Sənaye Naxçıvan iqtisadiyyatının lokomotividir

 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, bu gün respublikamızda iqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerlixarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilmişdir. Bu istiqamətdə reallaşdırılan islahatların mühüm bir istiqaməti isə diversifikasiya olunmuş sənaye istehsalının daha da gücləndirilməsindən ibarətdir.

 

Qloballaşan dünya iqtisadiyyatının tələblərinə cavab verən, ixracyönümlü iqtisadiyyatın qurulması üçün sənayenin inkişaf etdirilməsi əsas şərtdir. Məhz, bu baxımdan ötən 15 il ərzində Naxçıvan Muxtar respublikasında sənaye sahəsində reallaşdırılan islahatların başlıca məqsədi mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidən qurulmasından, yeni müəssisələrin yaradılmasından, elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsalının təşkilindən, dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksi üzrə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi tədbirlərini həyata keçirməklə sənayenin dayanıqlı və davamlı inkişafını təmin etməkdən ibarət olmuşdur. Bu dövr ərzində kənd təsərrüfatı məhsulları emalı müəssisələrinin yaradılmasına və bu əsasda ixrac potensialının artırılmasına xüsusi diqqət yetirilmişdir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə reallaşdırılan tədbirlər son 15 ildə xüsusilə effektli olmuşdur.

*ilk növbədə muxtar respublikada sənayenin əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir;

*dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin fəaliyyəti bərpa edilmişdir;

*rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılması ciddi şəkildə təşviq olunmuşdur;

* sənaye istehsalının texnoloji cəhətdən yenidən qurulması prosesi gücləndirilmişdir;

* özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyəti müntəzəm əsasda dəstəklənmişdir;

* sənaye müəssisələrinin maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsi üçün səmərəli kredit mexanizmi qurulmuşdur;

* satış problemlərinin həlli üçün sistemli tədbirlər görülmüş, yerli və xarici bazarlara çıxış imkanları maksimum sadələşdirilmişdir;

* dövlət strukturlarının sənaye, xüsusilə də yüngül və yeyinti sənayesi məhsullarına olan tələbatının ödənilməsi prosesi üzrə dövlət sifarişləri ilk növbədə yerli sənaye mallarına yönəldilmişdir.

Sənaye sahəsində həyata keçirilən irimiqyaslı islahatların uğurlu nəticəsidir ki, təkcə son 15 il ərzində muxtar respublikada 364 yeni sənaye müəssisəsi işə başlamışdır. Əgər 1996-cı ilin əvvəlində muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 1 avqust 2010-cu ilədək olan dövr ərzində bu müəssisələrin sayı 7,5 dəfə artaraq 420-yə çatmışdır.

Bu dövr ərzində potensial imkanlardan geniş istifadə edən sənaye müəssisələri istehsal prosesinin daha da dərinləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə müasir standartlara cavab verən maşın və avadanlıqlar, qurğular almış, bununla da əsas vəsaitlərini əhəmiyyətli dərəcədə artırmışlar.

Muxtar respublika iqtisadiyyatında daxili bazarın qorunması və istehlakçıların yerli məhsullarla təmin edilməsi istiqamətində aparılan islahatların uğurlu nəticəsidir ki, hazırda muxtar respublikada 235 adda, o cümlədən mədənçıxarma sənayesi bölməsində 4 adda, emal sənayesinin mühüm növ qida məhsullarının istehsalı bölməsində 72 adda, toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı bölməsində 29 adda, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı bölməsində 16 adda, kağız və karton istehsalı, poliqrafiya fəaliyyəti ilə yazılmış məlumatların daşıyıcılara çoxaldılması bölməsində 12 adda, kimya sənayesi, rezinplastmas məmulatların istehsalı bölməsində 21 adda, digər qeyri-metal mineral maddələrin istehsalı bölməsində 20 adda, metallurgiya sənayesi, maşın və avadanlıqlardan başqa hazır metal məmulatların istehsalı bölməsində 30 adda, avtomobil, qoşqu və yarımqoşquların istehsalı və emal sənayesinin digər bölmələrində 27 adda, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində isə 4 adda məhsul istehsal olunmaqdadır.

Rəqabətədavamlı sənaye məhsullarının istehsalının müntəzəm olaraq dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi, dövlət mülkiyyətində olanya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması, özəlləşdirmədən sonrakı mərhələdə müəssisələrin fəaliyyətinin dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin geniş şəbəkəsinin təşkili və bu tip müəssisələrin ixrac potensialının artırılması muxtar respublikada sənaye sahəsində əsas strateji istiqamət kimi saxlanılmaqdadır. Uzun illər blokada şəraitində olması ilə əlaqədar fəaliyyətini dayandırmış sənaye müəssisələrinin 1995-ci ildən başlayaraq fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalının təşkilinə və ümumilikdə sənaye məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur.

Muxtar respublikanın sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyllərinin dayanıqlılığının təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir. Təkcə son 3 ildə sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün sahibkarlara 32 milyon 190 min manat həcmində güzəştli kreditlər verilmişdir. 2009-cu ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 15 milyon 762 min manat kredit verilmişdir ki, bu da 1995-ci ilin müvafiq göstəricisini 510 dəfə üstələyir.

Muxtar respublikada sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına göstərilən xüsusi dövlət dəstəyini səciyyələndirən mühüm bir göstərici ondan ibarətdir ki, təkcə 2009-cu il ərzində daxili tələbatdan artıq istehsal olunmuş 62 milyon 220 min ABŞ dolları dəyərində sənaye məhsulları qonşu xarici ölkələrə və respublikamızın digər bölgələrinə ixrac olunmuşdur ki, bu da 2008-ci illə müqayisədə 2,9 dəfə çoxdur.

Muxtar respublikamızda həyata keçirilən məşğulluq strategiyasının mühüm istiqamətlərindən biri məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran institusional şəraitin daha da təkmilləşdirilməsindən ibarətdir. Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər sənaye sahəsində yeni yerlərinin açılmasını xeyli sürətləndirmiş və son 15 il ərzində muxtar respublikada ümumilikdə bu sahədə 10421 yeni yeri yaradılmışdır.

Hazırda muxtar respublikanın sənaye müəssisələrində 11761 nəfər işçi çalışır ki, bu da 1 yanvar 1996-cı ildəki müvafiq göstəricini 5,8 dəfə üstələyir.

Muxtar respublikada orta aylıq əməkhaqqının yüksək olduğu iqtisadi fəaliyyət sahələrindən biri məhz sənaye sahəsidir. Hazırda sənaye sahəsində orta aylıq əməkhaqqının məbləği 250,1 manata çatmaqla 1995-ci ildəki müvafiq səviyyəni 25 dəfə üstələmişdir.

Sənayenin əsas sahələrindən biri elektroenergetikadır. Ölkəmizdə elektroenergetikanın inkişafı iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx surətdə bağlıdır. Azərbaycana rəhbərliyinin ilk dövründə ümummilli liderimiz Azərbaycanın enerji sisteminin Zaqafqaziyanın ən böyük enerji sisteminə çevrilməsi üçün gərgin fəaliyyət göstərmişdir.

Əvvəllər Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə Zaqafqaziyanın vahid energetika sistemindən 220 kilovoltluq Ararat-Babək, 110 kilovoltluq Ararat-Şərur, Aqarak-Ordubad elektrik verilişi xətləri ilə və sistemə qoşulan Araz Su Elektrik Stansiyası vasitəsilə təchiz edilirdi. Mənfur qonşularımızın düşmənçilik siyasəti nəticəsində 1990-cı ildən etibarən muxtar respublikaya elektrik enerjisi verilişi dayandırıldı, yalnız Araz Su Elektrik Stansiyasında istehsal edilən 15-20 mvt gücündə elektrik enerjisi şəbəkələrə ötürüldü.

Muxtar respublika əhalisinin təkidli tələbi ilə 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilən ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və şəxsi nüfuzu sayəsində qonşu dövlətlərdən elektrik enerjisi alınmasını təmin etmək üçün təcili tədbirlər həyata keçirilməyə başlandı. Bu məqsədlə 1991-ci ilin dekabr ayında Türkiyə Respublikasındakı "Aralıq" elektrik yarımstansiyasından Naxçıvandakı "Sədərək" elektrik yarımstansiyasına 31,5 kilovoltluq elektrik verilişi xətti çəkildi və Sədərək rayonuna 3-4 mvt gücündə elektrik enerjisinin ötürülməsinə başlanıldı.

İran İslam Respublikasından elektrik enerjisi alınması üçün Araz Su Elektrik Stansiyasının ərazisində 132/110/10 kilovoltluq 40 meqavoltamper gücündə "Araz" elektrik yarımstansiyasının tikilib quraşdırılması, 132 kilovoltluq Araz-Araz elektrik verilişi xəttinin çəkilməsi və 1992-ci il dekabr ayının 3-də istismara verilməsi muxtar respublikaya qonşu dövlətdən 35 mvt gücündə elektrik enerjisi almağa imkan verdi. 1992-ci ilin dekabr ayının 20-də İran İslam Respublikasındakı "Culfa" elektrik yarımstansiyası ilə Naxçıvan Muxtar Respublikasındakı "Culfa" elektrik yarımstansiyasını əlaqələndirən 10 kilovoltluq elektrik verilişi xəttinin istismara verilməsi Culfa rayonunun işlədicilərinə 6-7 mvt gücündə elektrik enerjisi ötürülməsinə şərait yaratdı. 1992-ci ilin dekabr ayının 4-də Türkiyə Respublikasından alınmış dizel yanacağı ilə işləyən 4 turbin qurğuları 220 kilovoltluq "Babək" elektrik yarımstansiyasında quraşdırıldı. 1993-cü ilin may ayında Türkiyə Respublikasındakı "İğdır" elektrik yarımstansiyasından Naxçıvan Muxtar Respublikasına 87,5 km uzunluğunda 154 kilovoltluq ikidövrəli elektrik verilişi xəttinin çəkilişi başa çatdırıldı və Naxçıvana qardaş Türkiyə Respublikasından 50-60 mvt gücündə elektrik enerjisinin ötürülməsinə başlanıldı. Beləliklə, 1993-cü ilin ortalarında muxtar respublikaya İran İslam Respublikasından 42 mvt, Türkiyə Respublikasından isə 63 mvt gücündə elektrik enerjisi daxil olurdu ki, bu da yaşayış standartlarının normallaşmasında mühüm mərhələ idi.

Sonrakı illər ərzində də muxtar respublikaya daxil olan elektrik enerjisinin paylanılmasını yaxşılaşdırmaq, elektrik enerjisi ötürülməsində texniki itkiləri azaltmaq, avadanlıqların artıq yüklənməsinin qarşısını almaq, enerji təchizatının etibarlılığını yüksəltmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 1999-cu ildə Naxçıvan şəhərində 35/10 kilovoltluq yarımstansiyanın yerində 25 mvt gücündə 110/10 kilovoltluq "Koroğlu" elektrik yarımstansiyası tikilib quraşdırılmış, ikinci mərhələdə isə həmin yarımstansiyada 10 mva güclü ikinci transformator qoyulmuşdur. 35/10 kilovoltluq yarımstansiyalarda artıq yüklənən transformatorlar daha güclüləri ilə əvəz edilmiş, yeni 35/10 kilovoltluq, 35/6 kilovoltluq, 10/0,4 kilovoltluq yarımstansiyalar tikilib quraşdırılmış, müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmişdir.

2002-ci ildən etibarən muxtar respublikaya daxil olan enerjinin artırılması, paylanmasının yaxşılaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. Belə ki, İran İslam Respublikasından alınan elektrik enerjisinin miqdarını artırmaq üçün 132/110 kilovoltluq "Araz" elektrik yarımstansiyasında 150 mva güclü yeni transformatorun quraşdırılması və 9,5 km uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi işləri həyata keçirildi ki, bu da daxil olan enerjinin gücünün 50 mvt artırılmasına şərait yaratdı.

2003-cü ildə Culfa şəhərində yeni 132/110 kilovoltluq 50 mva güclü "Culfa" elektrik yarımstansiyasının tikilib istismara verilməsi və 132 kilovoltluq, 3 km uzunluğunda Culfa-Culfa elektrik verilişi xəttinin çəkilməsi İran İslam Respublikasından alınan elektrik enerjisinin gücünün 120 mvt-a çatdırılması üçün texniki imkan yaratdı. 2004-cü ildə İran İslam Respublikasından alınan elektrik enerjisinin səmərəli paylanmasını təmin etmək məqsədi ilə Babək rayonunun ərazisində 16 mva güclü "Çeşməbasar" elektrik yarımstansiyası tikilib quraşdırılmış və şəbəkəyə qoşulmuşdur.

2005-ci ildə Türkiyə Respublikasından alınan elektrik enerjisinin səmərəli paylanmasını təmin etmək, enerji ötürülməsində texniki itkiləri azaltmaq, Şərur, Kəngərli, Sədərək, Babək rayonlarının enerji təchizatını əsaslı sürətdə yaxşılaşdırmaq məqsədilə 150/110/35 kilovoltluq 80 mva güclü "Arpaçay" elektrik yarımstansiyası və 10 mva güclü "Sədərək" elektrik yarımstansiyası tikilib quraşdırılmış, 3 kilometr uzunluğunda ikidövrəli 154 kilovoltluq, 3 kilometr uzunluğunda ikidövrəli 110 kilovoltluq elektrik verilişi xətləri çəkilmiş və 10 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətləri bərpa edilmişdir. Bu dövr ərzində Naxçıvan şəhərindəki "Koroğlu" elektrik yarımstansiyasında 10 mva güclü transformator 25 mva güclüsü ilə əvəz edilmişdir.

2006-cı ildə Kəngərli rayonunun mərkəzindən keçən 154 və 35 kilovoltluq elektrik verilişi xətlərinin başqa sahəyə köçürülməsi üçün 5 km uzunluğunda ikidövrəli 154 kilovoltluq və 5 km uzunluğunda 35 kilovoltluq elektrik verilişi xətti tikilib istismara verilmişdir. Şahbuz rayonunun bütün işlədicilərinin, həmçinin Babək rayonunun Cəhri, Nəzərabad, Kərimbəyli kəndlərində işlədicilərinin elektrik təchizatını yaxşılaşdırmaq məqsədi ilə 110/35 kilovoltluq 50 mva güclü ikitransformatorlu "Xalxal" elektrik yarımstansiyası tikilib quraşdırılmış və istismara verilmişdir. Yarımstansiyanı qidalandıran 15 km uzunluğunda elektrik verilişi xətti 110 kilovoltluq gərginlik pilləsinə keçirilmişdir.

"Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 may 2005-ci il tarixli sərəncamına uyğun olaraq 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilmişdir. Həmin sərəncama uyğun olaraq 2006-cı ildə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Hazırda muxtar respublikada istehsal edilən elektrik enerjisinin 80 faizindən çoxu ən müasir avadanlıqlarla təchiz edilmiş, bir kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan yanacağın miqdarına görə Azərbaycan Respublikasının ən qabaqcıl elektrik stansiyalarından olan Naxçıvan Modul Elektrik Stansiyasının payına düşür. 2008-2009-cu illər ərzində muxtar respublikada elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın qarşısının alınması sahəsində kompleks tədbirlər həyata keçirilmiş, bu məqsədlə bütün kateqoriyalardan olan istehlakçıların istifadə etdikləri elektrik enerjisinin dəyərinin sayğac göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Muxtar respublikada vətəndaşların mənzillərində pulsuz olaraq müasir tipli elektron sayğaclar quraşdırılmış, mənzillərə daxil olan elektrik xətləri yeniləri ilə əvəz olunmuşdur. Enerji israfçılığının qarşısının alınması sahəsində aparılan səmərəli fəaliyyət, muxtar respublikanın yaşayış məntəqələrinə təbii qazın verilməsi, sayğaclaşmanın başa çatdırılması hesabına elektrik enerjisinin sərfi azalmış, onun dəyərinin ödənilməsi vəziyyəti normallaşmışdır. Müqayisə üçün qeyd etmək olar ki, 2006-cı ildə itki nəzərə alınmaqla istehlakçılara ötürülən 1003818 min kvt.saat elektrik enerjisinin dəyərinin 48,3 faizi, 2007-ci ildə 467684 min kvt.saat elektrik enerjisinin dəyərinin 68,6 faizi, 2008-ci ildə 309136 min kvt.saat elektrik enerjisinin dəyərinin 97,7 faizi ödənilmişdirsə, 2009-cu ildə istehlak olunmuş 304747 min kvt.saat elektrik enerjisi üzrə 101,4 faiz, 2010-cu ilin ötən altı ayı ərzində isə istehlak olunmuş 165525 min kvt.saat elektrik enerjisi üzrə 100,5 faiz səviyyəsində ödəniş aparılmışdır.

2010-cu ilin yanvar-iyul aylarında Naxçıvan şəhərində 110/35/10 kilovoltluq "Xalçaçılıq" elektrik yarımstansiyasında yenidənqurma işləri aparılmış, yarımstansiyada 110 və 35 kilovoltluq yağ açarları eleqaz açarları ilə əvəz olunmuşdur. Bundan əlavə, 12600 kva güclü 35/10 kilovoltluq yeni "Sənaye qovşağı" elektrik yarımstansiyası tikilib quraşdırılmışdır.

Muxtar respublikada yeni su elektrik stansiyasının tikilməsi sahəsində işlər davam etdirilir. Belə ki, gücü 20 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kvt.saat olacaq Ordubad rayonu ərazisindəki Gilan çayı üzərində "Biləv" Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Adıçəkilən rayon ərazisində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kvt.saat təşkil edən derivasiya tipli Ordubad Su Elektrik Stansiyasının layihəsinin texniki-iqtisadi cəhətdən əsaslandırılması işləri aparılmaqdadır.

Uzunmüddətli fasilədən sonra muxtar respublikada istehlakçıların, ən əsası isə əhali təsərrüfatlarının təbii qazla təminatı həyata keçirilir. Hazırda muxtar respublikamızın iqtisadiyyatı sürətlə inkişaf edir, yeni istehsal müəssisələri yaradılır. Təbii ki, bu inkişafın fonunda təbii qaza olan tələbat da artır. "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramı (2005-2015-ci illər)"na uyğun olaraq ölkəmizin ayrı-ayrı regionlarında olduğu kimi, muxtar respublikamızda da ardıcıl və məqsədyönlu tədbirlər həyata keçirilməkdədir.

2005-ci ilin sonundan başlayaraq muxtar respublikamıza təbii qazın nəqlinin bərpası enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan yeni Naxçıvan Modul Elektrik Stansiyası istifadəyə verilmişümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyası təbii qazla rejiminə keçirilərək istismara başlanılmışdır. Bu istiqamətdə reallaşdırılan irimiqyaslı tədbirlər nəinki muxtar respublikamızın elektrik enerjisi ilə təhcizatında idxaldan asılılığı aradan qaldırdı, hətta elektrik enerjisinin ixracına başlanılmasına imkan yaratdı.

Muxtar respublikada təbii qazın nəqlinin bərpa edilməsi ilə əlaqədar olaraq qaz kəmərlərinin tikintisi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş, təbii qaz infrastrukturu bərpa olunmuşdur. Belə ki, ötən dövr ərzində Culfa-Naxçıvan yüksəktəzyiqli magistral, Naxçıvan-Cəhri ortatəzyiqli magistral, Naxçıvan şəhər ortatəzyiqli dairəvi qaz kəmərlərinin çəkilişi işləri başa çatdırılmış, Araz çayından keçid və keçiddən ölçü qovşağına qədər olan magistral xəttin, Şahbuz-Sədərək və Culfa-Ordubad ötürücü qaz kəmərlərinin təmiri və bərpası işləri tamamlanmışdır.

"Naxçıvan", "Culfa", "Güznüt" Avtomat Qaz Paylayıcı stansiyalarının, laboratoriyaölçü qovşağının tikintisi işləri başa çatdırılmış, Naxçıvan şəhərində qaz təsərrüfatı infrastrukturu üzrə dairəvi qaz kəməri polad borulardan, qaz-paylayıcı şəbəkə isə polietilen borulardan istifadə edilməklə quraşdırılmışdır. Muxtar respublikada əhalinin və təsərrüfat subyektlərinin qazla təchizatı prosesi başa çatdırılmış, 1 avqust 2010-cu il tarixə 77 min 579 mənzil qazlaşdırılmış, pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır.

Bu gün beynəlxalq siyasiiqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə demokratikləşməsi iqtisadi fəaliyyətin bütün sahələri üzrə ölkələrin inteqrasiyası proseslərini xeyli sürətləndirmiş, ictimaiiqtisadi həyatımızın qloballaşmaya uyğunlaşmasını daha da dərinləşdirmişdir. Əmtəə və xidmətlər bazarında yüksək rəqabət şəraitində mövcud olan beynəlxalq vəziyyət istənilən ölkənin ciddi çağırışlarla üzləşməsini qaçılmaz etməkdədir.

Beynəlxalq təşkilatların qiymətləndirmələrinə görə, inkişaf etmiş ölkələrdə 2008-ci ilin ikinci yarısında başlayansonradan bütün, o cümlədən inkişaf etməkdə olan ölkələri bürüyən iqtisadi böhranın aktiv fazası başa çatsa da hələ ki tam dayanmamışdır. Dünya Bankının qiymətləndirməsinə əsasən, qlobal maliyyə böhranının nəticələri çox ağır olmuşdur. Belə ki, 2009-cu ildə dünya üzrə ümumi daxili məhsul istehsalı 2,2 faiz aşağı düşmüşdür. Bu göstərici inkişaf etmiş ölkələrdə daha böyük - 3,3 faiz həddində olmuşdur.

Dünya iqtisadiyyatında davam edən böhrana baxmayaraq, ölkəmizin iqtisadiyyatı, o cümlədən onun tərkib hissəsi olan muxtar respublika iqtisadiyyatı qlobal maliyyə-iqtisadi resessiyasına qarşı yüksək dayanıqlılıq nümayiş etdirməklə yüksək iqtisadisosial nəticələri təmin etməkdədir. Belə bir dayanıqlılığın əsasında isə ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş inkişaf strategiyası üzrə həyata keçirilən tarazlaşdırılmış sosial-iqtisadi siyasət dayanmaqdadır.

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatı əsasında hazırlanmışdır

 

Xalq qəzeti.- 2010.- 23 sentyabr.- S. 2-3.