Milli Kitabxanada professor Nüşabə
Araslının 85 illiyinə həsr olunmuş kitab sərgisi
açılıb
Martın 18-də Milli Kitabxanada AMEA-nın müxbir
üzvü, görkəmli ədəbiyyatşünas-alim və
Nizamişünaslıq sahəsində tanınmış tədqiqatçı,
professor Nüşabə Araslının anadan olmasının
85 illik yubileyi münasibətilə “Professor Nüşabə
Araslı” adlı kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin əsərləri,
həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks
etdirən ədəbiyyatlar sərgilənir.
Professor Nüşabə Araslı uzun illər Azərbaycan
ədəbiyyatının, xüsusilə Nizami Gəncəvinin
yaradıcılığının araşdırılması
ilə məşğul olub, bu sahədə mühüm elmi əsərlər
yazaraq Azərbaycan ədəbiyyatşünaslığının
inkişafına dəyərli töhfələr verib.
Alimin elmi fəaliyyətinin əsas istiqamətləri
qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının
elmi-nəzəri problemləri, klassik poeziyanın Şərq
xalqları ədəbiyyatları ilə
qarşılıqlı əlaqələri və
tipologiyası, “Kitabi-Dədə Qorqud” abidəsi, eləcə
də Xaqani, Arif Ərdəbili, Nəsimi, Xətai, Füzuli
kimi sənətkarların ədəbi irsinin tədqiqini əhatə
edir.
Xalq Cəbhəsi. - 2026.- 19 mart (¹11).- S.16.