İnfilyasiya gözləntiləri
Hər il ölkədə infilyasiya, qiymət
artımları baş verir. Məsələn, rəsmi
statistikaya görə, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri
indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o
cümlədən qida məhsulları, alkoqollu içkilər
və tütün məmulatları üzrə 106,4 faiz,
qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə
göstərilmiş ödənişli xidmətlər üzrə
105,7 faiz olub. Yəni ərzaq 1 ildə 6,4 faiz bahalaşıb.
Bəzi ərzaq məhsullarının qiyməti isə daha
çox yüksəlib. Manatın dollara nisbətən kursu isə
sabit saxlanılır. Bəs 2026-cı ildə pul-kredit siyasəti,
infilyasiya riskləri ilə bağlı hansı gözləntilər
var?
2026-cı ildә Mәrkәzi Bankın pul
siyasәti “2022─2026-cı illәrdә sosial-iqtisadi
inkişaf Strategiyası”nda müәyyәn edilmiş
makroiqtisadi sabitlik vә dayanıqlılıq
prioritetlәrinin reallaşmasına yönәldilib.
Әsas mәqsәd inflyasiyanın hәdәf
daxilindә saxlanılmasıdır. Pul siyasәti
çәrçivәsinin
tәkmillәşdirilmәsi istiqamәtindә dә islahatlar
davam etdirilәcәk. Pul siyasәtinin hәdәfi illik
inflyasiyanı 4±2% sәviyyәsindә saxlamaqdan
ibarәtdir. Әvvәlki illәrdә olduğu kimi bu il
dә hәdәf göstәricisi Dövlәt Statistika
Komitәsi tәrәfindәn hesablanan istehlak
qiymәtlәri indeksinin son 12 ayda dәyişimidir.
Adın məsələdir ki, inflyasiyanın
hәdәf daxilindә idarә edilmәsi davamlı
iqtisadi artımın vacib şәrtlәrindәn biridir.
Bu ev tәsәrrüfatlarının, hәmçinin
şirkәtlәrin gәlir vә
әmanәtlәrinin qorunması üçün vacibdir.
Sabit vә aşağı inflyasiya milli valyutaya inamı
vә onun alıcılıq qabiliyyәtini artırır,
bununla da iqtisadiyyatda xarici valyuta ilә ifadә olunmuş
aktiv vә öhdәliklәrin payını azaltmağa
kömәk edir. Bütün bunlar iqtisadiyyatın xarici
mühitdәki dәyişikliklәrә
davamlılığını artırır. Mәrkәzi
Bankın (oktyabr, 2025) proqnozlarına görә 2026-cı
ildә illik inflyasiyanın 5.7% olacağı
gözlәnilir ki, bu da hәdәf diapazonu daxilindәdir.
Hökumәtin, beynәlxalq maliyyә-kredit
tәşkilatlarının vә beynәlxalq reytinq
agentliklәrinin proqnozları da inflyasiyanın bu il
әsasәn bu diapazonda qalacağını göstәrir.
Mәrkәzi Bank 2026-cı ildә dә inflyasiya
amillәrinin hәrtәrәfli tәhlili әsasında
özünün inflyasiya proqnozlarını hәr rüb
yenilәyәcәyini bildirir. Eyni zamanda әhali vә
müәssisәlәr arasında keçirilәn
sorğular әsasında ev
tәsәrrüfatlarının vә biznes
subyektlәrinin inflyasiya gözlәntilәrinin
qiymәtlәndirilmәsi aparılacaq. Mәrkәzi Bank
pul siyasәtinә dair qәrarlar verәrkәn
ölkә iqtisadiyyatına vә inflyasiyaya tәsir
göstәrә bilәcәk daxili vә xarici
amillәri, habelә risklәri hәrtәrәfli
qiymәtlәndirir.
Son illәrdә inflyasiyanın risk balansında
xarici amillәrin payı әhәmiyyәtli
artmışdır. Ortamüddәtli dövrdә bu
amillәrin payının yüksәk olaraq qalacağı
gözlәnilir. Geosiyasi gәrginliklәr vә qlobal
ticarәt mühitindәki qeyri-sabitlik әmtәә
vә maliyyә bazarları ilә bağlı
qeyrimüәyyәnliklәri hәlә dә
yüksәk sәviyyәdә saxlayır. Әsas xarici
risk idxal qiymәtlәrinin daxili inflyasiyaya
ötürülmәsi ilә bağlıdır. Bu risk
ticarәt tәrәfdaşlarında inflyasiya proseslәri
vә nominal effektiv mәzәnnәnin dinamikasından
asılı olacaqdır. Daxili risk faktorları isә
әsasәn tәklif – xәrc amillәri hesabına
formalaşmaqdadır. Ortamüddәtli dövr üzrә
konservativ makrofiskal çәrçivә vә kredit
qoyuluşları üzrә gözlәnilәn artım
templәri mәcmu tәlәbin izafi artımı riskini
azaldır. Mәrkәzi Bank daxili vә xarici
qeyri-müәyyәnliklәri nәzәrә alaraq
makroiqtisadi proqnozları baza ssenari ilә yanaşı
alternativ ssenarilәr üzrә hazırlanması
tәcrübәsini davam etdirir. Bu da inflyasiya risklәrinin
reallaşdığı tәqdirdә çevik siyasәt
reaksiyasını tәmin edә bilər.
2026-cı ildə pul siyasәti mövcud rejim
çәrçivәsindә hәyata
keçirilәcәk. Mәzәnnә sabitliyi
qiymәt sabitliyinin başlıca lövbәri kimi
çıxış edir. Proqnozlara görә
tәdiyә balansının cari әmәliyyatlar
hesabının profisitli olması valyuta bazarında
tarazlığı dәstәklәyәcәk. Baza
ssenari üzrә proqnozlara görә 2026-cı ildә
cari әmәliyyatlar hesabının profisiti 3 mlrd. ABŞ
dolları sәviyyәsindә olmaqla ÜDM-in 3.7%-i
sәviyyәsindә gözlәnilir. Mәrkәzi Bank
özünün valyuta ehtiyatlarının kifayәtlilik
meyarlarına uyğun saxlanılmasını vә onun
idarә edilmәsinin tәkmillәşdirilmәsini
diqqәtdә saxlayır. Pul siyasәti alәtlәrinin
tәtbiqi zamanı maliyyә bazarlarında baş verәn
proseslәr vә bank sisteminin likvidlik mövqeyindәki
dәyişikliklәr nәzәrә alınır.
Alәtlәrin istifadәsi pul siyasәtindәn kәnar
amillәrin monetar şәraitә tәsirlәrinin
neytrallaşdırılmasına xidmәt edir.
Mәrkәzi Bankda proqnozlaşdırma vә
siyasәt tәhlili sistemi
çәrçivәsindә model aparatı qabaqcıl
beynәlxalq tәcrübәlәr әsasında mütәmadi
tәkmillәşdirilir, tәdqiqatların әhatә
dairәsi vә analitik dәrinliyi artırılır. Pul
siyasәti qәrarlarının qәbulunda nәzәri
әsaslara söykәnәn vә ekonometrik baxımdan
adekvat model nәticәlәrindәn istifadә olunur.
Böyük verilәnlәrin daha sәmәrәli
tәhlili, maşın öyrәnmәsi
yanaşmalarının tәtbiqinin
genişlәndirilmәsi Mәrkәzi Bankın prioritet
istiqamәtlәrindәn biridir. İqtisadi subyektlәrin
gözlәntilәrinә vә davranışlarına
tәsir etmәk üçün pul siyasәtinin effektiv
kommunikasiyası diqqәt mәrkәzindәdir.
Kommunikasiya fәaliyyәtlәri makroiqtisadi sabitliyin
güclәndirilmәsinә, hesabatlılığın
artırılmasına, pul siyasәtinin ictimaiyyәt
tәrәfindәn daha yaxşı anlaşılmasına,
Mәrkәzi Banka inamın
möhkәmlәndirilmәsinә vә
şәffaflığın tәmin edilmәsinә
xidmәt edir. Kommunikasiyada başlıca hәdәf
qrupları maliyyә bazarı iştirakçıları,
media, akademik dairәlәr, iqtisadçı ekspertlәr,
sahibkarlar, hökumәt vә geniş ictimaiyyәtdir.
Mәrkәzi Bank makroiqtisadi proqnozlarını
vә faiz dәrәcәlәri üzrә
qәrarlarını formalaşdırarkәn
planlaşdırılan fiskal siyasәt parametrlәrini
nәzәrә alacaqdır. İqtisadi Şura
qarşıdakı ildә dә tәşkilatlararası
makroiqtisadi koordinasiyanın tәmin edilmәsindә
әsas vә vacib rol oynayacaq. Pul siyasәtinin
Mәrkәzi Bankın digәr fәaliyyәt
istiqamәtlәri, xüsusәn makroprudensial
siyasәtlә uzlaşdırılması davam
etdirilәcәk. Bu uzlaşdırma qurumun daxili kollegial
orqanları, o cümlәdәn Pul Siyasәti vә
Maliyyә Sabitliyi Komitәsi vasitәsilә hәyata
keçirilәcәk.
Ölkәdә maliyyә dәrinliyinin
artırılması, maliyyә sabitliyinin qorunması,
nağdsız ödәnişlәrin
genişlәndirilmәsi bu il dә pul siyasәtinin effektivliyinә
vә maliyyә sisteminin dayanıqlılığına
müsbәt tәsir edәn amillәrdir. İqlim
dәyişikliklәrinin makroiqtisadi tәsirlәri vә
yaşıl maliyyә tәşәbbüslәrinin
dәstәklәnmәsi mәsәlәlәri
diqqәtdә saxlanılır. İqlim dәyişikliklәrinin
inflyasiya dinamikasına, iqtisadi artıma vә maliyyә
sektoruna birbaşa vә dolayı tәsirlәri
üzrә qiymәtlәndirmәlәr aparılr.
Mәrkәzi Bankın rәqәmsal valyutasının
tәtbiqi üzrә siyasәt mәqsәdlәrinin
müәyyәn edilmәsi vә müvafiq yol
xәritәsinin hazırlanması üzәrindә
işlәr gedir. Bu işlәrә prioritet istifadә
istiqamәtlәrinin
müәyyәnlәşdirilmәsi, potensial risk vә
faydaların qiymәtlәndirilmәsi, elәcә dә
maliyyә sektoru üzrә daha geniş strategiyaya
uyğunlaşdırılmış mәrhәlәli
tәtbiq planının hazırlanması daxildir.
2026-cı ildә dә qiymәt sabitliyinin
başlıca lövbәri olan manatın ABŞ dollarına
nәzәrәn ikitәrәfli mәzәnnәsi
banklararası әqdlәr üzrә orta mәzәnnә
(hәrraclar vә hәrracdan kәnar әmәliyyatlar
nәzәrә alınmaqla) әsasında
müәyyәn edilәcәk. Mәrkәzi Bankda
Azәrbaycan Respublikası Dövlәt Neft Fondunun (ARDNF)
valyuta satışları üzrә hәrracların
keçirilmәsi davam etdirilir. Mәrkәzi Bank vә
fiskal orqanlar (ARDNF vә Maliyyә Nazirliyi) arasında effektiv
koordinasiya valyuta bazarının tarazlı
fәaliyyәtinә dәstәk verir.
2026-cı ildә dә monetar şәraitin
formalaşmasında faiz dәhlizi mühüm rol oynamaqda
davam edәcәk vә pul bazarında
qısamüddәtli faizlәr pul siyasәtinin
yardımçı әmәliyyat hәdәfi olaraq
istifadә edilir. Banklararası pul bazarındakı
faizlәrin Mәrkәzi Bankın faiz dәhlizi
daxilindә hәrәkәt etmәsi üçün
Mәrkәzi Bank arsenalındakı bütün
alәtlәrdәn adekvat vә çevik
şәkildә istifadә olunur.
Tәminatsız bazarda әqdlәr üzrә orta
çәkili faiz göstәricisi olan AZIR indeksinin
kәskin dәyişkәnliyinә yol
verilmәyәcәk vә onun Mәrkәzi Bankın
uçot dәrәcәsinә yaxın
sәviyyәdә hәrәkәtinә xüsusi
diqqәt yetirilirr. Bu mәqsәdlә daimi imkan
alәtlәri vә açıq bazar әmәliyyatları
fәal şәkildә tәtbiq olunur. Daimi imkan
alәtlәri banklararası pul bazarında faizlәrin faiz
dәhlizi daxilindә formalaşmasını tәmin
edә bilər.
Hər halda 2026-cı ildə də manatın dollara
nisbətən kursunun indiki səviyyədə sabit
saxlanılacağı vəd olunur. Bununla belə, il ərzində
ən azı bir rəqəmli infilyasiyanın olacağı,
müxtəlif daxili və xarici amillərin birbaşa və
dolayı təsirləri nəticəsində qiymətlərin
artması gözləniləndir.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2026.- 29 yanvar (№4).- S.12.