Ağdərə:
suverenlik, sabitlik və inkişaf nümunəsi
Prezident İlham Əliyevin Ağdərə rayonuna son
səfəri həm regionun inkişaf perspektivləri, həm də
Azərbaycanın strateji mövqeyi baxımından
böyük əhəmiyyət daşıyır. Bu səfər,
işğaldan azad olunmuş ərazilərdə dövlətin
tam və qəti suverenliyini nümayiş etdirməklə yanaşı,
bölgədə uzunmüddətli sabitlik, təhlükəsizlik
və sosial-iqtisadi bərpa proseslərinin irəliləməsini
simvolizə edir. Ağdərədə görülən
infrastruktur işləri, şəhərin baş planı,
enerji və sənaye layihələri, həmçinin
Böyük Qayıdış proqramının mərhələli
icrası, əraziyə qayıdan vətəndaşlar
üçün real ümid və təhlükəsiz
yaşayış imkanlarını təmin edir.
Səfər həmçinin regionda idarəetmə və
koordinasiya qabiliyyətinin yüksəldilməsini
nümayiş etdirir. Yeni yol şəbəkələri, sənaye
və enerji obyektləri, eləcə də mülki və hərbi
infrastrukturun gücləndirilməsi bölgədə həyatın
tam bərpası üçün əsas amillərdir. Ağdərədə
yaşayan sakinlərlə səmimi dialoqlar, onların
doğma yurdlarına qayıdış sevinci, həmçinin
işğal dövründə məhv edilmiş torpaqların
yenidən canlandırılması səfərin ideoloji və
simvolik tərəfini də önə çıxarır.
Beləliklə, Prezident İlham Əliyevin Ağdərə
səfəri yalnız konkret layihələrin icrasını
yox, həm də bölgənin strateji, iqtisadi və sosial
baxımdan yenidən qurulmasının aydın simvolunu təşkil
edir. Bu səfər həm dövlətin işğaldan azad
olunmuş ərazilərdə möhkəm mövqeyini
nümayiş etdirir, həm də Böyük
Qayıdış proseslərinin uğurla davam etdiyini bir daha təsdiqləyir.
“Böyük qayıdış”
Milli Məclisin deputatı Əli Məsimli “Xalq Cəbhəsi”nə
açıqlamasında Prezident İlham Əliyevin Ağdərə
rayonuna son səfərini strateji baxımdan mühüm hadisə
kimi qiymətləndirib.
Deputat bildirib ki, Azərbaycanın təhlükəsizlik
sisteminin möhkəmləndirilməsi kontekstində Ağdərənin
xüsusi əhəmiyyəti vardır və dövlət
başçısının səfəri bu rolu bir daha təsdiqləyir:
“Prezident səfər zamanı Ağdərədə
görülən çoxşaxəli işlərlə
tanış oldu. Ağdərə şəhərinin baş
planı, Kolatağ kəndində dəmir filiz
yatağının fəaliyyəti və Qozlukörpü kəndində
su elektrik stansiyasının açılışı bu səfərin
önəmli məqamlarıdır. Hər biri rayon və
region üçün strateji əhəmiyyət
daşıyır. Prezident İlham Əliyev sakinlərlə
görüş zamanı vurğuladı ki, son iki il ərzində
antiterror əməliyyatlarından sonra 2023-cü ildən
bölgədə həyat bərpa olunub. Beş il öncə
işğal altında olan digər ərazilərdə
köçkünlərin qayıdışı prosesi
başlanmışdı. Bu gün artıq 73 min insan – həm
keçmiş köçkünlər, həm də azad
edilmiş ərazilərdə işləyən və təhsil
alan vətəndaşlar – bölgədə yerləşiblər.
Hər ay Qarabağa qayıdanların sayı artır. Ağdərə
şəhəri də yenidən qurulacaq; artıq 9 kənd
abadlaşdırılıb və bu proses davam etdiriləcək.
İşğal dövründə bölgədə qanunsuz
talançılıq aparılıb.Dəmir filiz
yatağından təxminən 2 milyard dollar dəyərində
mis aparılıb. İndi biz qayıtmışıq, burada
işlər qurulur və təqribən 1000 iş yeri
yaradılacaq. Tapşırıq verilib ki, iş yerlərində
yerli sakinlər çalışsınlar və bölgəyə
əlavə sərmayə yatırılacaq”.
Əli Məsimli səfərin strateji əhəmiyyətini
vurğulayaraq bildirib: “Prezidentin Ağdərə səfəri
rayonun bərpası, yenidənqurma və Böyük
Qayıdış proseslərinin sürətləndirilməsi
baxımından xüsusi əhəmiyyət
daşıyır. Bu səfər həm məhsuldarlığı,
həm də rayonun inkişaf perspektivlərini genişləndirməsi
ilə diqqət çəkir və Ağdərənin yenidən
həyatın mərkəzinə çevrilməsinin əyani
nümunəsidir”.
Tarixi səfər
Deputat Elnarə Akimova qeyd edib ki, Prezident İlham
Əliyevin Ağdərə rayonuna son səfərini həm
siyasi, həm də strateji baxımdan böyük əhəmiyyət
daşıyan hadisə kimi qiymətləndirib.
Onun sözlərinə görə, səfər
dövlətin işğaldan azad olunmuş bütün ərazilərdə
tam və qəti suverenliyinin praktik təsdiqidir: “Prezidentin
Ağdərədə olması göstərir ki, Azərbaycan
yalnız hərbi və siyasi nəzarəti deyil, həm də
idarəetmə, planlaşdırma və uzunmüddətli
inkişaf proseslərini birbaşa həyata keçirir. Bu həm
daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə
ünvanlanmış aydın mesajdır: Qarabağ və
Şərqi Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir
və bu reallıq dönməzdir. Səfər həmçinin
regionun bərpası və sosial-iqtisadi dirçəlişi
ilə bağlı mühüm mesaj daşıyır.
Aparılan işlərlə tanışlıq, infrastruktur
layihələrinin icrası və yaşayış məntəqələrinin
yenidən qurulması Böyük Qayıdış
proqramının mərhələli və planlı şəkildə
reallaşdırıldığını göstərir.Məcburi
köçkünlər üçün bu, doğma
yurdlarına qayıdışın artıq sadəcə vəd
olmadığını, icra mərhələsində olan
dövlət siyasəti olduğunu nümayiş etdirir”.
Elnarə Akimova həmçinin səfərin təhlükəsizlik
baxımından önəmini qeyd edib:“Yeni infrastruktur və
yol şəbəkələri, həmçinin hərbi və
mülki koordinasiyanın gücləndirilməsi regionda
uzunmüddətli sabitlik və təhlükəsizlik
mühitinin formalaşmasına xidmət edir. Bu, Böyük
Qayıdışın əsas şərtlərindən
biridir.”
Deputat səfərin ideoloji və simvolik tərəfini
də xüsusi vurğulayıb: “Ağdərə kimi uzun illər
işğal altında qalmış bir rayonda Prezidentin
iştirakı milli qürurun, tarixi ədalətin bərpasının
və postmünaqişə dövründə yeni inkişaf mərhələsinin
rəmzidir. Xüsusi anlardan biri, yaşlı xanımın
dövlət başçısı ilə səmimi söhbəti
oldu. Onun titrək səsində torpaq itkisi, gözlərində
isə qayıdışın sevinci hiss olunurdu. Bu dialoq rəsmi
protokoldan daha çox insan taleyinə toxunan məqam kimi yadda
qaldı.
Prezident İlham Əliyevin Ağdərə səfəri
bərpa, təhlükəsizlik və Böyük
Qayıdış proseslərinin bir-birini tamamlayan strateji xətt
üzrə irəlilədiyini açıq şəkildə
nümayiş etdirir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 15 yanvar
(¹2).- S.3.