Yaxın Şərqdə eskalasiya təhlükəsi
Yaxın Şərqdə vəziyyət gərgin
olaraq qalır. Amerika Birləşmiş Ştatlarının
regiondakı hərbi və diplomatik addımları diqqət mərkəzindədir.
Mərkəzi komandanlığın 24 saatlıq
hazırlıq əmri, “Avro Linkoln” avrodaşıyıcı gəmisinin
Yaxın Şərqə göndərilməsi və digər
hərbi fəaliyyətlər bölgədəki qeyri-sabit vəziyyəti
daha da ön plana çıxarıb. Bu addımlar həm
güc nümayişi, həm də mümkün
eskalasiyaların qarşısını almaq məqsədini
daşıya bilər.
Millət vəkili Fazil Mustafa bildirib ki, Vaşinqtonun
mümkün kurs dəyişikliyi və Qrenlandiya ilə
bağlı proseslər diqqət mərkəzindədir.
Onun sözlərinə görə, Amerika Birləşmiş
Ştatlarının İranla bağlı atacağı
addımlar hələ də tam aydın deyil: “ABŞ-nin
İranla bağlı yeni bir siyasi kurs müəyyənləşdirməsi
istisna olunmur. Hazırda Qrenlandiya ilə bağlı da yeni
proseslər başlayıb və bu, Vaşinqtonun xarici siyasətində
fərqli istiqamətlərin gündəmə gəldiyini
göstərir. Bir müddət əvvəl ABŞ-nin
İrana zərbə endirəcəyi ilə bağlı təsəvvürlər
mövcud olsa da, sonradan bu kursun dəyişdiyi və başqa
istiqamətin seçildiyi müşahidə olunur”.
Fazil Mustafa vurğulayıb ki, İranla bağlı məsələlərin
artıq yekunlaşdığını düşünmək
düzgün olmaz: “Amerika Birləşmiş Ştatları
özü də bildirir ki, İranla bağlı bütün
seçimlər hələ də masanın üzərindədir.
Hansı variantın sonda qəbul ediləcəyi isə
yaxın gələcəkdə aydın olacaq”.
Hərbi təzyiq elementi
Deputat Azər Allahverənov qeyd edib ki, diplomatik kanallar
və hərbi təzyiq elementi hələ prosesin əsasını
təşkil edir: “Amerika Birləşmiş Ştatları ilə
İran arasında mövcud qarşıdurma hələ ən
yüksək mərhələyə çatmayıb və
müxtəlif dairələrdə fərqli ssenarilər
müzakirə olunur. Qarşıdurma pik həddə
çatdıqdan sonra adətən iki yol qalır: ya
münasibətlər qaynar fazaya keçir, ya da tərəflərdən
biri geri addım atır. Hazırkı mərhələdə
isə əsasən verbal müstəvidə və diplomatik
kanallar vasitəsilə açıqlamalar və mesajlar verilir
ki, bu da gərginliyin hələ pik nöqtəyə
çatmadığını göstərir. İranın
xarici işlər naziri Abbas Əraqçinin ABŞ-yə səfəri
və Qərb ölkələri ilə aparılan təmaslar
diplomatik kanalların aktiv olduğunu təsdiqləyir”.
Deputat bildirib ki, ABŞ-ın “Avro Linkoln”
aviadaşıyıcı gəmisinin Fars körfəzinə
yaxınlaşdırılması və Hörmüz
boğazı ilə bağlı risklər ciddi
qarşıdurma ehtimalını artırsa da, bu hərbi
element daha çox siyasi təzyiq və diplomatik təsir vasitəsi
kimi istifadə olunur: “Məqsəd İranın ali siyasi rəhbərliyini
daha konstruktiv mövqeyə yönəltmək, dialoqun dərinləşməsinə
şərait yaratmaqdır. Hazırda informasiya məkanında
dolaşan müxtəlif ssenarilər də məhz bu hərbi-siyasi
təzyiq mexanizmi üzərində qurulub”.
ABŞ hərbi mövqeyini gücləndirir
Deputat Vüqar İsgəndərov isə diqqətə
çatdırıb ki, Amerika Birləşmiş
Ştatlarının mərkəzi
komandanlığının 24 saatlıq hazırlıq əmri
və “Avro Linkoln” avrodaşıyıcı gəmisinin
Yaxın Şərqə göndərilməsi hazırda həm
regionda, həm də ABŞ mediasında ən çox
müzakirə olunan məsələlərdəndir.
Deputatın sözlərinə görə, ABŞ
ordusunun 24 saatlıq hazırlıq əmri adi gündəlik
rejimdən fərqlidir və hər hansı gərginlik və
təhlükə zamanı dərhal reaksiya vermək imkanı
yaradır: “Avro Linkoln”un Yaxın Şərqə göndərilməsi
isə həm genişmiqyaslı hava əməliyyatları
üçün mövqe tutmaq, həm də hər hansı
hücumların qarşısını almaq üçün
strategiya rolunu oynayır. ABŞ hərbi komandanlığı
regiondakı vəziyyəti diqqətlə izləyir.ABŞ-ın
bu addımları həm güc nümayişi, həm də gələcək
eskalasiyanı önləmək məqsədini
daşıyır. Amerika Birləşmiş Ştatları
regionda mövqeyini gücləndirir, hərbi bazalarda canlanma
müşahidə olunur və hər hansı hadisəyə
qarşı hazırdır. Bu, həm də güc
balansını öz xeyrinə saxlamaq üçün
atılan strateji addımdır”.
Vüqar İsgəndərovun sözlərinə
görə, ABŞ, İran, İsrail və digər region
ölkələri vəziyyəti yaxından izləyir və
gərginliyin gələcəkdə necə cərəyan edəcəyini
proqnozlaşdırmaq hələ tezdir”.
Günel Elxan
Xalq Cəbhəsi .- 2026.- 22 yanvar (¹3).- S.7.