"Kabusun gözüylə" Parisdə

 

    Fransa paytaxtının mərkəzi XII rayonunun baş idarəsinin təntənəli mərasim salonunda Azərbaycan və Fransanın ilk birgə kino layihəsi olan "Kabusun gözüylə" filminin təqdimatı keçirilmişdir.

 

    Böyük maraqla qarşılanan film Bakıdan gələn bir qrup yaradıcı heyət üzvləri tərəfindən təqdim edilmişdir. Bu məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

    Filmin ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyovdur. Görüş zamanı R. İbrahimbəyov filmin yaradılması haqqında məlumat vermişdir. Filmdə iştirak edən Mələk Abbaszadə, Şükufə Yusupova, Fatimə İbrahimbəyova, Tofiq Mirzəyev, eləcə də baş rolun ifaçısı, Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri Rişar Marten film üzərində işləri barəsində danışmışlar.

    Meriyada iştirakçılar üçün qəbul təşkil olunmuşdur.Paris ictimaiyyətinin, yaradıcı ziyalıların, diaspor nümayəndələrinin qatıldığı mərasim əsl bayrama çevrilmişdir.

 

 

    M.MÜKƏRRƏMOĞLU

 

   Xalq qəzeti.- 2010.- 20 iyun.- S. 7.