Prezident İlham ƏLİYEV: Bizim siyasətimizin mərkəzində insan amili dayanır

 

Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Ölkəmizdə insanların hüquq azadlıqlarının qorunması dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Son səkkiz il ərzində bir milyona yaxın yeni yerlərinin açılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir.

Dövlət başçısının həyata keçirdiyi siyasətin ayrılmaz tərkib hissələrindən biri sosial siyasətdir. Sosial siyasətin əsas məqsədi respublikamızı daha da gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Son illər həyata vəsiqə almış iri infrastruktur layihələrin əsas məqsədi ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, həm əhalinin həyat səviyyəsinin yüksəldilməsi olmuşdur. İqtisadi cəhətdən qüdrətli olan dövlət hər şeyə qadirdir. Bu zaman yoxsulluğun azaldıması, işsizliyin insanları narahat edən digər problemlərin aradan qaldırılması yönündə tədbirlərin reallaşdırılması üçün daha geniş imkanlar yaranır. Bir vaxtlar hamıya əfsanə kimi görünən Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft kəməri reallığa çevrildikdən sonra ölkəmizin iqtisadi inkişafında sanki sıçrayış baş verdi. Dünyanı maliyyə iqtisadi böhran ağuşuna aldığı illərdə Azərbaycanda beynəlxalq standartlara cavab verən yeni müəssisələr yaradıldı. İri infrastruktur layihələrinin reallaşdırılması hesabına sosial sahələr öz inkişaf tempini davam etdirdi, insanların rifahı getdikcə yaxşılaşdı. Azərbaycan Prezidenti dövlətin sosial siyasətin inkişafına daim xüsusi önəm verdiyini diqqətə çatdıraraq demişdir: "Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir - bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə görə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar. Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməmiş, əksinə onları artırmışdır".

Təkcə bu ilin birinci yarısında sosial məsələlərin həllinə diqqət yetirsək, bu sahənin daim dövlətin diqqət mərkəzində saxlanıldığının şahidi olarıq. Bunu faktlar da təsdiqləyir. Pensiyalar 40 faiz artmışdır. Ölkədə 125 min ailəni əhatə edən ünvanlı sosial yardım proqramının icrası davam etdirilir. Son 7 ildə yoxsulluq şəraitində yaşayanların sayı 5 dəfə azalıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində son 6 ayda 38 min yeni yeri açılıb. Bu il "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə", o cümlədən 2011-2013-cü illərdə Bakı Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib. Uzun illərdən bəri insanları narahat edən sovet dövründən qalmış əmanətlərin qaytarılmasına başlanmışdır. Hətta bəziləri bu əmanətlərdən əllərini üzdüklərini deyirdilər. Dövlət başçısının sərəncamı ilə sovet dövründən qalmış əmanətlərin verilmə mexanizmi hazırlandı artıq bu proses başa çatmaq üzrədir. Onu da qeyd edək ki, postsovet ölkələri ilə müqayisədə respublikamız sovet əmanətlərini ən yüksək faizlə qaytaran dövlət oldu.

Ölkəmizin getdikcə artan iqtisadi qüdrəti əhalinin pul gəlirlərinin artımına da ös təsirini göstərmişdir. Bu ilin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 22 milyard dollara çatmışdır. Bu dövrdə ölkəmizin strateji valyuta ehtiyatlarının 9 milyard dollar artması da düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ümumilikdə 43 milyard dollar təşkil edir. Bu da iqtisadiyyatın inkişafının təmin edilməsinə, insanların sosial problemlərinin həlli üçün əlavə maliyyə resursları ayrılmasına böyük zəmin yaradır.

İki il əvvəl ölkədə daşqınlar başlayan zaman əhali ciddi narahatçılıq keçirirdi. Xüsusilə Kür çayının öz məcrasından çıxması, Sarı su gölünün daşması Şirvan-Muğan zonasında ciddi fəsadlar törətmişdi. Minlərlə ailənin ev - eşiyi sel sularının altında qaldı, əmlakları, əkin sahələri məhv oldu. Məktəblər, xəstəxanalar, uşaq bağçaları yararsız vəziyyətə düşdü. Belə ağır çətin vəziyyətdə dövlət başçısı sel sularından əziyyət çəkənlərin yanında oldu. Onlara hər cür şərait yaradılacağını, evərinin dövlət vəsaiti hesabına tikiləcəyini, dəymiş ziyana görə kompensasiya veriləcəyini bildirdi. Qısa vaxt ərzində Şirvan zonasında çadırlar quruldu. Sel suları, daşqınlar nəticəsində ev - eşiklərini itirmiş insanlar həmin çadırlarda yerləşdirildi. Onlara gündə üç dəfə pulsuz yemək verildi, ərazidə həkim məntəqələri yaradıldı.

Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlətimizin başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu. Təbii fəlakətin miqyasının genişlənməsinin qarşısı dövlət strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində alındı. Dağılan bəndlərin operativ bərpası, əhalinin daha təhlükəsiz yerlərə köçürülməsi nəticəsində insan tələfatına yol verilmədi. Prezident İlham Əliyevin təbii fəlakət bölgəsinə getməsi və burada sakinlərlə görüşməsi, onların problemləri ilə maraqlanması dəyən ziyanın aradan qaldırılmasının dövlətimizin başçısının daim diqqətində olmasının parlaq təzahürü idi. Müvafiq strukturların cəlb olunduğu tikinti-quraşdırma işləri zamanı əsas diqqət evlərin əvvəlki kimi çiy kərpicdən yox, daha keyfiyyətli materiallardan istifadə olunaraq inşasına yönəldilmişdir.

Daşqınlar nəticəsində dağılan evlərin dövlətimizin başçısının tapşırıqlarına əsasən, yeniləri ilə əvəz olunması və zərər çəkənlərin isə bərpası istiqamətində görülən işlər uğurla həyata keçirilmişdir. Bu prosesin qış başlayana qədər başa çatdırılması və evlərini itirən insanların yeni mənzillərlə təmin olunması istiqamətində kompleks tədbirlər görülmüşdür.

Qeyd edək ki, İmişli, Sabirabad, Saatlı, Kürdəmir, Salyan, Zərdab, Neftçala və Hacıqabul rayonlarında ümumilikdə 1617 ev qəzalı vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqları əsasında bu rayonlarda 3375 ev təmir olunmuş, 1500 yeni ev tikilmiş, bir çox mənzillərdə bərpa və gücləndirmə işləri aparılmışdır. Bu rayonlar üzrə 7424 ailəyə ümumilikdə 6 milyon 547 min manatdan çox maddi yardım edilmişdir. Tikinti prosesində infrastruktur obyektlərinin inşası da diqqətdə saxlanılmışdır. Təbii fəlakətə məruz qalan bölgələrdə 27 məktəb, 6 məktəbəqədər təhsil müəssisəsi, 12 tibb ocağı, 15 məscid və digər obyektlər bərpa olunaraq yenidən əhalinin istifadəsinə verilmişdir. Bütün bunlar Prezident İlham Əliyevin təbii fəlakətdən ziyan çəkən insanlara, onların məruz qaldığı problemlərin həllinə, ümumiyyətlə,insanların həyat tərzinin yaxşılaşmasına, firavan yaşamasına həssas münasibətinin məntiqi nəticəsidir. Məhz qış gələnə qədər evlərini itirən insanların yeni mənzillərlə təmin olunması kimi mühüm tapşırığın öhdəsindən çox qısa zamanda gəlinməsi də dövlətin vətəndaşlara hərtərəfli münasibətinin bariz nümunəsidir.

Təbii fəlakətdən ciddi ziyan çəkən Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Məmmədhəsənova Töhfə Əjdər qızı dövlət başçısının insanlara göstərdiyi yüksək diqqət və qayğıdan böyük razılıq edərək dedi: "Evimiz, həyət - bacamız dörd ay su daşqınının altında qaldı. Hər şey məhv oldu. Ailə üvlərimizlə bərabər qohumlarımızın evində qaldıq. Ancaq möhtərəm Prezidentimizin verdiyi vədlər bizim sabaha olan ümidimizi artırmışdı. Əvvəlcə əkin sahələrimizə dəyən ziyana görə bizə kompensasiya verildi. Sonra isə evlərin tikintisinə başlanıldı. Buna qədər isə bəzi araqarışdıranlar deyirdilər ki, evlərin tikilməsi ilə bağlı verilən vədlər yalandır. Ancaq qısa vaxt ərzində kəndə tikinti materialları daşındı. Kənddə bir - birindən yaraşıqlı evlər tikildi. O cümlədən bizim ailə üçünçox yaxşı bir ev tikildi. Heç ağlımıza belə gətirməzdik ki, nə vaxtsa bizim də belə bir yaraşıqlı evimiz olacaq. İndi həmin evdə yaşayırıq. Buna görə möhtərəm Prezidentimizə minnətdarıq. Yollar təzədən bərpa olundu. Məktəblər, uşaq bağçaları, tibb məntəqələri yenidən tikildi.

Sabirabadın tarixində kəndimizin bu cür rahat yolu olmamışdı. Uzun illər idi ki, Qasımbəyli, Muradbəyli və Əsgərbəyli kənd sakinləri yol sarıdan əziyyət çəkirdilər. İndi həmin kəndlərin yolu başdan - başa asfaltlaşdırılıb. Hətta həmin yolun açılışına möhtərəm Prezidentimiz özü şəxsən gəlmişdi. O, kənd sakinləri ilə görüşən zaman dedi ki, dövlətimiz insanlara həmişə yüksək səviyyədə qayğı göstərir, onların firavan yaşamaları üçün bütün imkanlardan istifadə edibbundan sonra da istifadə edəcək. Bu, bizim gələcəyə olan inamımızı, ümidlərimizi daha da artırdı".

Bu ilin may ayında Zaqatala, Qax, Balakən rayonlarında güclü zəlzələ baş verən zaman dövlətimizin başçısı dərhal zəlzələ zonasında oldu. Zəlzələ nəticəsində böyük dağıntılar olmuşdu. İlkin məlumata görə, dağılmış evlər yüzlərlə hesablanırdı. Son məlumata görə, 3 minə qədər fərdi ev dağılmış, yaxud da ki, qəzalı vəziyyətə düşmüşdür. Bir sözlə, qəzalı vəziyyətdə olan evlərdə də yaşamaq mümkün deyildi. Yüzlərlə sosial obyekt, iyirmidən çox məktəb, uşaq bağçaları, tibb məntəqələri sıradan çıxmışdır. Bir sözlə, bu, çox ağır təbii fəlakət idi. İnsanların müvəqqəti məskunlaşması üçün bütün lazımi tədbirlər görüldü.

Prezident İlham Əliyev təbii fəlakətdən əziyyət çəkən insanlara ürək-dirək verərək demişdir: "... Əminəm ki, biz qısa müddət ərzində bu sınaqdan da şərəflə çıxacağıq. Bütün kəndlər bərpa ediləcəkdir. Evlər daha da yaxşı olacaqdır. Ən önəmlisi ondan ibarətdir ki, bu işlər üçün çəkiləcək bütün xərcləri Azərbaycan dövləti öz üzərinə götürür. Bu da dünyada nadir hallarda baş verən bir hadisədir. Çünki adətən, xüsusilə indi inkişaf etmiş ölkələrdə bütün evlər sığortalıdır. Vətəndaşlar gedirlər sığorta şirkətlərinə müraciət edirlər, evləri sığortalayırlar. Təbii fəlakət baş verdikdə dövlət heç bir xərc çəkmir, vətəndaş gedir sığorta şirkətindən vəsait alır. Bizdə isə vəziyyət fərqlidir. Nə vaxtsa bizdə də belə olacaqdır. Ancaq hələ ki, belə deyildir. Azərbaycan dövləti bu öhdəliyi öz üzərinə götürürbütün evlər qısa müddət ərzində bərpa ediləcəkdir.

Göründüyü kimi, ildən -ilə artan valyuta ehtiyatlarımız, reallaşdırılan iri infrastruktur layihələrinin icrası imkan verir ki, insanları ən çox narahat edən problemlər öz həllini tapsın. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Möhtərm Prezidentimiz əhali ilə keçirdiyi görüşlərin birində demişdir: "Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz varbizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı, adi vətəndaş, bax, sizin kimi".

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2012.- 9 avqust.- S. 1.