Azərbaycanın dünya birliyinə inteqrasiyası getdikcə sürətlənir

 

“Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq konfransda səslənən fikirlər də bunu təsdiqləyir

 

Müdrik şəxsiyyət Heydər Əliyevin  qurub yaratdığı müstəqil Azərbaycan hazırda dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir.  Ölkəmiz bu gün beynəlxalq aləmdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, iqtisadi yüksəlişin məkanı və mühüm əhəmiyyətli tədbirlərin keçirildiyi  mərkəz kimi tanınır. Bu, ulu öndər  Heydər Əliyev ideyalarının təntənəsi, möhkəm bünövrə üzərində sürətlə inkişaf edən müstəqil dövlətimizin real mənzərəsidir. Müstəqilliyimizin 21 illik tarixində respublikamızın nail olduğu uğurlar bir daha təsdiqləyir ki, Heydər Əliyev siyasi kursunun alternativi yoxdur.

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla, yüksək dinamizmlə davam etdirən Prezident  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda  tərəqqi və yüksəliş  dövrünü yaşayır.  Sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə uğurla icra olunan dövlət proqramları ölkəmizi beynəlxalq aləmdə aparıcı dövlətlərdən birinə çevirib. Respublikamızda mövcud olan daxili sabitlik, əmin-amanlıq, milli barışıq mühiti demokratik dəyərlərə, qanunçuluğahüquq qaydalarına ciddi şəkildə riayət olunmasına söykənir. Ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verilməsi, davamlı ictimai - siyasi sabitliyin qorunub saxlanılması inkişaf etmiş dövlətlərin, həmçinin iri şirkətlərin sərmayə axınını daha da sürətləndirmişdir. Bu da sürətli iqtisadi tərəqqinin başlıca  amillərindən biri kimi dəyərləndirilir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda  lider dövlətdir.  Müstəqil  xarici siyasət yeridən Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da  söz sahibi kimi tanınır.  Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda keçirilən  “Azərbaycan 2020: Gələcəyə baxış” mövzusunda beynəlxalq konfransda da bu barədə ətraflı söhbət açılmışdır. Konfransda səslənən fikirlər bir daha təsdiqlədi ki, bu gün ölkəmiz dünya birliyinə sürətlə inteqrasiya edir, mövqelərini getdikcə möhkəmləndirir. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra  Azərbaycanın siyasiiqtisadi müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Həyata keçirilən düşünülmüş və məntiqli xarici siyasətin nəticəsi olaraq  Azərbaycan demokratik dəyərlərə yiyələnmiş, nüfuzlu və mötəbər beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirmiş, bu qurumların aparıcı üzvlərindən birinə çevrilərək  özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratmışdır.

 

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi düşüncəsi sayəsində  onun müəyyənləşdirdiyi prinsiplər uğurla həyata  həyata keçirilmiş, bunun da nəticəsində ölkədə yoxsulluğun azaldılması, yeni yerlərinin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması və ölkəmizin beynəlxalq aləmdə  nüfuz qazanması  istiqamətində  əhəmiyyətli  addımlar atılmışdır. Konfransda  çıxış edən Prezident Administrasiyasının  rəhbəri, akademik Ramiz Mehdiyev məhz bu məqamları xüsusi vurğulayaraq demişdir: “...Əslində, Azərbaycan dövlətçiliyinin uğurları onun əsasını qoyan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi ilə mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin siyasi kursu təkcə Azərbaycan Respublikasının deyil, bütünlükdə regionun inkişaf perspektivinə, onun dünyaya siyasiiqtisadi inteqrasiyasına yardım göstərmişdir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni perspektivlər açmış, Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri, Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəməri və digər əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan vermişdir. Bu regional təşəbbüslər yenicə müstəqillik qazanmış region dövlətlərinin möhkəmlənməsinə real məzmun vermişdir. Məhz qlobalregional xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilən siyasət nəticəsində siyasi müstəqilliyin iqtisadi bazisi formalaşdı. İlk növbədə, Azərbaycan enerji və ərzaq təhlükəsizliyi problemlərini həll etməklə, bütövlükdə iqtisadi müstəqilliyinin inkişafına dönməz xarakter verdi. Dünyada ən sürətli iqtisadi inkişaf dinamikası Azərbaycanın həm regional, həm də qlobal miqyasda nüfuzunun artmasına və onun yeni geoiqtisadi oyunçuya çevrilməsinə şərait yaratdı. Azərbaycan öz sərvətlərinin, iqtisadi resurslarının və əlverişli coğrafi mövqeyinin yaratdığı imkanlardan bəhrələnib öz iqtisadi potensialını inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın güclənməsinə təkan vermişdir”.

 

Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirilmiş siyasiiqtisadi strategiyası  ölkəmizin dünya birliyindəki mövqelərini daha da möhkəmləndirdi. Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyan ölkəyə çevrildi. Möhtərən Prezidentimizin  həyata keçirdiyi daxilixarici siyasət nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. Bu  illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əmək haqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 7,6 faizə enmişdir. Ölkə vətəndaşlarını ən çox narahat edən işsizlik probleminin aradan qaldırılması istiqamətində dövlət başçısının verdiyi vədlər layiqincə yerinə yetirilmişson doqquz il ərzində Azərbaycanda bir milyondan çox yeni yerləri yaradılmışdır. Bir vaxtlar Azərbaycan vətəndaşları axtarmaq üçün xarici ölkələrə üz tuturdularsa, indi xarici ölkə vətəndaşları işləmək üçün bizim respublikamıza gəlirlər. Regionlarda tikilib istifadəyə verilmiş hər cür infrastruktura malik sənaye və istehsal müəssisələri dünya standartlarına uyğunlaşdırılıb. Son illərin təcrübəsi və qazanılan uğurlar da təsdiqləyir ki,  Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaratmışdır.  Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu təşkilatlarının hazırladıqları reytinq cədvəllərində ölkəmizin adı öncül yerlərdə  qərarlaşır. Fakt üçün diqqətə çatdıraq ki, Dünya İqtisadi Forumunun dərc etdiyiQlobal rəqabətədavamlılıq hesabatında” Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuşdur.

 

Dünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. “Standard and Poors” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. Hazırda regional güc mərkəzi kimi Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən artıq paya malik olan ölkəmizdə modern islahatlar, müasir texnologiyaların tətbiqi prosesi geniş vüsət almışdır. Bu uğurlara beynəlxalq aləmdə də yüksək qiymət verilməsinin növbəti bir ifadəsi olaraq,  nüfuzluStandard and Poors” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının mövcud durumunu “stabil”dən “pozitiv”ə yüksəltmişdir.

 

Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dairDoing Business - 2009” hesabatında Azərbaycan 181 ölkə arasında islahatçı ölkə elan edilib. Bununla hesabatın tərtib edilmə tarixində ən böyük rekord müəyyənləşdirilmiş, ölkəmiz  MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Prezident İlham Əliyevin  məntiqli və davamlı islahatları sayəsində  Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir.

 

Azərbaycanda aparılan demokratik  islahatlar  ölkəmizin  dünya birliyinə inteqrasiyasını təmin etməklə yanaşı, daxili sabitliyin güclənməsinə də  xidmət etmişdir.  Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət proqramları beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Avropa İnsan Hüquqları Konvensiyasına  qoşulan Azərbaycan Avropa demokratiya ailəsinin ayrılmaz bir üzvünə çevrilmiş, insan amilini, onun hüquq və azadlıqlarının təmin edilməsi kontekstində inkişafını dövlət siyasətinin əsas meyarı kimi təyin etmişdir. Bütün bu nailiyyətlərin nəticəsidir ki,  müstəqilliyinin 20 ilinin tamamında Azərbaycan Respublikası dünya dövlətlərinin dörddə üçünün dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri - daimi  üzvü seçilmişdir. Azərbaycan BMT-nin sadiq olduğu ideallara - sülhə, təhlükəsizliyə, demokratiyaya və ədalətə xidmət etməklə beynəlxalq məsələlərin həllinə cəlb olunmuşdünyada yüksək tribuna qazanmışdır. Bu, ölkəmizin dünya birliyində qazandığı etimadın, inamın təzahürüdür. Möhtərəm Prezidentimiz  İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına  qeyri - daimi üzv seçilməsini ölkəmizin müstəqillik tarixində ən yüksək uğuru kimi dəyərləndirərək demişdir: “Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir”.

 

Ölkəmizin qazandığı tarixi uğurları qoruyub saxlamaq  daha da inkişaf etdirmək, həmçinin   dünya miqyasında  öz mövqelərini  daha da gücləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasının hazırlanması barədə fərman imzalamışdır. Respublikamız üçün tarixi əhmiyyətli  sənəd hesab edilən konsepsiya  2020-ci ilə qədər olan dövrdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, nəqliyyat, tranzitlogistika infrastrukturunun təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin qurulması, institusional islahatların davam etdirilməsi, mədəni irs və ətraf mühitin qorunması məsələlərini əhatə edir.   Akademik Ramiz Mehdiyev bu sənədin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıraraq demişdir: “İlk növbədə qeyd etməliyik ki, təqdim olunan konsepsiya beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə bir qədər fərqlənir. Bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir. Hazırda təqdim edilən sənəd cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva etmişdir”.

 

 Akademik vurğulamışdır ki,“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf  Konsepsiyası ortauzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır. Qeyd olunmuşdur ki,  “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf  Konsepsiyası ulu öndər Heydər Əliyev tərəfindən yaradılan milli inkişaf modelinə uyğundur. Bu da böyük tarixi şəxsiyyətin siyasi kursunun alternativinin olmamasının təzahürüdür.

 

Ölkəmizin sürətli inkişaf yolunda  inamla irəliləməsi dünya miqyasında yüksək qiymətləndirildiyi halda, bəzi antiazərbaycan dairələrinin bundan qısqanclıq hissi keçirmələri təəssüf doğurur.  İşdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılmış bir qrup narazı adamın “Azərbaycan Ziyalılar Cəmiyyəti” adı altında düşmən dəyirmanına su tökmələri, bütövlükdə azərbaycanlıların maraqlarına zidd  olaraq Moskvada  yaradılmış Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının  İctimai Palata adlı qondarma qurumun üzvlərinin  qeyri-ciddi bəyanatlarla çaşqınlıq yaratmaq cəhdləri baş tutmayacaq. Çünki ölkəmizin sürətli inkişafı, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, insanların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və qəbul edilən dövlət proqramları xalqın Prezidentin ətrafında daha sıx birləşməsini təmin etmişdir. Bu da Azərbaycanın dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir.

 

Əliqismət BƏDƏLOV,

 

Xalq qəzeti.- 2012.- 5 dekabr.- S. 1.