Bakının simasının gözəlləşməsində inşaatçılar böyük əmək sərf edirlər

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün regionlarla yanaşı, Bakı şəhəri ilə yanaşı ətraf qəsəbələrin də inkişafına xüsusi diqqət və qayğı göstərir. Bununla əlaqədar son illər bir sıra tədbirlər həyata keçirilmişdir. Xatırladaq ki, dövlət başçımızın imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın həyata keçirilməsi paytaxt və ətraf qəsəbələrin sürətli inkişafına böyük təkan vermişdir.

 

Hazırda proqram çərçivəsində paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. İndiyədək yol-nəqliyyat sisteminin əsaslı təmiri və yenidən qurulması, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Nəticədə paytaxtın, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirməklə bərabər, dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin və paytaxt qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsilə bağlı demişdir: "Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə getsin".

Mütəmadi olaraq Bakıətrafı rayonların qəsəbə və kəndlərinə baş çəkən Prezident İlham Əliyev burada yol-nəqliyyat infrastrukturunun, energetika şəbəkəsinin, qaz təsərrüfatının, istilik sisteminin, kanalizasiya qurğularının, digər sosial infrastrukturkommunal sahələrin vəziyyəti ilə tanış olmuş, müvafiq göstərişlərini vermişdir.

Dövlət başçısının davamlı xarakter alan bu səfərləri Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir.

Ölkə rəhbəri bütün qəsəbələrdə sürətli getdiyini xatırladaraq yaxın dövr ərzində buradakı problemlərin birdəfəlik həll ediləcəyini vurğulamışdır. "Mən tam əminəm ki, 2013-cü ilin sonuna qədər, bəlkə ondan əvvəl bütün məsələlər həll olunacaqdır...Ölkəmiz bu cür inkişaf edir. Ölkənin inkişafı hər bir qəsəbənin inkişafından asılıdır. Mən dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, əgər hər bir kəndin, qəsəbənin problemi həll olunarsa, ölkənin bütün problemləri həll olunar".

Paytaxtın, eləcə də Bakıətrafı qəsəbələrin abadlaşdırılmasında, tikinti-quruculuq işlərinin aparılmasında fərqlənən qurumlardan biri də Bakı Tikinti Mexanizasiya Şirkətidir. Adı çəkilən özəl müəssisənin nəzdindəki asfalt zavodunda dünya elminin bu sahədəki ən son uğurlarına əsaslanan texnologiyalar, texnoloji xətlər quraşdırılmışdır. İstehsal prosesi kompyuterləşdirilmişdir. Buna görə də istehsal edilən məhsul sifarişçilər tərəfindən həmişə böyük razılıqla qarşılanır.

Şirkətin istehsal sahələri Bakı şəhərində, Siyəzən və Quba rayonlarında yerləşir. Müəssisə həm də bir sıra Avropa və Türkiyə şirkətlərilə yeni inşaat maşın-mexanizmlər və texnologiyaların respublikamıza gətirilməsi sahəsində sıx əməkdaşlıq edir.

Onu da xatırladaq ki, sözügedən qurum "Azəravtoyolservis", "Azərenerjitikinti", ARDNŞ, "Bakıelektrikşəbəkə"ASC və "Siemens" şirkətilə sıx istehsal əməkdaşlığı şəraitində işləyir.

 

Şirkətin təsisçisi Akif Nəbiyev dedi:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli sərəncamı ilə hər il aprelin 10-u ölkəmizdə "İnşaatçılar günü" peşə bayramı kimi qeyd olunur. İnşaatçıların peşə bayramının təntənəli şəraitdə qeyd olunması dövlətin tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. Ümumiyyətlə, hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi bayram edilməsi möhtərəm dövlət başçımızın bütövlükdə tikinti kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə verdiyi yüksək qiymətdir.

Azərbaycan inşaatının və memarlığının zəngin və qədim tarixə malik olduğunu xatırladan Akif Nəbiyev XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə tikinti işlərinin geniş vüsət aldığını, həmin dövrdə bu gün də qiymətli memarlıq abidələri kimi qorunan onlarla yaşayış binası və sosial obyektin inşa edildiyini, nəticədə özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırdı. Vurğuladı ki, XX əsrin ikinci yarısında, xüsusilə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu illərdə respublikamızda tikinti sektoru daha sürətlə inkişaf etmiş, bu dövrdə Bakı Məişət Kondisionerləri Zavodu, Bakı Dərin Özüllər Zavodu, Şəmkir Su Elektrik Stansiyası, Mingəçevir Dövlət Rayon Elektrik Stansiyası, maşınqayırma, kənd təsərrüfatı, kimya, elektrotexnika, tikinti materialları, yüngül sənaye və s. sahələrin onlarla nəhəng istehsalat obyektləri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Bu proses ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə daha sürətlə inkişaf etmişdir.

Azərbaycan inşaatının və memarlığının şanlı ənənələrinin bu gündavam etdirildiyini diqqətə çatdıran A. Nəbiyev dedi ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda ölkə ərazisi başdan-başa nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilmişdir. Ölkə rəhbərinin Azərbaycana rəhbərlik etdiyi dövrü nəhəng tikintiquruculuq illəri kimi xarakterizə etmək olar. Akif müəllim fikrini əsaslandırmaq üçün diqqəti bəzi faktlara yönəltdi. Bildirdi ki, bu gün Azərbaycanda xariciyerli sahibkarlara ölkə iqtisadiyyatına sərmayə qoymaq üçün münbit şərait yaradılıb. İnvestorlar, o cümlədən xarici adamları arxayındırlar ki, ölkəmizdə onların hüquqları qanunla qorunur və qoyduqları vəsait batmayacaq. Bu əminliyin nəticəsidir ki, xarici investisiyaların ölkəmizə axını ildən-ilə sürətlə artır. Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında belə demişdir: "Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sayəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə iki il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".

A.Nəbiyev onu da xatırlatdı ki, ötən il ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12776,4 milyon manat vəsait yönəldilib, onun da 7821 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 27,3, tikinti-quraşdırma işlərinə sərf edilən vəsait isə 17,5 faiz çox olub. Dövlət mülkiyyətli müəssisə təşkilatlar əsas kapitala 7482,3, qeyri-dövlət müəssisələri isə 5294,1 milyon manat xərcləyiblər. Məhsul istehsalı obyektlərinin inşasında 5502,8, xidmət sahələri üzrə obyektlərin tikintisində 7273,6 milyon manatlıq vəsaitdən istifadə edilib.

Göründüyü kimi, ölkə iqtisadiyyatında daxili investisiyalar üstünlük təşkil edir. Bu da dövlət tərəfindən həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsidir. İndi neft gəlirlərindən qeyri-neft sektorunun inkişafı üçün külli miqdarda investisiya qoyulur. Elə 2011-ci ilin özündə əsas kapitala yönəldilən vəsaitin 80,3 faizi daxili, 19,7 faizi isə xarici mənbələrdən ayrılıb. Daxili mənbələrdən yönəldilən vəsaitlərin 67,3 faizi dövlət mülkiyyətinə məxsus müəssisə təşkilatların, 32,7 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin payına düşür.

Akif Nəbiyev sonda onu da qeyd etdi ki, inşaatçıların, memarların layihəçilərin gərgin əməyi sayəsində son bir neçə ildə respublikamızda 200 mindən çox yeni məktəb binası tikilmiş, müasir avadanlıqla təchiz olunmuş onlarla diaqnostika mərkəzi digər səhiyyə obyektləri, dünya Avropa standartlarına tam cavab verən olimpiya-idman kompleksləri, yüzlərlə çoxmərtəbəli yaşayış binası istifadəyə verilmişdir. Eyni zamanda, neçə-neçə yol qovşağı, piyada keçidi tikilib istifadəyə verilmiş, piyada keçidləri əsaslı təmir olunmuş, ümumiyyətlə, ölkədə 80-dən çox avtomobil körpüsü yol ötürücüsü, onlarla avtomobil yolu yol qurğusu istismara verilmişdir. Bu, inşaatçıların məqsədyönlü fəaliyyətinin bəhrəsi kimi qiymətləndirilməlidir.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 10 aprel.- S. 7.