Tanınmış
alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi
işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın müxbir
üzvü, tibb elmləri doktoru, professor Nuru Yusif oğlu
Bayramovun 60 illik yubileyi ilə əlaqədar alimin əsərlərinin
biblioqrafik göstəricisi hazırlanıb.
MEK-dən xalqcebhesi.az-a verilən məlumata görə,
Azərbaycanda ilk kök hüceyrə köçürülməsi,
bir çox irəli səviyyə laparoskopik, bariatrik əməliyyatlar,
dünyada ilk torakoskopik frenik nervektomiya, Azərbaycan Tibb
Unversitetində ilk orqan transplantasiyası tanınmış həkim
Nuru Bayramovun başçılığı ilə həyata
keçirilib.
Görkəmli alim 450-dən çox elmi əsərin,
o cümlədən 185 məqalə, 40 kitab, 14 metodik
tövsiyə, 11 ixtira və səmərələşdirici təklifin
müəllifidir.
Nuru Bayramov həm də Qarabağ müharibəsi
veteranıdır. O, 1994 və 2020-ci illərdə hərbi
hospitallarda yaralılara cərrahi yardım göstərib.
AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına
əsasən “Görkəmli Elm xadimləri” seriyası
altında tərtib olunan biblioqrafik göstəricinin elmi
redaktorları AMEA-nın müxbir üzvü, professor Zeynal
Əkpərov və MEK-in direktoru texnika elmləri doktoru
Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya
şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva və
Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi
isə şöbənin əməkdaşı, baş
biblioqraf Türkan Vahidovadır.
Göstərici Nuru Bayramovun həyatı, elmi-pedaqoji və
ictimai fəaliyyətini, alimin elmi əsərlərinin
biblioqrafiyasını əhatə edir.
Biblioqrafiya tibb üzrə elmi-tədqiqat işi aparan
alim və mütəxəssislər, ali məktəb müəllimləri
və tələbələri, o cümlədən geniş
oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edəki ki, bu nəşrin elektron versiyası ilə
kitabxananın saytındakı elektron kitabxana bölməsində
tanış olmaq mümkündür.
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (№1).- S.15.