Azərbaycanın beynəlxalq münasibətlər
sistemində yeri və rolu daha da möhkəmlənir
Azərbaycan Respublikasının müstəqil
dövlət kimi beynəlxalq münasibətlər sisteminə
qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və
təhlükəsizlik məsələlərinin tənzimlənməsində
xarici siyasət sahəsində fəaliyyətin rolu kəskin
şəkildə yüksələrək həlledici əhəmiyyət
kəsb edib. Avropa ilə Asiyanın qovşağında
strateji baxımdan əlverişli, mühüm geostrateji
mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi
həyatın bütün sahələrində özünəməxsus
xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq
və Qərb dəyərlərinin sintezindən
yaranmış cəhətləri də əxz edərək,
dünya birliyinə inteqrasiya olunmaq xəttini seçib. Bu
seçimi reallaşdırmaq istiqamətində Azərbaycan
dövləti, bir tərəfdən, dünya təcrübəsini
öyrənərək, özünün iqtisadi və siyasi
inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən,
beynəlxalq aləmdə qəbul edilən ölçülərə
uyğun olaraq öz milli maraqlarını qorumaq
üçün dövlətlərarası əlaqələrə
girir. Bu da tamamilə təbiidir, çünki hər bir
ölkənin daxili iqtisadi, siyasi və mənəvi tələbatının
ödənilməsi onun dünya ölkələri ilə
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin
qurulmasını və inkişafını, milli maraqlarına
cavab verən xarici siyasət yürüdülməsini tələb
edir. Azərbaycanın bugünkü beynəlxalq vəziyyəti
xarici siyasət sahəsində hər hansı bir qütbə
və yaxud istiqamətə açıq nümayiş etdirilən
üstünlük verilməsini miimkünsüzləşdirir,
balanslaşdırıcı və tarazlaşdırıcı
siyasi kurs seçilməsini şərtləndirir.
Mövzu ilə bağlı qəzetimizə
danışan politoloq Şingiz Şahbazi deyib ki, Azərbaycanın
dünya birliyinə inteqrasiyası və beynəlxalq əməkdaşlıq
strategiyası ölkəmiz müstəqilliyini qazandıqdan
sonra, 1992-ci ildən BMT-yə üzv qəbul edilməsi ilə
başladı. BMT çərçivəsində bir sıra
beynəlxalq missiyalarda iştirak etdi və sülh və təhlükəsizlik
məsələlərinə töhfə verən ölkələrdən
biri kimi, BMT Təhlükəsizlik Şurasının qeyri
daimi üzvülüyinə seçildi. (2012-2013 ) Bu müddət
ərzində Azərbaycan regional konfliktlərin həlli
proseslərinə fəal şəkildə dəstək verib.
Həmçinin Azərbaycan Avropa Şurasına üzv olaraq,
Avropa standartları çərçivəsində bir
çox konvensiyalara qoşulub. Eyni zamanda Avropa İttifaqı
ilə tərəfdaşlıq əməkdaşlığı
çərçivəsində enerji təhlükəsizliyi
, ticarət və humanitar sahələrdə layihələr həyata
keçirir. Xüsusilə Şərq Tərəfdaşlığı
Proqramı, Azərbaycanın Avropa məkanına daha çox
inteqrasiyasını gücləndirib. Azərbaycanın
dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla
əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində daha bir beynəlxalq təşkilata üzv
seçilib - İslam Əməkdaşlıq Təşkilatı
(İƏT). Azərbaycan bu təşkilata üzv olaraq təşkilatın
bütün tədbirlərində fəal iştirak edir və
dünya müsəlman ölkələri arasında iqtisadi və
mədəni əlaqələrin genişləndirilməsi və
inkişafı üçün öz töhfəsini verir. Bu
platforma vasitəsilə ölkəmiz regional sülh, sosial
inkişaf və qarşılıqlı anlaşma
üçün dialoqlara dəstək verir. Azərbaycan
paralel olaraq regional əməkdaşlığın
inkişafında da böyük rol oynayır. Cənubi Qafqaz və
Mərkəzi Asya regionunda Azərbaycan əsas aktyorlardan
biridir və bu istiqamətdə ölkəmiz bir çox təşkilatlarda
təmsil olunur. Azərbaycan regional əməkdaşlığın
inkişafı üçün ən perspektivli ölkə
hesab olunur və bu istiqamətdə ciddi lahiyələrə
imza atır. Regionda sülh və əməkdaşlığı
təşviq edən ölkələrin başında gələn
Azərbaycan və onun Prezidenti İlham Əliyev, Ermənistan
və Azərbaycan arasında 30 ildən artıq davam edən
münaqişəyə, bir çox ölkələrin
maraqlarından doğan ikili standartlara rəğmən son
qoymağı bacardı. Bu münaqişə Azərbaycanın
qələbəsi ilə başa çatdı. Azərbaycan
Prezidenti İlham Əliyev Azərbaycanda separatçı rejim
və xam xəyallar quran erməni millətçilərini və
onların qurduğu dəstələri məhv etməklə,
onların dırnaq arası rəhbərlərinin
böyük bir qismini həbs edərək qanun
qarşısına çıxartmaqla, həmçinin Ermənistanı
bu terrorçulardan qurtarmış oldu. Baxmayaraq ki, bir qismi Azərbaycanın
əlindən çıxıb qaça bildi və onlar
hazırda Ermənistan və erməni xalqı
üçün əsil problemə çevriliblər. Bu
istiqamətdə də Azərbaycan beynəlxalq təşkilatlarda
o cinayətkarlara qarşı mübarizə aparır. Azərbaycanın
qələbəsi erməni xalqının da işinə
yaradı, desək yanılmarıq. Bu səbəbdən 30
illik münaqişə 2020-ci ildə Azərbaycanın qələbəsi
ilə yekunlaşdı. Hazırda iki ölkə arasında
yekun sülh müqaviləsinin imzalanması istiqamətində
son tamamlama işləri aparılır. Hər kəs bunun
müsbət təsirindən faydalanacaq və Cənubi Qafqazda
sülh və əmin-amanlıq dövrü başlayacaq. Bu Azərbaycan
Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin
nəticəsidir. Doğrudur, bu yolda bir çox beynəlxalq
platformalarda fərqli dəyərləndirmələr və fərqli
yanaşmalara cəhdlər oldu. Amma, Prezident İlham
Əliyevin rəhbərliyi altında bu qələbə təmin
olundu və hər iki ölkə vətəndaşları
bundan sonra sabitlik və əmin-amanlıq şəraitində
yaşamaq haqqı qazandı. Bu gün regionda yeni geosiyasi
mühit formalaşmaqdadır və regional iqtisadi inteqrasiya
üçün hər kəs təşəbbüslə çıxış
edir. Regional əməkdaşlığın inkişafında
Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat
dəhlizləri kimi böyük infrastruktur layihələrini
dəstəkləyir. Bunlara “Bakı-Tbilisi-Qars” dəmiryolu , Cənub
Qaz Dəhlizi və Xəzər dənizində enerji əməkdaşlığı
kimi transregional layihələr daxildir. Bu təşəbbüslər
regional ticarət əlaqələrini və iqtisadi
inteqrasiyanı gücləndirir. Ölkəmiz beynəlxalq təşkilatlar
vasitəsilə iqtisadi inkişaf və təhlükəsizlik
zəmanətlərinə xüsusi önəm verir və bu
istiqamətlərdə bir çox tədbirlərin
iştirakçısı olub və ciddi təkliflərlə
çıxış edən ölkələrdəndir. Həmçinin
GUAM və CİCO kimi regional platformalarda Azərbaycan aktiv rol
oynayır. Bu təşkilatlar vasitəsilə iqtisadi əməkdaşlıq,
sərhəd problemlərinin həlli və təhlükəsizlik
sahəsində dialoq mexanizmlərinin yaradılmasında əsas
məqsəd olaraq vacib sayılır. Azərbaycan bu gün
ABŞ və NATO ilə strateji əlaqələr qurur.
ABŞ-la müxtəlif sahələrdə münasibətlər
quran və bu istiqamətdə səylərini artırmağa
çalışan Azərbaycan hökuməti, bu gün prezident
Tramp Administrasiyası tərəfindən yüksək ehtirama
sahibdirlər və bu iki ölkə münasibətlərinə
çox müsbət şəkildə təsir göstərir.
Həmçinin NATO ilə yüksək səviyyədə əməkdaşlıq
edən Azərbaycan diplomatiyası formalaşıb və NATO
ilə tərəfdaşlıq çərçivəsində
“Sülhün Naminə Əməkdaşlıq” proqramında
bu gün Azərbaycan iştirak edir. Rusiya və Azərbaycan
arasında uzun müddətdir ki siyasi və iqtisadi
platformalarda münasibətlərin inkişafında əhəmiyyətli
dərəcədə qarşılıqlı dəstək və
iki ölkə arasında əlaqələrin inkişaf
etdirilməsi istiqamətində mühüm addımlar
atılmışdır. Eyni zamanda Çin xalq respublikası
ilə əlaqələrimizin uğurla davam etdirilməsi
istiqamətində mühüm tədbirlər həyata
keçirilib və bu istiqamətdə addımlar
atılır. “Bir Kəmər Bir Yol” təşəbbüsü
istiqamətində Azərbaycan və Çin arasında əlaqələr
genişlənir və bu əməkdaşlıq regional
investisiya , logistika və energetika layihələrində
özünü göstərir. Bu gün Azərbaycan Prezidenti
İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir
ki, Azərbaycan həmçinin Mərkəzi Asya və
Yaxın Şərq ölkələri ilə əlaqələrini
genişləndirir. Mərkəzi Asiya və Yaxın Şərq
ölkələri ilə ticarət, enerji və digər sahələrdə
əməkdaşlıq formatlarını gözdən
keçirir və bu regionlarla inkişafın sürətləndirilməsi
üçün mühüm rol oynayır. Bütün bunlar
onu göstərir ki, bu gün Azərbaycan müxtəlif beynəlxalq
platformalarda təmsilçiliyi əldə edə bilib və
müxtəlif təşəbbüslərlə
çıxış edir və qlobal səviyyədə diqqət
çəkən layihələrə ev sahibliyi edir. Bunlar
arasında xüsusi diqqət mərkəzində yer alan COP-29-u
qeyd etmək lazımdır və bu gün Azərbaycan BMT-nin
davamlı inkişaf məqsədlərinə dəstək məqsədilə
humanitar yardım proqramları, regional əməkdaşlıq
forumları və digər bir sira beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevrilib. Azərbaycanın
dünya birliyinə inteqrasiyası və beynəlxalq təşkilatlarla
əməkdaşlıq əlaqələrinin inkişafı
istiqamətində yürüdülən xarici siyasətdə
davamlılığın qorunub saxlanılması və beynəlxalq
təşkilatlarla əməkdaşlıq, region ölkələri
ilə iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi
, müxtəlif qlobal tərəfdaşlarla əməkdaşlıq
çərçivələrinin
formalaşdırılması, Azərbaycanı dünya səhnəsində
mühüm aktora çevirməyi başardı. Azərbaycan
bütün bu proseslər zamanı sülh, dialoq və əməkdaşlıq
prinsiplərini əsas götürərək həm regionda həm
də qlobal miqyasda faydalı əməkdaşlıq əlaqələri
qurmağa davam edir.
Cavid
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.9.