"Göygölə gəl, Göygölə..."

 

Regional inkişaf proqramlarının hərtərəfli yeniləşdiyi, problemlərin həllini sürətləndirdiyi, rifahı yaxşılaşdırdığı bölgələrdən biri də Göygöl rayonudur. Dağətəyi və dağlıq ərazidə yerləşən yaşayış məntəqələri, müxtəlif istehsal sahələri, çoxsahəli kənd təsərrüfatı dövlətin fəal yardımı ilə həyata keçirilən proqramlar nəticəsində tərəqqi yolunda uğurlu addımlar atmışdır. Mədəni həyat, xidmət sahəsi də günün tələbləri səviyyəsində yenidən qurulmuş, adamların həyatına rahatlıq, zənginlik gətirmişdir.

 

Əvvəllər dünya şöhrətli təbiət gözəli Göygöllə, sərin yaylaqları ilə tanınan rayon bu gün digər sərvətləri və məhsulları ilə də sorağını yaxın-uzaqlara yayır. İndi həyatın elə bir sahəsi, elə bir ünvan yoxdur ki, orada yeniləşmə duyulmasın, inkişaf getməsin. Göygöl şəhəri tarixi simasını qorumaqla durmadan abadlaşır, böyüyür, gözəlləşir. Bütün yaşayış məntəqələrində kommunikasiyalar təzələnir, yeni sosial-mədəni obyektlər tikilir, köhnələri təmir edilir. Yaşayış məntəqələri hamısı fasiləsiz elektrik enerjisi alır. Qazlaşma şəbəkəsi genişlənir. Telefonlaşma sürətlə gedir. Təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazası yeniləşdikcə, gücləndikcə gözlənilən uğurlar da çoxalır.

Son 7 ildə yaradılmış maddi baza rayonu daha sürətli inkişaf yoluna çıxarmışdır. Bu müddətdə 14 yeni istehsal sahəsi yaradılmış, 4047-si daimi olmaqla 5010 yeni yerləri açılmışdır. 16363 ev təsərrüfatından 36,4 faizi içməli su xəttinə qoşulmuşdur. Rayonda saniyədə 50 litr su daxil olan 4,8 kilometr Ağsu - Gəncə saniyədə 10 litr su verən 14 kilometr Zurnabad - Göygöl içməli su xətləri və Gəncə çayı üzərində quraşdırılmış gücü saniyədə 25 litr olan su nasos stansiyası əhaliyə xidmət edir. Göygöl şəhərinin su təchizatı sisteminin yenidən qurulması və Kürək çayından 25 kilometr magistral su kəmərinin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırmalar, layihə-smeta sənədləri işlənilib hazırlanır. Əkin sahələri mənbəyi Gəncə, Qoşqar və Kürək çaylarından götürülmüş 17,5 kilometr qapalı boru şəbəkəsi, 1644,5 kilometr suvarma kanalları, 185 subartezian quyusu və 9 su nasos stansiyası vasitəsilə suvarılır.

Gəncə - Göygöl magistral avtomobil yolunun Göygöl şəhərinə daxil olan 1,6 kilometrlik, ikitərəfli hissəsi və 14 kilometrlik Göygöl - Şəhriyar, 7 kilometrlik Topalhəsənli - Kərimli avtomobil yolları müasir tələblərə uyğun yenidən tikilərək asfalt örtük salınmışdır. Aşıqlı - Köşkü - Üçbucaq, Çaykənd - Qarabulaq - Sarısu, Yalqışlaq - Danayeri, Hacıməlik - Gəncə, Çaykənd - Toğanalı, Mixaylovka - Göyçəkənd, Yeni Zod - Çaykənd, Gəncə - Zurnabad kəndarası avtomobil yolları cari təmir edilmişdir. Hacıməlik qəsəbə, Mollacəlili və Şəhriyar kənddaxili yollarına, Göygöl şəhərinin yeni salınmış yaşayış massivlərində 16 küçəyə çınqıl tökülmüşdür. Göygöl şəhərinin mərkəzi küçələrinə və səkilərə 22,9 kilometr asfalt örtük salınmışdır. Bakı - Qazax magistral avtomobil yolunun Göygöl rayonunun ərazisindən keçən 38 kilometr hissəsi yenidən tikilir.

Rayon üzrə 470 hüquqi, 1446 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 78 kollektiv kəndli fermer təsərrüfatı, 197 kiçik müəssisə, 7 səhmdar cəmiyyət var. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2007 - 2009-cu illər ərzində ortakiçik sahibkarlıqla məşğul olan 49 nəfərə 3 milyon 33 min manat, 2010-cu ilin birinci rübündə isə 5 nəfərə 75 min manat güzəştli kreditlər verilmişdir. Rayonda üzümçülük inkişaf edir, hüquqifiziki şəxslər tərəfindən 911,7 hektar üzüm bağı salınmışdır. 2008-ci ilə nisbətən 2009-cu ildə 92 faiz çox olmaqla 2621 ton üzüm istehsal olunmuşdur.

180 çarpayılıq yeni tibb müəssisəsi, 1 kənd sahə xəstəxanası, 1 kənd həkim ambulatoriyası, 6 kənd feldşer-mama məntəqəsi, 1 kənd kitabxanası, Qırıqlı kəndində uşaq bağçası, Heydər Əliyev Fondu hesabına 400 şagirdlik 3 məktəb binası, bundan əlavə, 3124 şagirdlik 9 orta məktəb binası, 455 şagirdlik 26 sinif ortağı tikilib istifadəyə verilmişdir. 18 məktəb binası, Cümşüdlü kənd uşaq bağçası, rayon mədəniyyət evi əsaslı təmir olunmuşdur. Yeni idman kompleksinin tikintisi üçün 6 hektar torpaq sahəsi ayrılmışdır, hazırda layihə-smeta sənədləri hazırlanır. Yaşayış məntəqələrində mövcud idman qurğuları təmir olunmuşdur.

Son illərdə respublikada əldə olunan nailiyyətlər Göygöl rayonunun da sosial iqtisadi inkişafına müsbət təsir göstərmişdir. Rayonda sənayenin, aqrar bölmənin inkişaf etdirilməsinə, kənd təsərrüfatı məhsullarının artırılmasına, habelə yerli resurslardanxammal mənbələrindən istifadə etməklə yeni yerlərinin açılmasına nail olunmuşdur. Bütün bunlar barədə fərəhlə söz açan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov daha sonra bu ilki uğurlar barədə məlumat verib:

- Bu ilin 6 ayı ərzində 142 yeni yeri açılmışdır ki, bunun da 113-ü daimidir. İlin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 12044,4 min manat artaraq 39880,6 min manata çatmışdır. Bunun 65,3 faizi istehsal, 34,7 faizi xidmət sahələrinin payına düşür. Rayon üzrə adambaşına 685,79 manat dəyərində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,8 faiz çox məhsul istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2276,4 min manat çox olmaqla, 11499,5 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür.

Rayonda mövcud olan 28 sənaye müəssisəsi 5444,8 min manat dəyərində məhsul istehsal etmiş, özəl sektorun xüsusi çəkisi 58,9 faiz olmuşdur. Ticarətin bütün növləri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 7456,6 min manat artaraq 38122,8 min manata çatmışdır. Əmtəə dövriyyəsində ərzaq mallarının xüsusi çəkisi 70 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə 30 faiz təşkil etmişdir. Sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin nəticəsi olaraq hüquqi şəxslərin sayı 472-ə çatmışdır. Sahibkarlığa Kömək Milli Fondu 14 sahibkara 195 min manat dəyərində güzəştli kredit vermişdir. Poçt və rabitə müəssisələri 309,4 min manatlıq xidmət göstərmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 min manat (8,9 faiz) çoxdur.

İlin altı ayında müxtəlif nazirliklər, komitələr, agentliklər və əhali 9768,5 min manat əsas kapitala investisiya qoymuş, bunun da 9490,1 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Müasir standartlara cavab verən ümumi sahəsi 470,4 kvadratmetr olan 4 sahibkar obyektiümumi sahəsi 5895,6 kvadratmetr olan 46 fərdi yaşayış evi inşa edilmişdir. Vaxtı ilə almanlar tərəfindən tikilmiş, qəza vəziyyətində olan 17 yaşayış evinin dam örtüyü təmir olunmuşdur.

Cari ilin 6 ayı ərzində rayon büdcəsinin gəlirləri (dotasiyasız) 1 milyon 605 min manatya 103,4 faiz yerinə yetirilərək ötən ilin eyni dövrü ilə müqayisədə 251,1 min manatya 11,8 faiz çox olmuşdur. Büdcənin xərcləri 5 milyon 717,7 min manata qarşı 4 milyon 646,8 min manatya 81,2 faiz icra edilmişdir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 75,7 min manatya 1,6 faiz çoxdur. Əhalinin aztəminatlı təbəqəsinin, sosial müdafiəyə ehtiyacı olan insanların maddi rifah halının yaxşılaşdırılmasına diqqət daha da artırılmışdır.

İlin 6 ayı ərzində 2018 ailə olmaqla 9496 nəfərə 191,7 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Qarabağ müharibəsi və Çernobıl əlillərinin, şəhid ailələrinin 195 uşağına 6060 manat müavinət, əmək və sosial pensiyaçılara 4 milyon 765,9 min manat pensiya ödənilmişdir, 76 nəfərə tənha və əlillər evində sosial məişət xidməti göstərilir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 94,3 manat təşkil etmişdir. 184 nəfər axtaran Məşğulluq Mərkəzində qeydiyyata alınmış, onlardan 110 nəfəri münasib yerləri ilə təmin olunmuş, 10 nəfərə işsizlik müavinəti təyin edilmişdir.

Rayonda olarkən öyrəndik ki, 2009 - 2013-cü illər üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə ardıcıl aparılır. Göygöl şəhərinin su təchizatı sisteminin yenidən qurulması ilə bağlı texniki iqtisadi əsaslandırmalar, layihə-smeta sənədləri işlənilib hazırlanmışdır. Göygöl şəhərində, Çaykənd və Çaylı kəndlərində poçt şöbələri istifadəyə verilmişdir. Aşıqlı və Şəhriyar kəndlərində poçt şöbələri üçün bina tikilir. Hacıməlik qəsəbəsində və Xaqani kəndində 1 artezian quyusu qazılmışdır. Rayon mədəniyyət evi, Toğanalı kənd orta məktəbinin binası əsaslı təmir olunmuşdur. Kardiorevmatoloji sanatoriyanın təmiri davam etdirilir. Yerli əhəmiyyətli avtomobil yolları təmir və bərpa edilir.

Göygöl şəhərinin T.Quliyev, D.Bayramov küçələrinə asfalt örtük salınmasına başlanılmışdır. Xanlar qəsəbəsində yerləşən 35/10 kv-luq Göygöl-2 yarımstansiyası yenidən qurulur. Toğanalı kəndində 35/10 kv-luq yarımstansiya tikilir. Yeni Qızılca kəndində elektron ATS-in tutumu 272 nömrə artırılmışdır. Yeni Qızılca, Bəhrəmbağ, Haçaqaya və Sərkərli kəndlərinin tam telefonlaşdırılması işinə başlanılmışdır. Aşıqlı kəndində 384 nömrəlik və Şəhriyar kəndində 272 nömrəlik müasir tipli elektron stansiyalar istismara verilmişdir.

Yanğından Mühafizə Bölməsi, Polis Şöbəsi üçün inzibati binaların tikintisi başa çatdırılmışdır. Topalhəsənli kənd icra nümayəndəliyinin inzibati binası və uşaq bağçası əsaslı təmir olunmuşdur. Çaylı kənd orta məktəbinin köhnə binasının və Mollacəlilli kənd kitabxanasının əsaslı təmirinə başlanılmışdır. Yeni idman kompleksinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış evinin, Dövlət Sosial Müdafiə Fondu Göygöl rayon şöbəsinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Rayon ərazisindən keçən respublika əhəmiyyətli Gəncə - Kəlbəcər, Gəncə - Daşkəsən, Bakı - Qazax magistral avtomobil yollarının ətrafında təmizlik-abadlıq işləri aparılmış, 1170 ağac əkilmişdir. Yevlax - Gəncə avtomobil yolunun yenidən qurulması ilə əlaqədar 339 ağac xüsusi texnika vasitəsilə başqa əraziyə köçürülmüşdür. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunması ilə bağlı parkxiyabanlarda, yol kənarlarında 17812 müxtəlif ağac və bəzək kolları əkilmişdir.

İnsan amili, adamların arzu və istəkləri də diqqət mərkəzindədir. Rayonun inzibati ərazi dairəsi üzrə icra nümayəndələrinin və rayon icra hakimiyyəti başçısının 2009-cu ilin yekunlarına dair hesabat yığıncaqlarında səslənmiş 103 rəy və təklifdən 54-nün icrası hazırda rayonda həyata keçirilən tədbirlər sırasında öz həllini tapmışdır. Yerlərdə keçirilən səyyar qəbullar zamanı 79 rəy və təklif irəli sürülmüş, onlardan 65-nin icrası təmin olunmuş, 11 təklifin icrası isə davam etdirilir.

Elektrik təsərrüfatında 22,8 min manat dəyərində təmir, bərpa, quraşdırma işləri aparılmışdır. 26 elektrik dayağı basdırılmış, 46 müxtəlif güc transformatoru, 6,53 kilometr elektrik xətti təmir edilmiş, 1,47 kilometr xətt çəkilmişdir. Əhali üzrə istehlak olunan elektrik enerjisinin ödənişi 90,7 faiz yerinə yetirilmişdir.

Qaz təsərrüfatında 6,4 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır. 608 abonent sayğac quraşdırılaraq təbii qazla təmin edilmişdir. Əhali üzrə istehlak olunan qazın ödənişi 105,8 faiz yerinə yetirilmişdir.

Göygöl şəhərinin A.Şadlinski küçəsinə 400 metr yeni su xətti çəkilmişdir.Qızılqaya qəsəbəsində 100 metr paylayıcı su xətti, Hacıməlik qəsəbəsində 4100 metr, Mollacəlilli kəndində 50 metr, Yeni Zod kəndində 60 metr, Göygöl şəhərində 160 metr magistral su xətti yenisi ilə əvəz olunmuşdur. İstehlak olunan suyun ödənişi 93 faiz yerinə yetirilmişdir.

Mədəni həyat da canlanmış, adamlara xidmətini artırmışdır. Rayon Gənclər evinin nəzdində yaradılmış Gənclərin intellektdayaq mərkəzlərində, "Kəpəz" vətənpərvərlik tərbiyəsi klubunda diskussiyalar, dəyirmi masalar keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərində və mədəniyyət ocaqlarında Azərbaycanın tarixi salnaməsini əks etdirən fotostendlər və guşələr təşkil olunmuşdur. İstedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərini inkişaf etdirmək məqsədilə "İstedadlar sorağında" devizi altında yaradıcılıq müsabiqələri keçirilmişdir.

"Cəsurlar" hərbi idman oyununun zona yarışında rayonun komandası II yer, "Çempion" əyləncəli idman oyunları üzrə keçirilən respublika yarışında rayon idmançıları I yer, Danimarkada keçirilən aşihara karate idman növü üzrə 16-cı dünya çempionatında 3 nəfər idmançı III yer tutmuşdur.

Rayonda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilərək, ictimai-siyasi sabitlik təmin edilmişdir. Vətəndaşların qəbul edilməsinə, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilmişdir. Qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri öz həllini tapmışdır.

Rayonda 25 bələdiyyə fəaliyyət göstərir. Onlar şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində, yerli əhəmiyyətli məsələlərin və əhalinin sosial problemlərinin həlli istiqamətində müəyyən işlər görürlər. Son vaxtlarda seçki məntəqələrində mövcud olan təbliğat lövhələri rənglənmiş, yerlərdə qrafik üzrə şəxsiyyət vəsiqələrinin verilməsi təşkil olunmuş, bütün məntəqələrdə seçicilərin siyahısı dəqiqləşdirilmişdir. Rayonda fəaliyyət göstərən 46 seçki məntəqəsi təhsil, mədəniyyət və digər obyektlərin binalarında yerləşir. Məntəqələrdə seçicilərin rahat hərəkəti, komissiya üzvlərinin, müşahidəçilərin normal fəaliyyəti üçün maksimum əlverişli şərait yaradılır.

Göygöldə harada olduqsa, yeniliyin, tərəqqinin şahidi olduq. Sanki, bu mənzərələr məşhur mahnıda olduğu kimi dil açıb deyirdi: "Göygölə gəl, Göygölə!..". Adamlar yaradılmış şəraitdən, ölkə rəhbərliyinin təşəbbüskar, qurucu fəaliyyətindən, xüsusən, Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan minnətdarlıqla söz açırdılar. Yay aylarında rayon ərazisində dincəlməyə gələn adamlardan da xoş sözlər, razılıq ifadələri eşitdik. Göygöllülər bildirdilər ki, bütün bunların müqabilində yaxınlaşan parlament seçkilərində fəal iştirak edəcək, bu sürətli inkişafı ərsəyə gətirən, problemləri uğurla aradan qaldıran, əmin-amanlığı təmin edən siyasəti dəstəkləyəcəklər.

 

 

Ziyəddin SULTANOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 2 sentyabr.-S. 2.