Kərə
yağı bahalaşır: “bazar dinamikası buna uyğun
formalaşacaq”
Yanvarın 1-dən etibarən kərə
yağının idxal rüsumu 5%-dən 15%-ə
qaldırılıb. Bu dəyişiklik ölkədə
satış qiymətlərinə və istehlakçı xərclərinə
birbaşa təsir göstərəcək. Hazırda marketlərdə
qiymət artımı elə də nəzərə
çarpmasa da, ekspertlərin hesablamalarına görə, orta
statistik 4 nəfərlik ailələr üçün illik əlavə
xərclər 50-80 manat civarında olacaq. Bu, adambaşına
düşən xərclərin təxminən 10%-lik
artımı deməkdir.
Bazarda alıcıların seçimində əsasən
Yeni Zelandiya və yerli istehsal kərə yağları
üstünlük təşkil edir. İdxal rüsumunun
yüksəlməsi idxal məhsullarının qiymətini
artıracaq, lakin yerli istehsal daha sərfəli qalaraq
bazardakı payını qoruyacaq. Bu isə alıcıları
qiymətə daha həssas etməklə yerli məhsullara
yönəlməyə stimullaşdıracaq. 2026-cı il
üçün proqnozlar göstərir ki, rüsum
artımı nəticəsində kərə
yağının qiyməti orta hesabla 15-17% bahalaşa bilər,
bu isə həm ailə büdcələrinə əlavə
yük, həm də bazar dinamikasında idxal və yerli məhsullar
arasındakı qiymət fərqlərinin daha aydın
görünməsi ilə nəticələnəcək.
“Kərə yağında qiymət təzyiqi”
İqtisadçı ekspert Akif Nəsirli “Xalq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, kərə
yağının idxal rüsumunun 5%-dən 15%-ə
qaldırılması ölkədə satış qiymətləri
və istehlakçı xərclərinə müəyyən
təzyiq göstərəcək: “Hazırda marketlərdə
kərə yağının qiymətində ciddi artım
müşahidə olunmasa da, rüsumun tətbiqi orta statistik 4
nəfərlik ailə üçün il ərzində 50-80
manat əlavə xərclə nəticələnəcək.
Bu, adambaşına düşən xərclərin təxminən
10%-lik artımına bərabərdir. Bazarda
alıcıların seçimində Yeni Zelandiya və yerli istehsal
kərə yağları üstünlük təşkil edir.
Rüsumun artımı idxal məhsullarının qiymətini
bir qədər yüksəldə bilər, lakin yerli istehsal məhsulları
daha sərfəli qalaraq bazarda payını qorumağa davam edəcək.
Bu isə alıcıların seçimində yerli məhsullara
yönəlməsini stimullaşdıracaq. 2026-cı ildə
rüsum artımı nəticəsində kərə
yağının qiyməti orta hesabla 15-17% bahalaşa bilər.
Bu, həm ailələrin büdcəsində əlavə
yük, həm də bazarda idxal və yerli məhsullar
arasındakı qiymət fərqlərinin daha aydın
görünməsi deməkdir. Eyni zamanda, idxal məhsullarına
olan tələb nisbətən azalacaq, yerli istehsal isə
üstünlük qazanacaq. Nəticədə alıcılar
qiymətə daha həssas olacaq və bazar dinamikası buna
uyğun formalaşacaq”.
“İstehlakçılar bunun təsirini dərhal hiss
edəcəklər”
İqtisadçı ekspert Xalid Kərimli isə bizimlə
söhbətində bildirib kKərə yağının
idxalında tətbiq olunan güzəştli 5%-lik rüsumun
dövrünün başa çatması və 1 yanvardan
etibarən bu rüsumun 15%-ə yüksəldilməsi məhsulun
pərakəndə satış qiymətlərinə
birbaşa təsir edəcək”,-deyə bildirib.
Ekspert vurğulayıb ki, sahibkarlar gömrükdən
kərə yağını keçirərkən əlavə
olaraq hər kiloqram üçün təqribən 1 manat – 1
manat 30 qəpik artıq vəsait ödəyəcəklər.
Nəticədə, satış qiymətinə əlavə
olaraq təqribən 1 manat 50 qəpik – 2 manat civarında
artım düşəcək: “Burada yalnız idxal rüsumu
deyil, həmçinin maya dəyərindən yaranan digər xərclər
də məhsulun qiymətinə təsir göstərir.
İdxal rüsumu və əlavə dəyər vergisi kimi
dolayı vergilər son istehlak qiymətlərini artıran əsas
amillərdir”.
Xalid Kərimli əlavə edib ki, bu artım
istehlakçılar üçün əlavə maliyyə
yükü yaradacaq və kərə yağının qiymətindəki
bahalaşma qaçılmazdır: “Idxal rüsumunun
artırılması son nəticədə pərakəndə
satış qiymətlərinə yansıyacaq.
İstehlakçılar bunun təsirini dərhal hiss edəcəklər”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.14.