ABŞ-İran
danışıqları: Cenevrədə növbəti raund nə
vəd edir?
ABŞ-İran arasında gərginlik davam edir və hətta
hər keçən gün daha da artır. İki ölkə
nümayəndələrinin görüşü fevralın
17-də Cenevrədə Omanın vasitəçiliyi ilə
keçirilib. Qeyd edilir ki, fevralın 26-da isə Cenevrədə
ABŞ-İran nümayəndələrinin növbəti
görüşü olacaq.
Nəticə nə ola bilər?
Milli Məclisin deputatı Elman Nəsirov söyləyib
ki, fevralın 26-da Cenevrədə ABŞ-İran arasında
danışıqlarının üçüncü raundu
başlanacaq: “Birinci və ikinci raundlar heç bir nəticə
verməyib və ABŞ də İrana qarşı müharibəyə
hazırlıqla bağlı prosesi öz məntiqi
sonluğuna çatdırmaq niyyətindədir. Misli
görünməmiş miqyasda silah-sursat, hərbi texnika, təyyarələr,
gəmilər Fars körfəzinə yan almaqdadır. Hadisələr
2003-cü ilin mart ayını xatırladır. O zaman ABŞ
İraqa qarşı müharibəyə hazırlaşarkən
də eyni addımlar atılırdı, eyni hazırlıq tədbirləri
görülürdü”.
“Müharibə başlayacaq”
Deputat əlavə edib ki, bu baxımdan analoji vəziyyəti
müqayisə etsək indi daha çox bu sual müzakirə
olunur ki, müharibə nə vaxt başlayacaq? Müharibə
başlayacaq və ya başlamayacaq sualı indi aktual deyil:
“Müharibə başlayacaq, sadəcə onun nə vaxt
başlayacağı sualı ətrafında bu gün baş
sındırılır. ABŞ Prezidenti Donald Tramp isə qeyd
edib ki, biz İrana 10-15 gün vaxt veririk: birincisi, nüvə
proqramından imtina etsin, ikincisi, yaxın, orta, uzaqmənzilli
raket istehsalı proqramından imtina etsin, prosesi
dayandırsın və həm də Yaxın Şərqdə
Hizbullahı, HƏMAS-ı maliyyələşdirmək siyasətindən
imtina etsin. Bu üç tələb yerinə yetiriləcəyi
təqdirdə İranla danışıqlar və müharibəsiz
keçinmək olar”.
“Proseslər kritik mərhələyə daxil olub”
E.Nəsirovun sözlərinə görə, ABŞ
Prezident administrasiyasına yaxın mətbu orqanların verdiyi
məlumata görə hətta İranın ali dini rəhbərinə
qarşı da müəyyən planlar hazırlanıb: “Bu,
ABŞ mətbuatının yaydığı məlumatlardır.
Onların nə dərəcədə dəqiq olub-olmayacağı
haqqında bir şey söyləmək çətindir. Amma hər
bir halda proseslər kritik mərhələyə daxil olub və
bu baxımdan Cenevrə danışıqlarına böyük
ümidlər var. Çünki bu danışıqlar da nəticəsiz
qalsa onda müharibəyə yol açılmış olacaq və
onun qarşısını almaq istiqamətində hər
hansı bir maneə olacağının işartısı belə
görünmür”.
“Münasibətlər qarşıdurma xarakterini
qoruyur”
Politoloq Yusif Bağırzadə qeyd edib ki, son illərdə
ABŞ-İran arasında dolayı da olsa təmaslar davam etsə
də, münasibətlər struktur olaraq qarşıdurma
xarakterini qoruyur: “Bu səbəbdən görüşün nəticəsini
proqnozlaşdırarkən həm siyasi reallıqlar, həm də
qarşılıqlı etimadsızlıq faktoru əsas
götürülməlidir. Məlumdur ki, müzakirələrin
mərkəzində yenə də İranın nüvə
proqramı dayanır. 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli
Fəaliyyət Planı bir zamanlar böhranın diplomatik həlli
kimi təqdim olunsa da, ABŞ-nin 2018-ci ildə sazişdən
çıxması balansı pozdu. Bundan sonra Tehran uranın zənginləşdirilməsi
səviyyəsini artırdı, Vaşinqton isə
sanksiyaları sərtləşdirdi. Hazırkı mərhələdə
tam şəkildə həmin sazişə qayıdış
real görünmür”.
“Əsas prioritet İranın nüvə
potensialının nəzarətdə
saxlanılmasıdır”
Politoloq deyib ki, ABŞ üçün əsas
prioritet İranın nüvə potensialının nəzarətdə
saxlanılması və Yaxın Şərqdə eskalasiyanın
qarşısının alınmasıdır: “Vaşinqton həm
də İsrail və Körfəz müttəfiqlərinin təhlükəsizlik
narahatlıqlarını nəzərə almağa məcburdur.
İran üçün isə əsas məsələ
iqtisadi sanksiyaların yumşaldılması, enerji
ixracının genişləndirilməsi və maliyyə sisteminə
çıxışın bərpasıdır. Daxili iqtisadi təzyiq
Tehranın danışıqlara marağını artırsa
da, siyasi baxımdan geri addım görüntüsündən
yayınmaq istəyi kompromis imkanlarını məhdudlaşdırır”.
“Hərbi əməliyyatlar qaçılmaz olacaq”
Y.Bağırzadə əlavə edib ki, mövcud
şərtləri nəzərə alaraq ən uyğun
razılaşma təbii ki, İran tərəfindən zənginləşdirmə
prosesini müəyyən səviyyədə dondura və ya
monitorinq mexanizmlərini genişləndirməklə
bağlı ola bilər: “Yəni İran beynəlxalq nəzarət
altında uranın kiçik dərəcədə və
müəyyən həcmdə zənginləşdirilməsinə
razılıq verə bilər. ABŞ də öz növbəsində
bəzi sanksiyaların tətbiqini yumşalda bilər. Bu,
şübhəsiz ki, hərtərəfli saziş deyil, amma
yenə də gərginliyin idarə olunması
üçün yeganə imkan olaraq görünür. Yox, əgər
İran bundan da imtina edəcəksə və ya hansısa
şərtlər irəli sürəcəksə o zaman gərginlik
daha da artacaq və hərbi əməliyyatlar qaçılmaz
olacaq”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.11.