Azərbaycan - Çexiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Mən çox şadam ki, Çexiya ilə Azərbaycan arasında əlaqələr çox dinamik şəkildə və sürətlə inkişaf edir. Keçən il Sizin ölkəmizə dövlət səfəriniz və səfər zamanı apardığımız danışıqlar, əldə etdiyimiz razılaşmalar bugünkü sürətli inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Çox təqdirəlayiqdir ki, qarşılıqlı münasibətlərimizin intensivliyi bütün səviyyələrdə artmaqdadır. Buna həm də Praqada və Bakıda nümayəndəliklərimizin açılması, səfirlərin yaxşı işi və iki paytaxt arasında birbaşa hava əlaqəsinin təşkili yardımçı olmuşdur. Bundan əlavə, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artmasını və güclənən işgüzar əlaqələri də qeyd etməyə dəyər. Bunların zirvəsi, sözsüz, prezidentlərin dövlət səfərləridir ki, buna misal kimi mənim Bakıya ötənilki səfərimi və Sizin bu gün burada olmağınızı göstərmək olar.

 

Vatslav KLAUS,

Çexiya Respublikasının Prezidenti

 

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya istiqamətində səylərini gücləndirməyi prioritet vəzifə kimi qarşıya qoydu. Həyata keçirilən xarici siyasətin əsasını Avropanın və dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlığı möhkəmləndirmək, iqtisadiyyatın dirçəldilməsi üçün həmin ölkələrin təcrübəsindən faydalanmaq təşkil edirdi. Yeni coğrafi - siyasi durumun müəyyənləşdirilməsində Mərkəzi və Şərqi Avropa Azərbaycanın Transqafqaz nəqliyyat - kommunikasiya sistemi vasitəsi ilə Qərbi Avropaya çıxışını təmin etmək sahəsində əsas rol oynayan əhəmiyyətli məkandır. Təbii coğrafi mövqeyinə, iqtisadi potensialına, geosiyasi əhəmiyyətinə və digər xüsusiyyətlərinə görə bu regionda yerləşən dövlətlər həmişə dünya siyasətinin mərkəzində dayanmış və bu gün də dayanmaqdadır. Hazırda bu dövlətlər dünyanın bütün nüfuzlu qurumları ilə sıx əlaqələr yaratmışlar. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, dostluq və qarşılıqlı əməkdaşlıq, sülh münasibətlərinə xüsusi önəm verməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin diqqətindən yayınmamış və Azərbaycanla hərtərəfli əməkdaşlığa maraq getdikcə artmışdır. Bu gün Macarıstan, Çexiya, Slovakiya, Bolqarıstan, Rumıniya kimi dövlətlərlə iqtisadi, siyasisosial - mədəni həyatın bütün sahələrində əlaqələrin qurulmasının başlanğıcında məhz ölkəmizin sürətli iqtisadi inkişafı və zəngin enerji resurslarına malik olmağımız dayanır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri böyük maraq doğururdu.

Azərbaycanla Çexiya arasındakı münasibətlərin dərin əsasları var. Qeyd edək ki, bu ölkənin istehsalı olan məhsullar Azərbaycan bazarında yaxşı tanınır. İki ölkə arasında əlaqələrin daha sıx inkişafı ölkəmizin müstəqilliyinin bərpasından sonrakı illərə təsadüf edir. Azərbaycan - Çexiya qarşılıqlı münasibətlərinin intensivliyi bütün sahələrdə özünü göstərməkdədir. Həm Bakıda, həm də Praqada diplomatik nümayəndiliklərin açılması, səfirlərin dövlət qurumları ilə isti münasibətləri, iki paytaxt arasında birbaşa hava əlaqəsinin yaradılması dövlətlər arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə öz təsirini göstərmişdir. Bundan əlavə dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin sayının artması, həmin səfərlər zamanı müvafiq sənədlərin imzalanması Azərbaycan - Çexiya əlaqələrini getdikcə möhkəmləndirmişdir. Azərbaycanın zəngin enerji resurslarından Çexiyanın da faydalanması əlaqələrimizin inkişafında yeni mərhələ yaratmışdır. Bu ölkənin şirkətləri Azərbaycana sərmayə qoymaqda və ölkəmizdə fəaliyyət göstərməkdə maraqlıdır. Çexiya Prezidenti Vatslav Klaus da mətbuat konfrasında jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqlədi. Prezident dedi: "Bildirmək istəyirəm ki, biz cənab Prezidentlə söhbətimiz zamanı bu məsələni təfərrüatı ilə müzakirə etdik. Söhbət məhz Çexiya şirkətlərinin Azərbaycanda sərmayə qoymaq və ümumiyyətlə, fəaliyyət göstərmək imkanlarından gedir. Biz məmnunluqla qeyd etdik ki, bundan sonra xüsusi, birgə layihələrin həyata keçirilməsi imkanları mövcuddur, ticarət imkanlarımız da genişləndirilməlidir. Xüsusən də Çexiya şirkətləri mühəndis işlərinin aparılması sahəsində işləyə bilər.

Siz burada, həmçinin ticarət balansına toxundunuz. Mən demək istəyirəm ki, ümumiyyətlə, bu, elə mütləq deyildir ki, ölkəmizin dünyada bir çox ölkələrlə olan ticarət dövriyyəsi məhz bizim xeyrimizə olsun, yaxud da müsbət istiqamətdə getsin. Əgər fikir versək, bugünkü rəqəmlərə baxsaq görə bilərik ki, Çexiya Respublikasının idxal etdiyi neftin 25 faizi məhz Azərbaycan Respublikasının neftidir. Bu, təbii olaraq, ticarət balansının məhz Azərbaycanın xeyrinə daha çox olduğunu göstərir. Mən bunu tamamilə məntiqi hesab edirəm".

Zəngin tarixi mədəniyyəti ilə seçilən dost Çexiyaya səfərindən məmnun qaldığını bildirən Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin getdikcə genişləndiyini diqqətə çatdırdı. İki ölkə arasındakı münasibətlərin inkişafının yeni mərhələyə qədəm qoyduğunu bildirən Azərbaycan Prezidenti qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edərək dedi: " Mən çox şadam ki, Çexiya Respublikası ilə Azərbaycan arasındakı əlaqələr çox dinamik şəkildə sürətlə inkişaf edir. Keçən il Sizin ölkəmizə dövlət səfəriniz səfər zamanı apardığımız danışıqlar, əldə edilmiş razılaşmalar bugünkü sürətli inkişafı müəyyən etmişdir. Bizim siyasi əlaqələrimiz çox sürətlə inkişaf edir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi bunun əyani sübutudur. Keçən illə müqayisədə ticarət dövriyyəmiz bir neçə dəfə artmışdır. Bu da iqtisadi sahədəki uğurlu əməkdaşlıqdan xəbər verir. Bu gün imzalanan sənədlər mədəniyyət turizm sektorunu əhatə edir beləliklə, humanitar sahədəki əməkdaşlığa da böyük diqqət göstərilir.

Bu gün, eyni zamanda, regional məsələlərlə, regional təhlükəsizlik məsələləri ilə bağlı biz Sizinlə çox səmimi geniş söhbət aparmışıq. Azərbaycan Avropa İttifaqı NATO ilə sıx əməkdaşlıq edir. Biz Çexiya Respublikasının bu əməkdaşlığa verdiyi dəstəyi həmişə yüksək qiymətləndiririk. Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələlərinə diqqət ayrıldı. Bu sahədə aramızdakı əlaqələr çox sürətlə inkişaf edir. Əminəm ki, gələcəkdə bu inkişafın yeni sahələri açılacaqdır".

Ötən il Hökumətlərarası Komissiya yaradılmış ilk iclasını keçirmişdir. Bu da iki ölkə arsında əlaqələrin daha da intensivləşməsinə öz müsbət təsirini göstərmişdir. Qeyd olunmuşdur ki, bu ölkələr arasında ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 2011-ci ildə bir neçə dəfə artmışdır. Prezident İlham Əliyev diqqətə çardırdı ki, Azərbaycanda həyata keçirilən mühüm layihələrdə Çexiya banklarının iştirakı, həmçinin Çexiya Respublikasının enerji təminatında Azərbaycanın oynadığı rol iqtisadi əlaqələrin səviyyəsinin göstəricisidir. Energetika, ticarət, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm digər sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın yaxşı perspektivləri vardır: " Əminəm ki, mənim səfərim, əldə olunan razılaşmalar bu gün mədəniyyət, turizm sahələrində imzalanan sənədlər əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir".

Gələn il Azərbaycanla Çexiya arasındakı diplomatik münasibətlərin qurulmasının 20 illiyi qeyd olunacaq. Azərbaycan Prezidenti əminliklə bildirdi ki, bu əlamətdar tarixə Azərbaycan Çexiya arasında əməkdaşlıqda müxtəlif sahələrdə əldə olunmuş yeni nailiyyətlərlə daxil olacağıq. Azərbaycanla Çexiya BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb. Bu mötəbər təşkilatın ali orqanında ilk dəfə təmsil olunan Azərbaycanın səyləri beynəlxalq hüququn norma prinsiplərinə əməl edilməsinə, dünyada sülh ədalətin bərqərar olmasına kömək edəcəkdir. Bütün səfərlərində olduğu kimi, Çexiyaya dövlət səfərində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçılıq siyasətini hələ davam etdirdiyini, Azərbaycan ərazisinin 20 faizinin bu günə qədər işğal altında saxladığını diqqətə çatdırdı. Xalqımızın sülh tərəfdarı olduğunu bildirən Prezident dünyanın nüfuzlu beynəlxalq qurumlarının da Ermənistanın işğalçılıq siyasətini rəsmən tanıdıqlarını, bu barədə müvafiq qərar qətnamələr qəbul olunduğunu vurğulayarq dedi: "Azərbaycan regionda sülhün, sabitliyin təhlükəsizliyin bərqərar olmasının qorunmasının tərəfdarıdır. Ancaq bildiyiniz kimi, tarixi torpağımız olan Dağlıq Qarabağ ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO digər beynəlxalq təşkilatların qərar qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Səfər çərçivəsində Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Çexiya Parlamenti Senatının sədri Milan Ştex xanımı İvanna Ştexova ilə görüşmüş, iki ölkə arsındakı əlaqələrin müxtəlif sahələrdə inkişafının əhəmiyyətindən söhbət açmışlar. Bu inkişafda parlamentlərarası əməkdaşlığın rolunun böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Çexiya Parlamenti Senatının sədri Azərbaycanın regionda rolunu yüksək qiymətləndirmişdir. Azərbaycan Prezidentinin Çexiyaya dövlət səfəri zamanı mədəni humanitar sahələrin daha yüksək səviyyədə inkişafı ilə əlaqədar bir sıra sənədlər imzalanmışdır.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 8 aprel.- S. 1.