“Bu sual hər kəsi
düşündürməlidir”
Elnur Eltürk: “Xüsusilə
övladlarımızın psixologiyasına mənfi təsir
göstərən bu anormal vəziyyət hamını narahat
etməlidir”
“Xaricdə sosial şəbəkələrdən
istifadə edən insanlar yeni əlaqələrin
qurulmasına çalışır, texnologiyanın və
elmin populyarlaşdırılması üçün səy
göstərir, kreativ layihələr təqdim edirlər. Biz də
isə vəziyyət acınacaqlıdır”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında
Türk Ağsaqqalları Arasında Əlaqələrin
İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor
üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
Elnur Eltürk bildirib ki, bu istiqamətdə qeyri adekvat
vəziyyət cəmiyyətin inkişafına mənfi təsir
göstərir: “Vəziyyət o həddə çatıb ki,
insanlar "Tiktok" platformasına daxil olmaq istəmirlər.
Orada nə baş verirsə, cəmiyyətdə böyük
müzakirəyə səbəb olur. Bu gün istəsək və
ya istəməsək də, sosial şəbəkələr
həyatımızın bir parçasına çevrilib. Amma
istənilən halda özümüz üçün daxili
senzura qoymalıyıq.
Özlərinə hörmət etməyənlərin
və danışıqlarına sərhəd qoymayanların hərəkətlərini
xəbərə çevirməklə, dəyərlərimizə
hörmətsizlik edirik. Onlar cəmiyyətə hansı
töhfə veriblər ki, qeyi-etik hərəkətləri xəbər
başlıqlarına çevrilir? Bu sual hər kəsi
düşündürməlidir. Xüsusilə
övladlarımızın psixologiyasına mənfi təsir
göstərən bu anormal vəziyyət hamını narahat
etməlidir”.
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.13.