Azərbaycanlı pianoçunun
albomu beynəlxalq musiqi platformalarında yerləşdirilib
Müasir musiqi ifaçısı kimi tanınan
istedadlı pianoçu Humay Qasımzadənin albomu Amerika Bəstəkarları
Forumunun məşhur “İnnova Recordings” səsyazma şirkəti
tərəfindən seçilərək dünyada tanınan
“Apple music”, “Amazon music”, “Spotify” və digər musiqi
platformalarında yerləşdirilib.
Azərbaycanlı pianoçunun bu
platformalarda təbliğ edilən ifasına müasir Azərbaycan
bəstəkarlarının solo fortepiano üçün
yazdığı əsərlər daxildir. Albomda Türkər
Qasımzadənin fortepiano və canlı elektronika
üçün yazılmış "Zikr", Tahir
İbişovun "Keçmişin çalarlarının kətan
üzərində sezilməyən oyunları", Ayaz Qəmbərlinin
"Riqa yağışda", Elmir Mirzoyevin "5
üslub", Said Qəninin "Toccata (“Dəmiri isti-isti
döyərlər)" əsərləri yer alır.
“İnnova” səsyazma şirkəti Humay Qasımzadənin
bu albomunu tanınmış amerikalı musiqişünaslara rəy
yazıları üçün də təqdim etməyi
planlaşdırıb.
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.16.