Ermənilər dünyanı aldada bilməyəcəklər

 

Biz qondarma iddialarla çıxış edənləri faktlarla ifşa edəcəyik

 

Bu gün dünyadakı erməni lobbisi qondarma "soyqırımı" gününü qeyd etməklə Türkiyəni beynəlxalq ictimaiyyət qarşısında nüfuzdan salmaq, dünya sivilizasiyasına əvəzsiz töhfələr vermiş türk millətini qəddar xalq kimi tanıtmaq niyyətindədirlər. Lakin mən və mənim kimi onlarca tarixçi uzun müddət Türkiyədə və xarici ölkələrdəki arxivlərdə geniş araşdırmalar aparmış, qondarma "erməni soyqırımı" iddiasının əsassız olduğunu faktlarla sübuta yetirmişik.

 

Bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə onlarla elmi məqalə və kitab yazmışıq. Əslində, dünyada hər kəs yaxşı anlayır ki, ermənilər "soyqırımı" iddiasını məqsədli şəkildə ortaya atıb. Bu iddiaların tarixi hətta Birinci Dünya müharibəsindən əvvələ gedib çıxır. Belə ki, "erməni soyqırımı" iddiasını ilk dəfə İngiltərə gündəmə gətirdi və Osmanlı imperiyasına qarşı təbliğat məqsədiylə istifadə etdi. Buna "müharibə propaqandası" da demək olar. Təbliğatın müharibə boyu davam etməsi də bunu göstərir. Yəni iddialar Osmanlı imperiyasında 1915-ci il aprelin 24-də verilən təhcir qərarından (təhcir sözü ərəbcə olub, insanları bir yerdən başqa yerə köçürmək, yer dəyişdirmək mənasına gəlir) əvvəl meydana çıxmışdı. Həmin dövrdə Anadolunun bəzi vilayətlərində erməni dəstələri bütün dövlət orqanlarını ələ keçirərək, müsəlman türk əhalisini kütləvi şəkildə qətlə yetirməyə başlamışdılar. Qısa zamanda təkcə Maraşda 90 min insan qətlə yetirilmişdi. Ermənilərin Muşda, Maraş Zeytunda, Şebinkarahisarda, Vanda çaxnaşma salmaları səbəbsiz deyildi. Belə ki, hadisələr baş verəndən bir müddət sonra, yəni 1915-ci il martın 18-də ingilislər mühüm strateji əhəmiyyətə malik Çanaqqala boğazını ələ keçirmək üçün hücuma keçdilər. Gelibolu yarımadasına qoşun yeridildi. Şiddətli döyüşlərin getdiyi bir vaxtda Maraş vilayətinin Zeytun rayonunda erməni silahlı dəstələri qırğınlar törətməyə başladılar.

Arxiv sənədlərindən anlaşılır ki, 1914-cü ildə Zeytun ərazisində yaşayan ermənilərdən ibarət bir nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə gedib. Burada Çar Rusiyasının Xarici İşlər Nazirliyinə müraciət edərək türklərə qarşı üsyana hazırlaşdıqlarını və silah-sursata ehtiyac olduğunu bildirirlər. Rusiya tərəfi ermənilərin bu xahişini rəsmi məktubla Parisə və Londona çatdırır. Onu da deyim ki, Vandakı, İstanbuldakı ermənilər də xüsusilə Rusiya ilə sıx əlaqə yaratmışdılar və Rusiyanın köməyi bir çox məsələləri həll edirdilər. Digər Antanta dövlətləri də bəzən rusların vasitəçiliyi ilə müxtəlif yollarla erməniləri təmin edir və onlara lazım olan zaman Anadoluda çaxnaşma yaratmaq barədə quldur dəstələrinə təlimat göndərirdilər.

İngiltərənin arxivlərində apardığımız araşdırmalarda bəzi maraqlı məqamlar da ortaya çıxdı. Məlum oldu ki, hələ müharibə başlanmamışdan əvvəl ingilislər Anadolu ilə bağlı xüsusi plan hazırlayıblar. Məsələn, İngiltərənin Müharibə Kabinetinə təqdim olunan raport və xəritələlərdə İzmir Yunanıstan, İstanbul isə Rusiyanın ərazisi kimi göstərilmişdi. Van vilayəti isə Ermənistan Respublikasının tərkibinə daxil edilmişdi. Arxiv sənədlərinə görə, Kilikiya adlandırılan Çukurovada "erməni krallığı"nın qurulması nəzərdə tutulmuşdu. İngilislər iki ayrı erməni dövlətinin - Kilikiya krallığının və Ermənistan Respublikasının qurulmasının "zəruriliyini" bu fikirlərlə əsaslandırmışdılar ki, Maraş və Kilikiyadakı ermənilər "dağ adamı" və qaba insanlar olduqları üçün respublika qura bilməzlər. Orada qurulacaq krallığa Avropanın tanınmış ailələrinin bir üzvü rəhbərlik edəcəkdi. Van və ətrafındakı ermənilər isə, guya, daha müasir insanlar olduqları üçün Ermənistan Respublikasının tərkibində yaşaya bilərdilər. Ancaq türk milləti öz Vətənini qorumağı, ona sahib çıxmağı bacarır. Onun əleyhinə qurulan planları darmadağın etməyi də...

Təhcir qərarına gəlincə, bu qərar sırf ermənilərin, müsəlman türk əhalisinin və Osmanlı ordusunun təhlükəsizliyini təmin etmək üçün qəbul olunmuşdu. Çünki ermənilər əhalini ucdantutma qırırdılar. Qadına, qocaya, uşağa aman vermirdilər. Kişilərin böyük əksəriyyəti müharibəyə yollandığına görə, müsəlman türk kəndlərini müdafiə edəcək qüvvə çox az idi. Ona görə də erməni quldur dəstələri ciddi maneəyə rast gəlmədən kəndləri talan edir, yandırırdılar. Ermənilər cənub-şərq vilayətlərində türk hərbi birləşmələrinə arxadan zərbə vururdular. Ordu üçün göndərilən silah-sursatı ələ keçirir, ərzaq anbarlarını qarət edirdilər. Vəziyyət o həddə çatmışdı ki, ölkə daxilində hərəkət edən qatarların təhlükəsizliyinə zəmanət vermək mümkün deyildi. Bu isə cəbhədə döyüşən ordu birliklərinin çətin vəziyyətdə qalması ilə nəticələnirdi.

Bundan başqa, Balkan ölkələrindən, Ermənistandan, Azərbaycandan və Qafqazın digər bölgələrindən yüzlərlə müsəlman Anadoluya üz tumuşdu. Həmin dövrdə Anadolu onların sığınacaq yeri rolunu oynayırdı. Təkcə 1916-cı ildə Cənubi Qafqazdan Türkiyəyə gələn qaçqınların sayı 830 minə çatmışdı. Xüsusən, Ermənistanda ermənilər tərəfindən qarət olunan, minbir işgəncələrə məruz qalan, malını-mülkünü itirmiş türklər təbii olaraq bu millətin nümayəndələrinə nifrət bəsləyirdilər. Ona görə də onlar arasında qarşıdurmaların olması qaçılmaz idi. Bunu nəzərə alan Osmanlı Orduları Baş Komandanlığı hökumətə təklif edir ki, erməni silahlı quldur dəstələrinin olduğu bölgələrdəki erməni ailələri Ermənistana köçürülsün. Düzdür, Osmanlı imperiyası Ermənistana nəzarət etmirdi. Məqsəd erməniləri Anadoludan uzaqlaşdırmaq, yəni deportasiya etmək idi. İkinci təklif isə ermənilərin müharibə bölgəsindən arxa cəbhəyə köçürülməsi məsələsi idi.

Daxili işlər naziri Tələt paşa ermənilərin Osmanlı ərazisində qalmasını təkid etdi. Beləliklə, təhcir qərarı qəbul olundu. Qərara əsasən, ermənilər Osmanlı imperiyası ərazisindən kənarlaşdırılmayacaq, ancaq köçürüləcəkləri bölgələrdə yüzdə onu keçməyəcək şəkildə yerləşdiriləcəkdilər. Həmin dövrdə SuriyaMesapatomiya Osmanlının tərkibində olduğu üçün ermənilərin bu vilayətlərə köçürülməsi qərarlaşdırılır. Təsərüfatla məşğul olan ermənilər əkin üçün əlverişli ərazilərə, sənətkarlar və digərləri isə şəhərlərə yerləşdirilirdi. Buralarda onlara yaşayış üçün hər cür şərait yaradılırdı. Əgər məqsəd bir etnik qrupun yox edilməsi idisə, onda nəyə görə bu insanlar üçün şərait yaradılırdı? Buradan da görünür ki, köçürülmədə məqsəd yalnız təhlükəsizliyin təmin olunması olub.

Xüsusilə vurğulamalıyıq ki, təhcir qərarı yalnız üsyanda iştirak edən ermənilərə şamil edilirdi. Digərlərinə qətiyyən toxunulmamışdı. Məsələn, Şərqi Anadoluda yaşayan xristianlığın protestant məzhəbindən olan ermənilər elə yaşadıqları yerdə də saxlanılmışdılar. Həmin dövrdə İstanbulda 100-120 min civarında erməni olsa da, onların yalnız 2 mini məcburi qaydada şəhərdən çıxarılmışdı. Bunlar isə gizli erməni təşkilatlarının rəhbərləri və üzvləri idi. Əskişəhərdən çıxarılanlar Almaniyadan gətirilərək cəbhəyə yollanacaq silah-sursatı ələ keçirirdilər. Onların köçürülməsi əhalinin və dövlətin təhlükəsizliyi baxımından zəruri idi. Osmanlı imperiyasında üsyan edənlərin başqa vilayətə köçürülməsi ənənəsi əvvəldən var idi. Yəni bu, təkcə ermənilərə aid məsələ deyildi. Hətta Türkiyə Cumhuriyyəti qurulduqdan sonra da bu hallara rast gəlinmişdir. Şeyx Səit üsyanı və sonrakı üsyanlarda hadisələrin iştirakçısına çevrilən əhalinin bir qismi başqa vilayətlərə köçürülmüşdü.

"Köçürülmə hadisəsi" demokratiyainsan hüquqlarının qorunmasından danışan ABŞ-da da baş verib. İkinci Dünya müharibəsi zamanı Amerika dövləti Pearl Harbourda yaşayan yapon əsilli vətəndaşlarını buradan köçürmüşdü. Sovetlər Birliyi dönəmində Stalin türk əsilli bir çox insanı öz Vətənindən sürgün etmişdi. Çeçenlər isə kütləvi şəkildə yaşadıqları ərazidən çıxarılmışdı. 1948-50-ci illərdə Ermənistanda yaşayan Azərbaycan türklərinin müəyyən bir qismieyni aqibətlə üzləşmişdi. 1988-ci ildən etibarən isə məhz ermənilər sistemli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Sonra bu siyasət Ermənistanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Nəticədə vaxtilə Ermənistanda yaşayan 300 mindən çox türkdən bir nəfəri də bu ölkədə qala bilmədi. Etnik təmizləmə bax budur. Bu gün Ermənistan həmin proseslərin nəticəsi olaraq monoetnik ölkəyə çevrilib. Ancaq sözdə "soyqırımı"nda ittiham olunan Türkiyədə 100 minədək erməni yaşayır. Türkiyə humanizm prinsiplərindən çıxış edərək, hətta qeyri-qanuni şəkildə ölkədə yaşayan həmin erməniləri belə deportasiya etmir. Halbuki, bu onun qanuni hüququdur...

Tarixi mənbələrdən də aydın olur ki, təhlükəsizliyin təmini məqsədiylə həyata keçirilən təhcir qərarı bir müddət sonra ləğv olunub. Konkret olaraq 1916-cı ilin mart ayında köçürülmə prosesinə birdəfəlik son qoyuldu. Hətta 1917-ci ildə "Geriyə dönüş qərarnaməsi" qəbul olundu. Həmin qərarnaməyə əsasən, köçürülən hər bir erməni ailəsi əvvəllər yaşadığı yerə qayıda bilərdi. Dövlət qurumlarına onlara köməklik göstərilməsi barədə xüsusi tapşırıq verilmişdi. Öz yerinə-yurduna qayıdanlara mal-mülkləri geri verilirdi. Bununla bağlı bir problem olduqda isə dövlət qurumları işə qarışır, köçürülmədən öncə qeydə alınmış mal-mülk siyahısı əsas götürülərək lazımi təminat həyata keçirilirdi.

Bütün bunları nəzərdən keçirdikdə bir daha anlaşılır ki, təhcir qərarının həyata keçirilməsinin qayəsi etnik təmizləmə deyil. Əgər belə olsaydı, Osmanlı imperiyası məğlubiyyətə uğradıqdan sonra Antanta dövlətləri bu faktdan gen-bol istifadə edərək məhkəmələr vasitəsiylə türk zabitlərinə ölüm hökmü çıxarardılar. 1918-ci ildə İstanbul işğal altındaydı. Bütün Osmanlı arxivləri Antanta dövlətlərinin əlinə keçmişdi. Sonradan xarici ölkələrdə aparılan araşdırmalar nəticəsində məlum oldu ki, arxivlərimizdəki bəzi sənədlər həmin dövlətlərin göstərişi ilə aparılıb. Artıq biz onların sürətini çıxarmışıq. Arxiv sənədlərindən də anlaşılır ki, qaliblər Osmanlı İmperiyası Məclisi Məbusan üzvlərini həbs edərək Malatyaya aparıblar. Məhkəmə prosesi orada baş tutub. Lakin ermənilərlə bağlı ortada önəmli faktlar olmadığı üçün bu məsələdə Amerikanın da köməklik göstərməsi istənilib. Ancaq heç bir nəticə olmayıb. Buna görə də İngiltərə hökumətinin qərarı ilə Məclisi Məbusan üzvləri azadlığa buraxılıb. Bu da göstərir ki, həmin dövrdə Osmanlının ərazisində "soyqırımı" hadisəsi baş verməyib.

Digər bir faktı nəzərdən keçirək. 1915-ci ildə alınan təhcir qərarından sonra bəzi vilayətlərdən Osmanlı imperiyasının paytaxtı olan İstanbula müxtəlif raportlar göndərilib. Həmin raportlarda bildirilib ki, köçürülmə zamanı bəzi dövlət məmurları və hərbçilər zorakılığa yol veriblər. Məsələyə paytaxtdan dərhal reaksiya verilib. Daxili işlər naziri Tələt paşa etibarlı hesab olunan 4 nəfərdən ibarət komissiya yaradıb. Bir neçə ay içərisində təhqiqatlar aparılıb və 1347 nəfər məhkəmə prosesinə cəlb olunub. Onlar arasında həbs edilənlər və vəzifəsindən uzaqlaşdırılanlar heçaz olmayıb. Etnik təmizləmə siyasəti həyata keçirən bir hökumət bu addımı atardımı? Bu siyasəti həyata keçirənləri mükafatlandırmaq yerinə niyə cəzalandırsınlar? Demək ki, məqsəd erməni vətəndaşlarını məhv etmək deyildi. Məqsəd təhlükəsizliyin təmin olunmasıydı.

Ermənilər 1915-ci ildə ölənlərin sayının bir milyon 500 min olduğunu iddia edirlər. Hansı tarixi sənədlərə əsaslanırlar, bu, hələ də məlum deyil. Digər tərəfdən, bizim əlimizdəki sənədlərə görə, 1909-cu ildə iqtisadi vəziyyətin gərginləşməsi səbəbiylə yüzlərlə erməni Osmanlı ərazisindən AmerikayaKanadaya köçüblər. Həmin il İngiltərənin Ərzurumdakı Baş konsulunun Londona göndərdiyi raportda da bu qeyd olunub. Məlumatda Ərzurum vilayətinin kəndlərində bir nəfər də olsun erməni kişisinin qalmadığı deyilirdi.

BMT-nin arxivində apardığımız araşdırmalardan məlum oldu ki, Birinci Dünya müharibəsində rus ordusunun tərkibində vuruşan 200 min erməni həlak olub. Onların əksəriyyəti isə Osmanlı vətəndaşları idi. Hətta sülh danışıqlarının aparıldığı vaxtda ermənilərin Parisə göndəridiyi nümayəndə heyəti açıqlama verərək deyib: "Biz Osmanlılara qarşı ruslar üçün, fransızlar üçün, ingilislər üçün müharibə apardıq. Ancaq təəssüf ki, bu dövlətlər bizim hüquqlarımızı qorumurlar?"

1919-cu və 1920-ci illərdə Çukoravanı işğal edən fransız ordusunun tərkibində yüzlərlə erməni əsgəri və zabiti vardı. Onlar vaxtilə Anadoludan köçürülən ermənilər idi. Həmin ermənilər könüllü olaraq fransız ordusuna qoşulmuşMaraşda, Urfada türk hərbi birləşmələri ilə fransızlar arasında gedən döyüşlərdə iştirak etmişdilər. Əlimizdəki faktlardan məlum olur ki, türklər tərəfindən öldürüldüyü iddia edilən bir çox erməni həmin dövrdə fransız və ya rus ordusunun əsgəri olub. Hətta fransızlar tərəfində vuruşan 67 min erməni sonradan Fransada yaşamağa üstünlük veriblər. Bu gün həmin ermənilərin nəvələri orada güclü lobbi yaradıblar.

Qətiyyətlə demək olar ki, "erməni soyqırımı" iddiası ancaq böyük dövlətlərin siyasi oyunlarının nəticəsi olaraq ortaya çıxıb. Biz - Azərbaycan və Türkiyə bu gün həmin iddiaları puça çıxarmaq məqsədilə birgə fəaliyyət göstərdiyimiz üçün əminəm ki, qısa zamanda şərə qalib gələcəyik. Bizim həmrəyliyimiz qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Azərbaycanın Türkiyəni qətiyyətlə dəstəkləməsi, Türkiyənin də daim Azərbaycana dəstək verməsi dostları sevindirir, düşmənləri isə çox məyus edir. Bizim xaricdəki diaspor təşkilatlarımız ölkələrimizin mənəvi dəstəyi ilə fəaliyyətlərini daha da genişləndirməlidirlər. Biz soyqırıma məruz qalanların ermənilər yox, Azərbaycan və Türkiyə türkləri olduğunu bütün dünyaya çatdırmalıyıq. Qardaş Azərbaycan xalqına qucaq dolusu salamlar göndərir, yüksələn, sürətlə inkişaf edən, dünyaya Günəş kimi doğan Azərbaycanımızın daim var olmasını arzu edirəm.

 

 

Hikmət ÖZDƏMİR,

Türkiyə Cümhuriyyəti

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 24 aprel.- S. 4.