Saatlı: təşəbbüs və fədakarlıq yeni-yeni uğurlara səsləyir

 

Saatlı rayonu qədim Muğanın bol suyu, bərəkətli torpaqları olan, adamları qurub-yaratmaqdan zövq alan bölgələrindən biridir. Bu gün burada bütün sahələrdə göz oxşayan yeniləşmə, müasirləşmə hiss olunur, rayonda yeni istehsal sahələri açılır, məhsul istehsalı artdıqca əhalinin güzəranı da yaxşılaşır. Saatlının son illərdəki uğurları xüsusilə diqqətəlayiqdir. Fikrimizcə, bu qələbələrin əsasında, səriştəli rəhbərlik, təşəbbüs və əzmkarlıq durur. Rayon rəhbərliyi hər bir sakinin Saatlının inkişaf və tərəqqi prosesində yaxından iştirakına nail olmağa çalışır. Ədalət naminə deyək ki, rayonda birgə səylərlə əldə olunan uğurlar ildən-ilə artır. Bu mənada 2011-ci il də çox əlamətdar bir il olmuşdur.

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov fəxrlə vurğuladı ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarının uğurlu icrası Saatlı rayonunun da sosial-iqtisadi həyatında dinamik inkişafa zəmin yaratmışdır. Azərbaycanın hər bir bölgəsi kimi, Saatlı rayonunun da inkişafı üçün lazımi tapşırıq və tövsiyyələrini verən, daima diqqət və qayğı göstərən dövlət başçısı regionlara etdiyi səfərlər çərçivəsində 3 dəfə Saatlıda olmuş, görülən işlərlə maraqlanmış, əhali ilə görüşlər keçirərək qaldırılan hər bir məsələnin həlli ilə bağlı öz tapşırıqlarını vermişdir.

2011-ci ilin may ayının 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonuna səfər edərək Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət etmiş, tikintisi başa çatmış Saatlı-Musalı-Məzrəli avtomobil yolunun, eyni zamanda, Saatlı Aqroservis filialının baza kompleksinin açılışlarında iştirak etmiş, rayon sakinləri ilə görüşmüş, əhali tərəfindən qaldırılan hər bir məsələnin həlli ilə bağlı dərhal göstərişlər vermişdir. Bölgəyə etdiyi səfərindən dərhal sonra, 11 və 12 may tarixlərində, həmçinin sentyabrın 1-də rayonun sosial-iqtisadi həyatı ilə bağlı ölkə başçısı sərəncamlar imzalamışdır.

Saatlıda son bir ildə görülən işlər içərisində ən çox nəzərəçarpanı yol tikintisidir. Rayonda təkcə ötən il yol infrastrukturunun inkişafında mühüm işlər görülmüşdür. Dövlət başçısının 21 oktyabr 2010-cu il tarixli sərəncamına əsasən Saatlı-Musalı-Məzrəli yerli əhəmiyyətli avtomobil yolu yenidən tikilmiş, bununla da qonşu İmişli rayonuna olan məsafə 40 kilometrə qədər qısalmaqla vətəndaşların daha rahat yoldan istifadə etmələri təmin olunmuşdur. Bundan əlavə, şəhərdəki küçələrə, kənd yollarına, əhalinin sifarişləri əsasında daha zəruri yerlərə çınqıl materialları tökülməklə yolların təmiri və saxlanılması işləri görülmüşdür. Rayonun 132 kilometr yerli əhəmiyyətli avtomobil yolunda 268,8 min manatlıq cari təmir işləri aparılmışdır.

Son bir ildə Saatlı şəhərində abadlıq-quruculuq işləri də geniş vüsət almışdır. Şəhərin küçə və dalanlarına, yaşayış məntəqələrinin həyətlərinə 25200 kvadratmetr sahəyə asfalt örtüyü vurulmuşdur. Qəzalı vəziyyətdə olan və 1996-cı ildə istifadəyə verilmiş uzunluğu 238 metr olan Araz çayı üzərindəki avtomobil körpüsünün əsaslı təmirinə başlanılmışdır. Saatlı-Musalı-Məzrəli yolu boyu M.F.AxundovM.Ağayev küçələrində 2 min kvadratmetrdən artıq mişar daşından, 1600 kvadratmetr sinklənmiş metal vərəqələrdən hasar çəkilmiş, 950 kvadratmetr ağlay plitədən səki düzəlmiş, 4 min kvadratmetrdən artıq sahədə rənglənmə işləri görülmüş, avtomobil yolunun sağsol hissəsində olan tikililər müasir görkəmə gətirilmişdir.

Saatlı şəhərinin M.F.Axundov, M.Ağayev, H.B.Zərdabi və C.Cabbarlı küçələrinin işıqlandırılması üçün 116 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Sahəsi 5,6 hektar olanulu öndərin adını daşıyan parkmeydan abadlaşdırılaraq 5 min kvadratmetrdən artıq sahəyə bəzək plitələri döşənmiş, ərazi başdan-başa həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilməklə yaşıllaşmış, göz oxşayan vəziyyətə gətirilmişdir. Saatlı rayonuna girişdə yerləşən abidə kompleksində əsaslı yenidənqurma işləri aparılaraq 200 kvadratmetr sahə keyfiyyətli bəzək piltələri ilə üzlənmiş, abidəyə 2 ədəd müasir saat quraşdırılmış və kompleksin ətrafında abadlaşdırma işləri aparılmışdır.

Dövlət başçısının 11 may 2011-ci il tarixli və 12 may 2011-ci il tarixli 1498 nömrəli sərəncamlarına əsasən rayonun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat, Olimpiya İdman Kompleksi və Gənclər Mərkəzinin tikintisinə başlamaq məqsədilə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Heydər Əliyev prospektinin uzunluğu 6,2 kilometr olan hissəsinin əsaslı şəkildə yenidən qurulması, M.F.Axundov, H.B.Zərdabi küçələrində işıqlandırma sisteminin yeniləşməsi, "Şəhidlər" abidə kompleksinin yeni tərtibatda qurulması və 31 Mart Azərbaycanlıların soyqırımı abidəsinin yaradılması, rayon Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası üçün birgə yeni binanın və Şahmat məktəbi üçün müasir tələblərə cavab verən yeni binanın tikintisinə başlanılmışdır.

Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin qurulması artıq başa çatmaq üzrədir. "Şəhidlər" abidə kompleksi ilə qarşı tərəfdə olan yeni salınmış parkda abadlaşdırma işləri milli memarlıq əsas götürülməklə xüsusi zövqlə geniş həcmdə aparılır, həmişəyaşıl ağaclar əkilir, parkda istirahət və gəzinti yeri olması üçün lazımi tədbirlər görülür. Hazırda Şahmat məktəbi üçün tikilən yeni binada çardaq örtüyünün düzəldilməsi, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası üçün tikilən binanın ikinci mərtəbəsinin antiseysmik kəmərinin beton işləri davam etdirilir. Gənclər Mərkəzinin və Olimpiya İdman Kompleksinin əsas korpusunun özülünün qoyulması işləri görülür.

Heydər Əliyev meydanında yerləşən Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binası da əsaslı təmir olunmaqla müasir görkəmə gətirilir. Bütün bunlarla yanaşı, Saatlı şəhəri ərazisində "Vergi ödəyicilərinə xidmət kompyuter terminalı"nın və rayon ərazisində, magistral avtomobil yolunun sağ hissəsində Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə Deposunun tikintisində son tamamlama işləri aparılır. Rayon "Mətbuatyayımı" şöbəsinin inzibati ofis binasının və Statistika İdarəsinin inzibati binasının tikintisi işləri görülür.

Muğanda ağac əkib ərsəyə gətirmək asan deyil. Amma Saatlıda bu sahəyə ciddi diqqət yetirilir. 2011-ci ildə rayonun idarə, müəssisə və təşkilatlarını, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə ağacəkmə kampaniyası uğurla davam etdirilmişdir. Şəhərin H.Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələri boyu, eləcə də şəhərdən başlamaqla Məzrəli kəndinə qədər olan yol boyu, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan 25 kilometr məsafədə torpaq işləri görmək, ərazilər hazırlamaqla Eldar şamı, göyrüş, Gəncə çinarı, şəmşəd, sərv, zeytun, lüqustra kimi ağacların əkilməsi təmin edilmişdir. Ötən ildə minlərlə rayon sakininin iştirak etdiyi ümumrayon iməciliklərində 55 mindən çox həmişəyaşıl və dekorativ ağaclar, gül kolları və bəzək ağacları, eləcə də yerli şəraitə davamlı ağaclar əkilmişdir.

Dövlət Proqramında Saatlı rayonu uzrə nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi rayon iqtisadiyyatının davamlı inkişafını təmin etmiş, məhsul istehsalının artması üçün əsaslı zəmin yaratmışdır. 2011-ci ildə ümumi məhsul buraxılışının həcmi 25,8 faiz artaraq 180312 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 82,5 faiz təşkil etmişdir. Ümumiyyətlə, ötən 8 il ərzində rayon üzrə ümumi məhsul buraxılışının həcmi 3,5 dəfədən çox artmışdır. Ötən il ümumi məhsul istehsalının həcmi tikinti üzrə 8,1 faiz, kənd təsərrüfatı üzrə 36,3 faiz, ticarət üzrə 23,3 faiz, nəqliyyat üzrə 5,9 faiz, sənaye üzrə isə 17,4 faiz artmışdır.

2004-cü ilin fevral ayından, yəni 1-ci Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində sahibkarlığın inkişafı dəstəklənməklə yeni yerlərinin açılmasına xüsusi fikir verilmiş, yerli xammallarehtiyatlar nəzərə alınmaqla adamları və sahibkarların cəlb olunması ilə qeyri-dövlət sektorunda inkişafa hərtərəfli şərait yaradılmışdır. Ötən illər ərzində "Biyan" məhsulları istehsalı zavodu istifadəyə verilmiş, 2000 ton tutumu olan "Soyuducu anbar" kompleksi inşa edilmiş, şəhər mərkəzində plastik materiallar istehsal edən müəssisə tikilmiş, "CTS-Aqro" MMC Saatlı pambıq zavodu, "Şamo" MMC pambıq emalı müəssisəsi, nar şirəsi emal edən "Yeni Texnologiya AAA" MMC, xidmət təyinatlı özəl müəssisələr və sexlər açılmış, "Aqroservis" filialı, broyler quşçuluq müəssisəsi, yeni asfalt-beton istehsalı zavodu açılmış, özəl bölmədə çoxsaylı ticarət, iaşə, məişət, sosial-mədəni şəbəkələr xidməti yaradılmışdır.

Hazırda rayonda 685 hüquqi, 2876 fiziki şəxs kiçikorta sahibkarlıqla məşğul olur. Təkcə 2011-ci ildə 741 yeri yaradılmışdır ki, bundan 561 yeri daimidir. İstehsal, emal, xidmət obyektlərinin yaradılması, bir sıra müəssisələrin fəaliyyətinin bərpa olunması hesabına ötən 8 il ərzində 22075 yeni yeri açılmışdır ki, bunun da 14801-i daimi yerləridir.

Sahibkarların dövlət tərəfindən dəstəklənməsi, fəaliyyətlərinə hüquqi və təşkilati yardımların göstərilməsi, kreditlərlə köməklik edilməsi önə çəkilmişdir. 28 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu Aran İqtisadi rayonu üzrə Saatlı rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda geniş tədbir keçirmişdir. Tədbirdə bir sıra təyinatlı treninq və monitorinqlərlə yanaşı, 3 istiqamət üzrə - iri taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması, 20 hektar ərazidə intensiv nar bağlarının salınması və kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı və sahibkarlıq subyektlərinə müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi həyata keçirilmişdir.

Saatlı rayonunda 2011-ci ildə kənd təsərrüfatında dinamik inkişaf təmin olunmaqla ümumi dəyəri 100253 min manat olan məhsul istehsal edilmişdir ki, bu da 2010-cu illə müqayisədə 26685,3 min manatya 36,2 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür. Bu məhsulların 62,8 faizi bitkiçiliyin, 37,2 faizi isə heyvandarlıq məhsullarının payına düşür. Ötən il 12 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 7134,3 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.

Saatlı şəhərində tikilən "Aqrolizinq" ASC-nin Saatlı Aqroservis filialının baza kompleksi 2011-ci ilin may ayında istifadəyə verilmişdir. Dövlət başçısının da iştirak etdiyi açılış tədbiri rayonun iqtisadi həyatında əlamətdar hadisə olmuşdur. Kompleksin ərazisi 1 hektar olmaqla 4 min ton mineral gübrə saxlayan anbar binası, 50-yə yaxın maşın və texnika saxlanılmaq üçün talvar, təmir emalatxanası, ofis binası inşa edilmiş, kompleksin əhatə etdiyi əraziyə asfalt vurulmuşbununla da Aqroservisin maddi-texniki bazası xeyli gücləndirilmişdir.

2011-ci ildə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhali və fiziki şəxslər daxil olmaqla 5975 hektarda pambıq toxumu əkilməsinə müqavilə bağlanmışdır. Pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat nəğd pul vəsaiti verilmişdir. İl ərzində əhali və kənd təsərrüfatı müəssisələrindən 11198 ton xam pambıq məhsulu tədarük edilmişdir ki, bu da respublikada istehsal olunan pambığın 23 faizi deməkdir.

Ötən il heyvandarlıq məhsulları istehsalında artım müşahidə edilməklə, 6887 ton ət (diri çəkidə), 36845 ton süd və 5994 min ədəd yumurta istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qara 66421 baş, o, cümlədən ana inək və camışların sayı 31355 baş, qoyun və keçilərin sayı 100274 baş olmuşdur. Rayonun torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi sahəsində 2011-ci ildə 492,3 kilometr kollektor-drenajlar lildən təmizlənmiş, 1505 min kubmetr suvarma kanallarında lildən təmizlənmə işləri aparılmış və 170 ədəd hidrotexniki qurğular təmir olunmuşdur. Rayonun Potubəyli kəndi ərazisində Araz çayının sağ sahil mühafizə bəndində 48,1 min kubmetr bəndin bərkidilməsi işləri görülmüşdür.

2010-cu ildə KürAraz çaylarının daşması, Sarısu gölünün bəndinin dağılması nəticəsində rayonun iqtisadiyyatına, bir neçə yaşayış məntəqəsinin sakinlərinin fərdi təsərrüfatlarına, ev və tikililərinə, əkinlərinə ciddi ziyan vurmuşdur. Təbii fəlakət nəticəsində Saatlının 5 yaşayış məntəqəsi subasmaya məruz qalmış, 521 ev qəzalı vəziyyətə düşmüşdür. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar Nazirlər Kabinetinin 9 iyul 2010-cu il tarixli sərəncamına əsasən 334 yaşayış evi tikilib istifadəyə verilmiş, 87 ev hazırda inşa olunmaqla əlavə 100 fərdi yaşayış evinin tikintisinə başlanılmış, 81 evdə bərpa-gücləndirmə aparılmış, 3 məktəb binası, Nərimankənd qonaq evi, Nərimankənd həkim ambulatoriyası, Dəlilər və Musalı kənd məscidləri əsaslı təmir olunmuş və 178 evdən, 132 şagird yerlik məktəb binasından, 50 yerlik uşaq bağçasından və digər zəruri sosial infrastrukturdan ibarət yeni qəsəbə salınmışdır. Təbii fəlakət nəticəsində əmlak və təsərrüfatlara dəymiş ziyana görə 1191 ailəyə 1 milyon 822,5 min manat, əkin sahələrinə dəymiş ziyana görə isə 1336 təsərrüfat başçısına 750,3 min manat kompensasiya ödənilmişdir.

Prezident İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri, aidiyyəti dövlət orqanlarının, xüsusən də Fövqəladə Hallar Nazirliyinin böyük səyi, ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadi və sosial həyat tam bərpa olunmuş, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilmişdir. Bundan əlavə, aztəminatlı təbəqələrdən olan insanlara rayon icra hakimiyyəti başçısının xüsusi vəsaitindən 67000 manat, yerli xərclərdən ayrılan təyinat hesabından isə 126960 manat pul köməkliyi olunmuşdur.

Rayonda əhalinin elektrik enerjisi, qaz və içməli su təminatının yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Ötən il ərzində kommunal sektorda olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq qərargahın işi gücləndirilmiş, yerli icra strukturlarının aidiyyəti təşkilatlarla əlaqəli fəaliyyəti önə çəkilmişdir. İlk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi, qaz və içməli su ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün bu xidmət sahələrində işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir. Yaşayış məntəqələrində 22 modul tipli sutəmizləyici qurğular tikilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2011-ci il tarixli sərəncamı ilə 6,6 min nəfərin yaşadığı 6 kənddə modul tipli sutəmizləyici qurğuların tikilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 1,1 milyon manat vəsait ayrılmışdır. Yaxşı haldır ki, rayonun 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında hər birinin tutumu 20-30 ton olan su anbarları inşa olunub istifadəyə verilmişdir. Son illər yeni məktəblərin və əlavə sinif otaqlarının tikintisi, mövcud məktəblərin əsaslı təmiri, bir sıra məktəblərin tipinin dəyişdirilməsi ilə bağlı əsaslandırılmış məktublar hazırlanaraq aidiyyəti üzrə müraciətlər olunmuşdur. Bu müraciətlərin müsbət nəticəsi olmuşdur. Məsələn, uzun illər Kamallı kəndində də şagirdlər çox primitiv, köhnə və uçuq bir binada təhsil almaq məcburiyyətində qalmışlar. 2010-2011-ci tədris ilinin əvvəlində Kamallı kəndində 180 şagird yerlik yeni məktəb binası istifadəyə verildi. Bundan əlavə, Novruzlu kəndi üçün salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən məktəb inşa edilmişdir. Ümumiyyətlə, 2008-ci ilin may ayından ötən müddət ərzində dövlət vəsaiti hesabına 1084 şagird yerlik 4 yeni məktəb binası və daxili imkanlar hesabına 220 şagird yerlik 11 sinif otağından ibarət əlavə məktəb binası tikilib istifadəyə verilmiş, bundan əlavə 6 məktəb əsaslı və 17 məktəb isə cari təmir olunmuşdur.

Yeni tikilən və təmir edilən məktəblərin 11-də müasir tipli istilik sistemi qurulmuşdur. Məktəblərə 331 kompyuter dəsti verilmiş, 16 məktəbin isə internet şəbəkəsinə çıxışı təmin olunmuşdur. 2008-ci ildən başlanmış informasiya-kommunikasiya texnologiyaları üzrə treninqlərə rayonun bütün təhsil müəssisələri cəlb olunmuş və 320 nəfər kursdan keçərək lazımi biliklərə yiyələnmişdir. 2011-ci ildə rayonda təhsil müəssisələrinin əsaslı təmiri və yeni məktəb binalarının tikintisi istiqamətində Arif Ağayev adına 80 şagird yerlik Sarıcalar kənd ümumi orta məktəb binasının, Mehman Ağayev adına 180 şagird yerlik Saatlı şəhər 2 saylı ümumi orta məktəb binasının, Əyyub Quliyev adına Genişkənd ümumi orta məktəb binasının hazırda tikintisi davam edir. Tofiq İsmayılov adına 524 şagird yerlik Mircəlalkənd tam orta məktəb binasının bərpa-gücləndirilməsi və Saatlı şəhər 90 yerlik uşaq bağçası-körpələr evinin əsaslı təmir işləri aparılır və həmin obyektlərin nəzərdə tutulan vaxtda açılması təmin ediləcəkdir.

Azərbaycan Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur. Sərəncama əsasən ilkin olaraq ayrılmış 1,5 milyon manat hesabına MRX-nın təmirinə başlanılmış və 2010-cu ildə 1237,5 min manatlıq görülmüşdür. 2100 kvadratmetr sahəsi olan poliklinika şöbəsi əsaslı təmir olunur, MRX-nın 4300 kvadratmetr dam örtüyü dəyişdirilmiş, daxili kommunikasiya, qazanxana və kanalizasiya qurğuları sistemləri yenidən qurularaq bina ətrafında abadlıq işləri görülmüşdür. 2011-ci ildə 900 min manatlıq görülmüş və xəstəxana binasının 2012-ci ilin avqust ayında istifadəyə verilməsi, müasir tibbi avadanlıqlar, bərk və yumşaq inventarlartexniki təchizat vasitələri ilə təminatı nəzərdə tutulmuşdur.

2011-ci ildə Yaponiya səfirliyinin vəsaiti hesabına rayonun Varxankənd kəndində 8 otaqdan ibarət yeni həkim məntəqəsi, ABŞ-ın "Kainterpart" QHT tərəfindən isə Dədə Qorqud kəndində həkim məntəqəsi tikilərək istifadəyə verilmişdir. Mərkəzi Rayon Xəstəxanası, GigiyenaEpidemiologiya Mərkəzi tərəfindən əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin daha da artırılması sahəsində tədbirlər mütəmadi olaraq həyata keçirilmişdir

2012-ci il "İdman ili" kimi elan olunmuşbu barədə dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanmışdır. Ölkə Prezidenti ötən ilin may ayının 5-də rayona səfəri zamanı Olimpiya İdman Kolmpleksinin tikintisi ilə bağlı edilən müraciətə necə həssaslıqla yanaşaraq dərhal may ayının 12-də xüsusi sərəncam imzaladı və Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi ilə bağlı öz xeyir-duasını verdi. Bu sahədə artıq lazımi işlər görülərək Gənclər Mərkəzi üçün 0,1925 hektar, Olimpiya İdman Kompleksi üçün isə 6 hektar torpaq sahəsi ayrılmış və tikinti işlərinə başlanılmışdır.

Bu gün Saatlıda hər kəs yaxşı bilir ki, Azərbaycan dövləti ölkəmizin hər bir bölgəsinin, o cümlədən Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün ardıcıl və davamlı işlər həyata keçirir. Bu siyasət rayon sakinlərinin böyük ruh yüksəkliyinə və əmək coşqunluğuna stimul verir, əmək kollektivlərini iqtisadiyyatda, sosial-mədəni həyatda daha mühüm nailiyyətlər qazanmağa ruhlandırır.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2012.- 9 fevral.- S. 6.