Vergi məlumatlarının mübadiləsi haqqında saziş imzalanmışdır

 

Ölkəmizdə səfərdə olan Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin Fəxri Xiyabandakı abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Sonra Vergilər Nazirliyində ikitərəfli görüş keçirilmişdir.

Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt

18.12.2012 11:27 | Oxunma sayı: 7

 

Ölkəmizdə səfərdə olan Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 17-də ümummilli liderimiz Heydər Əliyevin Fəxri Xiyabandakı abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir. Sonra Vergilər Nazirliyində ikitərəfli görüş keçirilmişdir.

 

Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluq duyduğunu bildirən vergilər naziri Fazil Məmmədov Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulamışdır. Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən F.Məmmədov bunu səmərəli əməkdaşlığın müsbət göstəricisi kimi dəyərləndirmişdir.

 

Nazir qonaqların diqqətinə çatdırmışdır ki, ölkəmizin əldə etdiyi bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dayanır. Bu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri, xüsusilə qeyri-neft sektoru sürətlə inkişaf edir, bu sahədən daxil olan büdcə gəlirləri də artır. F.Məmmədov Azərbaycan hökumətinin qeyri-neft sektorunun təkcə paytaxtda deyil, bütün regionlarda inkişafına böyük əhəmiyyət verdiyini qonaqların diqqətinə çatdıraraq həyata keçirilən vergi islahatları barədə də ətraflı məlumat vermiş, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilən nailiyyətlərdən, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərdən danışmış, elektron hökumət quruculuğu istiqamətində görülən işlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulamışdır.

 

Argentina Respublikası Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqaray Azərbaycanın həm Avropa, həm də şərq ölkələri ilə yaxşı əlaqələr qurduğunu, son illər isə Amerika qitəsi ölkələri ilə sıx əlaqələr qurmaqda maraqlı olmasını müsbət qiymətləndirdiyini bildirmişiki ölkə arasında iqtisadi, sosial və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar olduğunu nəzərə çatdırmışdır. R.Eçeqaray vergi inzibatçılığı sahəsində məlumat və təcrübə mübadiləsinin vacibliyini xüsusi qeyd etmişdir. Bildirmişdir ki, hər iki ölkənin bu sahədə topladığı təcrübə olduqca əhəmiyyətlidir və əməkdaşlıq nəticəsində həm Azərbaycan, həm də Argentina tərəfi daha böyük nailiyyətlər əldə edə bilər. Konkret olaraq o, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin ən fəal üzvlərindən biri olan Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyasının neft və qızıl hasilatından vergilərin toplanması sahəsində böyük təcrübəyə malik olduğunubu təcrübəni Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduqlarını qeyd etmişdir.

 

İkitərəfli görüşdən sonra “Azərbaycan Respublikası hökuməti ilə Argentina Respublikası hökuməti arasında vergi məlumatlarının mübadiləsi haqqında” saziş imzalandı.

 

V. BAYRAMOV,

 

Xalq qəzeti.- 2012.- 18 dekabr.- S. 4.