28 May Respublika Günü 2010-cu ildə böyük sosial-iqtisadi nailiyyətlərlə qarşılandı

 

Müstəqillik təkcə dövlət rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara, milli maraqlarını müdafiə edə bilsin. Öz milli maraqlarını müdafiə etmək üçün imkan olmalıdır, həm siyasi güc, həm iqtisadi güc. Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Hələ bayrama üç-dörd gün qalmış kütləvi informasiya vasitələri ölkənin müxtəlif guşələrindən verilən məlumatlarda qeyd edirdilər ki, 28 May - Respublika Günü münasibətilə keçirilən silsilə tədbirlərdə təşkilatçılar bu əlamətdar günün tarixi əhəmiyyəti barədə söz açmaqla yanaşı, 1991-ci ildə bərpa etdiyimiz dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılan qətiyyətli addımlardan da danışırlar. Qeyd edilirdi ki, xalqın öndə gedən ziyalıları 1993-cü ilin yayında ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya çağırılması barədə məsələ qaldırmasaydılar, ikinci müstəqilliyimiz elə 1918-ci ildəki taleyini yaşamalı olacaqdı.

Rayon, şəhər, qəsəbə miqyaslı tədbirlərdə, elm-istehsalat müəssisələrində, ali təhsil ocaqlarında - ümumiyyətlə, bütün kollektivlərdə keçirilən bayram tədbirlərində dönə-dönə vurğulanırdı ki, ulu öndər Heydər Əliyevin qoruyub saxladığı dövlət müstəqilliyimiz Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 7 ildə daha da möhkəmlənmiş, daha dönməz xarakter almışdır. Elə dünyanın müxtəlif yerlərindən dövlət başçımızın ünvanına gələn çoxsaylı təbrik teleqramlarında da həmin məqam vurğulanır. Teleqramlardan bir neçəsi barədə söz açdıqdan sonra bayram tədbirlərinin yekunu kimi qəbul edilən - "Buta" sarayında keçirilmiş rəsmi qəbul haqqında əhatəli şəkildə danışacağıq.

Dövlət başçımıza teleqram göndərən dünya siyasətçiləri bir neçə cümləlik məktubda Prezidenti xalqımızı təbrik etməzdən əvvəl respublikamızın son illər əldə etdiyi sosial-iqtisadi uğurların etiraf edilməsini daha məqsədəmüvafiq sayırlar. Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin məktubunda həmin məqam daha qabarıq şəkildə verilir: "Siyasi, sosial-iqtisadi mədəni sahələrdə uğurlar Azərbaycanın potensialını inamla artırmasını, regional beynəlxalq məsələlərdə onun nüfuzunun möhkəmlənməsini təmin edir". Cənab Medvedev Azərbaycanın potensialının inamla artırılmasını, dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun möhkəmlənməsini gənc müstəqil dövlət üçün uğur sayır bu uğurları alqışlayır.

Almaniya Federativ Respublikasının Prezidenti Horst Köler isə məsələni daha da konkretləşdirir: "Sizin Avropa dəyərlərini hüquqlarını qəbul etməyinizi, Avropa İttifaqı ilə yaxınlaşmaq üçün göstərdiyiniz səyləri alqışlayıram". Fikrimizcə, xalqımız üçün ən əlamətdar günlərdən olan 28 May - Respublika Günü münasibətilə gənc müstəqil dövlətimizin ünvanına səsləndirilən bu təqdiredici fikirlər hər bir azərbaycanlı üçün maraqlı iftixargətirən bir haldır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun, Böyük Britaniya Şimali İrlandiyanın Kraliçası II Elizabet, İki Müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud, Roma Papası XVI Benedikt ümumiyyətlə, dövlət başçımıza təbrik teleqramı göndərən bütün siyasətçilər dövlət başçıları respublikamızın həyatındakı müsbətə doğru genişmiqyaslı dəyişiklikləri alqışlayır, təqdir edirlər. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər təkcə xalqımız tərəfindən deyil, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Mayın 27-də "Buta" sarayında 28 May - Respublika Gününə həsr edilmiş rəsmi qəbulun keçirilməsinə gəlincə isə deyə bilərik ki, həmin tədbir bir neçə cəhətdən əhəmiyyətli idi. Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin həmin tədbirdə söylədiyi nitq bütün məqamlarına görə yüksək qiymətləndirilir. Ancaq dövlət başçısının nitqindəki siyasi varislik amili daha yüksək qiymətləndirilməlidir. Prezident İlham Əliyev öz nitqində 92 il əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi irsinə böyük sədaqət ehtiram nümayiş etdirdi: "Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi".

Dövlət başçımız həmin nitqində 1991-ci ildə bərpa etdiyimiz müstəqilliyin qorunub saxlanılması üçün həyata keçirilən tədbirləri, atılan addımları yüksək qiymətləndirərək siyasi kursa mükəmməl sədaqət nümunəsi göstərdi: "1993-2003-cü illər Azərbaycan tarixində sabitlik inkişaf illəri kimi qalacaqdır. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlamışdır bir sıra beynəlxalq təşkilatların üzvü olmuşdur. Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olmuşdur".

Prezident İlham Əliyev "Buta" sarayında keçirilmiş rəsmi qəbulda bu gün hər bir soydaşımızı ciddi şəkildə narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün aparılan danışıqların mövcud vəziyyəti barədə əhatəli söz açmış, Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən mövqeyinin dönməz olduğunu növbəti dəfə qətiyyətlə səsləndirmişdir. Ekspertlərin fikrincə, dövlət başçımızın öz nitqində nümayiş etdirdiyi qətiyyət Azərbaycanın xarici siyasətinin növbəti uğurlarını təmin edəcəkdir: "Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır". Yəni Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün müəyyən edilmiş dövlət siyasətinin ardıcıllıqla prinsipiallıqla icra edilməsində israrlıdır böyük qətiyyət nümayiş etdirir. Bu isə Heydər Əliyev siyasi kursunun ən mühüm tərkib hissələrindən biridir.

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda ölkəmiz xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən başqa bir məsələ barəsində öz qətiyyətli fikirlərini söylədi: "Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla qısa müddət ərzində icra edək. Sadəcə olaraq, biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmamışdır biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik bunu etmək üçün kifayət qədər əsaslar vardır".

Ekspertlərin fikrincə, dövlət başçımızın bu qənaəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlarda rəsmi Bakının sülh yoluna göstərdiyi sədaqətin təsdiqi kimi qiymətləndirilməlidir.

Yazının əvvəlində qeyd etdiyimiz məsələyə - Respublika Gününün 2010-cu ildə sosial-iqtisadi uğurlarla qarşılanması məsələsinə gəlincə isə qeyd edək ki, bu məqam da dövlət başçısının adıçəkilən nitqində özünəməxsus yer tuturdu: "Bizim iqtisadi islahatlarımız dünya birliyi tərəfindən təqdirlə qarşılanır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər... Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir".

Bir sözlə, 28 May - Respublika Günü ölkəmizdə növbəti dəfə milli bayram olaraq böyük təntənə ilə qeyd edildi.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 1 iyun.- S. 3.