişə illərində
yığılmış qarşılıqlı nifrətin
azalmasına kömək edəcək. İqtisadi əlaqələrin
bərpası bütün regionun inkişafına müsbət
təsir göstərəcək və sülh prosesinə
töhfə verəcək.
- Ümumiyyətlə, rəsmi İrəvan sülh
müqaviləsinin imzalanmasını gecikdirməklə nə
qazanır?
- Bakı ilə İrəvan arasında sülh
müqaviləsinin imzalanması ilə bağlı fikir
ayrılıqları qalmaqdadır. Azərbaycan ilkin şərt
kimi Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi
və Naxçıvanla “Tramp marşrutu” ilə nəqliyyat əlaqələrinin
açılması zərurətini gündəmə gətirir.
Ermənistan sazişi imzalamaqda və hər iki məsələ
üzərində işləməkdə maraqlıdır.
Yeni konstitusiya mətninin mart ayında dərc olunması
planlaşdırılır və referendum prosesi başlayacaq.
“Tramp marşrutu” üzərində iş isə 2026-cı
ilin ikinci yarısına planlaşdırılır.
- Ermənistanda iyunun əvvəlində keçiriləcək
parlament seçkilərindən gözləntiləriniz nədir?
Paşinyanın qələbə qazanmaq şansını necə
qiymətləndirirsiniz?
- Ermənistanda seçkilər rəqabətli
mühitdə keçiriləcək. Nəticələr hələ
aydın deyil. Paşinyanın “Mülki müqavilə”
partiyası əvvəlki seçkilərlə müqayisədə
xeyli geriləsə də, bütün siyasi qüvvələr
arasında ən yüksək reytinqə malikdir. Ancaq
müxalifət birləşib cəmiyyətə real, pozitiv
proqram təklif edə bilsə, uğur qazanmaq şansı
var.
- Ermənistanda gözlənilən parlament seçkilərinə
qədər Azərbaycanla sülh sazişinin imzalanması
planlaşdırılır. Bu addımın məqsədi nədir?
- Sülh müqaviləsinin parlament seçkilərindən
əvvəl qəbul edilməsi, imzalanıb ratifikasiya
olunması az inandırıcıdır. Ermənistan hakimiyyətinin
elan etdiyi planlara görə, 2027-ci ilin ortalarında yeni
konstitusiya üzrə referendumun keçirilməsi
planlaşdırılır. Ona görə də parlament
seçikilərinə qədər sülh müqaviləsinin
imzalana biləcəyinə ümid etmirəm.
- Paşinyanla kilsə arasında münaqişə də
səngimək bilmir. Baş nazir hətta bəyan edib ki,
katolikos II Qareginin adı liturgiyada çəkilməməlidir.
Bu münaqişənin bitməsini necə
görürsünüz?
- Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi
arasında münaqişə hələ bitməyib.
Paşinyan 50 iyerarxdan 10-da qalib gələ bilib. Buna baxmayaraq,
II Qareginin mövqeyi sarsılmış olsa da, o, kilsə
daxilində nisbətən güclü mövqeyini qoruyub
saxlayır.
- Bəs Ermənistan hökumətinin orduda kilsə mərasimlərini
ləğv etməkdə məqsədi nədir?
- Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmən
bəyan edib ki, kilsə xidmətin ləğvinə səbəb
onun ikili tabeliyində olmasıdır. Artıq bu məsələlər
Ermənistan Apostol Kilsəsinin deyil, Silahlı Qüvvələrin
Mənəvi və Psixoloji Təminat İdarəsinin səlahiyyətində
olacaq.
- Gəlin Gürcüstandan da danışaq. Avropa
gözünü indiki Gürcüstan hökumətinə
dikib. Məqsəd nədir?
- Brüssel hakim partiyanın mövqelərini zəiflətmək
üçün Gürcüstanın daxili işlərinə
qarışaraq onu islahatlar aparmağa vadar edir. Avropa
İttifaqı eyni zamanda respublikanın xarici siyasətinə
düzəlişlər etməyə çalışır,
Tbilisini Ukraynaya daha çox dəstək verməyə və
Rusiya ilə əlaqələri zəiflətməyə
çağırır ki, bu da münaqişənin gərginləşməsi
və “ikinci cəbhə”nin açılması riskini
daşıyır.
- Gürcüstan Rusiyaya qarşı sanksiyalar və
Ukraynaya qoşun yeridilməsi ilə bağlı mövqeyini dəyişməyib.
Bu, onun mövqeyinin yumşalmasından, Tiflis-Kreml münasibətlərində
yaxınlaşma jestindən xəbər verirmi?
- Gürcüstan öz milli maraqlarına əsaslanan
çoxvektorlu siyasət yürüdür. Çin, Türkiyə
və Azərbaycanla əlaqələr qurur. Tbilisi Rusiya ilə
iqtisadi və mədəni əlaqələri normallaşdırır.
Siyasi baxımdan Abxaziya və Cənubi Osetiya ilə
bağlı fikir ayrılıqları davam edir. Yeri gəlmişkən,
2025-ci ildə Rusiya neftinin Gürcüstana tədarükü
16 dəfədən çox artaraq 95,8 milyon dollara
çatıb. Gürcüstan Gömrük Xidmətinin məlumatına
görə, bu, rekord göstəricidir. Mütləq ifadədə
Gürcüstanın Rusiya neftinin idxal həcmi 10,5 min tondan
225,3 min tona yüksəlib. Bundan əvvəlki pik 2016-cı
ildə qeydə alınıb, o zaman Gürcüstan 10,8 milyon
dollar dəyərində 39,6 min ton neft idxal edib.
- Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına
görə, Trampın Beynəlxalq Sülh və Rifah
üçün Yol Xəritəsi (TRIPP) Rusiyanın Cənubi
Qafqazda əsas oyunçu kimi mövqeyini tədricən zəiflədir.
- Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə
görə, Tramp marşrutu layihəsinin (TRIPP) həyata
keçirilməsi məsələsi ABŞ-la birlikdə Ermənistan
və Azərbaycanın suveren seçimidir. Moskvanın
Bakı və İrəvanla iqtisadi, tarixi, mədəni və
humanitar sahələrdə geniş əlaqələri var.
Rusiya onların hərtərəfli inkişafına sadiqdir.
Cavid
Xalq Cəbhəsi .- 2026.-19 fevral (¹7).- S.8.