Ramazan bayramı ilə əlaqədar ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunmuşdur

 

Ramazan bayramı münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qurumun rəhbərliyi və kollektivi, eləcə də Azərbaycanın aparıcı dini icmalarının rəhbərləri, tanınmış ilahiyyatçılar və ziyalılar avqustun 18-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad olunmuş, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Sonra komitənin kollektividini icmaların rəhbərləri Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə gül dəstələri qoymuşlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Ramazan ayı ilə əlaqədar qurum tərəfindən həyata keçirilən tədbirlər planı çərçivəsində komitənin əməkdaşları, dini icmaların fəalları və ictimaiyyətin təmsilçiləri ölkənin müxtəlif bölgələrində şəhidlərimizin məzarlarını ziyarət etmişlər. Həmçinin şəhid və müharibə veteranlarının ailələrinə baş çəkilmiş, dini ibadət ocaqlarında maarifləndirmə və milli vətənpərvərlik mövzularında söhbətlər aparılmışdır.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 2.