İşə qəbulda, təlimlərdə, karyera yüksəlişlərinin həyata keçirilməsində obyektivlik və şəffaflıq əsas şərtdir

 

Ölkəmizin iqtisadiyyatında aparıcı rol oynayan ARDNŞ-də yüksək ixtisaslı və səriştəli kadrlara daim ehtiyac duyulur. Bu gün istər ölkə daxilində, istərsə də ölkə xaricində həyata keçirilən irimiqyaslı layihələr yaxın gələcəkdə daha çox səriştəli və peşəkar kadrlara ehtiyac yaranacağından xəbər verir. Artıq bütün ölkələrdə irikiçik müəssisələr mövcud rəqabətə davam gətirmək üçün keyfiyyətli məhsul, yüksək xidmət təqdim etməyə səy göstərirlər ki, bazara çıxa və yaxud rəqabətə davam gətirə bilsinlər. Bunun isə yeganə yolu təcrübəli işçilərin cəlb edilməsi, onların qorunub saxlanılması və davamlı olaraq inkişaf etdirilməsini təmin etməkdir.

 

Respublika vətəndaşlarının hərtərəfli inkişafı, yüksək ixtisaslı kadrların hazırlanması məhz ölkə Prezidenti İlham Əliyevin istəyi, bizim isə üzərimizə düşən məsuliyyətdir. Son vaxtlar ARDNŞ-in fəaliyyətinin effektiv qaydada idarə edilməsini təmin etmək üçün insan resurslarının idarə edilməsi üzrə ayrıca qurumun yaranmasına ehtiyac yaranmışdı. Bu qurum  insan resurslarının kəmiyyətinin və keyfiyyətinin planlaşdırılması, seçilməsi, işə qəbul edilməsi, yerləşdirilməsi, inkişaf etdirilməsi, işçilərin xidməti fəaliyyətinin qiymətləndirilməsi, karyera planlarının hazırlanması , insan resurslarının idarə edilməsi proseslərinin optimallaşdırılması, avtomatlaşdırılması və standartlaşdırılması problemlərini həll etməli idi.

 

Beləliklə, yaradılan İnsan Resursları Departamenti  fəaliyyətə başladığı qısa müddət ərzində  bir sıra uğurlara imza atmışdır. Bu gün İnsan Resursları Departamenti insan resurslarının idarə edilməsi, kadr potensialının artırılması üçün şəffaflıq və obyektivlik prinsiplərini əldə əsas tutur. İşə qəbulda, təlimlərdə, karyera yüksəlişlərinin həyata keçirilməsində bu prinsiplərə arxalanır. Artıq fəxrlə demək olar ki, ARDNŞ-də işə qəbul olmaq istəyən, bilik və bacarığına güvənən hər bir Azərbaycan vətəndaşı müsabiqələrdə iştirak edərək öz arzusuna çatmaq imkanına malikdir.

 

ARDNŞ-də müxtəlif vəzifə və peşələr üzrə işə qəbul prosesi müsabiqə əsasında aparılır. Müsabiqənin birinci mərhələsi olan test imtahanlarının keçirilməsi, eləcə də gələcəkdə şirkət üzrə nəzərdə tutulan müxtəlif təyinatlı test imtahanlarının keçirilməsinin təmin edilməsi məqsədilə Test Tapşırıqlarının Elektron Bazasının (TTEB) formalaşdırılması üçün İnsan Resursları Departamentinin testləşdirmənin təşkili şöbəsində mütəmadi qaydada və ardıcıl olaraq aparılır. Bu sahədə ölkə miqyaslı yüksək ixtisaslı mütəxəssislərin rəy və təklifləri nəzərə alınmış, respublikamızda əldə edilən qabaqcıl təcrübə öyrənilmişdir.

 

Şirkətin müəssisə və təşkilatları tərəfindən elan olunan vakansiyalar üzrə müraciət edən vətəndaşların  bilik səviyyəsi “ARDNŞ üzrə test tapşırıqlarının tərtib və təsdiq edilməsi (SOCARSS-014.2011) standartı” ilə təsdiqlənmiş test tapşırığının strukturuna əsasən test imtahanında qiymətləndirilir. Müraciət edən namizədlər test imtahanında iştirak edib müvəffəqiyyət qazandıqdan sonra növbəti mərhələyə müsahibəyə dəvət olunurlar. Test imtahanının nəticələri avtomatik olaraq namizədin elektron poçt ünvanına göndərilir.

 

ARDNŞ-də işə qəbul olmaq istəyən şəxslər şirkətin www.socar.az korporativ veb-səhifəsinin “Karyera” bölməsinin “İşə qəbul” alt bölməsindən “Vakansiyalar” panelinə daxil olmalı, bilik və bacarığına uyğun vakansiyanı seçərək elektron müraciət formasını doldurmalıdırlar.

 

ARDNŞ-də işə qəbul şəffaf və ədalətli keçirilməklə, yüksək ixtisaslı, bacarıqlı insanların müsabiqələrdə iştirak etməklə işə qəbul olunmalarına hər cür şərait yaradılmışdır. Belə ki, departament formalaşdığı gündən etibarən 1257 nəfər ARDNŞ işçisinin əməyin ödənilməsi dərəcəsinin dəyişdirilməsində, 13751 nəfər işçinin isə başqa işə keçirilməsində müvafiq qaydada iştirak etmiş, üzərinə düşən məsuliyyətli vəzifəni layiqincə yerinə yetirmişdir. Bundan başqa, ümumilikdə 395  ərizə və məktuba baxılaraq həmin müraciətlərdə qeyd edilmiş məsələlər ətraflı şəkildə araşdırılmış və müraciət edən şəxslər müvafiq qaydada cavablandırılmışdır.

 

Bu müddət ərzində daxili təqaüd proqramında iştirak etmək üçün müraciət etmiş 2014  nəfərdən 184 nəfəri test imtahanlarından və müsahibələrdən keçərək təqaüdçü olmuşdur. Xarici təqaüd proqramında iştirak etmək üçün müraciət edən 106 nəfərdən 79 nəfərinin müsabiqədən keçməsi nəticəsində isə 36  təqaüdçü seçilmişdir.

 

Departament fəaliyyətə başladığı dövrdən etibarən 1881 ədəd vakant yer elan edilmiş, 28918 nəfər namizədin müraciəti qəbul edilərək onların ilkin tələblərə uyğunluğu yoxlanılmışdır. İlkin tələblərə cavab verən 9318 nəfərdən 4624 nəfəri test imtahanında, 2685 nəfəri peşə sınağı imtahanında iştirak etmişdir. Bu mərhələni keçən 4020 nəfər isə müsahibələrdə iştirak etmişbunlardan da 1044 nəfəri müsabiqədə uğurla iştirak edərək obyektivlik və şəffaflıq prinsipinə uyğun olaraq  ARDNŞ-də müvafiq işlə təmin olunması üçün təklifləri almışlar.

 

Departamentin əməkdaşları ARDNŞ-in xaricidaxili təqaüd proqramları, ödənişli yay təcrübəsi, “Yay məktəbi’’ layihələri barədə məlumat vermək üçün 2012-ci il aprelin 2-də Azərbaycan Dövlət Neft Akademiyasında, aprelin 12-də akademik Zərifə Əliyeva adına orta məktəbdə, mayın 24-də isə Moskva Dövlət Universitetinin Bakı filialında görüşlər keçirmişdir. Görüşlərdə dinləyicilər şirkətin fəaliyyəti haqqında ümumi məlumat almış, proqramlara qoşulmanın şərtləri ilə tanış olmuşlar.

 

Yay aylarında “Yay təcrübəsi proqramı”nın tələbələri tərtib olunan proqram üzrə ARDNŞ-in müvafiq strukturlarında təcrübə keçmişlər. Bu il aprelin 25-də ARDNŞ İnsan Resursları Departamenti 2011-ci ilin yekununda iqtisadiyyatbiznes nominasiyası üzrə obyektiv, şəffaf işə qəbul prinsiplərinin tətbiqi və təqaüd proqramlarının təşkilinə görə “UĞUR” milli  mükafatına layiq görülmüşdür.

 

İyun ayının 29-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri Məşğulluq İdarəsi və Qafqaz Universiteti Karyera Planlama Mərkəzi ilə birlikdə “Karyerada ilk addım” devizi altında Qafqaz Universitetində əmək yarmarkası təşkil etmişdir. Tədbirdə ARDNŞ-in İnsan Resursları Departamentinin əməkdaşları vətəndaşlara Dövlət Neft Şirkəti tərəfindən elan olunmuş vakant yerləri, onların sahə üzrə spesifik xüsusiyyətləri, elektron müraciət formasının doldurulması qaydaları haqqında ətraflı məlumat vermiş, vətəndaşları maraqlandıran sualları cavablandırmış, eləcə də departamentin fəaliyyətini əks etdirən təbliğat vasitələrini təqdim etmişlər.

 

Avqustun 23-də ARDNŞ-in İnsan Resursları Departamentində “Karyeranın idarə edilməsi sisteminin tətbiqi haqqında təqdimat keçirilmişdir. Təqdimatda karyeranın idarə edilməsi sisteminin tətbiqinə olan zərurətdən danışılmış və bu sistemin yerli qanunvericiliyə, beynəlxalq praktikaya və Dövlət Neft Şirkətindəki mövcud təcrübəyə uyğunlaşdırılmasının vacibliyindən söz açılmışdır. Bu yeni layihənin tətbiqi nəticəsində şirkətdə vahid kadr inkişafı sisteminin tətbiqinə nail olunacaq, eyni zamanda ARDNŞ-də karyera inkişafı xəritələrinin hazırlanmasına, daxili kadr ehtiyatı bazasının formalaşdırılmasına, işçilərlə əlaqələrin gücləndirilməsinə mühüm töhfə veriləcəkdir.

 

Oktyabrın 2-də ARDNŞ-in Baş ofisində həmin layihənin tətbiqinə və insan resurslarının idarə edilməsinə aid digər məsələlərə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətdə insan resurslarının idarə edilməsi sisteminin təkmilləşdirilməsinə olan zərurətdən danışmış və bu sistemin yerli qanunvericiliyə, müasir standartlara və beynəlxalq praktikaya uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır. Avqustun 29-da isə ARDNŞ-in baş ofisində insan resurslarının idarə edilməsi üzrə dünyada geniş tətbiq olunan beynəlxalq “Investors in Poeple” (IIP) standartının tətbiqi ilə bağlı təqdimat keçirilmişdir. Təqdimatda IIP standartının regional nümayəndələri standartın geniş təqdimatını keçirmiş, onun tələbləri, prinsipləri və tətbiqi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırmışlar. Bu layihənin tətbiqi nəticəsində insan resurslarının idarə edilməsinin funksiyaları arasında inteqrasiyanın tamlığı qorunaraq şirkətdə vahid strategiyaya xidmət edən insan resurslarının planlaşdırılması, işə qəbulu və yerləşdirilməsi, işçilərin təlimləndirilməsi və inkişaf etdirilməsi, onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi və bunun əsasında karyeralarının idarə olunması, işçilərlə əlaqələrin genişləndirilməsi, motivasiyanın artırılması funksiyalarının tam tətbiqinə nail olunacaqdır.

 

Sentyabrın 7-də ARDNŞ-in İnsan Resursları Departamentində şirkətin müvafiq əmr və qərarlarına uyğun olaraq müəssisələrdə aparılan struktur dəyişiklikləri ilə bağlı sərbəstləşdirilən işçilərin sosial təminatı ilə əlaqədar müşavirə keçirilmişdir. Müşavirədə şirkətin struktur dəyişiklikləri aparılan müəssisələrinin kadrlar şöbələrinin rəisləri iştirak etmişlər. Bu günədək işlədikləri müəssisələrdə və ARDNŞ-in tərkibinə daxil olan digər müəssisələrdə işlə təmin olunmuş sərbəstləşdirilən işçilər barədə hesabat dinlənilmişdir.

 

ARDNŞ-in İnsan Resursları Departamentində “KazMunayQaz” Kəşfiyyat Çıxarma Səhmdar Cəmiyyətinin insan resurslarının idarə edilməsi mütəxəssislərindən ibarət 25 nəfərlik nümayəndə heyətinin iştirakı ilə oktyabrın 31-də şirkətlərarası təcrübə mübadiləsi forumu keçirilmişdir. Forumda ARDNŞ-in fəaliyyəti və gələcək inkişaf perspektivləri, eyni zamanda kadrların idarə edilməsi, seçilməsi, təlim və karyera inkişafı məsələləri ilə bağlı şirkətdə aparılan işlərdən söhbət açılmışdır. Vakansiyaların idarə edilməsi, seçim prosesi, təlim və inkişaf məsələləri, ARDNŞ-in həyata keçirdiyi təqaüd və təhsil proqramları, işçilərin karyera inkişafı, motivasiyası və fəaliyyətin qiymətləndirilməsi modulları kimi məsələlər haqqında prezentasiya nümayiş etdirilmiş, tərəflər arasında fikir mübadiləsi aparılmış, qarşıya çıxan suallar ətraflı cavablandırılmışdır.

 

ARDNŞ-in İnsan Resursları Departamentində Norveçin “RKK Tədris Mərkəzi”nin ölkəmizdə səfərdə olan nümayəndə heyəti və “Statoilin əməkdaşları ilə noyabrın 8-də görüş keçirilmişdir. Görüşdə ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəhbərliyi və əməkdaşları, o cümlədən Norveçin “RKK Tədris Mərkəzi”nin məsul əməkdaşları və “Statoilin nümayəndələri iştirak etmişdir. Peşə təhsili sisteminin yüksək səviyyədə inkişafının sosial-iqtisadi tərəqqi baxımından böyük roluna toxunan qonaqlar əməkdaşlığın səmərəliliyinin daha da artırılması məqsədilə peşə təhsili sahəsində ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanmasının zəruriliyini bildirmişlər.

 

Hazırda əmək münasibətlərinin daha uğurlu şəkildə tənzimlənməsi, maraqların və motivasiya hədəflərinin müəyyənləşdirilməsi üçün işə yeni qəbul olunmuş və işdən azad olunmuş işçilər, o cümlədən Tarif-İxtisas Komissiyalarında iştirak edən işçilər üzrə  İnsan Resursları Departamenti tərəfindən sorğu həyata keçirilməkdədir. 18-22 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Beynəlxalq Tədqiqatlar İnsititutu  tərəfindən “İnsan Resursları SammitiEkspo 2012” adlı zirvə toplantısı və sərgisi keçirilmişdir.

 

Beynəlxalq Tədqiqatlar İnstitutu tərəfindən bu il keçirilmiş sammit və sərgidə “SAP”, “Boeing International”, “Microsoft”, “Saudi Aramco”, “Qatar Foundation”, “NBK Capital”, “Unilever”, “DHL Express”, “SHRM”, “SETS Solutions”, “Human Concepts”, “Alcatel-Lucent”, “Panasonic Corporation”, “Procter & Gamble”, “IBM”, “Philip Morris İnternational”, “HR Access”, “Saudi Arabian Airlines”, “Etihad Airwayskimi dünyanın məşhur şirkətlərini təmsil edən 1500 nümayəndə iştirak etmişöz məhsullarını nümayiş etdirmişlər.

 

Sammitin əsas məqsədi təmsil olunan şirkətlər arasında təqdimat, praktiki məşğələlər və mübadilə panelləri vasitəsilə insan resurslarının idarə olunması sahəsində baş verən yeniliklər, tətbiq olunan müasir konsepsiyastrategiyalar və mütərəqqi təcrübələri ilə bölüşmək imkanı yaratmaq olmuşdur.      

 

İnsan Resursları SammitiEkspo 2012” toplantı çərçivəsində “İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması və konsultant xidmətlər” adlı sərgi təşkil edilmişdir. ARDNŞ-in İnsan Resursları Departamentinin iştirak etdiyi bu tədbirin sərgisində “Sap”, “Gulf Talent”, “People– 365”, “HR Access”, “HR Solutions &Services Llc”, “Genesis”, “Halogen Software”, “Human Capital Consultancy”, “Human Concepts”, “Morgan International”, “Profiles International” kimi 40-a yaxın şirkət insan resurslarının idarə edilməsi sahəsində proqram təminatı məhsullarını konsultant xidmətlərini nümayiş etdirmişdirlər.

 

     Bütün bunlar onun göstəricisidir ki, ARDNŞ bu günün gələcəyin tələblərinə cavab verən kadrların əldə edilməsi, hazırlanması saxlanılması istiqamətində geniş taktiki strateji tədbirlər toplusu həyata keçirməkdədir.   Bir-birinin məntiqi davamı kimi olan insan resurslarının idarə edilməsi proseslərinin tətbiqi nəticəsində şirkət əməkdaşları daha münbit əmək şəraitində çalışmaqla ARDNŞ-in dünya miqyaslı şirkət olması istiqamətindəki uğurlarını daha da zənginləşdirəcək bununla da ölkə iqtisadiyyatının güclənməsinə öz töhfəsini verəcəkdir.

 

Asif  BƏKİRLİ,

ARDNŞ-in baş ofisinin İnsan Resursları Departamentinin rəisi

 

Xalq qəzeti.- 2012.- 7 dekabr.- S. 5.