Səbaillilərin ulu öndərə ehtiramı

 

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar hər il olduğu kimi, Səbail rayonunda silsilə tədbirlər keçirilir, ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

 

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, Milli Məclis üzvlərinin, KİV təmsilçilərinin və fəxri qonaqların iştirakı ilə Akademik Milli Dram Teatrında keçirilən mərasimdə tədbir iştirakçıları ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Sonra dahi insan, əbədiyaşar liderin ömür yoluna həsr olunmuş film nümayiş etdirildi.

Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış etdi. Natiq qeyd etdi ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərləri ilə unudulmaz izlər buraxmışdır. Bu dahi insanın adı Azərbaycanın rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına məhəbbət və sədaqət meyarı olmuşdur.

Heydər Əliyevin sarsılmaz iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycan ərsəyə gəlib. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib. Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai - siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoymuşdur.

Başçı bildirdi ki, qurub-yaratmaqyaşatmaq, özü üçün deyil, dövləti üçün yaşamaq bu dahi insanın taleyinə yazılmışdı. Bütün əziyyətlərə baxmayaraq, o Azərbaycan adlı müstəqil dövlət qurdu, sabitliyi təmin etdi. Heydər Əliyev yeni bir Azərbaycan yaratdı. Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyaya layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. O, Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev elə parlaq simadır ki, onun işıqlı ideyaları daim yaşayacaqdır. Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır.

Asif Əsgərov daha sonra dedi: "Bu gün bizi sevindirən odur ki, indi ulu öndərimizin ölməz ideyalarını möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir, milli maraqlarımızın qorunmasında, əhalinin rifahının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayış etdirir. Ötən müddət ərzində dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. İrəlidə bizi daha möhtəşəm uğurlar, daha böyük iqtisadi layihələr gözləyir. Belə layihələr isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, dünyada söz sahibinə çevrilməsi deməkdir".

Sonda natiq ulu öndərin dillər əzbəri olan sözlərini xatırlatdı: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam". Xalqımız Heydər Əliyev kimi ümummilli liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, onun ideyalarını həyata keçirməyə çalışır. Bu onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır.

Anım mərasimində xalq artistləri Laləzar Mustafayevaİlham Əsgərov Heydər Əliyevə həsr olunmuşonun həyatının müxtəlif tarixi anlarını əks etdirən bədii kompozisiya səsləndirdilər. Xalq artisti Mənsum İbrahimovun və əməkdar artist Təyyar Bayramovun ifaları, xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın birgə muğam dəstgahı ulu öndərin Azərbaycan sevgisi ilə həmahəng səsləndi.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2011.- 10 dekabr.- S. 5.