Xalqın böyük məhəbbətini və etimadını qazanmış birinci xanım

 

Xoşməramlı təşəbbüslərin, nəcib fəaliyyətin, humanizmin və mərhəmətin simvolu

 

Azərbaycan xalqı tarixən öz qəhrəmanlığı, igidliyi, mərdliyi, namusu, qeyrəti, yüksək mədəniyyəti ilə örnək olub. Azərbaycanın mərd oğulları kimi qızları da qəhrəmanlıqları ilə ad çıxarmış, tarixdə silinməz izlər buraxmışlar. Tomris, Burla Xatun, Sara Xatun, Xan qızı Natəvan, Nigar, Həcər və digərləri mərdliyi, şücaəti, qabiliyyəti və milli təəssübkeşliyi ilə insanların qəlbində əbədi abidə ucaltmışlar. Bu gün də Azərbaycan qadınları həmin ənənələri davam etdirərək dünya aləmində şan-şöhrət qazanır, xalqımızın adının yüksəklərə qaldırılması üçün böyük fədakarlıq göstərirlər. Bu yolda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Artıq onun xoşməramlı, nəcib və bəşəri fəaliyyəti ölkəmizin sərhədlərini aşaraq böyük əks-səda doğurmuşdur. Dünyanın bir sıra ölkələrində Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyətinin bəhrələri özünü göstərməkdədir.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr məhz Heydər Əliyevin fikir və ideyalarını, fəlsəfəsini yaşatmaq, davam etdirmək məramına əsaslanır. Ötən illərə nəzər saldıqda aydın görünür ki, Heydər Əliyev Fondu məram və məqsədlərinə doğru inamla irəliləyir, ictimai həyatda mühüm rol oynamaqla cəmiyyətin etimadını qazanır və müasir Azərbaycanın inkişafına layiqli töhfələr verir.

Heydər Əliyev Fondunun fəaliyyəti geniş və çoxşaxəlidir. Fondun rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirilən layihələr təhsil və səhiyyə sisteminin, mədəniyyətin inkişafına, ölkəmizin dünyada tanınmasına, mədəni irsimizin qorunmasına, xalqın rifah halının yüksəlməsinə istiqamətlənir. Müasir tələblərə cavab verən təhsil müəssisələrinin inşası, tarixi mədəniyyət obyektlərinin əsaslı surətdə yenidən qurulması, dünya standartlarının tələblərinə cavab verən muzeymuzey mərkəzlərinin yaradılması, dini məbədlərin və qədim tarixi abidələrin beynəlxalq səviyyədə bərpası, zəngin mədəniyyətimizin, xüsusilə, muğamın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması əsas diqqətçəkən məqamlardandır. Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir. Mərhəmət və nəcibliyə, humanizmə söykənən bu fəaliyyətin nəticəsidir ki, hazırda Heydər Əliyev Fondu insanların ümid, pənah yerinə çevrilib. Xalqın böyük məhəbbətini və etimadını qazanan Mehriban xanım Əliyevanın uğurları Heydər Əliyev ucalığını başlıca meyar götürməsindən, eləcə də Azərbaycanın birinci xanımının zəngin mənəvi və intellektual potensialından qaynaqlanır. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir.

 

Təhsilin inkişafına əvəzsiz töhfə: "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi

 

Uşaqlara, yeniyetmələrə qayğını, onların parlaq gələcəyinin təminatını tarixi missiyaya çevirən Heydər Əliyev Fondu yarandığı gündən bu vaxta qədər Azərbaycanda təhsilin inkişafına misilsiz töfhələr verib. Azərbaycan cəmiyyətində hər kəs üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin zəruri biliklərə yiyələnməsini, milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını əsas fəaliyyət meyarlarından biri kimi müəyyənləşdirmiş Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu sahədə göstərdiyi nümunəvi fəaliyyəti ilə cəmiyyətimizdə yeni bir ənənənin əsasını qoymuşdur. Bu ənənə ilk növbədə Azərbaycanın sosial-iqtisadi yüksəlişinin ölkəmizin mədəni tərəqqisinə, ictimai şüur səviyyəsinin yüksəlişinə yönəlməsi zərurətindən çıxış edir.

Ulu öndərimizin adını daşıyan fondun prezidenti Mehriban xanım Əliyevanın bu gün milli təhsilimizin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl fəaliyyəti bu ənənələrin illər sonra da Azərbaycan dövlətinin yüksəlişini təmin edəcək əsas amil kimi qorunmasına, zamanın dəyişən tələblərinə uyğunlaşdırılması məqsədlərinə hesablanmışdır. Mehriban xanım Əliyevanın irəli sürdüyü, böyük uğurla həyata keçirilməkdə olan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının prioritetibundan ibarətdir. Bu proqram özündə təkcə respublikamızın ucqar əyalətlərində yeni məktəb binalarının tikilməsi, bu binaların ən müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz edilməsi məzmununu ehtiva etmir. Həm də insanlara qayğı, uşaqlara, yeniyetmələrə və gənc nəslə diqqət timsalında bütövlükdə ölkəmizin parlaq gələcəyə aparılması strategiyasını ehtiva edir. Artıq hər il yeni dərs ilini minlərlə məktəbli beynəlxalq standartlara uyğun müasir təhsil ocaqlarında qarşılamağa bir növ adət edib. Bütün bunlar sübuta yetirdi ki, aydın məqsəd, xalqın rifahına söykənən amal, inam və iradə ilə birləşəndə hər bir çətinlik bu qüdrətin qarşısında geri çəkilir.

Təhsil sahəsində reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi fondun həyata keçirdiyi ən böyük layihələrdən biridir. Qısa müddət ərzində Azərbaycanın bütün regionlarında müasir tələblərə cavab verən məktəblərin inşası geniş vüsət aldı. Layihə çərçivəsində respublikanın müxtəlif bölgələrində 300-dən çox yeni məktəb inşa edildi. Bu, indiki şəraitdə müasir tələblər səviyyəsində təhsil almaq imkanı qazanan yüz mindən artıq şagirdin həyatında ciddi dəyişiklik, yenilik deməkdir. Əgər bu gün biz ucqar dağ kəndində yaşayan məktəblinin internet vasitəsi ilə ümumrespublika olimpiadasında iştirakının şahidi oluruqsa, bu, artıq görülən işin parlaq təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Fondun təşəbbüsü ilə başlanmış geniş məktəb tikintisi, - mən bunu bu gün açıq deməliyəm, - biz bu təşəbbüsü əsas götürüb ölkəmizdə geniş miqyasda məktəb tikintisinə başlamışdıq. Amma ilk məktəblər məhz fondun təşəbbüsü ilə və fond tərəfindən tikilmişdir. O məktəblərdə oxuyan, kompyuterlə məşğul olan, yaxşı imkanlara malik olan uşaqlar gələcəyə nikbinliklə baxırlar. Onlar Azərbaycanın gələcəyidir. Mən birmənalı şəkildə deyə bilərəm ki, Heydər Əliyev Fondu mədəniyyət sahəsində və digər sahələrdə, ölkə həyatında önəmli bir amilə çevrilibdir və əminəm ki, fondu bundan sonrakı fəaliyyətində də ümumbəşəri prinsiplər irəliyə aparacaqdır. Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fondfondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır".

 

Dünya miqyasında təşəbbüslər

 

Məlum olduğu kimi, təhsil elə bir ictimai hadisədir ki, cəmiyyətin keçəcəyi inkişaf yolu əksər hallarda bu sahəyə münasibətdən asılı olur. Təhsilin millətin, dövlətin və bir qədər də qlobal məcrada götürsək, ümumilikdə, bəşəriyyətin gələcəyi olduğunu söyləməklə, əslində, yeni bir nəzəriyyə kəşf etmirik. Son səkkiz ildə millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram, ilk növbədə, ümummilli liderin ali ideallarını özündə ehtiva edir.

Fondun reallaşdırdığı layihələr Mehriban xanımın yüksək təşkilatçılığı sayəsində bənzərsizliyi ilə diqqəti cəlb edir. Heydər Əliyev Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə görə hətta beynəlxalq layihələri üstələyir. Bu, qürur doğuran reallıqdır. BMT, İslam Əməkdaşlığı Təşkilatı, YUNESKO, İSESKO və onlarca mötəbər qurumun dünyanın dörd bir tərəfində çalışan, peşəkarcasına müqayisə aparmaq imkanına malik yüksək vəzifəli şəxslərinin Heydər Əliyev Fondunun layihələrindən təsirlənərək gördüklərini sözə çevirməkdə aciz qaldıqlarının dəfələrlə şahidi olmuşuq.

Bu mənada, fond təkcə ölkəmizdə deyil, dünya miqyasında da təhsilə böyük dəstək verir. Moskvada, Amsterdamda və dünyanın müxtəlif ölkələrində fəaliyyətə başlayan Azərbaycan məktəbləri fondun diqqətindən kənarda qalmır. Həmin məktəblərə müntəzəm olaraq lazımi dərs vəsaitləri göndərilir. Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqları Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə müasirləşdirilir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verilir. 2008-ci ilin fevralında Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb fond tərəfindən yenidən tikilərək istifadəyə verilib. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla da təmin olunub və vəsaitlərin hamısı Heydər Əliyev Fondu tərəfindən hədiyyə edilib.

2010-cu il sentyabrın 1-də Heydər Əliyev Fondu Rusiya Federasiyasının Ulyanovsk şəhərinə müasir məktəb binası hədiyyə edib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə və şəxsən onun nəzarəti altında "Təhsilə dəstək" layihəsi çərçivəsində Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir edilib. Məktəbdə yaradılmış siniflərdə Ulyanovsk uşaqları Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərini öyrənə biləcəklər. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlər hesabına zənginləşib. Heydər Əliyev Fondunun bu məktəbə ən böyük hədiyyəsi onun 3 sinfinin Azərbaycanda həyata keçirilən "1:1 gələcək üçün təhsil" layihəsi çərçivəsində istehsal edilmiş 20 ədəd "NEXUS" noutbuku ilə təchiz edilməsidir.

Bubu kimi digər aksiyalar Azərbaycanın digər dövlətlərlə humanitar əlaqələrinin möhkəmlənməsinə, respublikamızın və xarici ölkələrin təhsil müəssisələri ilə sıx əməkdaşlığın genişlənməsinə xidmət edir.

 

Qayğıya ehtiyacı olan uşaqlara mərhəmət sevinci

 

Beynəlxalq ekspertlərin vurğuladığı kimi, fondun reallaşdırdığı layihələr mahiyyətcə yeni üslub, etalon xarakteri daşıyır və əksər hallarda beynəlxalq səviyyədə tətbiqini tapır. Uşaqlara qayğı, internat məktəblərinin əsaslı təmiri və uşaq bağçalarının bərpası bu layihələr içərisində özünəməxsus yer tutur. Bu gün uşaq bağçalarının təkcə yenidən qurulması deyil, həm də ən müasir tələblərə cavab verməsi istiqamətində çoxşaxəli aparılır. Fondun həyata keçirdiyi layihələr çərçivəsində artıq onlarla uşaq bağçası istifadəyə verilib. Bu uşaq müəssisələri müasir avadanlıq, tədris vəsaiti, plakatlar, multimedia diskləri, oyunlar və digər vəsaitlərlə təmin olunub. Uşaqlara qayğı fondun prioritet istiqamətlərindən biridir. Bu baxımdan "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramını xüsusi qeyd etmək lazımdır. Bu proqram ata-ana qayğısından məhrum uşaqların həyatında ciddi dönüş yaratdı. Layihə çərçivəsində fondun himayə etdiyi 40-dək uşaq müəssisəsinin sosial vəziyyətində, məişət və təhsil sistemlərində əsaslı dəyişiklik yarandı. Bu gün valideyn qayğısından məhrum olmuş uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yay düşərgələri yaradılır. Uşaq evlərində tərbiyə alanların taleyidaim diqqət mərkəzində saxlanılır.

Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsili də Mehriban xanımın diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdələrinə məktəbli çantaları və dərs ləvazimatları paylayır. Artıq son bir neçə ildir ki, bu proses ölkədəki bütün orta məktəbləri əhatə edir. 2008-2009-cu tədris ilində fond tərəfindən ölkədə 130 min birinci sinif şagirdinə 16 adda məktəbli ləvazimatı ilə təmin edilən çanta paylanılıb. Bununla yanaşı fondun hazırladığı 140 adda əyani vəsait də məktəblərə göndərilib. Keçən ileyni addım atılıb. Heydər Əliyev Fondunun bu təşəbbüsündən sonra, artıq respublikamızın bütün məktəblərində dərsliklər şagirdlərə pulsuz paylanılır. Onu da qeyd edək ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində yeni təhsil müəssisələrinin tikilməsində yardımçı olub.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sisteminin müasirləşdirilməsi sahəsində mühüm işlər həyata keçirilir, tibb ocaqlarında ən müasir avadanlıqlar quraşdırılır, əhaliyə göstərilən xidmətin səviyyəsi getdikcə yüksəlir. Uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasında, treninqlərin keçirilməsində və həkimlərin mübadiləsində fondun köməyi xüsusi qeyd olunmalıdır. Ötən illər ərzində Heydər Əliyev Fonduna müraciət etmiş on mindən çox vətəndaş müayinə və müalicə kursu keçmiş, min nəfərə yaxın xəstə respublikanın müxtəlif tibb müəssisələrində cərrahiyə əməliyyatı olunmuş, çoxlu sayda xəstənin isə əməliyyat və müalicəsi xarici ölkələrdə aparılmışdır. İlk layihələrdən biri kimi bu gündavam edən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi 14 yaşına qədər qeydiyyatda olanların dərman preparatı ilə təmin olunmasına yönəlib.

 

Maddi-mədəni irsimizə böyük qayğı Azərbaycan muğamına yeni nəfəs verdi

 

Heydər Əliyev Fondu Azərbaycanın mədəniyyət tarixində də silinməz iz buraxacaq layihələr həyata keçirir. Reallaşdırılan işlərin nəticəsi olaraq Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılır. Bu baxımdan Azərbaycan paytaxtında müasir İncəsənət Muzeyinin açılışını yüksək qiymətləndirmək olar.

Azərbaycan muğamının dünya miqyasında təbliğində Heydər Əliyev Fondunun fəaliyyəti ən yüksək qiymətə layiqdir. Azərbaycanın ənənəvi musiqisi olan muğam YUNESKO-nun bəşəriyyətin şifahiqeyri-maddi irs siyahısına daxil edilib. Mədəni irsin qorunması baxımından muğamın təbliği və inkişafına kömək Heydər Əliyev Fondunun geniş fəaliyyət istiqamətidir. Gerçəkləşən layihələr möhtəşəm milli mədəniyyətimizi qorumaq, inkişaf etdirməklə yanaşı, həm də sivil dünyada öz layiqli yerimizi tutmağa, xalqımızı tanıtmağa imkan yaradır. Bu sahədə ilk layihələrimizdən biri "Qarabağ xanəndələri" musiqi albomunun nəşridir. Bu albomda 24 virtuoz muğam ustadının ifası cəmlənib. Fondun Azərbaycan muğamına həsr olunmuş digər nəşri "Muğam ensiklopediyası"dır. Burada təmsil olunan ustad və gənc xanəndələrin yaradıcılığı, muğam dəstgahları və digər əsərlər ilk dəfədir ki, muğam irsimizin tam mənzərəsini yaradır. Fond muğam müsabiqələri və festivallara dəstək verir, yaşlı sənətkarlarımıza, yeni istedadlı ifaçılarımıza dayaq olur. Fondun dəstəyi ilə paytaxtda "Beynəlxalq Muğam Mərkəzi", habelə regionlarda müasir standartlara uyğun muğam mərkəzləri inşa olunmuşdur. Mehriban xanım Əliyevanın peşəkarcasına fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır.

 

Tolerantlıq nümunəsi

 

Ölkəmiz hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu təcrübənin güclü əsasları vardır. Çünki əsrlər boyu müxtəlif dövrlərdə, müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda bütün xalqlar dözümlülük, tolerantlıq nümayiş etdirmişlər, multikulturalizm şəraitində yaşamışlar. Bu güclü zəmin üzərində ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində müstəqillik dövründə biz bu meyilləri daha da gücləndirdik. Bu gün isə biz öz həyatımızla, öz dünyagörüşümüzlə və öz praktiki addımlarımızla təcrübəmizi dünya birliyinə təqdim edirik.

Ölkəmiz sözün əsl mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoquortaq məxrəc axtardığı məkana çevrilir. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini, mədəni abidələrin qorunmasını və bərpasını daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir. Göründüyü kimi, Heydər Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun növbəti əyani sübutu olaraq Bakıda dinlərarası sivilizasiyaların dialoqunun keçirilməsi, eyni zamanda Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir.

Tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Fransanın Versal sarayında nümayiş etdirilən iki abidənin də bərpasına maliyyə yardımı göstərmişdir. Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev Fondunun beynəlxalq miqyasda böyük layihələr həyata keçirməsini humanizm və mədəniyyətlararası dialoq baxımından böyük rolunu qeyd etmiş, bildirmişdir ki, fondun Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə ayırdığı maliyyə yardımını səxavətli bir jest və Azərbaycanın Avropanın mədəni irsinə verdiyi layiqli töhfədir. Cənab Ris demişdir: "Azərbaycan Avropa Şurasının üzvüdür. Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə yanaşı, Avropa mədəni irsinə də diqqət və qayğı göstərir. Orta əsrlərdə xristianlığın ən yüksək kilsəsi olan Strasburq Kafedral kiləsəsi də Avropa mədəni irsinin bir parçasıdır. Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafında fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşması və təşviqinə böyük diqqət göstərir". Bu fikirlər, həm də beynəlxalq ictimaiyyətin fondunonun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə verdiyi qiymət kimi qəbul olunmalıdır.

Xatırlayırsınızsa, YUNESKO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə 2005-ci ilin oktyabrında keçirilmiş "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır. Sonrakı illərdə bu yöndə əməli addımlar atılması, konkret təşəbbüslər irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bizim bəşəri ideallara sadiqliyimizi bir daha təsdiqlədi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nunİSESKO-nun dəstəyi ilə 2008-ci il iyunun 10-11-də Bakıda "Gülüstan" Sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq foruma dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olunmuşdur.

Bir daha yada salaq ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin, xüsusilə 2011-ci il aprelin 7-8-də Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumun keçirilməsi, eləcə də Bakının 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə bağlı qərar da, Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

Fondun ABŞ, Rusiya Federasiyası, Rumıniya və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun əsas məqsədlərinə sadiq qalaraq nümayəndəliklər mədəni və sosialyönümlü layihələri həyata keçirirlər: uşaq evlərinə, internat məktəblərinə, qocalar evlərinə baş çəkir, qayğıya ehtiyacı olan insanlara yardım edir, Azərbaycanın tanınmış elm və ictimai xadimlərinin xatirəsinə həsr olunmuş gecələr, Azərbaycan xalqının mədəniyyət və tarixini əks etdirən sərgi və konsertlər təşkil edirlər. Bütün bunlar xalqlar və ölkələr arasında əlaqələrin inkişafına xidmət edir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin fəaliyyəti xüsusi olaraq diqqəti cəlb edir. Bu, fondun Azərbaycandan kənarda yaradılan ilk nümayəndəliyidir.

Nümayəndəliyin başçısı Leyla xanım Əliyevanın rəhbərlik etdiyi struktur ümumtəhsil məktəbləri, xüsusilə də Moskvanın Azərbaycan etnomədəniyyət komponenti olan 157 saylı məktəbi ilə sıx əlaqə qurur, onları lazımi texniki avadanlıq və tədris vəsaitləri ilə təmin edir. Nümayəndəlik Rusiyada əlil və valideyn qayğısından məhrum olan uşaqları daim diqqət mərkəzində saxlayır, onlar üçün müxtəlif xeyriyyə tədbirləri keçirir, bayram günlərində mərasimlər təşkil edir. Əsas fəaliyyət istiqamətlərindən biri də gənclərlə işdir. Leyla xanım Əliyeva Rusiyanın müxtəlif vilayətlərinə səfər edir, burada yaşayan və təhsil alan azərbaycanlı gənclərin problemləri ilə maraqlanır, onların həlli üçün müəyyən tədbirlər görür, yerli təşkilatlarla əməkdaşlığı daha da möhkəmləndirir.

 

(ardı var)

 

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 3.