ABŞ-nin liderliyi və
Trampın yeni dünya məntiqi
ABŞ Prezidenti Donald Trampın fəaliyyəti
dünya siyasətində yeni reallıqların
formalaşdığını açıq göstərir.
Tramp yalnız ölkəsinin strateji maraqlarına uyğun hərəkət
etmir, eyni zamanda qlobal güc balansını öz xeyrinə
çevirmək məqsədilə beynəlxalq nizamı
köklü şəkildə dəyişir.
Bu siyasət göstərir ki, beynəlxalq münasibətlər
artıq yalnız hüquqi norma və razılaşmalarla
deyil, güc və qüvvə balansı üzərində
qurulur. Dünya səhnəsində “kim güclüdür,
haqq odur” prinsipi dominant anlayışa çevrilir və
ABŞ, bu prinsip əsasında özünü qlobal lider
mövqeyində möhkəmləndirmək istəyir. Bu
yanaşma beynəlxalq hüququn əhəmiyyətini arxa
plana keçirir və dünya siyasətinə yeni tərz gətirir.
Tramp və yeni dünya oyunu
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”
nə açıqlamasında qeyd edib ki, ABŞ-nin son
dövrlər sərgilədiyi davranışların məntiqini
anlamaq üçün Vaşinqtonun hansı strateji məqsədlər
güddüyünü düzgün dərk etmək
lazımdır: “Amerika Birləşmiş Ştatları
çoxlarının düşündüyü kimi yeni
dünya nizamı formalaşdırmır. Əslində
ABŞ qlobal dövlət modeli qurmağa
çalışır. Yeni dünya nizamı
anlayışı nəzəri baxımdan çoxmərkəzli,
yəni multipolyar və üfüqi münasibətlər
sisteminə əsaslanmalı idi. Yeni dünya nizamı
mümkün olan çoxsaylı güc mərkəzlərinin
mövcudluğunu nəzərdə tutur. Bu, dövlətlərarası
münasibətlərin üfüqi xarakter
daşıdığı bir sistem deməkdir. Lakin ABŞ bu
yanaşmanı qəbul etmir. Vaşinqton dünyanı
şaquli münasibətlər sistemi kimi görür və bu
sistemin zirvəsində özünü yerləşdirir.
ABŞ özünü qlobal dövlət kimi təqdim
edir və beynəlxalq münasibətləri şaquli piramida
şəklində formalaşdırmaq istəyir. Bu
piramidanın başında isə məhz Amerika dayanır.
ABŞ-nin beynəlxalq arenada atdığı addımlar
yalnız bu konsepsiya çərçivəsində məntiqi
izahını tapır. Hazırda dünyada baş verən
proseslər göstərir ki, ABŞ yeni dünya
nizamını deyil, qlobal dövlət nəzəriyyəsini
reallaşdırmağa çalışır. Amerikanın
davranışlarını anlamaq üçün onun nə
istədiyini bilmək əsas şərtdir”.
Rubionin Kuba prezidenti ola bilməsi ilə bağlı səsləndirilən
mülahizələrə toxunan Hikmət Babaoğlu burada da
siyasi alt-məntiqin mövcud olduğunu bildirib: “Marko Rubio ispan
əsillidir. Ona görə də görünür, bu məntiqdən
çıxış edərək istənilən ispandilli və
portuqaldilli ölkəyə ABŞ prezidenti Rubionu layiqli namizəd
kimi görə bilər. Mənə elə gəlir ki, bu
fikrin altındakı siyasi məzmun məntiq etibarilə məhz
bundan ibarətdir”.
“Tramp və güc qanunu”
Politoloq Azad Məsiyev diqqətə
çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin
strateji maraqlarına uyğun hərəkət edir: “Amerika
dövləti dünyada bir qütublu sistem yaratmaq və
özünü onun lideri kimi möhkəmləndirmək niyyətindədir.
Trampın fəaliyyəti də məhz bu məqsədə
xidmət edir. Yəni ABŞ dünya səhnəsində
hökmranlıq etmək və maraqlarını qorumaq istəyir.
Bu yanaşma beynəlxalq nizamı köklü şəkildə
dəyişib. Kim güclüdür, haqq odur prinsipi artıq
dünya siyasətində dominant anlayış halına gəlib.
Hətta Tramp seçkilər ərəfəsində və
andiçmə mərasimində açıq şəkildə
bəyan etmişdi ki, Kanada Birləşmiş
Ştatlarının bir ştatı olmalıdır.
Venesueladakı əməliyyatlar və digər beynəlxalq təşəbbüsləri
göstərdi ki, ABŞ artıq dünya idarəetmə
sistemində öz gücünü əsas alır. Bu
yanaşma bir tərəfdən dünya siyasətində xaos
yaradır, digər tərəfdən isə ABŞ-ın
strateji maraqlarını təmin edir. Nəticədə beynəlxalq
münasibətlər artıq beynəlxalq hüquq çərçivəsində
deyil, güc və qüvvə balansına əsaslanır.
O, vurğulayıb ki, Donald Trampın fəaliyyəti
bunun bariz nümunəsidir. o, dünya siyasətində yeni
reallıqları formalaşdırır və güc prinsiplərini
ön plana çıxarır, bu da müasir qlobal düzənə
ciddi təsir göstərir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.13.