Azərbaycanı dünyaya turizm ölkəsi kimi tanıdaq: Beynəlxalq təcrübə, mövcud vəziyyət və perspektivlər

 

AQİL ƏSƏDOV,

AMEA-nın İqtisadiyyat

İnstitutunun şöbə müdiri,

iqtisad elmləri namizədi,

dosent

 

Hazırda Türkiyə turizm sənayesinin illik inkişaf tempi 20 faiz olmaqla dünyada birinci yeri tutur. Bu isə təbii ki, Türkiyə dövlətinin məqsədyönümlü fəaliyyətinin nəticəsi və burada sürətlə inkişaf edən xidmətlərin real nəticələridir.

 

Azərbaycanla qonşu olan, əhalisinin mentaliteti, dini mənsubiyyəti və ənənələri, siyasi, tarixi və etnik baxımdan ölkəmizin mühüm tərəfmüqabili olan Türkiyə XX əsrin sonlarından etibarən turizm sənayesinin inkişafı sahəsində böyük nailiyyətlər qazanmışdır. Nəticədə bu ölkə dünyanın ən böyük turizm mərkəzlərindən birinə çevrilmişdir. Əlbəttə, ölkədə turizm sənayesinin bu cür vüsət almasının bir səbəbi əlverişli coğrafi mövqe və çeşidli turizm resurslarının mövcudluğu ilə əlaqədardırsa, digər bir əsas səbəbi də düşünülmüş dövlət siyasəti ilə bağlıdır. Belə ki, qardaş ölkədə son illər olduqca sürətli inkişaf müşahidə edilməkdədir ki, bu da yalnız özəl və dövlət sektorlarının birgə fəaliyyəti, uzlaşdırılmış addımları sayəsində mümkündür. Turizm resursları ilə zəngin olan Türkiyənin beynəlxalq turizm bazarında liderlər sırasına çıxmasında dövlətin müstəsna rolu olmuşdur. Turizmin inkişafı daim Türkiyə hökumətinin diqqət mərkəzində olan bir məsələdir.

Turizmlə bağlı olan müxtəlif sahələrin stimullaşdırılması ilə yanaşı, kadrların hazırlanmasına da ölkədə xüsusi önəm verilir. Məhz bunun nəticəsidir ki, Türkiyənin 2001-ci ildə ancaq turizmdən əldə etdiyi gəlir 10,1 milyard dollar təşkil etmişdirsə, 2010-cu ildə bu rəqəm 21 milyard dollar olmuşdur. Türkiyənin ali məktəblərində turizm sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlanır. 1994-cü ildə Türkiyədə "Ketav" adı altında 46 birinci dərəcəli turist müəssisələri yaradılmışdır. Bu sistemə daxil olan 10-dan çox beşulduzlu mehmanxanada eyni zamanda xarici mütəxəssislər praktiki dərslər keçirlər. Ümumən, ölkədə 2 mindən çox birinci dərəcəli mehmanxana fəaliyyət göstərir.

Bütün bunlarla yanaşı, ölkədə turizm fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, bu sahədə tam və səmərəli tənzimləməyə imkan verən stimullaşdırıcı normativ-hüquqi baza da formalaşdırılmışdır. Son 20-25 il ərzində dövlət tərəfindən turizmin inkişafına xüsusi önəm verilmişdir və bu siyasət hazırda da davam etdirilir. Göstərilən müddət ərzində dövlət tərəfindən "Turizmin təşviqi haqqında" və "Turizm Nazirliyinin təşkilati və vəzifələri haqqında" Qanunları qəbul edilmişdir.

Turizmin inkişafına görə, Avropadan sonrakı yeri Amerika tutur. İqtisadiyyatın digər sahələrində olduğu kimi, beynəlxalq turizmin qitədə əsas ağırlıq mərkəzi ABŞ, Kanada Meksika üzərinə düşür. Belə ki, qitədaxili turist axınlarının 73 faizi, beynəlxalq turizmdən əldə edilən gəlirin isə 75 faizi, məhz bu üç ölkədə cəmləşmişdir. Ümumiyyətlə, ABŞ xarici turistlərin gəlməsinə görə dünya ölkələri arasında Fransa İspaniyadan sonra üçüncü yeri tutur. Bununla yanaşı, ABŞ beynəlxalq turizmdən gələn gəlirə, çıxan turistlərin sayına xaricdəki xərcləmələrə görə dünyada birinci yeri tutmaqla regionda bu sahədə həlledici rol oynayır. Son dövrlərdə ABŞ iqtisadiyyatında baş verən tənəzzül turizmə öz təsirini göstərir bunun nəticəsində Şimali Amerika turizm biznesində öz mövqelərini itirmək təhlükəsi ilə üzləşir. Lakin buna baxmayaraq yüksək turizm xidməti mədəniyyəti, inkişaf etmiş turizm infrastrukturu mükəmməl hüquqi baza ABŞ dövlətinə bu böhrandan çıxış imkanları yaradır.

Dünyada turizm üzrə ən böyük iqtisadi perspektivə potensiala malik regionlardan biri Asiya hesab edilir. XX əsrin son onilliyində Asiyanın iqtisadi inkişaf göstəriciləri 5,5 faizlik templə dünyanın inkişaf tempini dəfələrlə qabaqlamışdır ki, bu da regionun əhəmiyyətini bir daha ifadə edir. İqtisadiyyatının artım tempinə inkişaf perspektivlərinə görə nəinki region, hətta dünya üzrə lider sayılan Çində turizm bazarı da sürətlə təkmilləşməkdə genişlənməkdədir. Proqnozlara görə qarşıdakı illərdə Çin turizm bazarının ABŞ bazarını üstələmək ehtimalı çoxdur. Bunu ÜTT-nin 2010-cu ilə dair göstəricilərindən görmək mümkündür. Belə ki, 2010-cu ildə 2009-cu ilə nisbətən turizm üzrə Çində artım 25,6, turizmdən əldə edilən gəlirlər üzrə 15,5 faiz olduğu halda, Amerika üçün bu göstəricilər uyğun olaraq, 1,9 9,9 faiz təşkil etmişdir.

Asiyada turizmin inkişaf etdiyi əsas subregionlardan biri Yaxın Şərqdir. Regionda əksər ölkələrin iqtisadiyyatının neftin dünya bazarlarında qiymətindən asılı olduğu qeyd edilsə mütəxəssislərin fikrincə, neft qiymətlərinin bahalaşması özəlləşdirmə hesabına burada yüksək iqtisadi artım nəticəsində turizmin inkişafı gözlənilir. Eyni zamanda, artıq Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş kimi ölkələrdə turizmin inkişafı sahəsində məqsədyönlü addımlar atılmaqdadır.

Aralıq dənizinin cənub şərq sahillərini əhatə edən Yaxın Şərq ölkələri dünya tarixində səyahətlər regionu kimi məşhurdur. Müqəddəs yerlərin Şərq-Qərb ticarət yolunda yerləşməsi qədim dövrlərdə burada intensiv karvan axınlarına səbəb olmuşdur. Bütün bunlara baxmayaraq turizmin çağdaş vəziyyəti bu regionun turizmdə önəmli mövqeyindən danışmağa imkan vermir. Eyni zamanda, neft gəlirləri sayəsində son 15-20 ildə elm, təhsil ümumən iqtisadiyyatın inkişafındakı nailiyyətlər bu sahəyə öz müsbət təsirini göstərməkdədir.

Turizmin inkişafına dair beynəlxalq təcrübə göstərir ki, dünya turizm bazarına inteqrasiya etmək, mövcud turizm potensialından tam səmərəli istifadəyə nail olmaq, ən əsası turizmin inkişafı üçün zəngin potensiala, əlverişli təbii-iqlim şəraitinə mövqeyə malik olan müstəqil Azərbaycan Respublikasını dünyaya turizm ölkəsi kimi tanıtmaq üçün Türkiyə, İspaniya, İtaliya, Fransa s. kimi ölkələrin təcrübəsindən yararlanmaq mümkün vacibdir. Bu ölkələrin təcrübəsində diqqəti çəkən bir sıra məqamlar vardır ki, məhz bu səbəblər həmin ölkələrə turizm sektoruna dair göstəricilər üzrə liderlik qazandırır.

Beynəlxalq təcrübədə turizmin inkişafı sahəsində yerli idarəetmə qurumlarına daha geniş səlahiyyətlərin verilməsi, turizmin ayrı-ayrı sahələri ilə fərqli qurumların məşğul olması, dövlət hesabına maliyyələşən turizm xidmətlərinin təşkilatçılığı koordinasiyası ilə məşğul olan xüsusi təşkilatların yaradılması, ölkənin milli turizminin incəliklərini cəlbedici tərəflərini beynəlxalq aləmdə təbliğ edən xarici nümayəndəliklərə malik milli qurumların formalaşdırılması s. kimi məsələlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının turizm potensialından istifadə göstəriciləri, ölkəyə xarici turistlərin cəlb olunması, bir turistdən əldə edilən gəlir, o cümlədən, çıxış turizminə dair göstəricilər hələlik lazımi səviyyədə deyildir mövcud potensialı əks etdirmir. Azərbaycanın öz yeraltı yerüstü sərvətlərinin tamhüquqlu sahibi olduğu müstəqillik tarixinin o qədər çox olmadığını nəzərə alsaq, ölkəmizin turizm imkanlarının xaricdə tanıdılması çox vacibdir.

İstənilən sahədə inkişafa nail olmaq üçün mövcud vəziyyətin dinamikanın öyrənilməsi çox vacibdir. Bu zərurətə əsaslanaraq Azərbaycanda turizm sahəsinin mövcud vəziyyəti inkişaf dinamikasına nəzər salaq. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, qısa zaman kəsiyində milli dövlətçilik sahəsində əldə edilmiş nailiyyətlər, hüquqi-siyasi sosial-iqtisadi dayaqların mökəmləndirilməsi ölkəmizin beynəlxalq aləmdə mövqeyini formalaşdırmış onu regionun lider dövlətinə çevirmişdir. Ardıcıl davamlı surətdə həyata keçirilən iqtisadi islahatlar nəticəsində artıq Azərbaycan nəinki keçmiş sovet respublikaları arasında birincidir, həm bir çox göstəricilərə görə əksər dünya dövlətləri ilə bir sırada dayanır.

Hazırda milli iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Son illər ölkə əhalisinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar elmi əsaslara söykənən ümumi iqtisadi siyasət nəticəsində əksər sahələrdə dinamik inkişaf təmin edilmiş qısa müddət ərzində çox böyük nailiyyətlər əldə olunmuşdur. İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsınin yüksəldilməsi, regional inkişaf haqqında Dövlət Proqramlarının uğurlu icrası s. kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir. Bütün bunlar isə sübut edir ki, Azərbaycan hökuməti regionların inkişafına nail olmaq üçün qarşıya qoyulmuş kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sektorunun, o cümlədən emal sənayesinin, xidmət digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının, müəssisələrin tikilməsi, yolların kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, bu sahəyə maliyyə yardımlarının artırılması, regionlarda təhsil səhiyyənin inkişafının təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlir.

Ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafı istiqamətində aparılan mütəmadi işlərin nəticələri belə deməyə əsas verir ki, Azərbaycanın iqtisadi uğurları qarşıdakı illərdə davam edəcəkdir. Təbii ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri ilə yanaşı, turizm, nəqliyyat s. kimi xidmət sahələrinə təsirsiz ötüşə bilməz. Xüsusilə, dinamik artan yerli istehsal, sürətlə genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli coğrafi-strateji mövqeyi s. səbəblərdən daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daşımaların operativ, təhlükəsiz qısa zamanda təşkili artıq zərurətdir, eyni zamanda, ölkəmizin qoşulduğu beynəlxalq regional layihələr Azərbaycanı zəngin tranzit potensialına malik bir ölkəyə çevirmişdir.

 

(ardı var)

 

 

Xalq qəzeti.- 2012.- 1 aprel.- S. 7.