XXX London Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları Heydər Əliyev Sarayının qarşısındakı parkda ulu öndərin abidəsini ziyarət etmişlər

 

Bu gün XXX Yay Olimpiya Oyunlarından Vətənə qayıtmış Azərbaycan idmançıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.

İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.

Qeyd edək ki, London Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazanmışlar. Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 16 avqust.- S. 3.