"Azərbaycan Respublikası: iqtisadi inkişaf, sosial nailiyyətlər və mədəni quruculuq" toplusunun təqdimatı keçirilmişdir

 

İyunun 16-da İqtisadi İnkişaf Nazirliyinin (İİN) İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun hazırladığı "Azərbaycan Respublikası: iqtisadi inkişaf, sosial nailiyyətlər və mədəni quruculuq" toplusu təqdim edilmişdir.

Ölkənin bir sıra nazirlikelmi dairələrinin, eləcə də beynəlxalq maliyyə təşkilatları nümayəndələrinin, ekspertlərin iştirak etdiyi tədbirdə institutunun direktoru Vilayət Vəliyev toplunun iqtisadisosial sahədə əldə olunmuş nailiyyətləri, Azərbaycanda uğurla həyata keçirilən dövlət proqramlarının icrasının nəticəsini əks etdirdiyini bildirmişdir. Vurğulanmışdır ki, toplu ölkənin sosial-iqtisadi potensialı, iqtisadi sahədə əldə edilmiş uğurlar barədə daha dolğun məlumatların təqdim edilməsi məqsədi ilə hazırlanmışdır. Burada Azərbaycanın ticarət-iqtisadi əlaqələri, investisiya mühiti, sahibkarlığın inkişafı və s. barədə ətraflı məlumatlar əksini tapmışdır.

Sonra "Azərbaycan Respublikası: iqtisadi inkişaf, sosial nailiyyətlər və mədəni quruculuq" toplusunun təqdimatı keçirilmişdir.

Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, AMEA İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Azərbaycan Elmi Tədqiqat Layihə Axtarış Energetika İnstitutunun direktoru Nurəli Yusifov, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru Sadıx Salahov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və digərləri çıxış edərək nəşrin Azərbaycan iqtisadiyyatı haqqında dolğun məlumatın əldə edilməsində əhəmiyyətindən bəhs etmişlər.

Tədbir çərçivəsində İİN-in İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və AMEA-nın İqtisadiyyat İnstitutu arasında elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Sənədi Vilayət Vəliyev və İsa Alıyev imzalamışlar.

Müqavilədə bir sıra sahələr üzrə birgə elmi layihələrin və tədqiqatların həyata keçirilməsi, elmi kadrların hazırlanması, həmçinin elmi-praktiki müşavirə, simpozium, konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.

 

 

Xalq qəzeti.- 2010.- 17 iyul.- S. 6