Qarabağ atları da əldən gedir...

Kişinin bir atı, bir papağı, bir xanımı... Şərqdəki bu deyimdən çox az insan tapmaq olar ki, xəbərsizdir. İbtidai icma quruluşundan başlayaraq at insanın vəfalı dostları sırasına daxil olub. Bu gün atı dost sayanlar var, ancaq indi belələrinin sayı azdır. İndi at daha çox bir idman növünə çevrilib. Azərbaycanda da atla insanın dostluğunun tarixi qədimlərdən başlayıb.

 

Strabon Azərbaycan atlarından yazıb

 

Rus alimi İ.İ.Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus alimi K.P.Boçkaryov onları İran Parfiya atlarının nəsli hesab edir. Binəqədi Keşlə ətrafında aparılan qazıntılar sübut edib ki, Azərbaycanda atlar hətta tunc dövrünün ortalarından əhliləşdirilib. Albaniyada da zəngin otlaqların hesabına atçılıq yüksək səviyyədə olub. Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox ucaboy olduğunu yazır. Tarixçilərin Azərbaycan ərazilərində gedən müharibələrdə süvari orduların iştirakını təsvir etməsi çox şey deyir. Orta əsrlərdə Azərbaycan atları yüksək qiymətləndirilib. Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına İranda, İraqda Suriyada tələbat varmış. Bu atları Hindistana Misirə aparırlarmış. Azərbaycan ərazisinə yadelli hücumları atların taleyində iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu at aparırmışlar.

Günümüzə qədər özləri bütün xüsusiyyətləriylə bizə gəlib çatmasalar da, cins Azərbaycan atlarından dilbozların Qarabağ atlarının varlığı barədə məlumatlıyıq. Bu dəfə Qarabağ atlarından söz açacağıq...

 

Şərqin ən məşhuru...

 

Udinlərin saxladığı bu atlar monqol atı tipindəymiş. III, XVI əsrlər fars, VII-XI əsrlərdə ərəb, XIII əsrdə monqol istilalarından sonra bu atlar gəlmə cinslərlə qarışdırılıb. Bu cins atlar haqqında ilk dəfə avropalı alim Keristinq yazıb. O, 1822-ci ildə İrana gedərkən Gürcüstanda Qarabağ Xivə atlarını görüb. O güman edir ki, Qarabağ atları yerli cins madyanların ərəb atlarıyla cütləşməsindən törəyib. Alim bu qənaətdədir ki, bu atların tarixi İrana gedib çıxır. Nadir şah öləndən sonra (1747) onun ərəb cinsli at ilxısını ələ keçirən Pənahəli xan Qarabağa üz tutub. Başqa bir rəvayətə görə, atları Qarabağa ilk Qarabağ xanının varisi İbrahimxəlil xan gətirib. İranın Azərbaycandakı varisi Abbas Mirzənin vasitəçiliyi ilə Nadir şahın ilxısından bir neçə ərəb atı bəxşiş alıb. 1843-cü ildə Rusiyada nəşr olunan "Konnozavodstvo i oxota" jurnalında Qarabağ xanlığında türkmən ərəb atlarından çox yaxşı cins yetişdirildiyi yazılıb. Jurnal Qərbdə ingilis atları kimi Şərqdə Qarabağ atlarının məşhur olduğunu qeyd edib. Bəzi tədqiqatçılar bu fikirdədirlər ki, Qarabağ cinsi Fərqanə - İran atının əsl ərəb atı ilə sintezidir.

 

Necə tanımaq olar?...

 

Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən qurluşu möhkəmdir. Minik atıdır. Alın burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıq alovludur. Boynu orta uzunluqda, hətta bir qədər gödək hündür duruşludur.

Qarabağ atı daha dözümlüdür yemə qarşı tələbkar deyil.

Qarabağ atına xüsusi gözəllik verən onu başqlarından fərqləndirən cəhət limona çalan, sarı-qızılı, yaxud par-par yanan narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngliləri yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarınnı müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən Ceyran tipində çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri Maymun (xoşbəxt), Qarnıyırtıq Əlyetməz (Ceyran) adlı ayğırlar nəsli olub. Ceyran tipinin boz rəngli qisminə Gülgün deyərmişlər. XIX əcrini ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan Təkə-Ceyran tipi yetişdirilib. Bu atlar hündürboy yüksək sürətə malik olub. XIX əsrdə Qarabağ atının Kebarda atıyla cütləşməsi nəticəsində Şahmar, Durnalar, Ağqədəm, Alagöz adlı az tanınan kökü tez kəsilmiş nəsilləri əmələ gəlib. Rusiya çarlığının ordusunun atla təminatına cavabdeh olmuş polkovnik Diterkxs 1842-1860 illərdə yüzdən artıq at ilxısında 7-9 min başa qədər madyan olduğunu yazıb. 891-ci ildə Gəncə Bakı quberniyalarının at zavodları ilxılarında Qarabağ atlarının sayı 5 minə çatıb. Bundan başqa, 2 min baş at Şuşa, Cavanşir, Gəncə Cavad qəzalarına yayılıbmış. Tiflis quberniyası, Sıqnaq Telov qəzalarında 200-ə qədər Qarabağ atı varmış. Zaqafqaziyada məşhur baytar həkimi 1854-cü ildə Hanni yazır ki, Zaqafqaziyada məşhur dövlətli adamların hamısı Qarabağ atı saxlamağa çalışarlarmış.

Qarabağ atları XIX əsrin ortalarından başlayaraq ümumdünya at sərgilərində iştirak edib. 1866, 1869, 1872-ci illərdə Moskvada, 1867-ci ildə Parisdə ümumdünya at sərgilərindən mükafat meallarla qayıdıb. İştirakçı atların şəkillləri Fransa Vyanada çap olunan jurnallarda yer alıb. Qarabağ atı zavodu Rusiyanın bəzi Avropa dövlətlərinin atçılığına az xidmət göstərməyib. Ən məşhur at cinslərinə malik ingilislər belə Qarabağ atlarına maraq göstəriblər. 1823-cü ildə ingilislər Mehdiqulu xanın zavodundan bahasına 60 baş madyan alıb aparıblarmış. Deyilənə görə, bu, zavodu tənəzzülə sürükləyib. 1826-ci ildə İran qəsbkarlarının çoxlu Qarabağ atını ələ keçirməsi Qarabağ atçılığına böyük zərbə vurub.

Süvaridə, idman yarışlarında ucaboy atlara tələbatın yaranması da Qarabağ atlarının taleyində mənfi iz buraxır. Bu tələbatı ödəmək üçün bəzi at zavodlarında Qarabağ atlarını ucaboy ərəb Axaltəkə atlarıyla cütləşdirməyə başlayırlar. Ucaboy atlara tələbat həm yeni zavodların tikilməsinə yol açıb. 1871-ci ildə Qarabağ atlarının cinsini yaxşılaşdırmaq məqsədilə Xan qızı Natəvan öz ilxısından 20 baş madyan Ceyran adlı bir ayğır ayırır. Lakin zavodun təşkili baş tutmur. Şuşa qəzasında 1860-cı ildə təşkil edilmiş ayğırlar tövləsi inkişaf edə bilmir. Tövlə 1885-ci ildə ləğv edilir. Əvəzinə Zurnabadda (indiki Xanlar kəndinin yaxınlığanda) çariça Yelizavetanın at lövhəsi yaradılır. Lakin əhalinin bu işə marağı olmadığından 1893-cü ildə o, Tiflis şəhərinə köçürülür.

 

Çaxnaşmalar kökünün kəsilməsi təhlükəsi yaradıb

 

XX əsrin əvvəllərindəki təlatümlər sonucunda Qarabağ atlarının kökü kəsilmək təhlükəsiylə üzləşib. 1926-cı ilin hesabatlarında yazılırmış ki, Qarabağ atı tamamilə məhv olub. Qarabağ atlarını xilas etməyə 1946-cı ildə cəhd göstərilib. Xüsusi komissiya kolxozlarda saxlanan 1834 baş atın içindən tipik Qarabağ atının xüsusiyyətlərini özündə cəmləmiş 60 baş at seçib. Onlardan 59-u madyan, biri Noxta ləqəbli təmiz Qarabağ ayğırıymış. Amma Noxta öz missiyasını tam yerinə yetirə bilməyib. 1948-ci ildə təşkil edilmiş Ağdam at zavodunun yaranmasına azacıq qalmış ölüb. Onu Dnestr ləqəbli Don atı, sonralar xüsusi alınmış 3 ərəb ayğırı əvəz edib. 1987-ci ilin göstəricilərinə görə, Azərbaycanda yalnız 569 cins Qarabağ atı olub. Ağdam zavodu köçürüləndə 300-ə qədər at qeydə alınıb. Ancaq mütəxəssislər deyirlər ki, indi Azərbaycanda 100 Qarabağ atı tapılsa, böyük şeydi. Qarabağ atlarının yetişdirilməsiylə Ağcabədiyə köçürülmüş Ağdam atçılıq zavodu məşğul olur. 1997-ci ilin hesabatalarında bu zavodun cəmi 21 bala aldığı göstərilib.

Hələ XIX əsrin sonlarında Qarabağ atının sayı 9 mindən 7 minə düşəndə rus hərbçiləri həyacan təbili vururdu. İndi atımızın quruca adı qalıb. Azərbaycanda bu problemlə maraqlanan isə yoxdur...

 

 

Nuranə Tofiqli

 

Xalq cəbhəsi.- 2009.- 11 fevral.- S. 13.