Ötən ilin yekunları

 

Nərimanov rayonunda hesabat yığıncağı keçirilmişdir

 

Dünən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində 2009-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbir iştirakçıları öncə müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoydular.

 

Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatlarının, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açdı. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2009-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə” hesabat məruzəsi ilə çıxış edən natiq dövlət başçısının məlum iclasdakı nitqinin bəzi məqamları üzərində geniş dayandı. 2009-cu ildə ölkə həyatının bütün sahələrində əldə olunmuş uğurların Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini və cari ildə bu nailiyyətlərin daha da inkişaf etdirilməsinin, nəzərdə tutulmuş bütün proqram və layihələrin yerinə yetirilməsinin vacibliyinin qeyd edildiyini diqqətə çatdıran natiq ötən il baş vermiş davamlı inkişaf prosesində Nərimanov rayonunun da mühüm rol oynadığını bildirdi. Qeyd olundu ki, 2009-cu ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik şəkildə inkişaf etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 145,1 milyon manatlıq məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 81,8 faizə çatmışdır. İl ərzində sənaye müəssisələrində işləyənlərin sayı 7513 nəfər olmuş, onların orta nominal əmək haqları 279,8 manat təşkil etmişdir.

İl ərzində yeni iş yerlərinin yaradılması ilə bağlı işlərin davam etdirildiyini vurğulayan natiq ötən il Nərimanov rayonunda 2516 daimi iş yerinin açıldığını diqqətə çatdırdı. Ötən il rayon üzrə əsas kapitala ümumi investisiya qoyuluşu 128,8 milyon manat təşkil etmişdir. İcra hakimiyyətinin başçısı onu da bildirdi ki, 2009-cu ildə rayonun inşaat sektorunda yüksək göstəricilər əldə edilmiş, tikinti təşkilatları tərəfindən 394,6 milyon manatlıq iş həcmi yerinə yetirilmişdir. Hesabat dövründə tikinti təşkilatlarında çalışan işçilərin sayı 9353 nəfər təşkil etmiş, onların orta aylıq əmək haqları 418 manata çatmışdır ki, bu da əvvəlki ilə nisbətən 21,1 faiz çoxdur.

Məruzəçi qeyd etdi ki, ötən il iqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi xeyli artmış, rayon əhalisinə 150,9 milyon manatlıq belə xidmət göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə bir qədər artıqdır. 2009-cu ildə rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 666,6 milyon manat olmuşdur. Bundan əlavə, il ərzində ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 14,7 milyon manat artım sürəti 113,2 faiz təşkil etmişdir.

İcra hakimiyyətinin başçısı il ərzində rayonda çox mühüm iri sosial digər infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına hospitalın yeni binası, Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişməsində inşası başa çatdırılmış yol ötürücü, körpü-tunel yeraltı piyada keçidləri, 203 saylı yarımstansiya, 110 kilovoltluq 3-cü 4-cü “Xırdalanhava xətləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş Psixonevroloji Uşaq Evi Talassemiya Mərkəzi, Azadlıq Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunel ilin buraxılış obyektləri kimi rayonun sosial-iqtisadi həyatına verilən mühüm töhfə kimi dəyərləndirilə bilər. Bundan əlavə, hazırda rayon ərazisində inşa olunan Heydər Əliyev Mərkəzində işlərin sürətlə davam etdirildiyini diqqətə çatdıran A.Fərzəliyev bu mühüm proqramların infrastruktur layihələrinin Nərimanov rayonunda həyata keçirilməsini ölkə Prezidenti İlham Əliyevin onun xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xüsusi diqqət qayğısının təzahürü kimi dəyərləndirdi.

Natiq rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışaraq bildirdi ki, ötən il Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən yaşayış binalarının texniki vəziyyətinə baxış keçirilmiş, hazırlanmış tədbirlər planına əsasən lazımi işlər həyata keçirilmişdir. Belə ki, il ərzində yaşayış binalarında fərdi evlərdə 7756 kvadratmetr dam örtüyü, lazımi yerlərdə pəncərələr dəyişdirilmiş, su boruları navalçalar təmir edilmişdir. 2009-cu ildə rayonun 8 ünvanında abadlıq işləri aparılmış, həyətlərdə yeni söhbətgah oturacaqlar quraşdırılmışdır. Abadlıq işlərinin gedişi zamanı rayonun ayrı-ayrı küçə ara yollarına 19776 kvadratmetrlik asfalt örtüyü salınmışdır.

Rayon ərazisində məişət tullantılarının daşınıb zərərsizləşdirilməsinin daha da yaxşılaşdırılması məqsədilə ayrı-ayrı ünvanlarda əlavə 14 ədəd yeni konteyner meydançası inşa edilmiş tutumu bir kubmetr olan 190 ədəd konteyner qoyulmuşdur.

Bununla yanaşı, rayon ərazisində yerləşən, şirkət nazirliklərin nəzdində fəaliyyət göstərən mənzil kommunal istismar sahələri tərəfindən ayrı-ayrı ünvanlarda yerləşən binaların dam örtükləri, daxili kommunikasiya xətləri, yağış suları axıdılan navalçalar, ümumi girişlərdəki pəncərə qapılar dəyişdirilmiş, zirzəmilərdə yığılan suların çəkilməsi kəskin qəzalı vəziyyətdə olan evlərin təmiri üçün zəruri tədbirlər həyata keçirilmiş, həyətdəki oturacaqlar məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər rənglənmişdir.

Ölkə Prezidenti İlham Əliyevin yaşıllıqların qorunması artırılması ilə bağlı tapşırıq göstərişləri rəhbər tutularaq Nərimanov rayonunda ötən il ərzində həyata keçirilən yaşıllaşdırma tədbirləri barədə geniş məlumat verən məruzəçi dedi ki, 2010-cu ilinEkologiya ilielan olunması bu sahədə daha böyük işlərin görülməsi zərurətini yaradır. Başçı bununla bağlı bütün təşkilat rəhbərlərinə, rayon fəallarına göstəriş tövsiyələrini verdi.

Məruzəçi rayon əhalisinin elektrik enerjisi, qaz içməli su təminatı ilə bağlı il ərzində görülmüş işlər barəsində məlumat verdi, təhsil, səhiyyə, idman gənclər siyasəti, həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahələrində həyata keçirilən tədbirlərdən bəhs etdi. Ötən il ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən 18 martümumxalq referendumu 23 dekabr bələdiyyə seçkilərində rayon sakinlərinin fəal iştirak etdiklərini diqqətə çatdırdı.

Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin bütün görüşlərində vətəndaşların müraciətlərinə diqqət qayğı ilə yanaşılması, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilməsi barədə tapşırıq verdiyini xatırladan natiq bu məqsədlə ötən il rayonda 44 səyyar qəbul görüşün keçirildiyini vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həll edildiyini bildirdi.

Hesabat məruzəsinin sonunda 2010-cu ildə miqyasına əhəmiyyətinə görə qarşıda daha böyük ciddi vəzifələrin dayandığını vurğulayan natiq Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi siyasi kursunun uğurla həyata keçirilməsi üçün bütün imkanların gələcəkdə səfərbər olunacağını, rayon sakinlərinin artan maddi mənəvi tələbatının ödənilməsi üçün lazım olan bütün tədbirlərin görüləcəyini bildirdi.

Məruzə ətrafında çıxış edənBakı KondisioneriASC-nin sədri, rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvü Vaqif Heydərov, Nərimanov Rayon Polis İdarəsinin rəisi, şura üzvü Muradəli Babayev, Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon şöbəsinin müdiri Hüseyn Kərimov rəhbərlik etdikləri sahələrin 2009-cu ildəki fəaliyyəti qarşıda duran vəzifələr barədə hesabat verdilər. Ötən ilin bütün ölkə kimi, paytaxtın Nərimanov rayonu üçün əlamətdar olduğunu bildirdilər, bu uğurların artırılması üçün daha böyük əzmkarlıqla çalışmağın vacibliyini qeyd etdilər.

Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev Milli Məclisin deputatı, YAP sədrinin birinci müavini, icra katibi Əli Əhmədov çıxış edərək 2009-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurların Nərimanov rayonunun timsalında da aydın nəzərə çarpdığını bildirdilər.

Hesabat yığıncağının sonunda rayonun təhsil, səhiyyə, idman, sosial-iqtisadi, ictimai-siyasi mədəni həyatında fərqlənənlərə xüsusi mükafatlar fəxri fərmanlar verildi.

SondaNərimanov rayonunun sosial-iqtisadi inkişafının 2009-cu ilin yekunları qarşıda duran vəzifələr haqqındaməsələyə dair rayon icra hakimiyyəti başçısı yanında şura iclasının qərarı oxundu.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 8.