London Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları ilə festival iştirakçılarının qəlbinə yol tapmışdır

 

Son günlər dünyanın müxtəlif ölkələrindən görkəmli sənət adamları, klassik musiqi həvəskarları və qonaqlar Qəbələyə axışır. Buna səbəb isə buradakı füsunkar təbiətlə klassik musiqinin sirli vəhdətidir. Festival iştirakçılarını heyran edən əsas amil də elə budur.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələnin gözəl təbiət qoynunda, dörd tərəfi dağlar və yaşıl meşələrlə əhatə olunan bir məkanında keçirilən beynəlxalq musiqi festivalı tamaşaçılara bir-birindən gözəl konsertlər təqdim etməkdə davam edir.

Festivalın proqramına uyğun olaraq avqustun 4-də London Royal Filarmonik Orkestri "Qafqaz Resorte" otelinin qarşısındakı açıq səhnədə yerlixarici ölkə tamaşaçılarına növbəti konsert proqramı təqdim etmişdir. İki dəfə "Qremmi" və 40-dan çox beynəlxalq mükafatın sahibi olan isveçrəli dirijor Şarl Dütuanın rəhbərlik etdiyi dünya şöhrətli orkestr və tanınmış violonçel ifaçısı Dmitri Yablonski Bethoven, DvorjakBerliozun əsərlərini səsləndirmişlər.

Konsertdə ifa edilən hər bir musiqi əsəri tamaşaçı alqışları ilə qarşılanmışdır.

 

 

Xalq qəzeti.- 2012.- 5 avqust.- S. 2.