İşğaldan
azad edilmiş ərazilərdə biznes layihələri
İşğaldan azad edilmiş ərazilərdə
iqtisadiyyatın bərpası, sahibkarlığın
inkişafı və investisiya mühitinin
yaxşılaşması dövlət siyasətinin prioritetlərindən
biridir. Bu məqsədlə Azərbaycan Biznesinin İnkişafı
Fondu (ABİF) bölgədə fəaliyyət göstərən
sahibkarları maliyyə alətləri və güzəştli
maliyyə mexanizmləri ilə dəstəkləyir.
“İşğaldan azad edilmiş ərazilərdə
fəaliyyət göstərən sahibkarlara dəstək”
mexanizmi çərçivəsində bu bölgələrdə
investisiya layihələri həyata keçirən sahibkarlar
üçün zəmanət-subsidiya mexanizmi var. Mexanizmə
əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından
əldə etdikləri kreditlərin məbləğinin 90%-dək
hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin
kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi
36 aya qədər müddətdə dövlət tərəfindən
subsidiyalaşdırılır və kreditin müddətinin
yarısınadək olmaqla 36 aya qədər güzəşt
müddəti tətbiq edilir.
Bu ilin dekabr ayınadək 43 layihə üzrə
sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə
47,8 milyon manat həcmində zəmanət verilib. Eyni zamanda
bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə
14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu
mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən
sənaye, kənd təsərrüfatı, xidmət və
turizm kimi sahələrdə fəaliyyət göstərərək,
həmin ərazilərdə iqtisadiyyatın canlanmasına
töhfə verirlər. Bu mexanizmə müraciətlərin
operativ qəbul edilməsi məqsədilə "Elektron
kredit və zəmanət” informasiya sistemi fəaliyyət
göstərir. Sahibkarlar kredit təşkilatına getmədən
elektron informasiya sistemi vasitəsilə müraciətlərini
ünvanlaya bilər.
İşğaldan azad edilmiş ərazilərdə
sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
istiqamətində zəmanət-subsidiya mexanizmi ilə
yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək
tədbirləri davam etdirilir. Fond tərəfindən
işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərən sahibkarlara bu ilin dekabrınadək
ümumilikdə 45,6 milyon manat güzəştli kredit verilib.
Təqdim edilən maliyyə alətləri bu ərazilərdə
yeni təsərrüfat subyektlərinin yaranmasına şərait
yaradır və mövcud bizneslərin genişlənməsi
üçün əlverişli imkanlar təqdim edir.
İşğaldan azad edilmiş ərazilərdə
sahibkarlığa dövlət dəstəyi bölgədə
istehsal və xidmət sahələrinin yaranmasını
sürətləndirir, real sektorun formalaşmasına və məşğulluğun
artmasına stimul yaradır. İşğaldan azad edilmiş
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında özəl sektor üçün dövlət
tərəfindən tətbiq edilən dəstək və
güzəştlər paketi bölgədə əlverişli
işgüzar mühit formalaşdırıb.
Regionda fəaliyyət göstərən rezidentlərə
1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak,
torpaq və sadələşdirilmiş vergilərdən tam
azadolma tətbiq olunur. Həmçinin müvafiq iqtisadi fəaliyyət
sahələri üzrə avadanlıq və xammalın idxalına
görə ƏDV və gömrük rüsumları ödənilmir,
habelə dividendlərdən əldə edilən gəlirlərə
görə vergi tutulmur. İstehsal sahəsində fəaliyyət
göstərən rezidentlər üçün kommunal xidmətlər
üzrə də mühüm dəstək mövcuddur. 1
yanvar 2033-cü ilədək hər ay istehlak edilən kommunal
xidmətlərə görə ödənişlərin 20%-i
dövlət tərəfindən geri qaytarılır. Fiziki
şəxslərin mehmanxana və hotel xidmətlərinə
görə ödədiyi ƏDV-nin geri qaytarılması da
stimullaşdırıcı mexanizmlərdən biridir:
nağdsız ödənişlərdə 30%, nağd ödənişlərdə
isə 5% geri qaytarılır.
Bölgədəki sənaye parklarının rezidentləri
isə qeydiyyata alındıqları tarixdən etibarən 10
il müddətinə əmlak, torpaq və mənfəət
vergilərindən tam azaddır. Eyni zamanda, idxal olunan texnika və
avadanlıqlar üçün ƏDV və gömrük
rüsumu tətbiq edilmir ki, bu da müəssisələrin
ilkin investisiya xərclərini əhəmiyyətli dərəcədə
azaldır və layihələrin daha operativ şəkildə
reallaşmasına şərait yaradır.
Qeyd edilənlərlə yanaşı, işğaldan
azad edilmiş ərazilərdə sosial sığorta, kommunal
xidmətlər və əmək münasibətləri ilə
bağlı müvafiq güzəştlər tətbiq olunur.
Dövlətin təqdim etdiyi dəstək və güzəştlər
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi
potensialının reallaşdırılmasına,
sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə
güclü stimul verir. Bunun nəticəsidir ki,
işğaldan azad edilmiş ərazilərdə rezident statusu
alan sahibkarlıq subyektlərinin sayı ildən-ilə
artır, yeni istehsal və xidmət müəssisələri
fəaliyyətə başlayır, istehsal olunmuş məhsullar
artıq ixrac edilir. Bu da bölgədə real sektorun formalaşmasına
və dayanıqlı iqtisadi təməllərin qurulmasına
şərait yaradır.
Bu stimullar məşğulluğun
artırılmasına da mühüm töhfə verir. Yeni
müəssisələrin fəaliyyətə başlaması
yerli əhalinin əmək bazarına reinteqrasiyasını,
ixtisaslı kadrların bölgəyə cəlb
olunmasını sürətləndirir. Hazırda bu ərazilərdə
70 minə yaxın insan yaşayır. Bu rəqəmin bu ilin
sonunadək 120-140 minə çatacağı gözlənilir.
Ümumilikdə dövlətin təqdim etdiyi bu geniş dəstək
və güzəşt mexanizmləri Qarabağ və Şərqi
Zəngəzurun müasir, innovativ və rəqabətqabiliyyətli
iqtisadi məkan kimi formalaşmasına xidmət edir.2026-cı
ildə dövlət büdcəsindən Qarabağda bərpa
və yenidənqurma işlərinə 3.5 milyard manat vəsait
ayrılıb. 2025-ci ildə bu rəqəm 4,856 milyard manat
olub. Maliyyə Nazirliyinin məlumatına görə, il ərzində
sifarişçi təşkilatlar tərəfindən
müvafiq layihələr üzrə dövlət xəzinədarlıq
orqanlarına təqdim edilmiş xərc sifarişlərinin
maliyyələşdirilməsi ilə dövlət büdcəsində
işğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası məqsədilə nəzərdə
tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizini
sifarişçi təşkilatlar tərəfindən,
dövlət büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu üçün nəzərdə tutulan vəsaitin
isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə
olunub.
Bu ilin əvvəlinədək işğaldan azad
olunmuş ərazilərin yenidən qurulmasına ümumilikdə
22 milyard manat xərclənib. Bu vəsait Ermənistan dövlət
büdcəsi gəlirlərinin 2 dəfə,
Gürcüstandan isə 1.4 dəfə çoxdur.
Böyük qayıdış çərçivəsində
2026-cı ilin sonunadək Qarabağda xərclər təqribən
30 milyard manata qədər yaxınlaşacaq. Azərbaycan
öz daxili maliyyə mənbələri hesabına
işğaldan azad olunan ərazilərimizi bərpa edir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma
ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri
görülür, biznesin canlanması məqsədilə
sağlam bünövrə yaradılır. Məsələn,
aşağı həddə icarə haqqı tətbiq edilir,
dövlət vəsaiti hesabına kommunikasiya və logistik
infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli
və texniki su, sürətli internet, həmçinin daxili və
tranzit yük daşımalarını həyata keçirməyə
imkan verən avtomobil və dəmir yolu, eləcə də
anbarlardan ibarətdir.
İşğaldan azad edilmiş ərazilərin yenidən
qurulması, bərpası, dayanıqlı inkişafın və
əhalinin yüksək səviyyəli həyat səviyyəsinin
təmin olunması üçün zəruri infrastrukturun
yaradılması çərçivəsində şəhər
və kəndlərin, təhsil və səhiyyə obyektlərinin,
hava limanlarının bərpası və tikintisi istiqamətində
işlər davam etdirilir, eyni zamanda müxtəlif
yaşayış məntəqələri arasında, eləcə
də bu məntəqələri ölkənin digər şəhər
və rayonları ilə birləşdirən nəqliyyat
infrastrukturu formalaşdırılır.
Əhalinin məskunlaşması ilə yanaşı əsas
hədəflərdən biri də işğaldan azad
olunmuş ərazilərdə yeni iş yerlərinin
yaradılmasıdır. Çünki daimi məskunlaşma
üçün insanların işlə təmin olunması ən
vacib sosial-iqtisadi əhəmiyyətə olan şərtlərdən
biridir. Böyük Qayıdış üzrə Birinci
Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna
kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə
köçürülməsi nəzərdə tutulur.
Hazırda Qarabağda əsas investor dövlətdir.
Bütövlükdə isə regionun inkişafına dövlət
tərəfindən 30-35 milyard manat yatırılması nəzərdə
tutulur. Hökumət Qarabağda hazırda əsas diqqətini
daha çox infrastruktur layihələrinə yönəldib.
Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb
etmək mümkün deyil. Ən azından müasir yol
olmalıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma
ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri
görülür, biznesin canlanması məqsədilə
bünövrə yaradılır. Məsələn,
aşağı həddə icarə haqqı tətbiq edilir,
dövlət vəsaiti hesabına kommunikasiya və logistik
infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli
və texniki su, sürətli internet, həmçinin daxili və
tranzit yük daşımalarını həyata keçirməyə
imkan verən avtomobil və dəmir yolu, eləcə də
anbarlardan ibarətdir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (№1).- S.12.