Maduro əməliyyatının
ABŞ pəncərəsi: strateji hədəf və fərqli
aspektlər
ABŞ-nin Venesuela prezidenti Maduronu oğurlaması
hazırda dünyanın gündəmində qalmaqda davam edir.
Bu prosesin presedentə yol açacağı və daha
təhlükəli prosesləə rəvac veriləcəyi ilə
bağlı narahatlıq yaradılb.
Venesuelada vəziyyət necə olacaq və bu proses
dünya siyasətinə necə təsir edəcək?
“Xalq Cəbhəsi” millət vəkilləri və
siyasi ekspertlərlə bu suallara cavab tapmağa
çalışıb.
Beynəlxalq hüquq konteksti
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib
ki, ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat ABŞ pəncərəsindən
onun həyati vacib maraqlarının qorunması
üçün atılan bir addımdır: “Amma şübhəsiz
ki, bu, həm də beynəlxalq hüququn, BMT Nizamnaməsinin
kobud formada pozulmasıdır. ABŞ-ni bu addımı
atmağa vadar edən Amerika qitəsinə sahib
çıxması istəyi və məqsədləridir.
Çünki ABŞ hər şeydən öncə
Amerikanı şimalı və cənubu ilə öz nəzarətində
olmasını istəyir və bunu öz təhlükəsizlik
çətiri kimi görür. Ancaq son dövrlərdə
Venesuela ilə Çin arasında münasibətlərin dərinləşməsi,
Panama ilə Çin arasında münasibətlərin dərinləşməsi
proseslərini ABŞ öz milli təhlükəsizliyi
üçün təhdid hesab etdi və əvvəlcə
Panamadan Çini çıxardı, indi isə Venesueladan
Çini çıxardı və beləliklə qlobal
platformada özünün əsas rəqibinə strateji bir zərbə
vurmuş oldu”.
ABŞ Venesuelanın resurslarını ələ
keçirməklə…
H.Babaoğlu qeyd edib ki, digər bir səbəb, bu
gün Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin
gərginləşməsi kontekstində Avropanın yeni neftə
ehtiyacı var: “Yəni Avropa qitəsi bütövlükdə
hazırda çox böyük həvəslə neft və
neft məhsulları istehlak etmək üçün alternativ
mənbə axtarır. Bu zaman ortaya çıxan
dünyanın bir nömrəli resursu Venesueladır. ABŞ həm
də geoiqtisadi kontekstdə Venesuelanın resurslarını ələ
keçirməklə onu Avropaya satmaq imkanları əldə etdi.
Eyni zamanda, digər neft istehlakçılarına da neft
satmaqla bağlı heç bir məhdudiyyət tətbiq etməyəcəyini
bildirdi. Amma bu da məsələnin hamısı deyil”.
“ABŞ yeni bir üstünlük qazanmış oldu”
Deputatın sözlərinə görə, strateji
tablonu bir qədər böyütsək fonda daha böyük
hadisələrin və məqsədlərin olduğunu görəcəyik:
“Bu, nədən ibarətdir? Hazırda hamının bəhs
etdiyi qlobal çoxqütblü sistemə qarşı
ABŞ-nin qlobal dövlət, ya da qlobal təkqütblü
sistem alternativi var. ABŞ həm də bu istiqamətdə
öz məqsədlərinə doğru əhəmiyyətli
bir addım atmış oldu. Çünki yalnız
şimallı, cənublu Amerikada hakim olduqdan sonra ABŞ
üçün dünyaya hakim olmaq perspektivləri
yaranır. Əslində, ABŞ öz maraqları, məqsədləri
baxımından strateji addım atmaqla yeni bir
üstünlük qazanmış oldu. Bu fonda beynəlxalq
hüquq, dövlətlərin suverenliyi, ərazi
bütövlüyü kimi məsələlərin bir daha nə
qədər formal olduğu ortaya çıxdı və
heç kəs ABŞ-nin bu addımını qınamaq
üçün belə özündə cəsarət tapa
bilmədi”.
“Bu, neft ehtiyatlarına bağlı olan məsələdir”
Siyasi şərhçi Zeynal Əmrəliyev söyləyib
ki, ABŞ-nin Maduronu ələ keçirməsi neft
ehtiyatlarına bağlı olan məsələdir: “Yəni
ABŞ uzun müddətdir ki, Venesuelanın zəngin neft
ehtiyatlarını ələ keçirməyə və burada
özünün maraqlarını təmin etməyə
çalışırdı. 1999-cu ildə sosialist Uqo
Çaves hakimiyyətə gəldikdən sonra faktiki olaraq
Venesuela ABŞ-nin öz ölkəsinə daxil olmasına və
neft mənbələrindən faydalanmasına qadağa qoyub. Yəni
Çavesin vaxtından bu, qüvvədədir. Faktiki olaraq 27
ilə yaxın bir dövrdür ki, ABŞ Venesuelada iqtisadi
maraqlarını təmin edə bilmir. 2000-ci ildə Corc
Buş prezident seçildikdən sonra çox
çalışdı ki, Venesuelada ABŞ-nin
maraqlarını təmin etsin. Ancaq buna nail ola bilmədi”.
“Maduro bitmiş bir fiqur idi”
Z.Əmrəliyev qeyd edib ki, burada əsas məsələ
ABŞ-nin öz maraqlarını hansı üsulla təmin
etməsidir: “ABŞ xüsusi təyinatlıları
Venesuelanın paytaxtı Karakasda əməliyyat keçirərək
Maduronu hakimiyyətdən devirdilər. Burada sual olunur ki, bu əməliyyatın
belə tez keçirilməsində və bu dərəcədə
effektiv olmasında əsas məsələ nədir? Maduronun
hakimiyyəti demək olar ki, legitimliyini itirmişdi. Faktiki
olaraq Maduro artıq bitmiş bir fiqur idi. Buna görə də
ABŞ bu əməliyyatı çox rahat bir şəkildə
həyata keçirə bildi”.
“İqtidar özünü qorumaq üçün…”
Onun sözlərinə görə, ikinci məsələ
isə iqtidar elitasının ABŞ ilə bu məsələdə
razılaşmış olmasıdır: “Biz elitanın, yəni
Maduronun hakim komandasının öz fəaliyyətini davam
etdirməsinin şahidi oluruq. ABŞ demək olar ki, yeganə
olaraq Maduronu və onun həyatı yoldaşını ölkədən
çıxardı, geri qalan heç kəsə toxunmadı.
Bu fakt onu göstərir ki, elita özünü qorumaq
üçün Maduronu qurban verib və ABŞ ilə
razılaşdırılmış şəkildə öz
hakimiyyətlərini saxlayacaqlar”.
ABŞ-nin növbəti addımları…
O həmçinin deyib ki, Venesueladakı vəziyyətin
olduğu, hakim komanda və onun lideri arasında uçurumun
olduğu, prezidentin öz legitimliyini itirdiyi ölkələrdə
və ABŞ-nin təsirinin güclü olduğu ölkələrdə
eyni hadisə baş verə bilər: “Məsələn,
tez-tez misal çəkirlər ki, İranda və Şimali
Koreyada bu hadisə baş verə bilərmi? Mən bunu
güman etmirəm. Çünki ABŞ-nin İranda və
Şimali Koreyada təsiri bu qədər güclü deyil.
Maksimum şəkildə ABŞ təzyiq göstərməyə
başlayacaq. Bundan sonrakı hədəfləri çox
böyük ehtimalla Meksika və Kolumbiya kimi ölkələr
olacaq ki, ABŞ burada çalışacaq bu hakimiyyətləri
silkələsin. Bundan sonra ABŞ növbəti mərhələdə
Latın Amerikası ölkələrində daxildə 5-ci
kolonları, özünün yetişdirdiyi qüvvələr
vasitəsilə hakimiyyətləri devirmək
üçün səylər göstərə bilər”.
Əsas məqsəd
Siyasi şərhçi Taleh Əliyev deyib ki,
ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın
əsas hədəfi Maduronun hakimiyyətdən
uzaqlaşdırılması və bu ölkədə
anti-amerikan rejimə son verməyidir: “Söhbət ABŞ
üçün Venesuelada bir diktator rejimin, anti-amerikan rejimin
olmasından getmir. Burada əsas hədəf Latın
Amerikası regionunda ABŞ-nin maraqlarına tərs düşən,
beynəlxalq səviyyədə ABŞ-yə qarşı
müttəfiq deyil, əslində, rəqib olaraq qiymətləndirilən
ölkələrin bu rejim vasitəsilə Latın
Amerikasında özlərinin iqtisadi və geosiyasi
maraqlarını reallaşdırması və bununla da
ABŞ-yə qarşı təhdid
formalaşdırılmasıdır. Bilirik ki, devrilmiş və
qaçırılmış Venesuela Prezidenti hakimiyyətə
gəldiyi vaxtdan, hətta onun varisi olduğu Uqo Çavesin
özü belə Latın Amerikası ölkəsi olan
Venesuelada sosializm rejimi qurmaqla ABŞ-yə qarşı,
bütövlükdə kapitalizm dünyasına qarşı
bir cəbhə açmışdı və müttəfiq
ölkələr qismində də əsasən Rusiya və
Çinlə, eyni zamanda İranla əməkdaşlıq
edirdi”.
Siyasi şərhçi bildirib ki, ABŞ-nin həyata
keçirdiyi bu əməliyyatda başlıca hədəfi
Venesuelanın neft və qazla zəngin olan təbii sərvətlərini
özünün rəqib ölkələrinin əlindən
almaq və yenidən bu ölkənin sərvətlərini
özünə rəqib olan ölkələrin
iqtisadiyyatının formalaşmasında iqtisadiyyatına sərmayə
olaraq cəlb olunmasının qarşısını kəsərək
yenidən öz nəzarətinə götürməkdən
ibarət idi: “Yəni bu baxımdan Maduronın şəxsiyyətindən
daha çox, həyata keçirilən əməliyyatın
başlıca məqsədi Venesuelanı yenidən ABŞ-nin nəzarətinə
keçirməyə nail olmaq idi ki, üç saatlıq əməliyyatla
da ABŞ öz məqsədlərinə nail ola bildi”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2026.-
8 yanvar (¹1).- S.7.