Əsrin faciəsindən
34 il ötür
Ötən əsrdə xalqımıza qarşı
Erməni şovinistlərinin törətdiyi ən qanlı və
faciəvi soyqırım hadisəsi olan Xocalı
soyqırımından 34 il keçir. 1992-ci il ilin fevral
ayının 25-dən 26-na keçən gecə Ermənistan
Silahlı Qüvvələri keçmiş sovet ordusunun Xankəndidə
yerləşən 366-cı alayının iştirakı ilə
beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına
pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə
misli görünməmiş qəddarlıqla divan tutdu.
Bu soyqırım nəticəsində 106 qadın, 63
uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə
yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin
taleyi isə bu günədək naməlum qalıb. Şəhər
yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 76 nəfəri
uşaq olmaqla 487 nəfər Xocalı sakini ciddi şəkildə
şikəst edildi, 8 ailə tamamilə məhv edildi, 25
uşaq hər iki valideynini və 130 uşaq isə bir
valideynini itirdi.
Ermənilərin insanlığa sığmayan dəhşətli
cinayət əməlləri nəticəsində Xocalı
şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi
yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana,
üç mədəniyyət evi və bir
tarix-diyarşünaslıq muzeyi və digər tarixi və mədəni
abidələr dağıdılıb.
Xocalı soyqırımından danışaniraqlı
tarixçi, İraq Respublika Strateji Tədqiqatlar Mərkəzinin
direktoru və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri
Mötəzz Muhi Əbdülhəmid (Mutaz Mohi Abdulhamid) deyib
ki, hər il, fevralın 26-da Azərbaycan xalqı ermənilərin
Xocalı şəhərində dinc ailələrə
qarşı törətdikləri qırğını və
soyqırımı xatırlayır. Ermənilərin bu
bölgədə törətdikləri qətl və
soyqırımı üsulları uzun illər davam edib və
biz 1905-1907-ci illər arasında ermənilərin Azərbaycan
xalqına qarşı ən dəhşətli cinayətlər
törətdikləri, irimiqyaslı hərbi əməliyyatlar
həyata keçirdiklərini xatırlayanda başa
düşürük ki, bu soyqırımın tarixi
keçmişə gedib çıxır. İrimiqyaslı
qanlı aktlarlar nəticəsində yüzlərlə kənd
dağıdılıb və yer üzündən silinib, Azərbaycan
xalqının minlərlə dinc sakini isə Böyük Ermənistan
dövləti yaratmaq cəhdi ilə xüsusi
amansızlıqla qətlə yetirilib: “Ermənilərin azərbaycanlılara
qarşı törətdikləri bu cinayətlər və
soyqırımlar nəticəsində Ümummilli Lider Heydər
Əliyev 19 iyul 1991-ci ildə Sov.İKP-nin tərkibindən
çıxaraq demişdir: "Rusiya ermənilərin,
xüsusən 1948-1953-cü illər arasında Moskvadakı
lobbisinin təhriki ilə azərbaycanlılara hücum etməsinə
imkan verməkdə böyük rol oynamışdır.
İosif Stalin bir neçə fərman verdi ki, ona əsasən
150 mindən çox azərbaycanlı Ermənistan bölgələrindən
qovuldu və Azərbaycan SSR-in Kür-Araz ovalığına
sürgün edildi, habelə beynəlxalq hüquq
normalarına zidd olan bu qərarların icrası ilə əlaqədar
çox sayda azərbaycanlı köçürüldü)”.
İraqlı alim qeyd edib ki, 26 fevral 1992-ci ildə Azərbaycanda
yerləşən Xocalı şəhəri və onun sakinləri
bütün məlum müharibə qaydalarını aşan
misli görünməmiş qırğına məruz
qaldılar. Xocalı soyqırımı kimi tanınan bu
qanlı faciə yüzlərlə azərbaycanlının məhvi
ilə nəticələndi və şəhər yer
üzündən silindi. 25-26 fevral 1992-ci il tarixində
keçmiş Sovet İttifaqının 366-cı
alayının əsasən ermənilərdən ibarət
piyada bölmələrinin dəstəyi ilə erməni
silahlı qüvvələri Xocalı şəhərini ələ
keçirdi. Şəhərdə tələyə
düşmüş sakinlər təcavüz başlayandan
sonra ən yaxın yaşayış məntəqələrinə
aparan yollara çıxmaq ümidi ilə evlərini tərk
etməyə çalışırdılar.
İşğalçılar Xocalını tamamilə
dağıtdıqdan və dinc əhaliyə qarşı misilsiz
qəddarlıqla qırğınlar törətdikdən sonra
da rahat durmadılar: “Yüzlərlə Azərbaycan vətəndaşı
yalnız azərbaycanlı olduqları üçün
öldürüldü və işğal zamanı qadınlar
belə sağ qalmadı. Bu barədə BMT Təhlükəsizlik
Şurasının 1993-cü ildə erməni
işğalçıları tərəfindən mülki əhaliyə
qarşı qanun pozuntularını və hücumları pisləyən
qətnaməsində deyilir.
Qırğınların ildönümündə
Prezident İlham Əliyev məcburi köçkün
düşmüş Xocalı sakinlərinə müraciət
edərək dedi: "Xocalı qətliamı ilə
bağlı bu faktı beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün çox səy göstərdik
və bütün dünyadan ədalət tələb etdik.
Bu gün Xocalı azadddır, gözəlləşir,
canlanır, uzun ayrılıqdan sonra sakinlərini sevinclə
qarşılayır. Bu sevinc Azərbaycanın misilsiz qələbəsi
fonunda baş verir. 28 ildən çoxdur ki, Azərbaycan rəhbərliyi
öz problemlərini Azərbaycan Silahlı Qüvvələrinin
köməyi ilə tez həll edi. Ordunu bütün
Qarabağ bölgəsinin və onun ən mühüm şəhərlərinin
qələbəsinə və azad edilməsinə aparan
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan
xalqı, əhalisi azad edilən rayonların simasını
erməninin təhqirindən sonra dəyişdirib.
Torpaqları azad etmək və Vətənin çiçəklənməsi
üçün canlarını ödədilər. Onların
ölməz xatirəsi Vətən və müstəqillik
uğrunda fədakarlıq əlaməti olaraq Azərbaycan
övladlarının yaddaşında əbədi
qalacaqdır. Xalq vətənlərini xilas etmək
üçün canlarını vermiş şəhidlərin
əzəməti ilə fəxr edirlər.”.
Milli Məclisin deputatı Kamran Bayramov mətbuata
açıqlamasında bildirib ki, Xocalı
soyqırımı XX əsrin sonunda təkcə Azərbaycan
xalqına deyil, bütövlükdə bəşəriyyətə
və sivilizasiyaya qarşı törədilən ən dəhşətli
cinayətlərdən biri kimi tarixə düşüb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri, keçmiş Sovet ordusunun
366-cı motoatıcı alayının birbaşa
iştirakı və ağır texnikasının dəstəyi
ilə Xocalı şəhərində dinc əhaliyə
qarşı misli görünməmiş bir qətliam törədib.
Xocalı şəhəri Dağlıq Qarabağın strateji
əhəmiyyətli nöqtəsi və bölgədəki
yeganə mülki hava limanının yerləşdiyi mərkəz
idi. Məhz bu səbəbdən şəhər 1991-ci ilin
oktyabrından etibarən tam blokadaya alınmışdı.
Aylarla davam edən mühasirə nəticəsində əhali
elektrik enerjisi, su, qida və tibbi ləvazimatlardan tamamilə məhrum
edilmişdi. 1992-ci il fevralın 25-də başlayan hücum
sadəcə şəhərin işğalı məqsədi
daşımırdı - bu, Ermənistanın uzun illər boyu
yürütdüyü etnik təmizləmə siyasətinin ən
qanlı mərhələsi olub, dinc əhalini milli mənsubiyyətinə
görə tamamilə məhv etmək planı idi.
K.Bayramov qeyd edib ki, bu gün belə 150 nəfər
xocalılının taleyi hələ də məlum deyil.
Bütün bu faktlar göstərir ki, Xocalıda baş verənlər
sadəcə bir müharibə epizodu deyil, xalqın
varlığını hədəf alan, məqsədyönlü
şəkildə həyata keçirilmiş
soyqırımı aktıdır. Dünya birliyinin
gözü qarşısında baş vermiş bu dəhşətli
cinayətin əsl mahiyyətinin üzə
çıxarılması və beynəlxalq müstəviyə
çatdırılması yalnız Ümummilli Lider Heydər
Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra mümkün olmuşdur. Ulu
Öndər Xocalı soyqırımına ilk dəfə
hüquqi-siyasi qiymət verərək, bu həqiqətlərin
dünya dövlətlərinə çatdırılması
üçün geniş diplomatik mübarizə
aparmışdır. Onun təşəbbüsü ilə
1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı
Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul
etmişdir. Heydər Əliyevin imzaladığı fərmanlar,
o cümlədən 1998-ci il martın 26-da təsdiqlənən
“Azərbaycanlıların soyqırımı haqqında” Fərman
erməni vəhşiliyinin ifşası üçün
tarixi sənədə çevrildi.
Ümummilli Lider tərəfindən müəyyən
edilmiş strateji dövlətçilik kursu Prezident İlham
Əliyev tərəfindən qətiyyətlə davam
etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata
keçirilən strateji addımlar, o cümlədən 2018-ci
ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi
və 1918-ci il soyqırımının 100 illiyi ilə
bağlı imzalanan sərəncamlar, tariximizin qanlı səhifələrinin
unudulmaması üçün mühüm təməldir. Bu
gün Azərbaycan dövləti həm beynəlxalq arenada, həm
də informasiya müstəvisində Ermənistanın törətdiyi
hərbi cinayətləri və Xocalı həqiqətlərini
dünya ictimaiyyətinin diqqətinə çatdıraraq,
tarixi ədalətin bərpası naminə öz prinsipial
mübarizəsini sürdürür.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan
dövləti və xaricdə fəaliyyət göstərən
diaspor təşkilatlarımız Xocalı faciəsinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
ardıcıl və məqsədyönlü fəaliyyət
göstərir. 2008-ci ildən etibarən Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata
keçirilir. Kampaniya çərçivəsində
dünyanın müxtəlif ölkələrində anım
mərasimləri, sərgilər, konfranslar və digər
maarifləndirici tədbirlər təşkil olunur. Xocalı
soyqırımı dünya ictimaiyyətinin diqqət mərkəzində
olsa da, hələ də bir çox ölkələr bu faciəyə
adekvat hüquqi və siyasi qiymət verməyib. Bununla
yanaşı, bir sıra dövlətlərin parlamentləri
Xocalı soyqırımını tanıyan və pisləyən
qətnamələr qəbul ediblər. Bosniya və Herseqovina,
Meksika, Kolumbiya, Çexiya, Pakistan, Peru, Honduras, Sudan,
İordaniya, Sloveniya və digər ölkələr bu faciəni
rəsmi şəkildə tanıyaraq qətiyyətlə pisləyiblər.
ABŞ-ın 20-dən artıq ştatında da Xocalı
soyqırımı ilə bağlı müvafiq qətnamələr
qəbul olunub.
K.Bayramov əlavə edib ki, Azərbaycanın Müzəffər
Ordusu 2020-ci ildə baş vermiş 44 günlük Vətən
müharibəsində tarixi ədaləti bərpa edərək
işğal altında olan torpaqları azad etdi. 2023-cü ilin
sentyabrında həyata keçirilən birgünlük
antiterror tədbirləri nəticəsində Xocalı şəhəri
separatçı qüvvələrdən tamamilə təmizləndi
və Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də
Xocalıda Azərbaycan Bayrağını ucaltdı. Bu,
Xocalı şəhidlərinin ruhunun rahatlıq tapması və
Azərbaycanın haqlı qisasının alınması demək
idi.
Qeyd edək ki, Bakının Xətai rayonunda
ucaldılmış “Ana harayı” abidəsi Xocalı şəhidlərinin
əziz xatirəsinə ithaf olunub. Hər il fevralın 26-da bu
abidə önündə ümumxalq anım mərasimi
keçirilir, insanlar qətliam qurbanlarının ruhuna
ehtiramlarını bildirirlər. Bu anım mərasimləri təkcə
faciə qurbanlarının xatirəsinin yad edilməsi deyil, həm
də xalqımızın tarixi yaddaşının, milli həmrəyliyinin
və ədalət uğrunda sarsılmaz iradəsinin ifadəsidir.
Xocalı həqiqətləri unudulmur, unudulmayacaq və gələcək
nəsillərə ötürülərək beynəlxalq
miqyasda ədalətin tam bərqərar olması istiqamətində
mübarizə davam etdiriləcəkdir.
Cavid
Xalq Cəbhəsi .- 2026.-26 fevral (¹8).- S.9.