Azərbaycan - NATO: etibarlı tərəfdaşlıq əlaqələri genişlənir

 

NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan biz nəzərəçarpan irəliləyişi əldə etmişik.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

 

Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz AvropaAvratlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik.

Anders Foq RASMUSSEN, NATO-nun baş katibi

 

 

Güclü iqtisadiyyata, qüdrətli orduya, "çevik xarici siyasətə malik olan istənilən dövlət gecya tez dünya arenasında söz sahibi olur. Regionda və beynəlxalq aləmdə özünəlayiq yer tutmağı qarşısına məqsəd qoyan Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması, "xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir. Nəticədə, bu gün ölkəmiz "Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş, BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumda həm də Şərqi Avropa ölkələrini təmsil etmək kimi böyük tarixi nailiyyət qazanmışdır.

 

Bu gün birmənalı şəkildə deyə bilərik ki, "regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Belçika Krallığında işgüzar səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin "fevralın 15-də NATO-da "keçirdiyi görüşlər "və "alyansın mənzil-qərargahında səsləndirilən bəyanatlar bir daha bunu təsdiq edir.

Qərb dövlətlərinin ümumi hərbi, siyasi və təhlükəsizlik "maraqlarının təmsilçisi kimi çıxış edən "Şimali Atlantika Alyansı Azərbaycanın geostrateji mövqeyini, həm Cənubi Qafqaza, "həm də ətraf regionlara təsir imkanlarını nəzərə alaraq, onunla əlaqələrə xüsusi "əhəmiyyət verir. NATO-nun baş katibi Anders Foq Rasmussen Azərbaycan Prezidenti "İlham Əliyev ilə qurumun mənzil qərargahında keçirdiyi görüşdə bu həqiqəti bir daha ifadə etmişdir. Azərbaycan - NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib keçən ilin dekabrında NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan - NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulamış, "bir çox siyasi prioritetlərimizin və təhlükəsizlik sahəsində maraqlarımızın üst-üstə düşdüyünü qeyd etmişdir. Həmin fikirlərini keçirilən birgə mətbuat konfransında da təkrarlayan cənab Rasmussen bildirmişdir ki, münasibətlərimiz AvropaAvratlantik təhlükəsizliyinə töhfə verir. O, Azərbaycanı mühüm regionda əhəmiyyətli tərəfdaş adlandıraraq "gələcəkdə əməkdaşlığı və dialoqu "yüksək səviyyədə davam etdirəcəyimizə əminliyini bildirmişdir.

Azərbaycan təkcə regional məsələlərdə deyil, həm də bizim regiondan kənardakı mühüm əhəmiyyətə malik tədbirlərdə də NATO-nun yaxın tərəfdaşı kimi çıxış edir, təşkilata dəstəyini əsirgəmir. "Bu gün Azərbaycan hərbçiləri dünyanın müxtəlif yerlərində, o cümlədən Əfqanıstanda "NATO-nun apardığı "hərbi əməliyyatlarda uğurla iştirak edirlər. "Azərbaycan, həmçinin "ölkəyə yükdaşımaların həyata keçirilməsində öz hava məkanından istifadəyə icazə vermişdir. Hazırda "Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artmaqdadır. Qeyri-rəsmi "məlumatlara görə artıq yüklərin 50 faizi ölkəmizin hava məkanından keçirilməklə Kabula aparılır. Azərbaycan "bu sahədə əməkdaşlığın "genişləndirilməsində yeni təklifləri müzakirə etməyə həmişə hazır olduğunu dəfələrlə bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun mənzil-qərargahında "ölkəmizin bu mövqeyini bir daha diqqətə çatdırmışdır. "Dövlət başçımız onu da bəyan etmişdir ki, rəsmi Bakı Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna töhfə vermək məsələsini ciddi şəkildə nəzərdən keçirir. Gələcəkdə bu cür maliyyə töhfəsinin davam etdirilməsini də nəzərdən keçirə bilərik. Eyni zamanda, biz Diplomatik Akademiyamızda və Sərhəd Qoşunları Akademiyamızda əfqan diplomatları üçün təlim kursları təşkil edirik. Biz, həmçinin istehkamçı və digər humanitar məsələlər üzərində işləyirik və əməkdaşlığımızı genişləndirməyə hazırıq.

Sürətli iqtisadi inkişafaböyük maliyyə mənbələrinə malik olan Azərbaycanın NATO-nun Əfqanıstandakı əməliyyatlarına hərbçilər, təlimlər və xüsusən də tranzit baxımından mühüm töhfələr verməsi ilə yanaşı, Əfqanıstanın milli ordusunun qəyyumlar fonduna yardım göstərməyə hazır olduğunu bəyan etməsi, "Şimali Atlantika Alyansında böyük əks-səda doğurmuş, ölkəmizə rəğbəti artırmışdır. Baş katib Anders Foq Rasmussen NATO-da ölkəmizə duyulan rəğbəti belə ifadə etmişdir: ""Mən bu gün çox məmnun oldum ki, Azərbaycan Prezidenti ölkəsinin Əfqanıstanın təhlükəsizlik qüvvələrinin formalaşmasına maliyyə töhfəsini verəcəyini elan etdi. Bu, həmin qüvvələr üçün çox əhəmiyyətlidir... Mən bu gün verilən bəyanatı səmimi qəlbdən alqışlayıram. Mən Azərbaycan tərəfinin humanitar əməliyyatlara verdiyi töhfəni də yüksək dəyərləndirirəm. Bir sözlə, Azərbaycan öz hüdudlarından kənarda, Əfqanıstanda çox mühüm rol oynayır".

Şimali Atlantika Alyansı Cənubi Qafqaz regionundakı ən təhlükəli münaqişənin - Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. "NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamasa da təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyur. Bu günədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan isə məlum olur ki, təşkilat problemin "həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində qətiyyətlidir. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində də Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdı.

Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən zirvə toplantısında qəbul edilən bəyanat rəsmi İrəvanı təşvişə salmışdı. Bəyanatın 35-ci maddəsində "NATO "Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdi. Lissabon sammitində bir daha bəyan edilmişdi ki, Azərbaycan sammitə beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əhəmiyyətli bir üzvü, önəmli bir müttəfiqi kimi qatılıb. Qeyd olunmuşdur ki, münaqişələrin qarşısının alınması və Avrasiya məkanında təhlükəsizliyin təminatında müttəfiqlik vacib rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə "aprelin 29-da Belçika Krallığına səfəri çərçivəsində "NATO-nun o zamankı baş katibi Yaap de Hoop Sxefferlə görüşündə "də bu məsələ müzakirə mövzusu olmuşdu. "Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdir ki, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti "mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik. "

Dövlət başçımızın sonuncu səfərində NATO-nun baş katibi Anders Foq Rasmussenlə "alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi görüşdə ""bir daha regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar müzakirə olunmuşdur. "Görüşdə bu münaqişənin mümkün qədər tez həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük ümid bəslənildiyi bir daha vurğulanmışdır. Bunun üçün yaxşı hüquqi əsas da vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Əslində, həmin qətnamələrin yerinə yetirilməsində NATO da səy göstərə bilər. "Belə bir təcrübə artıq mövcuddur. Belə ki, keçən il Liviyadakı vəziyyətlə bağlı BMT TŞ-nin qəbul etdiyi qərarın icrasını Şimali Atlantika Alyansı öz üzərinə götürmüşdür və nəticə əldə olunmuşdur. Azərbaycanın 20 faiz torpağını işğal edən və "BMT TŞ-nin 4 qətnaməsinə əhəmiyyət verməyən Ermənistana da bu təcrübə tədbiq oluna bilər.

Bu gün "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında "mühüm rol oynayır. Avropadakı istehlakçılarımız, həmçinin NATO-nun üzvü olan dövlətlər olduğuna görə, "Azərbaycan Prezidentinin "təşkilatın baş katibi Anders Foq Rasmussenlə "görüşündə bu məsələ də müzakirə olunmuşdur. Aparılan müzakirələrdə qeyd edilmişdir ki, enerji məsələsi həm "hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Bu mövzu NATO ilə Azərbaycan arasında müzakirələrin və məsləhətləşmələrin mühüm bir hissəsini təşkil edir.

Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, NATO ilə ölkəmiz "arasında münasibətlərin uğurlardan ibarət əhəmiyyətli tarixi vardır. Həmin tarixə nəzər yetirsək bir daha görərik ki, Şimali Atlantika Alyansı ilə ölkəmiz arasında əlaqələrin qurulması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın tələbiylə hakimiyyətə gələn böyük öndər Qərbə inteqrasiyanın Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan etdi. Ötən dövr ərzində Avratlantik məkanın mühüm təşkilati strukturlarından biri olan NATO ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi istiqamətində xeyli görülmüşdür. Ölkəmiz əvvəlcə Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə NATO tərəfindən yaradılmış Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olduqdan sonra 1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşuldu. Beləliklə, Azərbaycan "bu proqrama qoşulan 16-cı ölkə, Sovet İttifaqının keçmiş respublikaları arasında "isə sənədi imzalayan 4-cü ölkədir. Bu fakt da göstərirdi ki, həmin gündən etibarən əsaslı dayaqlara söykənən NATO - Azərbaycan əməkdaşlığı inkişaf edəcək və keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaqdır.

Qeyd edək ki, "Sülh Naminə Tərəfdaşlıq" proqramının əsas məqsədi Avratlantik məkanda siyasi və hərbi əməkdaşlığın genişləndirilməsi, sabitliyin bərqərar olunması, beynəlxalq sülh və təhlükəsizliyin qorunması, müasir təhlükələrin azaldılması, eləcə də demokratik prinsiplərə sadiqlik ruhunda münasibətlərin möhkəmləndirilməsidir. Əsas mexanizmləri isə ""Fərdi Tərəfdaşlıq Proqramı" və "Planlaşdırma və Analiz "Prosesi", "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"dır. Azərbaycan 1996-cı ildə yuxarıda sadaladığımız fəaliyyət planlarına qoşulmaqla ölkəmizin təhlükəsizlik və müdafiə strukturlarının Qərb standartları səviyyəsinə yüksəldilməsinə şərait yaratdı.

Bu gün hər sahədə olduğu kimi Avratlantik məkana inteqrasiya məsələsində də ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Təsadüfi deyil ki, yuxarıda sadalanan planların icrasında əsas hüquqi çərçivəni Prezident İlham Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı "ilə təsdiqlənmiş """Azərbaycan Respublikasının "NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" "təşkil edir. Sənədin qəbul olunması ilə birlikdə Şimali Atlantika Alyansı ilə Azərbaycanın əməkdaşlığı həm keyfiyyət, həm də həyata keçirilən tədbirlərin həcmi baxımından daha səmərəli və tamamilə yeni mərhələyə qədəm qoymuşdur.

Qeyd etdiyimiz kimi, hazırda NATO ilə əməkdaşlıq çərçivəsində ölkəmizin sülhməramlı və humanitar xarakterli çoxmillətli təlimlərdə iştirakı və təcrübə mübadiləsi davam etdirilir. Bu "və digər əməliyyatlarda iştirak etmək məqsədilə sülhməramlı və xüsusi bölmələr - tibbi, mühəndis və təminat üzrə bölmələr yaradılır, çoxmillətli təlimlərin keçirilməsi üçün Azərbaycan Respublikası ərazisində təlim bazaları hazırlanır və Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması prosesi davam etdirilir. Ölkəmiz beynəlxalq təhlükəsizlik və sülhyaratma əməliyyatlarında yaxından iştirak edir. 1999-cu ildən 2008-ci ilin martınadək bir sülhməramlı taqımımız Kosovoda uğurla xidmət edib. Bundan başqa, 2003-cü ildən İraqda "və 2002-ci ildən isə Əfqanıstanda bir sülməramlı bölüyümüz sülhyaratma prosesinə öz töhfəsini verir. Azərbaycan hərbçilərinin nizam-intizamı, yüksək döyüş hazırlığı və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmələri dəfələrlə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, ölkəmizə minnətdarlıq bildirilmişdir.

Qarşılıqlı faydalı əməkdaşlıq sayəsində ötən 18 il ərzində Avratlantik təhlükəsizlik strukturları ilə artıq sıx münasibətlər qurulub. "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində NATO və ona üzv olan dövlətlərlə, həmçinin tərəfdaş ölkələrlə siyasi, iqtisadi, mədəni, hərbi və hərbi-texniki əməkdaşlıq gücləndirilib və bu proses davam etdirilir. "Şimali Atlantika Alyansının "Əməliyyat İmkanları Konsepsiyası" proqramı çərçivəsində Silahlı Qüvvələrimizin müvafiq bölmələrinin əməliyyat imkanları təkmilləşdirilib. "Ordumuzun müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, NATO qüvvələri ilə birgə uzlaşma səviyyəsinin artırılması və Avratlantik məkana inteqrasiyanın dərinləşdiriliməsini təmin etmək istiqamətində tədbirlər davam etdirilir.

Bu gün beynəlxalq terrorçu təşkilatlar bütün dünyanı təhdid edir. "Terrorçuluğa Qarşı Tərəfdaşlıq Əməliyyat Planında iştirak edən Azərbaycan terrorçuluğa qarşı mübarizəyə də əvəzsiz töhfələr verir. Bu plana NATO ilə kəşfiyyat və analitik məlumatların bölüşməsi, terrorçuluğa qarşı milli təlim imkanları, sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müttəfiq ölkələr ilə əməkdaşlıq məsələləri daxildir.

Bu gün də NATO rəhbərliyi xüsusi vurğulayır ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda da mühüm siyasi iştirakçıdır və ölkəmiz ilə qurum arasında qlobal səviyyədə qarşılıqlı əməkdaşlıq üçün çox yaxşı imkanlar var. Onlar qeyd edirlər ki, ölkəmizin geostrateji mövqeyi Şimali Atlantika Alyansına üzv olan dövlətlər üçün xüsusilə əhəmiyyətlidir. Qurumun hərbi ekspertlərinin rəyinə görə, Azərbaycanın coğrafi mövqeyi hər baxımdan, o cümlədən Əfqanıstanda çətin şəraitdə döyüşən sülhməramlılara və əfqan xalqına humanitar yardımın çatdırılması baxımından əvəzolunmazdır. Ona görə də ölkəmizin təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülhsabitliyin tam bərpa olunması bu gün NATO və ona üzv olan dövlətlər üçünmühüm əhəmiyyət kəsb edir.

 

Rauf "KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 17 fevral.- S. 5.