Şərqdə ilk opera yazan
qadın bəstəkar - Şəfiqə Axundova
İlk bəstəsi olan “Bala” mahnısını
müəllimi Üzeyir Hacıbəyliyə göstərərək
onun xeyir-duasını almış Şəfiqə Axundova
ustadından əxz etdiyi yaradıcılıq ənənələrinə
və yüksək insani keyfiyyətlərə
ömrünün sonunadək sadiq qalıb. O, 1972-ci ildə
yazdığı “Gəlin qayası” operası ilə Şərqdə
ilk opera yazan qadın bəstəkar kimi tarixə
düşüb.
AZƏRTAC xəbərverir ki, yanvarın 21-i görkəmli
bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Şəfiqə
Axundovanın anadan olmasından 102 il ötür.
Şəfiqə Axundovanın zəngin
yaradıcılığına “Ev bizim, sirr bizim” operettası,
böyük simfonik orkestr üçün süitaları, xor
üçün silsilə əsərləri, “Aydın”,
“Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?”
səhnə əsərlərinə, “Təlxəyin
nağılı”, “Dovşanın ad günü” və digər
uşaq tamaşalarına yazdığı musiqilər,
yüzlərlə mahnı və romans daxildir.
Görkəmli musiqiçinin sənəti yeni nəslin
təlim-tərbiyəsində də mühüm rol
oynayıb. O, bir pedaqoq kimi ömrünün böyük hissəsini
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində keçirib, gənc nəslin təhsilinə
töhfələr verib. Bəstəkarın sənət naminə
çəkdiyi zəhmət Azərbaycan xalqı və
hökuməti tərəfindən ən yüksək fəxri
adlara layiq görülüb.
Şəfiqə Axundova 2013-cü il iyulun 26-da Bakıda
vəfat edib, II Fəxri xiyabanda dəfn olunub.
Şərəfli ömür yaşamış Şəfiqə
Axundovanın qoyub getdiyi zəngin irsdən hələ
neçə-neçə bəstəkarlar və
ifaçılar nəsli bəhrələnəcək,
milyonlarla dinləyicilər zövq alacaqlar.
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.16.