Naxçıvan Universiteti - qədim diyarın müasirlik rəmzi

 

Azərbaycanın ən qədim bölgələrindən olan Naxçıvan torpağı gündən-günə daha da gözəlləşir, inkişaf edir, böyüyür regionun siyasi, mədəni mərkəzlərindən birinə çevrilir. Naxçıvana səfər edən hər bir insan baş verən bu dəyişiklikləri, yenilikləri, gözəllikləri hər dəqiqə, hər an hiss edir. Bu inkişaf ölkə Naxçıvan rəhbərliyinin bu torpağa qayğısının, sevgisinin nəticəsidir. Naxçıvan əgər Vətənimizdən kənarda dağlar arasında yerləşən gözəl Batabat gölü , insanlara şəfa verən "Duz dağ" sağlamlıq kompleksi, Əshabi-kəf ziyarətgahı tarixi abidələri ilə tanınırsa, indi Naxçıvanı tanıdan daha bir abidə var: Naxçıvan Dövlət Universiteti. Naxçıvanda gedən bu quruculuq, yaradıcılıq proseslərinin içində Naxçıvan torpağının ən böyük təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin öz çəkisi, öz yeri var.

 

Naxçıvan Dövlət Universiteti Naxçıvan şəhərinin ən uca bir yerində qərar tutub. Universitetin əsası 1967-ci ildə qoyulmuş o vaxt bu ali məktəb Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlamışdır. 1972-ci ildə filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. 1990-cı ildən isə bu ali məktəb Naxçıvan Dövlət Universiteti statusunu almışdır. Əgər 1967-ci ildə fəaliyyətə başlayarkən bu təhsil ocağında cəmi üç ixtisas üzrə 105 tələbə oxuyurdusa, hazırda universitetin 10 fakültəsində 43 ixtisas üzrə 4200-dən çox tələbə ali təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərdən iki nəfəri akademik, beş nəfəri AMEA-nın müxbir üzvü, 24 nəfəri elmlər doktoru, professor, 67 nəfər isə elmlər namizədi, dosentdir.

Universitetdə tarix-filologiya, xarici dillər, sosial-idarəetmə hüquq, iqtisad, memarlıq mühəndislik, fizika-riyaziyyat, tibb, incəsənət başqa fakültələr fəaliyyət göstərir. Tələbələrin təhsil alması üçün universitetdə müasir dövrün tələblərinə uyğun hər cür şərait yaradılmışdır. Belə ki, Naxçıvan Dövlət Universiteti üçün 1999-cu ildə 1600 yerlik beşmərtəbəli tədris korpusu, 2002-ci ildə tibb korpusu xəstəxana, 2004-cü ildə elektron kitabxana, 2006-cı ildə sosial idarəetmə, hüquq iqtisad fakültələri üçün 700 nəfərlik korpus tikilib istifadəyə verilmişdir. Bu il isə universitetin beynəlxalq münasibətlər xarici dillər fakültəsi üçün yeni möhtəşəm bina inşa olunmuşdur. Binada 7 ixtisas - ingilis, fransız, alman, rus, ərəb dili müəllimliyi, beynəlxalq münasibətlər fars dili-azərbaycan dili tərcüməsi ixtisasları tədris olunur. Hazırda yeni tədris korpusunda beş kafedra fəaliyyət göstərir.

Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarına geniş yer verilir. Bu ali təhsil ocağında çoxsaylı kompyuter laboratoriyaları sinifləri tədris prosesinin təşkilinə, idarəetməyə, elmi-tədqiqat işlərinin aparılmasına uğurla xidmət edir. Universitetdə fəaliyyət göstərən ixtisaslaşdırılmış "informatika" korpusu, üç internet mərkəzi, İREX Atatürk internet mərkəzləri, ən müasir avadanlıqlarla təchiz olunmuş iki video-konfrans zalı, müxtəlif kompyuter sinifləri yeni informasiya texnologiyalarının mənimsədilməsinə şərait yaradır.

Elmin inkişafı sahəsində universitetdə mühüm nailiyyətlər qazanılmışdır. Universitet alimlərinin xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda fəal iştirakı diqqətəlayiqdir. Universitet alimləri ABŞ, İngiltərə, Yaponiya, Rusiya, İtaliya, Türkiyə, Fransa, İran, Gürcüstan, Qazaxıstan, Belçika, Hollandiya, Şimali Kipr Maltada keçirilən konfrans simpoziumlarda müxtəlif mövzulu məruzələrlə çıxışlar etmişlər. Universitetin özündə təşkil olunmuş beynəlxalq simpoziumlarda isə onlarla xarici ölkənin görkəmli alimi qonaq olmuş onların məruzələri dinlənilmişdir.

Universitetin beynəlxalq əlaqələri yüksək səviyyədə qurulmuşdur. Belə ki, Naxçıvan Dövlət Universitetinin dünyanın qabaqcıl universitetlərilə geniş əlaqələri vardır. ABŞ-ın Perdu Kalumet Universiteti, İngiltərənin Preston Texniki Universiteti, Fransanın Paris-8, Strasburk Mark Blok universitetləri, Almaniyanın Braunşvayq Universiteti, İspaniyanın Barselona Universiteti, Pakistan İslam Respublikasının İslamabad Müasir Dillər universiteti, Rusiyanın Novosibirsk Dövlət Universiteti, Novosibirsk Texniki Universiteti, Türkiyə Cümhuriyyətinin Ankara, Ərzurum, Kocaeli, Elazığ, Qars Van universitetləri, Misir Ərəb Respublikasının Qahirə, Helvan, İsgəndəriyyə universitetləri, İran İslam Respublikasının Təbriz Urmiya universitetləri ilə çoxşaxəli əlaqələr dünya təhsil sisteminə inteqrasiyanın genişləndirilməsinə regionda yeni tipli universitetin formalaşmasına təkan verir. Son illərdə universitetdə təhsil alan 305 xarici tələbədən 294 nəfərinin Türkiyə, 11 nəfərinin isə İran vətəndaşlarının olması qeyd olunan əlaqələrin nəticəsidir. Müxtəlif vaxtlarda universitetdə Fransadan Koreyadan gəlmiş tələbə gənclər təhsil almışlar.

Naxçıvan Dövlət Universitetinin qeyd olunan uğurlarının kökü bir ondadır ki, dövlət rəhbərlərimiz - istər ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi zaman, istərsə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu universitetdə olmuşlar. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin 11 oktyabr 1999-cu ildə universitetin yeni tədris korpusunun açılışı mərasimindəki parlaq nitqi hələ əziz bir xatirə kimi naxçıvanlıların yaddaşındadır: " Naxçıvan Muxtar Respublikasının Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən, ali təhsil ocaqlarından biridir... Mən bu gün böyük iftixar hissi keçirirəm ki, 30 il öncə əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Universitet tələbələrinə yüksək vətənpərvərlik, təhsil uğrunda daim mübarizə aparmaq üçün əzm arzulayıram... Naxçıvan gənclərinə arzu tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan Dövlət Universitetinə gəlişi isə Heydər Əliyev siyasi kursunun bu sahədə uğurla davam etdirilməsinin bariz ifadəsidir. Məhz dövlət rəhbərlərinin, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvan Universitetinə qayğısından ilhamlanan universitetin bugünkü rəhbərliyi bu universitetin inkişafı üçün əlindən gələni əsirgəmir, öz bilik bacarığını bu yolda sərf edir. Bu gün universitetə nəinki ölkəmizdə, hətta ölkəmizdən kənarda da görkəmli bir alim ictimai-siyasi xadim kimi tanınan akademik İsa Həbibbəyli rəhbərlik edir. Qeyd edək ki, akademik İsa Həbibbəylinin universitetə rəhbərliyə başladığı 1996-cı ildən sonra universitetin inkişafında yeni bir mərhələ başlamışdır. Belə ki, universitetin istər maddi-texniki bazasının, istərsə elmi potensialının güclənməsində İsa Həbibbəylinin xidmətləri olduqca böyükdür. Təkcə elə onu demək kifayətdir ki, İsa Həbibbəyli universitetə rəhbərlik etdiyi dövrdə gözəl bir kollektiv yaratmış, güclü elmi potensiala malik professor- müəllim heyəti formalaşdırmışdır. Məsələn, belə kadrlardan birini Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri namizədi, dosent, əməkdar elm xadimi Hüseyn Həşimlini misal göstərmək olar. Hüseyn Həşimli bu gün respublikamızın aparıcı filoloq alimlərindən biridir. O, ədəbiyyatşünaslığımızda az tədqiq olunan sahələrin mütəxəssisi kimi tanınır.

Beləliklə, Naxçıvan Dövlət Universiteti adı burada çəkilən çəkilməyən onlarla ictimai-siyasi xadim alimin zəhməti sayəsində, eyni zamanda, dövlətimizin qayğısı nəticəsində gündən-günə inkişaf edərək ölkəmizin aparıcı təhsil ocaqlarından birinə çevrilməkdədir.

 

 

Tərlan QULİYEV,

filologiya elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2010.- 5 oktyabr.- S. 7.