Ölkəmizdə turizmin inkişafı üçün hər cür imkan var

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkəmizdə bu sahənin genişləndirilməsi üçün əsaslı şərait yaratmışdır.

 

Hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümummilli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində çalışır.

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. 2002-2005-ci illəri əhatə edən Dövlət Proqramının həyata keçirilməsi ölkədə bu sahənin sürətli inkişafını təmin etmək üçün geniş imkanlar yaratmışdır. Bu illərdə reallaşan tədbirlərin nəticəsində beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Yeni Proqram isə turizmin daha sürətlə inkişafına zəmin yaratmış, artıq Proqramın reallaşması istiqamətində işlər davam etdirilməkdədir.

Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsi üçün əsas yaratmışdır. Ölkəmizdə 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruqovçuluq təsərrüfatı mövcuddur. Müxtəlif regionlarda 6 mindən artıq memarlıq və mədəniyyət abidələri qorunub saxlanılır. YUNESKO tərəfindən qeydiyyata alınan İçərişəhər, Qız qalası, Şəki Xan sarayı, Möminə Xatun Türbəsi və digər mədəniyyət abidələri artıq bütün dünyada məhşurdur. Dövlət proqramı bütün sərvətlərdən səmərəli istifadə etməklə, turizmi inkişaf etdirməyi qarşıya məqsəd qoymuşdur. Eyni zamanda Azərbaycanda turizmi inkişaf etdirmək məqsədilə aşağıdakı əsas vəzifələr qarşıya qoyulmuşdur: turizm sahəsində sahibkarlığı, ilk növbədə kiçikorta sahibkarlığı inkişaf etdirməklə rəqabətə davamlı turizm bazarını yaratmaq; turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsini, onun beynəlxalq standartlara uyğunluğunu təmin etmək; turizm fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirmək; turizmdən dövlət və yerli büdcələrə daxil olan vəsaitin həcmini artırmaq; turizmin infrastrukturunu, onun maddi-texniki bazasını möhkəmlətmək; turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirakı üçün əlverişli şərait yaratmaq, xarici investorları turizm sferasına cəlb etmək.

Bu vəzifələrin hər birinin yerinə yetirilməsi gərgin və məsuliyyətli əmək tələb edir.

Azərbaycanda turizm sahəsi üzrə dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası hökuməti ilə 16 ölkə - Türkiyə, Pakistan, Özbəkistan, Qırğızıstan, Çin, Polşa, İtaliya, Gürcüstan, Ukrayna, Rumıniya, Bolqarıstan, Belarus, Yunanıstan, Moldova, Qazaxıstan və Qətər hökumətləri arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Azərbaycan bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, MDB dövlətlərinin Turizm Şurası və digər regional təşkilatlar ilə turizm sahəsində əməkdaşlıq edir. 2006-cı ildə İslam Konfransı Təşkilatının turizm nazirlərinin V Konfransının Azərbaycanda keçirilməsi və Turizm üzrə Bakı Deklorasiyasının qəbul olunması Azərbaycanda turizm sektorunun inkişafı, infrastrukturun dünya standartları səviyyəsində qurulması üçün böyük əhəmiyyət kəsb edir.

Son illər beynəlxalq turizmin inkişafı, respublikamızda turizm şirkətlərinin və mehmanxanaların sayının artması, ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdəndir.

Mehmanxanaların xidmət səviyyəsinin öyrənilməsi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Turist-ekskursiya xidmətinin sertifikatlaşdırılması"nın keçirilməsi qaydaları təsdiq edilmişdir. Bu qaydalara əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə fəaliyyət göstərən mehmanxanaona bərabər tutulan yerləşdirmə obyektlərinin təsnifatı aparılır.

Ölkənin regionlarında turist zonalarının və marşrutlarının təşkil edilməsilə bağlı 7 marşrut istiqamətində proqramlar hazırlanmışdır. Bu marşrutlara aşağıdakılar daxildir:

1.Abşeron;

2.Qobustan-Şamaxı-Ağsu-Göyçay-İsmayıllı-Kürdəmir-Zərdab-Ağdaş;

3.Xızı-Siyəzən-Dəvəçi-Xaçmaz-Quba-Qusar;

4.Qəbələ-Oğuz-Şəki-Qax- Zaqatala-Balakən;

5.Gəncə-Goranboy-Xanlar-Gədəbəy-Tovuz-Qazax;

6.Salyan-Masallı-Lerik-Lənkəran-Astara;

7.Naxçıvan-Şahbuz-Şərur-Sədərək-Ordubad-Culfa- Babək.

"2002-2005-ci illərdə Turizmin İnkişafına dair Dövlət Proqramı"nın təsdiq olunması ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirdi respublikamızın beynəlxalq turizm arenasına çıxması üçün geniş imkanlar yaratdı. Turizmin inkişaf etdirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsində xarici iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Ölkəmizdə mineral suların, müalicəvi nefti palçığın olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, buraya turist axınını da gücləndirir. Xəzər dənizi sahilləri, Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi rayonları turizmin inkişaf etdirilməsi üçün çox yararlıdır. Məhz bu zonalara turist axını daha çoxdur. Bundan əlavə, müxtəlif arxeoloji, tarixi-memarlıq abidələri, incəsənət obyektləri xarici turistləri cəlb edir.

Ölkəmizdəki turistlərin əksəriyyətini Avropa ölkələrindən, qonşu dövlətlərdən ABŞ-dan gələnlər təşkil edir.

"2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Belə ki, Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur. Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artıb.

2010-cu ilin aprel ayında Prezident İlham Əliyev "2010-2014-cü illərdə ölkədə turizmin inkişafına dair yeni Dövlət Proqramı" təsdiq etmişdir. Bu Proqram isə ölkəmizdə turizm sahəsinin sürətli inkişafına əsl təminat yaradır.

Heç şübhəsiz ki, yeni Dövlət Proqramın reallaşması ilə Azərbaycan əsl mənada turizm diyarına çevriləcəkdir.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 28 noyabr.- S. 4.