Binəqədidə abadlıq və quruculuq işləri yeni vüsət alır

 

 

Son zamanlar müxtəlif yerlərdə görüşüb həmsöhbət olduğumuz insanlardan günümüzün reallıqları barədə maraqlı fikirlər eşidirik.“Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bütün proqnozlar həyatda özünün yüksək səviyyəli təsdiqini tapır”,  Biz Azərbaycanın hər bir şəhərini, hər bir rayonunu, hər bir kəndini gənc müstəqil Azərbaycan dövlətinin adına layiq inkişaf etdirəcəyik-deyən Prezident İlham Əliyev ölkənin istənilən guşəsində xarüqələr yaradır”, “Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətini  və incəsənətini dünyanın bütün xalqları üçün əlçatan etdi” və sairə bu kimi fikirlər ölkəmizin tərəqqisini xoş məramla qəbul edən insanların ürək sözləridir.

 

Maraqlıdır ki, öz soydaşlarımızla yanaşı, paytaxtımızın qonağı olan istənilən əcnəbi müasir Azərbaycan həqiqətləri barədə söz açarkən öncə möhtəşəm tikinti- quruculuq və abadlıq işlərini qabardır.  Hər birimiz  üçün fəxr və iftixar gətirən məqam isə odur  ki, artıq  təkcə ölkəmizin paytaxtı deyil, eləcə də ayrı-ayrılıqda bütün rayonlar sürətlə abadlaşdırılır, inkişaf etdirilir və demək olar ki,  yenidən qurulur. Bizim rayonda isə bu tendensiya təsəvvür olunmayacaq dərəcədə bir miqyas və sürət almışdır.

 

Mən düşmən işğalında olan  Göyçədə doğulub böyüsəm də,  artıq 40 ildir ki, indi yaşadığım Binəqədi rayonunun sakiniyəm. Ona görə də bu rayon haqqında mətbuatda gedən  ən kiçikolsa xoş xəbər məni nəinki sevindirir, hətta fəxr etməyə də özümdə bir əsas tapıram. Bu bizim bəxtimizdəndir ki, son zamanlar  mətbuatda Binəqədi rayonu haqqında söz açan qələm sahiblərinin hamısı elə xoş məramlı sətirlərlə öz oxucularının görüşünə gəlirlər. Doğrusu, həmin yazıların həm çoxluğu, həm də  bizim rayonun inkişaf miqyasını əks etdirən faktlarla zəngin olması məni də bu sətirləri qələmə almağa ruhlandırdı. Bir tərəfdən də adamın həm yaşadığı, həm də işlədiyi rayonun sosial həyatında hər gün gördüyü yeniliklər onu məcbur edir ki, bu həqiqətlər barədə xoş söz açanların sırasına qoşulsun. Məhz həmin məqsədlə bu sətirləri qələmə aldım və öz rayonumuzun tərəqqisindən keçirdiyim sevincli hisslərimi hörmətli oxucularla bölüşmək imkanı qazandım.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhəri və paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət, hər yerdə olduğu kimi, Binəqədi rayonunda da öz müsbət nəticələrini verməkdədir. Bu nəticələr bəzi sahələrdə o səviyyədədir ki, hətta ilin əvvəlində Binəqədidə olan kimsə indi bu rayona yolu düşəndə öz heyrətini gizlətmir. Ya da gizlədə bilmir.  Bu proseslərin başlanğıcı mənim yadımdadır. Elə rayon sakinləri də unutmayıblar ki, may-iyun aylarında Binəqədi rayonunun ərazisindən minlərlə maşın məişət tullantıları daşınıb aparılmışdı.  Bu təmizlik işlərindən sonra isə möhtəşəm bir tikinti-quruculuq və abadlıq işlərinə start verildi.

 

Bu gün  Binəqədi rayonunun sosial-iqtisadi inkişafı barədə yazı hazırlamaq istəyəndə yuxarıda qeyd etdiyim  vətəndaşlıq məsuliyyətinə əsaslanaraq,  öncə rayonun  və pataxtımızın ən böyük küçələrindən olan  “Azadlıq” prospektində həyata keçirilən  möhtəşəm abadlq və yenidənqurma işləri barədə söz açmaq istəyirdim. Ancaq  qəbələli dostum Tehran müəllimin  paytaxta gələrkən  Bakının girişində gördüyü yenilikləri böyük bir heyranlıqla təsvir eləməsi məni bu fikirdən daşındırdı. Yeri gəlmişkən, onu da qeyd edim ki, biz–yəni Binəqədi sakinləri bəzən  rayonumuzda gedən əsaslı yenidənqurma işlərinin o qədər də fərqinə varmırıq. Çünki bütün proseslər hər gün gözümüzün önündə baş verir. Buranı bir ay, iki ay görməyən adam isə növbəti dəfə Binəqədiyə gələndə sadəcə heyrətini gizlədə bilmir. Mən arzu edərdim ki, Tehran müəllim bizim rayonun Sulutəpə, Xocasən, 28 May və Biləcəri qəsəbələrinə də baş çəkəydi.  O zaman gördukləri hörmətli qonaqda, sözun həqiqi mənasında, xoş təəssüratlar yaradardı. Ona görə ki, hələ bir neçə ay əvvələ qədər  Sulutəpə, Xocasən, 28 May qəsəbələrində magistral yoldan kənarda bir dənə də olsun asfaltlanmış küçəyə rast gəlmək mümkün deyildi. Son zamanlar isə bu qəsəbələrin bir çox məhəllədaxili yolları asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Postsovet məkanının  ən nüfuzlu ali təhsil ocaqlarından olan  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı üçün yeni təhsil korpuslarının məhz Xocasəndə tikilməsi, bu ətrafda  görülən işlərin sürətini və miqyasını bir qədər də artırıb. Qəsəbə, sözün həqiqi mənasında, öz tarixinin ən gözəl günlərini yaşayır.

 

  İndi isə ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhərimiz haqqında ilk təəssürat yaradan ünvan–Biləcəri qəsəbəsi barədə. Biləcəri bizim rayonun  ən böyük qəsəbərlərindən biridir. Son on ildə demək olar ki, iki dəfə böyümüş bu qəsəbədə  görülən işlər Biləcərinin simasını  özü üçün ənənəvi olmayan bir şəkildə dəyişib. Bakı- Sumqayıt istiqamətində və yuxarıda qeyd etdiyimiz rayonlara gedib-gələn insanlar Biləcəridə davam edən tikinti-quruculuq və bərpa işlərinin bu gündavam edən sürətini məmnunluqla qəbul edirlər. Qəsəbənin girəcəyi olan “Biləcəri aşırımı” indi həqiqətən yaşıllıqlara bürünmüş bir təbiət ünvanına çevrilmişdir. Hələ  yay aylarından  burada başlanan abadlıq işləri bu həndəvərdə vaxtilə RusiyadaAvropada gördüyümüz şəhər gözəlliklərini xatırladır. RayonumuzunŞamaxinkaadlanan ərazisindən  Sumqayıta doğru gedən  magistral yolun hər iki tərəfində süni təpələr  yaradılır, yol kənarları çoxsaylı dekorativ ağaclarla, gül kollarıyla yeni görkəmdə abadlaşdırılır. Yaşıl təpələr üzərində  çiçəklərlə yazılmış “Binəqədi rayonusözü  bu möhtəşəm təmtərağı yaradanların ünvanını göstərirmiş kimi əhəmiyyət kəsb edir.

 

Rayon sakinlərinin fikrincə,  Binəqədinin heç zaman görünməyən indiki cah-cəlalı  hörmətli  Xaləddin İsgəndərovun rayona icra başçısı təyin olunmasından sonra başlanıb. Əslində mən özüm də həmin fikirlə tamamilə razıyam. Çünki çalışdığım Rəsulzadə qəsəbəsində bunun şahidi olmuşam.Yeri gəlmişkən, rayonumuzun ən böyük qəsəbələrindən biri də Rəsulzadə qəsəbəsidir. Bu qəsəbə həm də rayonun inzibati mərkəzidir. Rayon icra hakimiyyəti, polis idarəsi, rayon məhkəməsi və digər dövlət qurumları da bu qəsəbədə yerləşir. Rəsulzadə qəsəbəsində son aylar çox böyük abadlıq-quruculuq işləri aparılıb və həmin proses davam etdirilir. Binəqədinin ən görməli ünvanı olan Heydər Əliyev adına parkda görülən yenidənqurma işləri nəticəsində bu məkan indi həm də Bakının ən gözəl guşələrindən birinə çevrilir.  Mən rayonumuzun yeni rəhbəri hörmətli Xaləddin İsgəndərovu işlədiyim Ramiz Aboyev adına Mədəniyyət və İstirahət parkında görəndə belə bir qənaətə gəldim ki, Binəqədi rayonunun bütün  problemləri artıq  öz həllini tapacaq. Rayon rəhbəri bizim parkın təmiri və yenidən qurulması üçün öz tövsiyələrini verdi, bu məqsədlə görüləcək işlərin rəsmiləşdirilməsi üçün müvafiq qurumlara plan hazırlamağı tapşırdı. Onu da əlavə edim ki, təkcə bizim park deyil, eləcə də Binəqədinin bütün mədəniyyət müəssisələri indi yenidən qurulur.

 

  Binəqədi həm də bir neçə mikrorayonun  yerləşirdiyi rayondur. Mikrorayonların  isə daha çox diqqət və qayğı tələb etdiyi hamıya məlumdur.  Rayon miqyaslı tədbirlərdən birində eşitdim ki,  artıq 6-cı mikrorayon  tam şəkildə abadlaşdırılıb. Evlərin istilik sistemlərinin böyük hissəsi yenilənib. 7-ci  və 8-ci mikrorayonlarda, “Azadlıq” metrostansiyasının ətrafında böyük abadlıq işləri aparılır. Bu ərazidəki binaların istilik, su, işiq, qaz xətləri dəyişdirilir və bu işlər davam edir. Ərazisinə görə ən böyük sayılan 9-cu mikrorayonda neçə illərdən bəri yığılıb qalan bir çox problemlər  öz həllini tapır. Bir sözlə, bu gün Binəqədi heç zaman görünməyən bir templə, ahənglə inkişaf edir. Mən bu sətirləri ona görə qələmə aldım ki, rayonumuzun inkişafını biz sakinlər daha yaxından görürbir çox hallarda həmin proseslərin iştirakçısı oluruq. Mətbuat nümayəndələri  bu qəbildən olan yazıları hazırlamaq üçün ya kimdənsə soruşmalı, ya da ayrı-ayrı sənədlərdən istifadə etməlidir. Mən isə bu sətirləri canlı şahid kimi qələmə aldım. Yəqin jurnalist dostlarım da təsdiq edərlər ki, bu qəbildən olan sətirlər daha canlı təsir bağışlayır. Həm də ona görə ki, mən bu sətirləri  Binəqədinin indiki inkişafını görüb sevinərək qələmə almışam.

 

 İsgəndər NAMAZOV,

Binəqədi rayonundakı Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının direktoru,

YAP Binəqədi rayon təşkilatı siyasi şurasının üzvü

 

Xalq qəzeti.- 2012.- 19 dekabr.- S. 5.