Tariximizin yeni səhifələri

 

2011-ci ildə Azərbaycanda aparılan arxeoloji tədqiqatların qısa xronikası

 

I məqalə

 

Axtarışlar, tapıntılar

2011-ci il AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutu üçün uğurluyaddaqalan il olmuşdur. Ölkə rəhbərliyinin, şəxsən möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətindən ruhlanan arxeoloqetnoqraf alimlərimiz əvvəlki illərdə öyrənilməsinə başlanılmış abidələrdə tədqiqat işlərini davam etdirməklə yanaşı, indiyədək diqqətdən kənarda qalan digər ərazilərdə də arxeoloji qazıntı və kəşfiyyat işləri aparmışlar. Nəticədə elmə məlum olmayan bir sıra yeni abidələr aşkar edilərək tədqiq olunmuşdur.

Oxuculara bildirmək istərdik ki, 2011-ci ildə arxeoloq alimlərimiz ABŞ, Fransa, Almanya, Yaponiya, Koreya, Rusiya, GürcüstanPolşadan olan həmkarları ilə birlikdə Abşeron, Salyan, Qəbələ, Quba, Xaçmaz, Şabran, Xızı, Qax, Şəki, Ağcəbədi, Ağdam, Füzuli, İmişli, Neftçala, Oğuz, Cəlilabad, Şamaxı, Ağsu, Gəncə, Goranboy, Tovuz, Ağstafa, Şəmkir, Şərur, Babək, Ordubad, Bərdə, Gədəbəy və digər rayonlarda genişmiqyaslı arxeoloji qazıntı işləri aparmaqla tariximizin, demək olar ki, bütün mərhələlərinə aid çox zəngin və qiymətli tapıntılar əldə etmişlər.

Daş dövrünə aid tədqiqatlar

Professor Əsədulla Cəfərovun rəhbərlik etdiyi ekspedisiya ötən il Lerik rayonunun Zuvandçay vadisində yerləşən Zuvandçay mağarasında tədqiqat aparmışdır. Qazıntı zamanı daş dövrünə və sonrakı tarixi dövrlərə aid 1000-dən artıq osteoloji qalıq, 55 ədəd daş alət və saxsı qab nümunələri tapılmışdır. Texniki-tipoloji xüsusiyyətlərinə əsasən Zuvandçaydan tapılmış daş məmulatı nümunələrinin ən azı 120000 il bundan öncə mustye dövründə hazırlandığını söyləmək olar. Xatırladaq ki, Zuvandçay düşərgəsində tədqiqatlar hələ ki, başlanğıc mərhələsindədir. Əminliklə deyə bilərik ki, önümüzdəki illərdə orada arxeoloji tədqiqatları davam etdirməklə tariximizin daha qədim qatlarına işıq sala biləcək yeni və maraqlı tapıntılar əldə olunacaqdır.

Ötən il daha iki paleolit ekspedisiyası müxtəlif ərazilərdə tədqiqat işləri aparmışdır. Arxeoloq A.Zeynalovun rəhbərliyi ilə Şərur rayonu ərazisindəki Qazma paleolit dövrü mağara düşərgəsində qazıntı işləri davam etdirilərkən oradan mustye dövrünə aid xeyli maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Təcrübəli mütəxəssis M.Mənsurovun rəhbərliyi ilə isə Şamaxı, İsmayıllı və Qəbələ rayonları ərazisində daş dövrü abidələrinin axtarış-kəşfiyyat işləri həyata keçirilmişçox mühüm elmi əhəmiyyətə malik tapıntılar əldə olunmuşdur. Bu cəhətdən İvanovka yaylası hövzəsində ilk dəfə olaraq daş dövrünə aid aşkar olunan yerüstü tapıntıları xüsusi olaraq qeyd etmək istərdim.

Neolit - eneolit dövrü abidələri

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndi yaxınlığında yerləşən I Həsənsu yaşayış məskənində (eradan əvvəl VII - VI minilliklər) əvvəlki illərdən başlanılan arxeoloji qazıntı işləri 2011-ci ildə də davam etdirilmişdir. Arxeoloq N.Müseyiblinin rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində aşkar edilmiş arxaik səciyyəli daş alətlər və osteoloji qalıqlar əsasında Azərbaycan ərazisində ilk dəfə olaraq erkən neolitdən istehsal neolitinə keçid prosesini izləmək mümkün olmuşdur. I Həsənsuda tədqiqatlar davam etdirilərkən orada eramızdan əvvəl III minilliyə aid qəbir aşkar edilmişdir. Təmizlənərkən qəbirdən erkən tunc dövrünə aid saxsı qablar, bəzək əşyaları və 2 ədəd qızıl muncuq aşkar edilmişdir.

Gənc arxeoloq F.Quliyevin rəhbərliyi ilə Göytəpə neolit dövrü yaşayış məskənində (Tovuz rayonu) ötən illərdən başlanılan qazıntı işləri 2011-ci ildə Yaponiya mütəxəssislərinin iştirakı ilə davam etdirilmişdir. Göytəpə qazıntılarının ən mühüm yeniliklərindən biri kimi yaşayış yerini əhatələmiş müdafiə divarının qalıqlarının aşkar edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Xatırladaq ki, bu tip tikili qalıqları hələlik həmin dövrə aid digər abidələrdə aşkarlanmamışdır.

Tovuz ekspedisiyanının Fransadan olan mütəxəssislərlə birlikdə Menteş qədim yaşayış yerində apardığı qazıntılar nəticəsində orada daha qədim dövrə - son neolit dövrünə aid mədəni təbəqə aşkar edilmişdir. Yəni, əgər əvvəlki illərin tədqiqatlarına əsasən Menteş yaşayış yeri eramızadan əvvəlki V - IV minilliklərə aid edilirdisə, 2011-ci il qazıntıları abidənin alt təbəqəsinin eradan əvvəl VI minilliyin sonlarına aid olduğunu təsdiqlədi.

Azərbaycan - Almaniya birgə ekspedisiyası Mil düzündə (Ağcabədi rayonu) yerləşən I Kamiltəpə eneolit dövrü yaşayış məskənində tədqiqatları 2011-ci ildə də davam etdirmişdir. Qazıntı zamanı çiy kərpicdən inşa olunmuş platformanın bir hissəsi və dördkünc ev yerləri təmizlənmiş, çay daşları və obsidiandan əmək alətləri və keramika nümunələri aşkar edilmişdir. Aparılan radiokarbon analizlər nəticəsində I Kamiltəpə yaşayış yerinin eramızdan əvvəl VI minilliyin ortalarına aid olduğu müəyyən edilmişdir.

Ötən il Mil düzündəki daha bir abidədə - IV Kamiltəpədə aparılan tədqiqatlar da uğurlu nəticələr vermişdir. Orada açılan arx-xəndək xüsusilə böyük maraq doğurur. Maraqlıdır ki, Cənubi Qafqazın neoliteneolit məskənlərinin heç birində hələlik həmin abidənin oxşarına təsadüf olunmayıb. IV Kamiltəpədə aparılan tədqiqatlar zamanı o dövr üçün çox nadir tapıntılardan olan 3800 ədəd muncuq nümunəsi və onları hazırlamaq üçün istifadə edilmiş 70-dən artıq mikrolit alət tapılmışdır. Radiokarbon analizin nəticələrinə görə, IV Kamiltəpə nəinki Qarasu boyunda, bütövlükdə Mil düzü abidələri içərisində ən qədimi olmaqla eramızdan əvvəl VI minilliyin əvvəllərinə aiddir.

Ötən il Mil düzü ərazisində aparılan arxeoloji kəşfiyyat işləri də genişləndirilmişdir ki, bunun da nəticəsində təkcə I Kamiltəpə və Qarasu ətrafında qeydə alınan abidələrin sayı 46-ya çatdırılmışdır. Hansı ki, onların da əksəriyyəti neolit-eneolit dövrlərinə aiddir. Professor H.Cəfərov tərəfindən Ağdam rayonu ərazisində Küllütəpə, Şomulutəpə, Kalbahüseyn, Çardaxlıtəpə, Bənövşətəpə, Çaqqalıtəpə, Rəsultəpə adlı qədim yaşayış məskənlərində, habelə Xındırıstan və Sarıçoban kurqanlarında ilkin kəşfiyyat xarakterli tədqiqatlar aparılıb. Bir sıra abidələrin isə təsərrüfat işləri zamanı dağıdılmasının qarşısı alınıbdır.

Goranboy rayonu ərazisində Çöl yeri adı ilə tanınan ərazidə aparılan tədqiqatlar nəticəsində eneolitilk tunc dövrlərinə aid yaşayış məskəni öyrənilmişdir. Tədqiqatlar davam etdirilərkən orada ilk tunc dövrünə aid yarımqazma tipli yaşayış evləri, təsərrüfat quyuları, ocaq yerləri və çoxsaylı digər zəngin arxeoloji materiallar aşkar olunaraq tədqiq edilmişdir.

Tunc - erkən dəmir dövrü abidələri

2011-ci il tədqiqatları zamanı arxeoloq S.Aşurovun rəhbərliyi ilə işləyən ekspedisiyanın Şərur rayonu ərazisində - Maxta yaşayış yerində ilk tunc dövrünə - Kür-Araz mədəniyyətinə aid (eradan əvvəl IV-III minilliklər) aşkar etmiş olduğu metaləritmə sobasını xüsusi olaraq qeyd etmək lazımdır. Maraqlıdır ki, orada aşkar edilən tikililərdən birinin içərisində gildən hazırlanmış çoxlu sayda heyvan fiqurları tapılmışdır.

Şərur rayonundakı Aşağı Daşarx çoxtəbəqəli qədim yaşayış yerində aparılan arxeoloji xilasetmə işləri zamanı orada isə 5 metrdən artıq qalınlığı olan mədəni təbəqə qeydə alınmışdır. Aşkar edilən oval planlı tikinti qalığı, ocaq qurğusu, keramika, daşsümük məmulatı nümunələri abidənin Kür-Araz mədəniyyətinin ortason mərhələsini əhatə etdiyini deməyə əsas verir.

Sərkərtəpə (Xaçmaz rayonu) qədim yaşayış yerinin erkən tunc dövrü (eradan əvvəl IV - III minilliklər) təbəqəsində qazıntı işləri davam etdirilərkən ocaq qurğuları, dən daşları, çaxmaq daşından oraq dişləri, toppuz başlığı, sümükdən hazırlanmış bizlər və müxtəlif tip saxsı qab nümunələri aşkar edilmişdir. Hansı ki bu tapıntılar Azərbaycanın şimal bölgəsi əhalisinin erkən tunc dövrü həyat tərzinin, məişətinin, habelə müxtəlif sənət sahələrinin tarixinin tədqiqi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ötən il arxeoloq İ.Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndi ərazisində aparılmış arxeoloji tədqiqat işləri zamanı əvvəllər elmə məlum olmayan bir sıra yeni abidələr aşkar edilmişdir. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin müraciəti və maliyyə dəstəyi ilə aparılmış olan bu tədqiqatlara qədər Xınalıq və ətraf ərazilərdə tapılmış elmə məlum olan ən qədim abidə erkən orta əsrlər dövrünə (IV - VIII əsrlər) aid idi. 2011-ci ilin tədqiqatları nəticəsində müəyyən edildi ki, Xınalıq kəndi ətrafında-dəniz səviyyəsindən təqribən 2000 metr yüksəklikdə tunc dövrünə (eradan əvvəl III-II minilliklər) aid yaşayış məskəni və qəbir abidələri mövcuddur. Arxeoloqların fikrincə, bu tapıntılardan hər biri bölgənin yüksək dağlıq ərazilərinin məskunlaşma tarixinin öyrənilməsi baxımından çox mühüm əhəmiyyətə malik maddi sübutlardır.

İlk tunc dövrünə aid maraqlı abidələrdən biriGoranboy rayonu ərazisindəki Şadlı kurqanıdır. Ötən il Şadlı kurqanının örtüyü altında sərdabə tipli iri ölçülü qəbir kamerası aşkar edilmişdir. Müəyyən edilmişdir ki, müxtəlif vaxtlarda sərdabədə 100-dən artıq insan dəfn olunmuşdur. Axtarışlar zamanı sərdabədən 32 ədəd saxsı qab, 11 ədəd sümükdən hazırlanmış iy başlığı, 1 ədəd daş möhür, xeyli miqdar pasta-muncuqağacdan hazırlanmış vaza tipli qabın kömürləşmiş qalığı aşkar edilmişdir. Kurqanın cənub-qərb küncündə isə ağacdan hazırlanmış taxtın qalıqları qeydə alınmışdır.

Abşeron arxeoloji ekspedisiyası Dübəndi yaşayış yerində (eradan əvvəl III - II minilliklər) qazıntı işlərini ötən mövsümdə də davam etdirmişdir. Nəticədə uzunluğu 80 metrdən artıq olan daşdan tikilmiş divar qalığı, çoxlu sayda qayaüstü təsvirlər və digər maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Ekspedisiya həmçinin, Dübəndi dəmir yolu stansiyası yaxınlığında eramızdan əvvəl II minilliyin əvvəllərinə aid yaşayış yeri aşkar edərək orada qazıntı işləri aparmışdır. Nəticədə orada da çoxsaylı qayaüstü təsvirlər aşkar edilmişdir.

Azərbaycanda erkən şəhər mədəniyyəti tarixinin öyrənilməsi baxımından AMEA-nın müxbir üzvü V.Əliyevin rəhbərliyi ilə Naxçıvan ərazisindəki II Kültəpə abidəsində (Babək rayonu) aparılan qazıntıların xüsusilə mühüm elmi əhəmiyyəti vardır. Belə ki, orada eradan əvvəl II minilliyin I yarısına aid aşkara çıxarılmış memarlıq nümunələri birmənalı olaraq həmin dövrdə bölgədə şəhər mədəniyyətinin təşəkkül tapdığını söyləməyə imkan verir.

Erkən şəhər mədəniyyəti probleminin daha dərindən və əhatəli şəkildə tədqiqi baxımından Oğlanqala abidəsinin (Şərur rayonu) də əhəmiyyətini qeyd etmək yerinə düşər. Xatırladaq ki, Azərbaycan arxeoloqlarının amerikalı mütəxəsisslərlə birlikdə apardıqları arxeoloji qazıntılar nəticəsində Oğlanqalada müdafiə divarları da daxil olmaqla bir sıra tikinti qalıqları aşkara çıxarılmışdır. Abidənin cənub divarları təmizlənərkən orada antik dövrə aid küp qəbir qeydə alınmışdır. Yaşlı insanın dəfn edildiyi həmin qəbirdə 4 ədəd gümüş pul və 5 ədəd üzük - möhür aşkar edilmişdir. Gümüş pullar e.ə. I əsrin sonlarında Roma imperatoru Oktavian Avqustun adından zərb olunmuşdur. Bu tapıntılar Atropatena-Roma əlaqələrinin tədqiqi baxımından olduqca qiymətlidir. Oğlanqalada aşkar olunan küp qəbir isə orada eramızdan əvvəl II minilliyin sonlarından başlayaraq təqribən 1000 il ərzində intensiv həyat olduğunu təsdiqləyir.

Ötən il professor Q.İsmayılzadənin rəhbərliyi ilə Ordubad rayonu, arxeoloq Ə.Bədəlovun rəhbərliyi ilə isə Babək rayonu ərazilərində daha bir neçə abidə öyrənilmişdir. Babək rayonundakı Meydantəpə yaşayış yerindən erkən dəmir və antik dövrlərə aid aşkar edilmiş tapıntılar qədim Naxçıvanın şəhər tipli yaşayış məntəqələrinin bir sıra xarakterik xüsusiyyətlərini müəyyənləşdirməyə imkan vermişdir.

Erkən şəhər mədəniyyəti nümunəsi kimi diqqəti cəlb edən daha bir abidə arxeoloq B.İbrahimlinin rəhbərlik etdiyi Xaraba-Gilan arxeoloji ekspedisiyası tərəfindən Ordubad rayonu ərazisində tədqiq olunmuşdur. Xalq arasında Sumbatan yaşayış yeri adı ilə tanınan bu qədim abidə MannaMidiya qalaları ilə müqayisəli şəkildə öyrənilmişdir. Orada aparılan arxeoloji qazıntılar nəticəsində həmin yaşayış yerinin inzibati, iqtisadidini mərkəz olduğu sübuta yetirilmişdir. Deyilənlərə onu da əlavə edək ki, ötən il Xaraba-Gilan arxeoloji ekspedisiyası tərəfindən Ordubad rayonu ərazisində tunc dövrünə aid 12 kurqan da qazılaraq tədqiq edilmişdir. Həmin kurqanlardan aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasən polixrom boyalı qablardaş alətlərdən ibarətdir.

2011-ci ildə Oğuz rayonunun Kəmirli kəndi ərazisindəki orta tunc dövrünə aid kurqanların da tədqiqi davam etdirilmişdir. Axtarışlar zamanı 2 nömrəli kurqanın qəbir kamerasında insanöküz skeletləri, habelə digər zəngin maddi mədəniyyət qalıqları - keramika, metal məmulatı, müxtəlif bəzək əşyaları, gildən hazırlanmış quş fiqurları aşkar edilmişdir. Metal məmulatı sırasında hakimiyyət simvolu olan tuncdan hazırlanmış ağac əsaya bərkidilmiş ştandartı xüsusilə qeyd etmək lazımdır. Əldə edilmiş arxeoloji materiallar eramızdan əvvəl II minilliyin II rübündə bu ərazidə məskunlaşan insanların məişət, mədəniyyət və inancları barədə kifayət qədər dolğun təsəvvür yaradır.

Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında Ceyrançöl ərazisində Ağstafa rayonundakı Keşikçidağ qoruğu yaxınlığında dağıntıya məruz qalmış abidələrə baxış keçrilərkən orada ümumi sahəsi 2 hektara yaxın olan son tunc - erkən dəmir dövrünə aid nekropol olduğu müəyyənləşdirilmişdir. Əfsuslar olsun ki, təsərrüfat işləri nəticəsində oradakı kurqan tipli qəbirlərdən bir neçəsi çox ciddi şəkildə dağıntıya məruz qalmışdır. Arxeoloq N.Müseyiblinin rəhbərliyi ilə nekropola daxil olan kurqan tipli qəbirlərdən biri qazılaraq tədqiq edilmişdir. Həmin kurqanda saxsı qablardan ibarət arxeoloji materiallar aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, bu tapıntılar həlilik Ceyrançöl ərazisində tunc dövrünə aid aşkar edilmiş ilk kurqan tipli abidədir.

2011-ci ilin çöl-tədqiqat mövsümü ərzində QazaxAğstafa rayonları ərazisindəki Sarvantəpə və Yastıtəpə yaşayış məskənlərində aparılan arxeoloji qazıntı işləri daha da genişləndirilmişdir. Nəticədə eradan əvvəl II minilliyin II yarsına aid memarlıq, təsərrüfat və məişət qalıqları, eyni zamanda, zəngin keramika məmulatı, gil möhürlər, tuncdan hazırlanmış məişət və bəzək əşyaları, sümükdaş alətlər, digər maddi mədəniyyət qalıqları aşkara çıxarılaraq tədqiq olunmuşdur. Bu abidələr tunc dövründə bölgənin məskunlaşma tarixinin öyrənilməsi baxımından çox mühüm əhəmiyyət daşıyır.

Gədəbəy rayonu ərazisində aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində son tunc dövründən orta əsrlərədək bütün tarixi mərhələləri əhatə edən çoxsaylı yaşayış məskənləri və qəbir abidələri qeydə alınmışdır. Bu bölgədə mövcud olan siklop tikililər sırasında Govdu qalası daha çox diqqətçəkən abidələrdəndir. Müdafiə xarakterli bu qalanın ümumi sahəsi bir neçə hektar təşkil edir.

 

(ardı var)

 

Maisə RƏHİMOVA, AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 10 fevral.- S. 5.