Ağstafa: inkişaf dinamikası güclənir, rifah yaxşılaşır

 

    Ağstafa rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində Böyük Kiçik Qafqaz sıra dağlarının arasında, Gəncə-Qazax maili düzənliyindədir . Əlverişli təbii-coğrafi mövqedə yerləşən rayon tarixi abidələrlə zəngindir. Onun əsrarəngiz gözəlliyini qoruyub saxlamaq ağstafalılar üçün şərəf işi sayılır. Son dövrlərdə Azərbaycanın hər yerində vüsət tapmış quruculuq-abadlaşdırma işləri Ağstafada da seçilən izlər qoyub.

 

    "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)" ağstafalıların da qarşısında mühüm vəzifələr qoyub. 2009-cu il ərzində Ağstafa rayonunda bir sıra istehsal, emal və xidmət müəssisələri yaradılıb, sahibkarlığın inkişafı istiqamətində zəruri addımlar atılıb. Rayonda kənd təsərrüfatı məhsulu istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağına görə maddi vəsait ödənilib.

    Ağstafada dövlət proqramının icrası ilə əlaqədar "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin aqrotexservis xidməti də fəaliyyətə başlayıb. Aqrotexservis xidməti ümumilikdə 37 ədəd texnika ilə təhciz edilibPirili kəndində onun filialı yaradılıb. Bu xidmət 15 ədəd kənd təsərrüfatı texnikası ilə təmin olunmuşdur. Yaxın vaxtlarda Ağstafa rayonunda "Aqroservis" Məhdud Məsuliyyətli Cəmiyyəti də yaranacaqdır ki, bu da kənd təsərrüfatının inkişafına, o cümlədən əkin, səpin və şumlama işlərinin vaxtlı-vaxtında aparılmasına şərait yaradacaqdır.

    Ağstafa rayonu sahibkarlarının problemləri daim öyrənilir, araşdırılır və qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün tədbirlər görülür. Məsələn, hər il sahibkarlar davarların yununun satılmasında çətinliklərlə üzləşirlər. Bu məsələni həll etmək üçün Qırılı kəndində olan yun qəbulu məntəqəsini işə salmaq nəzərdə tutulmuşdur.İnək və çamışlardan istehsal olunan südün satılmasında da çətinliklər mövcuddur.Həsənsu kəndində südün ilkin emalı zavodunun bərpası üçün işlər görülmüş, avadanlıqlar alınmışdır. Lakin zavodun istismara verilməsi hələlik təmin olunmamışdır.

    Üzüm istehsalı müəssisələrinin bazasında yaradılmış "Moşu" Açıq Səhmdar Cəmiyyəti və "Ümid" firmasında üzümün ilkin emalı üçün tələb olunan şəraitin olmasına baxmayaraq 2009-cu ildə istehsal olunan 4651 ton üzüm məhsulu məntəqələr tərəfindən qəbul olunmamışdır. Sahibkarlar istehsal etdikləri üzüm məhsulunu qonşu rayonların üzüm emalı müəssisələrinə ucuz qiymətə satırlar. Bu cür problemlər də aradan qaldırılacaqdır.

    Ağstafada yeni istehsal sahələri yaradılır ki, bu da əlavə yerlərinin açılmasına səbəb olur. "Gəncə Xalça" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qırılı kəndində ipəyrici sexinin fəaliyyəti bərpa olunmuşdur. İşçilərin sayının artırılması və istehsalın gücləndirilməsi üçün əlavə tədbirlər görülür.

    Rayonda yüksək vitaminli yem istehsalı zavodunda tikinti işlərinin 80 faizi başa çatdırılmışdır. Zavodun tikintisini başa çatdırmaq üçün əlavə vəsait tələb olunur. Hazırda zavodun mineral su sexi istifadəyə verilmiş və 60 nəfər işlə təmin olunmuşdur. Zavod tam başa çatdıqda 1200 nəfərin işləməsinə şərait yaranacaqdır. Yaxın vaxtlarda "Ağstafasüd" kompleksinin tikintisinə başlanılacaqdır ki, bu da yeni yerlərinin və istehsal sahələrinin yaranması deməkdir.

    Ağstafa şəhərində "Akkord" tikiş fabrikinin fəaliyyəti qadınların işlə bağlı problemlərinin həll olunmasında mühüm rol oynayır. Regionda mövcud olan istehsal sahələrinin Peşə Təlim Mərkəzinə və orada peşə təhsili alan mütəxəssislərin müxtəlif istehsal sahələrindəki fəaliyyətinə böyük ehtiyacı var. Peşə Təlim Mərkəzinin tikintisi başa çatdıqdan sonra Ağstafa rayonu ilə bərabər qonşu rayonlar da bu mərkəzdən faydalanacalar.

    2009-cu ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə olunub. 10.101 hektar taxıl sahəsindən 231.757 sentner məhsul toplanmışdır. Ötən illə müqayisədə 3911 ha sahə artıq səpilmiş və 57.722 sentner artıq məhsul toplanmışdır.

    2009-cu ildə iri və xırda buynuzlu heyvanların, quşların, atların, arı ailələrinin sayı, ət, süd, yumurta istehsalı artmışdır. Quş qripinə görə Dövlət Baytarlıq Xidmətinin göstərişi əsasında il ərzində 6 dəfə monitorinq keçirilmiş, quşlardan qan nümunələri götürülmüşRespublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Quş qripi xəstəliyi aşkar olunmamışdır. 2009-cu il ərzində icra olunan müalicə və profilaktik tədbirlər nəticəsində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər də yaranmamışdır.

    Ötən il şəhid ailələri, Qarabağ müharibəsi, Çernobıl əlilləri və iştirakçıları, müharibə veteranları diqqət mərkəzində saxlanılmış, onların problemlərinin vaxtında həll olunmasına nail olunmuşdur. Belə ki, Ağstafa şəhərində 9, Dağ Kəsəmən kəndində 1, Həsənsu kəndində 2, Köçəsgər kəndində 2, Poylu, Yenigün, Aşağı Göycəli, Köhnəqışlaq, Qarahəsənli, Eynallı kəndlərinin hər birində 1 nəfərə müxtəlif adda tikinti materialları, Böyük Vətən Müharibəsi və Qarabağ əlillərinə 7 ədəd "OKA" tipli minik avtomobili verilmişdir.

    Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 4 mərtəbəli 16 ailəlik yaşayış evi, Qarahəsənli kəndində 1 fərdi tipli yaşayış evi tikilib istifadəyə verilmiş və 1 fərdi tipli yaşayış evi əsaslı təmir olunmuşdur.

    Rayonun Yenigün və Aşağı Kəsəmən kəndlərində müasir tibb məntəqəsi tikilib istifadəyə verilmişrayon poliklinikasının binası əsaslı təmir edilmişdir.

    Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon şöbəsinin inzibati binası, Qırılı və Köçəsgər kəndlərinin hər birində yeni poçt binaları tikilib istifadəyə verilmiş, zəruri avadanlıqlarla təmin olunmuşdur.Ağstafa şəhərinin bir çox küçələrində yeni işıqlandırma sistemi quraşdırılmışdır və bu digər küçələrdə də davam etdirilir.

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin vəsaiti hesabına vitolabaratoriya binası, Göycəli kəndində 144 nömrə tutumu olan Elektron Avtomat Telefon Stansiyası tikilib istifadəyə verilmiş, Saloğlu qəsəbəsində, Qarahəsənli, Pirili, Mollacəfərli kəndlərində peyk avadanlığı vasitəsi ilə mini Avtomat Telefon Stansiyaları quraşdırılmışdır.

    Ağstafa şəhərinin kanalizasiya sisteminin təmizləyici qurğusunun tikintisi və icməli su sisteminin yaxşılaşdırılması layihəsi tam başa çatdırılmış, "AzərSu" Səhmdar Cəmiyyəti tərəfindən layihənin satın alınması yekunlaşdırılmışdır. Yaxın günlərdə tikinti işlərinə başlanılacaqdır.

    Rayon əhalisinin elektrik enerjisimavi yanacaqla təminatı da xeyli yaxşılaşıb. Elektrik Şəbəkəsi tərəfindən istehlak olunan enerjinin dəyəri 94, qaz 72,2 faiz ödənilmişdir.

    Rayonun Aşağı Kəsəmən və Zəlimxan kəndlərində dövlət proqramına uyğun olaraq polietilen boru vasitəsi ilə qaz xətti çəkilmiş, qaz tənzimləyici qurğu və avadanlıqlar quraşdırılmışdır. Qaz təminatının yaxşılaşdırılması məqsədilə rayonun Vurğun qəsəbəsində, Dağ Kəsəmən, Köçəsgər, Poylu, Həsənsu, Aşağı Kəsəmən, Zəlimxan kəndlərində əlavə qaz xətləri çəkilib istismara verilmişdir. Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin vəsaiti ilə 2 ədəd subarteziyan quyusu qazılmış, Ağstafa çayının sol sahili boyu 455 m, Candar kanalında 2,7 km sahilbərkitmə və bərpa işləri aparılmışdır. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Aşağı Göycəli kənd orta məktəbi üçün 360 yerlik bina tikilmiş, zəruri avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Yeni məktəb tikintisi ilə yanaşı, şəhər 2 saylı, Dağ Kəsəmən 1 saylı və daxili imkanlar hesabına Dağ Kəsəmən 2 saylı orta məktəbləri əsaslı təmir olunmuş, ümumilikdə 7 məktəbdə istilik sistemi bərpa edilib və yenidən qurulmuşdur. İstilik sisteminin quraşdırılmasına baxmayaraq, həmin məktəblər mavi yanacaqla təmin olunmamışdır.

    "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2009-cu il tarixli sərəncamına əsasən 360 yerlik Qıraq Kəsəmən kənd orta məktəbinin tikintisinə başlanılmışdır.

    2009-cu ildə ali məktəblərə 503 nəfər məzun sənəd vermiş, 148 nəfər qəbul olunmuşdur. Onlardan 4 nəfəri 600-dən yuxarı, 18 nəfəri isə 500-dən çox bal toplamışdır. Lakin rayonun Kolxəlfəli, Köçvəlili, Köhnəqışlaq və Xılxına kənd orta məktəblərindən bir nəfər də olsun ali məktəblərə qəbul olmamışdır.

    Rayon üzrə hər 29 şagirdə 1 kompyuter dəsti düşür ki, bu da respublika səviyyəsindən aşağıdır.

    Mədəniyyət və Turizm Şöbəsinin kollektivi əlamətdar günlər, bayram və mədəni-kütləvi tədbirlərin keçirilməsində müəyyən işlər görə bilmişdir.

    Ümummilli liderimizin adını daşıyan muzey-mərkəzdə "Heydər Əliyev muzey və mərkəzlərinin işinin təşkili və fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda respublika əhəmiyyətli seminar müşavirə, keçirilmişdir. Heydər Əliyev Muzey-Mərkəzində elektron kitabxana, internet otağı, ingilis dili kursları, intellektual oyunlar otağı, rəqs qrupu fəaliyyət göstərir, burada yeniyetmə və gənclərimiz bilik və bacarıqlarını artırırlar.Yeniyetmə və gənclərin mərkəzə müntəzəm ekskursiyaları təşkil olunur.

    Rayon ərazisində 41 tarix və mədəniyyət abidəsi qeydə alınmışdır. Lakin yerli əhəmiyyətli mədəniyyət abidələrinin vəziyyəti qənaətbəxş sayıla bilməz. Şəhər mədəni maarif müəssisələrindən fərqli olaraq kənddə vəziyyət istənilən səviyyədə deyildir.

    Rayonda "Şahin" hərbi-idman oyunu, "Cəsurlar" hərbi-idman və turizm oyunu, "Vətənin müdafiəsinə hazıram" çoxnövçülüyü yarışlarının keçirilməsində təşkilatçılıq işinin yüksək səviyyədə aparılmasının nəticəsidir ki, adı çəkilən hərbi-idman oyunlarının zona mərhələsində rayonu təmsil edən komandalar yüksək yerlərə layiq görülmüşdür. Bu da yeniyetmə və gənclərin milli ruhda böyümələrinə şərait yaradır. Hərbi-idman oyunlarının hazırlanmasında "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş Saloğlu qəsəbə orta məktəbinin hərbi rəhbəri Yaşar İsgəndərovun da əməyi vardır.

    Ağstafa Rayon İcra Hakimiyyəti başçısının yerlərdə vətəndaşlarla 50 səyyar qəbulu keçirilmişdir. Keçirilən qəbullar rayonun 29 inzibati ərazi dairəsini əhatə etmişdir. Qəbullarda 3212 nəfər iştirak etmiş, 750 nəfər müraciət etmiş və 245 təklif verilmişdir. Qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan təkliflər araşdırılmış, icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə, müəssisə və təşkilatlar qarşısında məsələ qaldırılmışdır. 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişaf dinamikası da rayonumuzun timsalında da müsbət artımdan xəbər verir. Bu ilin 3 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 10 milyon 763 min manat olmuşdur. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Rayon üzrə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 133 manatdır və bu ötən illə müqayisədə 9,6 faiz çoxdur. Birinci rüb ərzində rayonda sənaye məhsulu istehsalının həcmi 1 milyon 105 min manat olmuşdur ki, bu keçən illə müqayisədə 58,6 faiz çoxdur.

    Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində müsbət artım əldə olunmuşdur. Belə ki, kənd təsərrüfatı məhsulu istehsalı milyon 904 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz çoxdur. Bu ilrayonda yeni yerlərinin yaradılması və sahibkarlığın inkişafına qayğı göstərilmiş, 126 yeni yeri yaradılmışdır. Yeni yerlərinin əsas etibarı ilə istehsal və xidmət sahələrində yaranması diqqət mərkəzində saxlanılır. Rayonun istehsalemal müəssisələrində qabaqçıl texnologiya və avadanlıqların tətbiqinə xüsusi fikir verilir.Cari ilin birinci rübündə rayonda bankqeyri bank təşkilatları tərəfindən 1 milyon 300 min manat kredit ayrılmışdır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5 layihə üzrə 75 min manat güzəştli kreditlər verilmişdir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan edilməsi rayonda ağac əkilməsi və yaşıllıqların salınması işlərini daha da sürətləndirmişdir. Cari ilin birinci rübündə rayon ərazisində ümumilikdə 11 min ağac əkilmişdir.

    Ağstafa şəhərində abadlıq və yenidənqurma işləri davam etdirilir. Hazırda dəmiryol vağzalı ətrafında olan istirahət parkının yenidən qurulması işinə başlanılmışdır. Qəza vəziyyətində olan Qıraq Kəsəmən kənd orta məktəbinin tikintisi davam etdirilir. Şəhidlər Xiyabanında Böyük Vətən, Qarabağ müharibəsi və 20 Yanvar faciəsində şəhid olmuşitkin düşənlərin xatirəsinə abidə kompleksinin tikintisinə başlanmışdır.Rayonda birinci mərhələdə 460 nəfərin, tam gücü ilə işlədikdə isə 1200 nəfərin daimi işləyəcəyi və 300 manat orta əmək haqqı alacağı gözlənilir.Vitaminli zülallı yemalkonol istehsalı zavodunda tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Müəssisə tam gücü ilə işə düşdükdən sonra regionun heyvandarlıq və quşçuluq təsərrüfatlarının qüvvəli yemə olan tələbatının yarıdan çox hissəsi onun hesabına ödənəcəkdir. Keçən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü və İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycan İnvestisiya və Almaniyanın "RAO Aqromilk" şirkətlər arasında "Ağstafa süd" Kompleksinin tikilməsinə dair memorandum imzalanmışdır. Layihəyə görə kompleksdə çox böyük yem və heyvandarlıq təsərrüfatı, sutkada 50 ton istehsal gücü olan süd emalı zavodu, satış şöbəsi, "Aroservis" fəaliyyət göstərməklə 2 400 başlıq südlük, 2 440 başlıq kökəltmə, 1 790 başlıq cins damazlıq mal-qara saxlanılacaqdır. Cənubi Qafqazda analoqu olmayan "Ağstafasüd" kompleksinin tikintisinin 2010-cu ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulmuşdur. Kompleksdə 230 nəfərin daimi 80 nəfərn isə mövsümü işlə təmin olunacağı və orta əmək haqqının 400 manat olacağı nəzərdə tutulur. Layihənin ekspertizası Almaniyanın 25 illik təcrübəsi olan "İAK Aqrar Consulting" şirkəti tərəfindən həyata keçirilmişdir. Kompleks tam gücü ilə işlədikdən sonra, bir çox məhsullarla yanaşı ekoloji baxımdan təmiz kərə yağı da istehsal olunacaqdır.

    Ağstafalılar əmindirlər ki, 2010-cu ildə də bütün proqramlar, layihələr, nəzərdə tutulmuş məsələlər öz həllini tapacaq, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcəklər.

 

 

    Hamlet QASIMOV,

    "Xalq qəzeti"nin bölgə müxbiri

 

   Xalq qəzeti.- 2010.- 11 iyul.- S. 4.