Mərhəmətlə, qayğı ilə əhatə olunan uşaqlar

 

İki ananın kövrək söhbətləri məni bu sətirləri qələmə almağa vadar etdi. Analar fiziki cəhətdən qüsurlu - lal və kar olan bir istedadlı uşaq barədə yanıqlı-yanıqlı danışırdılar. Onun həssaslığına, zəkasına, ağıllı mühakiməsinə sevinsələr də fiziki qüsuruna təəssüflənirdilər.

 

Ancaq onlar ümidlərini itirməyiblər. Məktəbdə uşaqlara yaradılan gözəl şərait, göstərilən diqqət və qayğı onların nisgilini azaldır və bu uşaqların gələcəkdə kamil insan kimi yetişmələrinə böyük ümid bəsləyirlər.

Söhbət Bakı şəhəri Nizami rayonundakı kar uşaqlar üçün respublika 1 saylı internat məktəbindən gedirdi. Valideynlərin arzuları və təklifləri ilə internat məktəbə getdik. Məktəb elə ilk baxışdan xoş təsir bağışladı. Səliqə-sahmanlı idi. Foyedə və dəhlizlərdə məktəbin ümumi fəaliyyətini əks etdirən şəkillər, cədvəllər, diaqramlar, məlumat və təhsil barədə müdriklərin kəlamları vurulmuşdu. Bir neçə valideyin uşaqlarına baş çəkməyə gəlmişdi. Bir qrup uşaq isə müəllimin müşayiəti ilə siniflərə aparılırdı.

Xoşsifət bir nəfər bizə yaxınlaşdı:

–Hansı uşaqla maraqlanırsınız?

–Hamısı ilə.

O təəccüblə üzümə baxdı... Dedim: Kövrək anaların nisgili, lal, kar uşaqların duyğuları məni bura gətirib.

Tanış olduq. Məktəbin direktoru Tarverdi Əliyev idi.

Bizim heç bir sirrimiz, məxfi işimiz yoxdur, – dedi. Buyurun gəzin, baxın, müəllimlərlə tanış olun, şagirdlərlə söhbət edin, proqramlarımız da göz qabağındadır...

Əyani tanışlıq öz yerində. Yaxşı olardı ki, məktəbdə tədrisin təşkili fəaliyyəti barədə məlumat verəsiniz, – dedim:

Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində çox uğurlu islahatlar aparılmışdır. İlk öncə ulu öndər Heydər Əliyevin təhsilə bu sahədə çalışanlara - müəllimlərə verdiyi yüksək qiyməti, göstərdiyi qayğını diqqəti xüsusi qeyd etməliyik. Sevindiricidir ki, cənab Prezident İlham Əliyev dahi rəhbərimizin ideyalarını daha uğurla davam etdirir. Ölkə rəhbərinin elmin, təhsilin inkişafına, milli-mənəvi dəyərlərə, eləcə müəllimlərə yüksək qayğı diqqət yetirməsi bizi daha həvəslə işləməyə ruhlandırır.

Müsahibim söhbətinə davam edib dedi: – Direktoru olduğum 1 saylı respublika internat məktəbi 1932-ci ildən fəaliyyət göstərir. Respublikanın bütün rayonlarından,eləcə kəndlərdən bizim məktəbə pənah gətirənlər vardır. Məktəbdə əsasən qulaqdan qüsurlu- kar lal uşaqlar təhsil alırlar. Bura beynəlmiləl məktəb olduğundan Azərbaycan 31, rus bölməsində isə 12 sinif fəaliyyət göstərir. Ümumilikdə bu tədris ocağında 400 nəfər şagird oxuyur. Onların təlim-tərbiyəsi ilə 160-a yaxın müəllim tərbiyəçi məşğul olur. Uşaqların sağlamlığına da çox ciddi nəzarət edilir. Məktəbin nəzdində yaradılmış tibbi-müayinə müalicə otağında 2 ali təhsilli həkim, 2 tibb bacısı xadimə şagirdlərimizə nümunəvi xidmət göstərirlər. Onu da qeyd edim ki, kar lal uşaqlar çox həssasdırlar. Onlar insanları ümumən ətrafı daha tez duyurlar. Onların xətrinə dəymək olmaz! Ona görə bunların təlim-tərbiyəsi ilə məşğul olanlar zəngin biliyə malik, daha savadlı, səbirli, bacarıqlı mütəxəssislər olmalıdır. Məhz bu prinsiplərə görə müəllimlərimiz Bakıda, Moskvada, Sank-Peterburqda digər MDB respublikalarının ali məktəblərində defektologiya ixtisaslarına yiyələnib təkmilləşiblər. Onu da xüsusi qeyd etməyi vacib bilirəm ki, məktəbimizin maddi-texniki bazası ilbəil zənginləşir. Bu tədris ocağına xüsusi qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun xoş məramı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. O, 2005-ci ilin yanvarında internat məktəbə gəlmişdi. Qayğılarımız, arzu təkliflərimizlə yaxından tanış oldu. Onun qayğısı sayəsində məktəbimizə əavə 5 sinif otağı tikildi, idman zalı yeməkxana əsaslı təmir edildi yenidən quruldu. Demək olar ki, şəraitimiz əsaslı şəkildə yaxşılaşdırıldı. Bunu özünüz gördünüz. Fiziki cəhətdən qüsurlu uşaqların təhsil aldığı bu məktəbdə komputer zalı yaradıldı. 2006-cı ildə Milli Paralimpiya Komitəsinin 10 illik yubileyi münasibətilə keçirilən yarışlarda şagirdlərimiz futzal turniri qalibi oldular. Məktəbimizin komandası kubok aldı.

Təhsil naziri Misir Mərdanov bu təhsil ocağı ilə daha yaxından əlaqə saxlayır. O, diqqət qayğısını pedaqoji kollektivdən qayğıya möhtac olan bu şagirdlərdən əsirgəmir. Məhz nazirliyin yaxından köməyi ilə məktəbimizdə dərslik problemi tam həll edilmişdir.

Alimlərimiz sağ olsunlar. Onların bu istiqamətdə apardığı işlər işimizi xeyli canlandırdı. Filologiya elmləri doktoru, professor Nizami Xudiyev pedaqoji elmlər namizədi Tamella Ağayevanın yazıb hazırladıqları 4-cü, 5-ci, 6-cı siniflər üçün “Ana dili VI sinif üçünAzərbaycan dilidərslikləri tədrisin keyfiyyətinə müsbət təsir göstərmişdir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə M. Maqomayev adına Dövlət Filarmoniyasında xeyriyyə konserti keçirildi. Konsertdən toplanan vəsait hesabına Danimarkanın istehsalı olan eşitmə dərəcəsini müəyyən etməkdən ötrü audiometr aparatı alınıb internat məktəbinə hədiyyə verilmişdir.

Məktəbdə görülən tədbirlər, təchizatın yaxşılaşdırılması, təlim-tərbiyə işlərinin gücləndirilməsi şagirdlərin fəallığını artırır. Məsələn, ötən il Moskvada keçirilənQəlbim oxuyur”adlı birinci Beynəlxalq Jestli Mahnı Festivalında şagirdlərimizSarı gəlinmahnısı ilə çıxış etdilər. 83 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən bu əlamətdar tədbirdə məhz 1 saylı internatımızın şagirdləriQran Primükafatına layiq görüldülər. Bunu da müsbət hal kimi qeyd etmək olar ki, hər il müxtəlif orta ixtisas təhsil ocaqlarına bizim məzunlar da daxil olurlar. 2009-cu dərs ilində iki məzunumuz Rəssamlıq Akademiyasının İncəsənət Kollecinə daxil olub. Məhz bu uğurların nəticəsidir ki, məktəbin bir qrup müəllimi müxtəlif fəxri adlara layiq görülmüş, medal pul mükafatı almışdır. Eləcə mən 2005-ci ildə hörmətli Prezidentin sərəncamı iləTərəqqi”medalı aldım.

Ən əsası pedaqoji kollektivimizdə sağlam ab-hava mövcuddur. Müəllim tərbiyəçilər daim öz üzərində çalışır, biliyini artırır, məktəbin bütün işlərində fəallıq göstərirlər. Hər bir pedaqoq yaxşı bilir ki, məktəbimizdə təhsil alan bu uşaqlar danışa bilməsələr , eşitməsələr bizi hamıdan yaxşı duyur dərk edirlər.

Onların hər birinin arzusunu yaşatmaq çiçəkləndirmək mənəvi borcumuzdur!

 

 

Söhbəti qələmə aldı:

Məzahir ƏLİYEV,

jurnalist

 

Xalq qəzeti.- 2010.- 7 yanvar.- S. 8.