“Ukrayna münaqişənin
arxa planda qalmamasına çalışır”
Əli Zülfüqaroğlu: “Amma proseslər Ukrayna
üçün daha təhlükəli xartakter alıb”
Son dövrlərdə beynəlxalq münasibətlər
sistemində paralel şəkildə davam edən
münaqişələr qlobal gündəmin
formalaşmasına ciddi təsir göstərir. Bir tərəfdə
Rusiya ilə Ukrayna arasında davam edən genişmiqyaslı
müharibə, digər tərəfdə isə ABŞ,
İsrail və İran arasında artan hərbi-siyasi gərginlik
dünya nizamının gələcəyi ilə bağlı
yeni suallar doğurur.
Bu qarşıdurmaların hər biri fərqli
coğrafiyada baş versə də, onların təsir dairəsi
və nəticələri baxımından müqayisəsi
geniş müzakirə olunur.
Maraqlıdır, ABŞ və İsrail arasında
baş verən müharibə fonunda Ukraynadakı
münaqişənin qlobal əhəmiyyəti azalıbmı,
yoxsa Rusiya-Ukrayna müharibəsi hələ də
dünyanın ən mühüm qarşıdurması olaraq
qalır? Eyni zamanda, Ukrayna müharibəsinin qlobal geosiyasi nəticələr
doğuracağı, ABŞ-İsrail-İran
qarşıdurmasının isə daha çox regional təsirlərlə
məhdudlaşacağı barədə səsləndirilən
fikirlər nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Ədalət, Hüquq,
Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin
üzvü, siyasi şərhçi Əli
Zülfüqaroğlu Sfera.az-a açıqlama verib. Onun
sözlərinə görə, ABŞ-İsrail-İran
müharibəsi nəinki Ukrayna münaqişəsinin
gedişinə, ümumiyyətlə bütün dünyaya
ciddi təsir edəcək: “Müharibənin bir ayı tamam olmamış
artıq istər dünya iqtisadiyyatı, istərsə də
geosiyasi mənzərə tamamilə fərqli xarakter alıb.
Proseslər hər keçən gün ABŞ hökumətinin
əleyhinə işləyir. Bilirsiniz ki, Tramp hökuməti
Ukrayna məsələsində fərqli siyasət
yürüdür və Avropa nittifaqına ciddi təzyiq edir.
Xüsusilə Rusiya təhdidi Avropa İttifaqının
ABŞ-nin vassalı olaraq qalması üçün
Vaşinqtonun maraqlarına tam cavab verir. Bu siyasət isə
Avropanı ABŞ-dən ciddi şəkildə narazı
salır. Qrenlandiya məsələsi isə
narazılığı daha da artırıb. Trampın
İsrailin planlarında yer almasının nəticəsində
ABŞ-nin bölgədəki bazaları vuruldu, Hörmüz
boğazı bağlandı, nəticədə ABŞ
hökumətinə qlobal təzyiqlər artdı. Bu, eyni
zamanda ABŞ daxilində hökumətin aralıq seçkisi ərəfəsində
mövqelərinin zəifləməsinə gətirib
çıxardı. Bu məsələ Ukrayna müharibəsində
əsas tərəflərdən olan Avropa
İttifaqının maraqlarına cavab versə də, digər
faktorlar Aİ üçün təhdidlər
formalaşdırır”.
Əli Zülfüqaroğlu əlavə edib ki,
Hörmüz boğazının bağlanması Rusiyanın
istiqasdi və geosiyasi mövqelərini gücləndirir:
“Avropa İttifaqı-ABŞ arasında olan ziddiyyətlər,
Ukrayna müharibəsi ilə bağlı davam edən
qeyri-müəyyən vəziyyət, eyni zamanda daxili ictimai təzyiqlər
Avropa ölkələrinin İran müharibəsində birmənalı
olaraq yer almayacağını deməyə əsas verir və
NATO daxilində çatların daha da dərinləşməsinə
gətirib çıxarır. Bu da əlbəttə
Rusiyanın maraqlarının hərtərəfli təmin
olunması deməkdir. İran müharibəsi fonunda təhdidin
qlobal xarakter alması ölkələrin öz qida və silah
ehtiyatlarına qənaətlə yanaşacağı
ehtimalını da gücləndirir. Bu isə Avropa
İttifaqı ölkələri arasında Ukraynaya
yardımla bağlı fikir ayrılıqları və tərəddüdlərə
gətirib çıxara, Rusiya ilə razılaşma meyllərini
gücləndirə bilər. Ukrayna da bundan ehtiyat edərək,
Rusiyaya qarşı hücumlarını artırmaqla
münaqişənin arxa planda qalmamasına
çalışır. Amma istənilən halda İran
müharibəsinə qədərki dönəmdən fərqli
olaraq proseslər Ukrayna üçün daha təhlükəli
xartakter alıb”.
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.4.