“İranla
bağlı iki mühüm risk amili var”
Kənan Rövşənoğlu: “ABŞ gözlənilməz
və sərt müqavimətlə üzləşə bilər”
İranda vəziyyət gərgin olaraq qalır.
Dünya mediasında prosesin gedişi ilə bağlı fərqli
və ziddiyyətli fikirlər yer alır. Dini idarəetmənin
dəyişməsi, Pəhləvi ssenarisi, yaxud xaos və digər
aspektlər üzərindən müzakirə olunur. İrana
hücum ehtimalı, bölgənin qanlı coğrafiyaya
çevrilməsi riskləri də istisna edilmir.
Ara.dırmasçı-jurnalist, Yaxın Şərq
üzrə ekspert Kənan Rövşənoğlu “Xalq Cəbhəsi”nə
müsahibəsində ümumi mənzərəyə
aydınlıq gətirib.
- İranda baş verən proseslər necə nəticələnə
bilər?
- İranda ilk dəfə dekabrın 28-də
sosial-iqtisadi vəziyyətə etiraz olaraq əhali
küçələrə çıxdı. İllik
inflyasiya 42 faizə enib, hökumət milli valyutanı qoruya
bilmir, üstəlik sanksiyalar səbəbi ilə neft
ixracı minimuma enib və bu da valyuta daxil olmalarını
azaldıb, nəticədə ölkədə bütün təbəqələrdə
sosial narazılıq var.
Burda daha bir məqam isə islahatçı hökumət
ilə mühafizəkar qanad, xüsusən də SEPAH arasında
çəkişmə idi. Bu çəkişmə vəziyyəti
daha da dramatikəşdirdi. Mühafizəkar media hökumətin
hər addımını qatı müxalifətçilər
kimi tənqid edirdi. Bu mənada sosial partlayış gözlənilirdi.
Ancaq bütün əvvəlki etirazlarda olduğu kimi,
sosial etirazların arxasında siyasi tələblər ortaya
çıxdı və şüarlar rejim əleyhinə
çevrildi. Nəticədə aksiyalar iğtişaş və
küçə döyüşlərinə çevrildi.
Yanvarın 12-də keçirilən aksiyalar göstərdi ki,
hakimiyyət hələ güclüdür, monolitdir, ordu hələlik
küçələrə çıxarılmayıb. Bu da aksiyaların
Tehranı çox ciddi narahat etmədiyini göstərir. Nə
zaman silahlı qüvvələr küçəyə
çıxsa o zaman vəziyyətin dramatik olduğu məlum
olacaq.
- Amma ölümlər var...
- Bəli, bu işin pis tərəfidir.
- Etirazların zorakılıqla yatırılması və
ölüm hallaı İran üçün nə vəd
edir?
- Bundan əvəvlki etirazlarda da insan ölümləri
olub. İki mühüm risk amili var. Birincisi xarici hərbi
müdaxilə, yəni ABŞ və İsrailin İrana
hücum etməsi. Belə bir ehtimal var və gözlənilir.
İkincisi, etnik separatizm kartının işə düşməsi,
yəni kürd, ərəb və bəluc
silahlılarının hökumətə qarşı vətəndaş
müharibəsi və itaətsizlik aksiyaları başlada bilər.
Bu, İranda xaotik vəziyyətə gətirə bilər.
ancaq dediyim kimi hələlik buna imkan verilmir. Belə
görünür ki, kürd amilinə görə, Türkiyə
də İrana kəşfiyyat dəstəyi verir.
- Xarici müdaxilə ehtimlı nə qədər
realdır? Bununla bağlı ziddiyyətli fikirlər
mövcuddur...
- Proseslərin uzun müddət davam etməsi ABŞ və
İsrailin müdaxiləsi üçün şərait
yarada bilər. Artıq ABŞ İrana hücum edəcəyinin
siqnalını verib. Yəni açıq deyilir ki, İrana
hücum ola bilər, variantlar masadadır. Hava zərbələri
və ya başqa hansı formada olacağı arasında
seçim edilir. İstənilən halda risk
böyükdür. Çünki, hücum əks nəticə
verə və uğursuzluğa düçar ola bilər. Buna
görə də birmənalı demək olmur. Amma hər
halda belə bir risk var.
-Xarici müdaxilə etiraz mühitinə necə təsir
göstərə bilər?
- Bunu demək olmaz. Məsələn, iyunda İsrail
İrana hücum edəndə yerli etnik
separatçıların hərəkətə keçəcəyini
gözləyirdi, amma olmadı. İlk gün Komala və PJAK rəhbərliyi
hücumu dəstəkləyən bəyanatlar versələr
də, 6-cı gün mövqelərini dəyişdilər, yəni
gedişat onları çəkindirdi.
İndi də hər iki variant ola bilər. Situasiyadan
aşlı olacaq. Ancaq nəzərə almaq laızmdır ki,
xarici müdaxilənin daxilə necə təsir edəcəyini
heç kim bilmir.
Xatırladaq ki, dekabrın 28-də İranda gözlənilmədən
sosial tələblərlə etiraz başladı. Bir gün
sonra isə Netanyhu ABŞ-yə getdi, Floridada
görüşdülər, əvvəldən də elan
olundu ki, əsas mövzu İran olacaq. Bu, təsadüf ola
bilməzdi.
ABŞ İran ətrafına ordu yığır,
İranda etirazları qızışdıracaq və
İranı daha da zəifləyəcək addım atdı:
İranla ticarət edən ölkələrə 25 faiz
gömrük rüsumu tətbiq edən qərarı
imzaladı. Eyni zamanda, İrandakı amerikalılara öz
imkanları ilə iranı dərhal tərk etmək
çağırışı etdilər”.
- Tramp üçün İrana hücumla hansı
dividentləri əldə edəcək?
- Bu, Tramp üçün Venesueladan sonra ikinci
böyük neft ölkəsi elə keçirmək,
İsrailin yəhudi lobbisinin xahişini reallaşdırmaq,
diqqətləri Epşteyn sənədlərindən
yayındırmaq üçün vacibdir.
Eyni zamanda Çin və Rusiyaya Yaxın Şərqdə
ağır zərbə vurmuş olacaq.
- ABŞ-ın Yaxın Şərqdəki bazaları
İran üçün nə qədər əlçatan hədəf
hesab olunur və İran ABŞ-yə ciddi zərər vura bilərmi?
Ümumiyyətlə İrana hücum ABŞ üçün
hansı risklər yaradır?
- ABŞ gözlənilməz və sərt müqavimətlə
üzləşə bilər. Çin və Rusiya İrana
gözlənilməz kömək edə və ABŞ-nin
İrana əməliyyatı fiaskoya uğraya, 1980-ci il Təbəs
çolü əməliyyatinda olduğu kimi, ABŞ-ni bir
müddət İrandan çəkindirər. İran Yaxın
Şərqdə ABŞ bazalarını vurmaqla Vaşinqtona
daha ağır zərər verə bilər.
Röya
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.8.